İran Hörmüz boğazı ətrafında yeni bir tənzimləmə hazırlayır. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi, İranın nəzarəti altında olacaq Hörmüz boğazının giriş və çıxışını əhatə edən yeni bir dəhlizlə bağlı Omanla razılaşmanın yaxın günlərdə imzalanacağını açıqlayıb.
Hörmüz boğazı ilə bağlı yeni bir qərar verəcəklərini bildirən Rzayi qeyd edib ki, tezliklə Hörmüz boğazı ətrafında məhdud bir bölgə elan ediləcək. O, sözügedən ərazinin ABŞ-ın dəniz blokadası tətbiq etdiyi bölgədən başlayaraq Hörmüz boğazını və Fars körfəzini əhatə edəcəyini və icazəsiz elan edilmiş zonaya daxil olan gəmilərin İran tərəfindən qara siyahıya salınacağını bildirib.
Rzayi İranın Hörmüz boğazında tədbirləri daha da sərtləşdirəcəyini bildirib və bu tədbirlərin raket hücumlarından daha təsirli olacağını iddia edib: "Hörmüz boğazının yalnız amerikalılar hücum və ya təxribat törətmədiyi təqdirdə açıq qalacağına zəmanət veririk".
Tahir TAĞIYEV