çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənilərin törətdiyi Kərkicahan qətliamının canlı şahidi - “Kobra” Nazimin acı xatirələri...

Image


Qarabağın dilbər guşələrindən biri Kərkicahandır ki, Xankəndi ilə çiyin-çiyinə binələnən bu kəndin tarixi çox qədimdir. Yazılanlara görə, 1988-ci ildə aparılan qazıntılar zamanı burada III əsrdən qalma yazılı daşlar, qoç fiqurlu kiçik daşlar və bir çox bəylərin-xanların vaxtilə gizlətdiyi küplər və xəzinələr tapılıb.

Bir sıra alimlər bu kəndin əsasının eramızın I-III əsrlərində qoyulduğunu qeyd edirlər. Bir sözlə, qədim və zəngin tarixə malik olan Kərkicahanın insanları da cəsur, qeyrətli, vətənpərvərdir. 1988-ci ildə aşkar, ondan əvvəlki illərdə isə gizlin şəkildə erməni separatçıları Qarabağın tarixi sakinləri olan Azərbaycan türklərinə qarşı silahlı hücumlar təşkil etməyə başladılar. Qarabağdakı bir ovuc separatçı tör-töküntüsü dövrün ən yeni növ silahları ilə silahlanaraq azərbaycanlılara qarşı hücumlar, basqınlar təşkil edir, evlərə od vurub yandırırdılar.

1991-ci ildə düşmən tərəfindən işğal olunan Xankəndinin Kərkicahan qəsəbəsinin oğulları separatçılara qarşı gücləri çatan dərəcədə qəhrəmanlıqla döyüşüb, kəndi müdafiə etməyə çalışıblar.

Azərbaycanın Xankəndi şəhərinin inzibati ərazi vahidində şəhər tipli qəsəbə olan Kərkicahana 1991-ci il dekabrın 28-də başlayan düşmən hücumu 1 gün sonra Kərkicahanın işğal edilməsi ilə nəticələnib. Rəsmi məlumata görə, Kərkicahan uğrunda döyüşlərdə 150-dən çox azərbaycanlı - 40 qadın və 110 kişi şəhid olub. 

  • “1989-cu ildə ermənilər Orduxanı öldürdülər, bununla da  Kərkicahan ilk şəhidini verdi”

Müsahibimiz, “kobra” ləqəbli “Haqq-Ədalət Yolu Böyük Türk Dünyası Qəhrəman Kərkicahan” İctimai Birliyinin sədri, Qarabağ qazisi  Nazim Mərdan oğlu Hüseynovla 32 il əvvələ boylandıq. Müsahibə Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsinə təsadüf etdiyi üçün N.Hüseynov üçün danışmaq çox çətin idi. Əlbəttə, Kərkicahan faciəsinin, onun ardınca da Xocalı soyqırımının ağrısını yaşamaq çox çətindir. “Bizim Kərkicahan camaatı hər yerdə öz cəsarəti, qeyrəti, vətənpərvərliyi ilə sayılıb-seçilib. Kərkicahanlılar torpağını, qeyrətini sevən, Vətən uğurunda ölümdən çəkinməyən əhalidir. Onların döyüşkənliyi, qeyrəti, cəsurluğu ilə bağlı salnamələr yazmaq olar. Təəssüflər olsun ki, Kərkicahan haqqında az danışılıb, az yazılıb. Sizinlə “kobra” danışır. Bu adı mənə elə-belə verməyiblər.

Atamın atası Kərkicahanım,
Anamın anası Kərkicahanım...
Uğrunda getsə də bu şirin canım
Peşiman olmaram Kərkicahanım...
Hər birimiz Kərkicahan üçün bax beləyik.

Kərkicahan hadisələri danışmaqla bitməz, buna kitablar bəs etməz. Kərkicahanın faciəsi 1991-ci ildə başlamamışdı. Kərkicahan  ilk şəhidini 1989-cu ildə verdi. 1989-cu ildə Orduxan Səfərov ermənilər tərəfindən öldürüldü. 1988-ci ilin 12 fevralında separatçılar Ermənistanla birləşmək istəklərini qabartmağa başladılar. 35 ildir ki, ermənilər əsassız iddialarla çıxış edirlər. Siz bilirsiz 35 il nə deməkdir?

Kərkicahan Xankəndiyə bitişikdir. Əvvəllər kənd idi, sonra Özbəkistan küçəsi bizi Xankəndiyə birləşdirdi. Çox yaxşı şəraitimiz vardı. Ermənilər o vaxt işləri tündləşdirirdilər, deyirdilər ki, biz  bu işin axırına gedib Qarabağı sizdən alacağıq, Ermənistanla birləşəcəyik və sair. Erməni separatizmi o həddə çatdı ki, azərbaycanlıları işdən çıxardılar. Proseslər qızışmağa başladı, onlar mitinqlər keçirdilər, bizi Xankəndidən çıxardılar. 1989-cu ildə ermənilər Orduxanı öldürdülər, bununla da  Kərkicahan ilk şəhidini verdi.  Sonra gəlib çıxdıq sentyabrın 18-nə. Görün olnlar  mitinqlərə nə vaxt başladılar və azərbaycanlıların evlərini nə zaman yandırdılar? 18 sentyabrda  azərbaycanlı evlərini ermənilər yandırdılar. Kütləvi olaraq Özbəkistan küçəsi ilə gəldilər. Onlar “Apkom”un qabağında idilər, yarısı dəstədən ayrılıb qırğın törətmək üçün Xocalıya, basqına gedib, yarısı da Kərkicahanın üstünə gəlmişdi. Həmin vaxt da Xocalıda toy imiş. Bilmirəm, kimin toyu imiş. Biz ayıq düşdük ki, ermənilər bizim üstümüzə gəlir. Mən 1988-ci ildən danışıram. Unutmayın ki, Xocalı soyqırımına gedən yol 1988-ci ildən başlayıb. 366-cı alayın tankları Kərkicahanı dağıdandan sonra 1992-ci ildə Xocalı soyqırımı baş verib.   Bu barədə danışmaq çox çətindir.

Ermənilər Özbəkistan küçəsi ilə irəliləyib Kamran kişinin, Suğranın, Şahmarın evlərini yandırdılar, sonra Xankəndidəki bütün azərbaycanlı evlərini odlamağa başladılar, alov göyə qalxırdı. 1989-cu ilin iyul ayının 10-da Orduxanı və Əlini öldürdülər. Orduxanla Əlini öldürəndən sonra Natiq əlibağlı qaçıb gəldi və haray vurdu ki, ermənilər Oruxanla Əlini öldürdülər. Biz gedib oradan Orduxanın və Əlinin meyitini götürdük. Biz Orduxanı Kərkicahanda dəfn etdik. 1991-ci il dekabrın 28-də 70 ildən sonra ilk dəfə 366-cı alayın topu-tankı Kərkicahanı vurdu, dağıtdı. Bu faktdır. Bizim camaatı tələf edəndən, qəsəbəni dağıdandan sonra düşmənin Xocalıya yolu açıldı. Bizdən sonra erməni separatçılarına 366-cı alayın dəstəyi ilə Xocalını qırmaq üçün yol açıldı. Dekabrın 28-də erməni separatçıları 366-cı alayın köməyi ilə bizim kəndi dağıtdılar, amma biz Kərkicahanı ağır döyüşlə qaytardıq, 1992-ci ilin yanvarın 22-nə qədər onu qoruduq, amma bizə kömək gəlmədi, gələnləri də qırırdılar. Bizə kömək edənlər də oldu. Silahımız yox idi. Tankın qabağında qoşalülə və avtomatla nə edə bilərsən? Kərkicahanı düşmən tam dağıdandan sonra biz gəlib Şuşaya yığışdıq. Orada da Şuşanın müdafiəsinə kömək etdik. Sonra isə 1992-ci ilin fevral ayında 366-cı alayın hesabına düşmən Xocalını qanına boyadı”.

N.Hüseynov deyir ki, Kərkicahana qayıtmaq istəyir. İnanır ki, erməni separatçıları çıxıb gedəcəklər. “Biz siyasi-diplomatik yolla Kərkicahana və Xocalıya gedəcəyik. Buna az qalıb”.

Kərkicahan şəhidlərinə gəlincə, N.Hüseynov dedi ki, onların 34 şəhidi olub. Şəhidlərin anım günlərinin keçirildiyini deyən N.Hüseynovun sözlərinə görə, Kərkicahan camaatı Gəncədə məskunlaşıb. Kərkicahanlılar arasında düşmən tərəfindən girov götürülənlərin olmasına gəlincə, N.Hüseynov dedi ki, 14 nəfər olub. “Onlardan biri də Sumqayıtda yaşayan Fərhaddır. 606 gün girovluqda qalıb, sağ-salamat. O qədər danışılası sözlər var ki...Məktəbimiz şəhidimiz Natiq Şahmuradovun adınadır. Bu məktəb Gəncədədir. Çox çətin şəraitdə o uşaqlar orada dərs keçir. Bu gün arzumuz odur ki, tezliklə elimizə qayıdaq. Demişəm ki, uşaq bağçasına rəhmətlik Orduxanın adı verilsin. Çünki mənimlə birgə Orduxan o bağçanın tikilməsinin əziyyət çəkib”.

N.Hüseynov “Haqq-Ədalət Yolu Böyük Türk Dünyası Qəhrəman Kərkicahan” İctimai Birliyini yaradıb və qeyd edir ki, təşkilatın məqsədi kərkicahanlıların qəhrəmanlıq salnaməsini yaşatmaq, təbliğ etməkdir.

“Kobra” ləqəbli qəhrəmanımız Birinci Qarabağ müharibəsində çox şücaətlər göstərib, düşmənə qarşı silahlı mübarizədə cəsurluğu ilə seçilib, gözü hər qan-qada görüb, neçə-neçə igidimizin şanlı döyüş yoluna şahidlik edib.

Zaman keçir, amma o inanır ki, gec, ya tez Kərkicahana qayıdacaqlar və o qayım-qədim el yenə də öz yerində binələnəcək...O gün, əlbəttə ki, uzaqda deyil...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ