İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, İran ordusu 48 saat əvvəl ABŞ təyyarədaşıyan gəmisi üzərində ilk dəfə yeni gəmi əleyhinə raketi sınaqdan keçirib.
"Biz gəmi əleyhinə raketimizi ilk dəfə Amerika hərbi gəmisinə qarşı sınaqdan keçirdik" – deyə o bildirib.
Daha əvvəl ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regional sularda patrul xidməti həyata keçirən iki ABŞ hərbi gəmisinə ballistik raketlər atmasına cavab olaraq xam neft daşıyan üç İran tankerinə zərbə endirildiyini bildirmişdi.
Komandanlıq bildirib ki, Amerika təyyarədaşıyan gəmisi və esminesi İranın bir neçə hücumundan uğurla yayınıb. ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.
Tahir TAĞIYEV