İsraildə 27 oktyabr seçkiləri öncəsi Baş nazir Binyamin Netanyahunun Likud partiyası tərəfindən hazırlananb və Təl-Əvivdəki reklam lövhələrində nümayiş etdirilən təbliğat plakatları mübahisələrə səbəb olub. Belə ki, plakatlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, İranın Ali Lideri Müctəba Xameneinin, Hizbullahın baş katibi Naim Qasımın və Nyu-York meri Zöhran Məmdaninin yan-yana şəkilləri yer alıb və "Onlar Netanyahunun məğlub olmasını istəyirlər. Onların qalib gəlməsinə imkan verməyin” - sözləri yazılıb.
Analitiklər bununla partiyanın böhran dövrlərinin yaratdığı atmosferdən istifadə edərək seçici bazasını gücləndirməyi hədəflədiyini bildirir.
SAMİRƏ