ABŞ prezidenti Donald Tramp Pentaqona Cənubi Koreya ilə birgə hərbi təlimlərin "əhəmiyyətli dərəcədə" azaldılmasını əmr etdiyini açıqlayıb.
Tramp qərarını "Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətləri" və hərbi təlimlərin çox baha başa gəlməsi, xərclərin əksəriyyətinin ABŞ tərəfindən ödənilməsi ilə əsaslandırıb.
ABŞ prezidenti sosial mediada sözügedən birgə hərbi təlimləri artıq ləğv etmək üçün çox gec olduğundan onun əhəmiyyətli dərəcədə azaldılmasını istədiyini bildirib.
Tramp həmçinin əlavə edib ki, Cənubi Koreya İranla müharibədə ABŞ-ı dəstəkləməyə "yox" deyib.
Tahir TAĞIYEV