Bazar ertəsi günü, 09 noyabr 2026
     

Vətənpərvər gənclər Azərbaycana nələr qazandırır...

Image


Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi problemi bəşər cəmiyyətinin inkişafının bütün mərhələlərində aktualdır. Hazırda cəmiyyətimizin həyatının bütün sahələrində baş verən köklü dəyişikliklərlə əlaqədar bu məsələ xüsusi əhəmiyyət kəsb edir.

Vətənpərvərliyin məzmunu əsas etibarı ilə vətən, doğma yurd anlayışlarını əks etdirir ki, bu da bir tərəfdən insanın doğulduğu torpağa təbii bağlılığından, digər tərəfdən də konkret cəmiyyətin siyasi, iqtisadi və digər xüsusiyyətlərindən irəli gəlir.

  • Vətənpərvərlik sosial-mənəvi dəyərdir

Müasir şəraitdə vətənpərvərlik məzmununun mühüm xüsusiyyətləri bunlardır:

kollektivizmlə birləşdirildikdə vətənpərvərliyin şəxsi əhəmiyyətinin gücləndirilməsi; vətənpərvərliyin təkcə gələcəyə deyil, həm də bu günə yönəldilməsi; beynəlmiləlçiliklə vəhdətdə milli şüurun inkişafı; vətənpərvərliyin sosial-mənəvi dəyərlər kateqoriyasına aid edilməsini şərtləndirən əsas anlayış kimi “Vətən” anlayışının müəyyənləşdirilməsi.

Vətənpərvərlik sosial-mənəvi dəyərdir, şəxsiyyətin sosial-mənəvi yönümünün tərkib hissəsidir. Təzahür səviyyəsindən asılı olaraq vətənpərvərlik aşağıdakı kimi qəbul edilə bilər: mənəvi və ya siyasi prinsip kimi; mənəvi hiss, yəni emosional səviyyə; inteqrativ əxlaqi keyfiyyət, davranış səviyyəsi. Bütün bunlar o anlama gəlir ki, vətənpərvər vətənini sevən, torpağına, xalqına sədaqətli, işi ilə xeyir gətirməyə çalışan insandır. Vətənpərvərlik tərbiyəsinin məqsədi vətənini sevən, ona sadiq qalan, əməyi ilə ona xidmət etməyə, maraqlarını qorumağa hazır olan inanclı vətənpərvər yetişdirməkdir. Gənclərin vətənpərvərlik tərbiyəsinin vəzifələri bu mənada aşağıdakılardır: vətənpərvərlik hisslərinin inkişafı; vətənpərvər xarakterli baxış və inancların formalaşması; vətənpərvərlik fəaliyyətinə müsbət münasibətin formalaşdırılması; vətənpərvər xarakterli müstəqil fəaliyyət üçün zəruri olan praktiki bacarıqların formalaşdırılması. Deməli, bu məsələ əslində, kompleks xarakter daşıyır. Azərbaycanda, ümumiyyətlə, dünyanın hər bir ölkəsində mövcud sosial-iqtisadi vəziyyət gənclərin vətənpərvərlik tərbiyəsi məsələsinə təsir edir. Bu prosesin əsassəbəblərindən biri gənclər arasında məzmunca deyil, əlçatanlığı, demokratikliyi, ifadə və fəaliyyət azadlığı ilə diqqəti cəlb edən kollektiv asudə vaxt növlərinin populyarlığının təmin olunmasıdır. Mədəniyyət müəssisələrində bədii özfəaliyyət dərnəklərinin, maraq klublarının yaradılması gəncləri mədəni və asudə vaxtlarının səmərəli təşkilinə cəlb etməyə, vətənpərvərlik tərbiyəsinə, valideynlərə, xalqına, yeni yoldaşlarına və dostlarına münasibətə təsir edən kommunikativ mühitin yaradılmasına imkan verir. Deməli, vətənpərvər nəsil üçün bu faktorlara daim diqqət edilməlidir. Belə hallarda gənc nəslin məlumatlılıq səviyyəsi yüksəlir. Həmçinin demokratikləşmə prosesləri və çoxpartiyalı sistemin yaranması gənc nəsil tərəfindən vətənpərvərliyin mahiyyətinin dərk edilməsinə müsbət təsir edir. Lakin vətənpərvərliyi konkret cəmiyyətin müəyyən sosial-siyasi və iqtisadi xüsusiyyətlərinə görə yalnız ictimai-tarixi hadisə kimi nəzərdən keçirmək kifayət deyil. Gənclər arasında yuxarıda göstərilən amillərdən müəyyən dərəcədə asılı olmayaraq formalaşan və insanın mənəvi həyatının müəyyən təbəqələrini səciyyələndirən “təbii” vətənpərvərlik əsaslarının mövcudluğunu inkar etmək mümkün deyil. Doğma torpağa, yurda məhəbbət, dil, öz xalqı, adət-ənənələrə hörmət və sair də vətənpərvərliyin formalaşmasında mühüm rol oynayır. Düzdür, sosial dəyərlərin şəxsi dəyərlərə çevrilməsi fərdin özünün aktiv fəaliyyəti əsasında həyata keçirilir. Amma istənilən halda bu gün ölkə gənclərinin mütləq əksəriyyətində milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğu faktdır. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissinə çevrilməsi də onlara olan etimaddan irəli gəlir. 

  • Azərbaycan gənclərində torpaq, vətən sevgisi çox yüksəkdir

O da faktdır ki, vətənpərvərlik  həm də obyektiv və subyektiv dəyərdir. Obyektiv dəyər kimi vətənpərvərlik təməlində yaxşı, doğru, ədalətli məqamlar duran bir fenomen kimi qəbul edilir. Subyektiv dəyər kimi ictimai şüurda və mədəniyyətdə təsbit olunmuş normativ ideyaları ifadə edir. Bunlar fonunda vətənpərvərliyin məzmununun müəyyən edilməsində mühüm məqam onun şəxsi əhəmiyyəti ilə kollektivist mahiyyəti arasında əlaqənin gücləndirilməsidir.

Vətənə məhəbbət ən yüksək mənəvi hiss kimi cəmiyyətin, Vətənin ehtiyaclarının fərdin öz ehtiyaclarına çevrilməsini şərtləndirir. Vətənpərvərlik, kollektivizm kimi, şəxsi və sosial məqsədlərin birliyini, müxtəlifliyini, əməkdaşlığı və insanların qarşılıqlı əlaqəsini özündə birləşdirir. Bu, fərdin təkcə öz “mən”inə deyil, həm də özündən kənarda, digər insanlara diqqətini müəyyən edir ki, bu da qarşılıqlı əlaqə, faydalı olmaq, rəğbət bəsləmək istəyi ilə ifadə olunur. Bunun təzahürü də insanın öz vətənpərvərlik borcunu dərk etməsi və yerinə yetirməsidir. Müasir şəraitdə insanın, vətəndaşın ictimai və şəxsi maraqlarının vəhdəti bu anlayışın məzmununda dəyişməz olaraq qalır. Yuxarıda deyilənləri nəzərə alaraq, vətənpərvərlik anlayışının məzmununa aşağıdakı komponentlərin daxil edilməsi qanunauyğundur: vətənə, doğma torpaqlara, doğma dilə məhəbbət; öz vətəninin keçmişinə, xalqının adət-ənənələrinə hörmət, vətənin tarixini bilmək, ölkə qarşısında duran vəzifələri və vətənpərvərlik borcunu dərk etmək; başqa xalqlara, onların adət və mədəniyyətinə hörmət, irqi və milli düşmənçiliyə dözümsüzlük; vətənin şərəf və ləyaqətini gücləndirmək arzusu, orduya hörmət və vətəni müdafiə etməyə hazır olmaq; vətənin mənafeyinə xidmət etməyə hazır olmaq, şəxsi və ictimai maraqların vəhdəti ilə əmək fəaliyyətində fəal və şüurlu iştirak. Bunlar fonunda o da faktdır ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Dövlət başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Elə prezident İlham Əliyev bu müstəvidə gənclərin milli ruhda tərbiyəsinin prioritet xarakter daşıdığını bir daha diqqətə çatdırdı. Bütün bunlar Azərbaycana böyük dividendlər və nailiyyətlə qazandırir və qazandırmaqda da davam edir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ