ABŞ prezidenti Donald Tramp sentyabrın 7-də Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışmağı planlaşdırır.
«Kiyev İndependent» qəzeti məsələ ilə tanış olan bir mənbəyə istinadən bildirib ki, Trampın, nümayəndələri tərəfindən son danışıqlar mərhələsi barədə məlumatlandırıldıqdan sonra Putin və Zelenski ilə danışması gözlənilir.
ABŞ rəsmisi qəzetə bildirib ki, zənglərin bu gün - 7 sentyabrda baş tutması gözlənilir.
Qeyd edək ki, ABŞ prezidentinin elçiləri 5 sentyabrda Moskvaya səfə edərək, Putinlə görüşüblər. 6 sentyabrda isə Kiyevə gedərək Zelenski ilə danışıqlar aparıblar. Abş danışıqçılarından Kuşner Trampın müharibəyə son qoymaqda qətiyyətli olduğunu bildirib. ABŞ prezidentinin nümayəndələrinin Zelenski ilə görüşündə Fransa, Böyük Britaniya və Almaniyadan olan danışıqçılar da iştirak edib.
Tahir TAĞIYEV