Cümə günü, 09 oktyabr 2026
     

Əzab düşərgəsi – Avdı Qoşqar ürəyi

Image


Duyumlu, duyğulu qapılarda qanqal göyərməz, mayası haqdan yoğrulan nur çiçək açar. Elə bir çiçək ki, ətri könülləri feyziyab edər, işığı dizə təpər, ürəyə qüvvət verər. O qapını döyənlər haqqın kəlamına, hikmətinə - şəhdi-şirəsinə bələnənlərdir.

Söz Ulu Haqq tərəfindən onlara lütf edilib. Həm də sözə sevdalanmaq, sözün saflığını, bakirəliyini qorumaq və söz dəryasına səcdə etmək bəxşiş edilən nemətin “dəyərsiz”liyini dərk etməkdir. Axı sözü dəyərləndirmək üçün heç bir ölçü meyarı tətbiq edilməyib. Bulaq torpağın dərin qatından qaynadıqca durulub saflaşdığı kimi, söz də ürəyin və ağlın süzgəcindən keçib dəyərini tapır.

Bir də hər sözün öz rəngi var. Fərdin yanaşma tərzi, rəftarı, baxış bucağı və dünyagörüşü sözün boyalarını ayırd etməyə imkan verir. Amma bəzən rəngli çalarlar “dili dualı günahkar ozan”ların öz adını “maraqsız dünyanın boz yaddaşından çıxarır yavaş-yavaş”. Yəni xiridar haqq kəlmələrinin girdabında o qədər var-gəl edir ki, özünə vaxt ayırmağa zaman çatmır. Maraqlıdır, söz adamları sözü rəngli gördüyü kimi, fikir və düşüncələrin də, duyumun və duyğunun da rəngini ayırd edə bilirlər. Elə bu duyğusallıq da onları Uca Haqqa bir qədər də yaxınlaşdırır. Yurda, elə, obaya, torpağa və insanlığa sevgi də Haqqa yaxınlıqdan doğur. Bəzən şirinlər acı daddığı kimi, içilən and da geri götürülür. Bəzən dost rəqibə çevrilir, qram-qram yığılan xətir-hörmət bir an içində göyə sovrulur. Avdı Qoşqarın dediyi kimi:

...Yarğanın altında gürzə qıvrılır,

Üstündə otlayır qoyun atıyla.

Gözümlə gördüyüm bu mənzərənin

Əcəb oxları var bu həyatıyla.

 

Heç bir şey olduğu kimi görünmür...

Nə dünya bəyazdı – göründüyütək.

Nə göylər çilçıraq – ulduz yığını,

İnsanın qanında qaynayır kələk.

Gözəlin başına “şeytan” yığılır –

Heç bir şey olduğu kimi görünmür...

Şaqraq çaylar kimi aşıb-daşan, dəlisov küyəlin vıyıltısından sinəsi qabar olan, acılı-şirinli “zamanın dəmir dişli məngənəsi”ndən qürurla boylanan, haqsızlığa qarşı mübarizədən usanmayan dərd dağarcığının:

Təpərsiz ürəyi tərpətməz “cəngi”,

Təpərli ürəyi daşlayır, qağa.

Yaxud,

Payız qırov salıb bəbəklərimdə

Dünya ürəyimdə qışlayır, qağa, - ifadəsi dünyanın dərdini çəkə biləcək qədər böyük ürək sahibi olduğuna işarədir. “Qıjqova qoymuşam bu çay ömrümü” - deyə min illərin o üzünə - zamanın son dayanacağına qədər yol qət edəcəyi də Avdı poeziyasının həmişəyaşarlığına yanacağı tükənməyən bir çıraqdır.

Şairin bənzərsiz misralarında bəzən düşmən bağrı çatladan dəlisov atların kişnərtisi, bəzən qılıncdan kəsərli şimşəyin çaxışı, bəzən düşmənlərimizə qarşı tuşlanan kin, nifrət, bəzən inciklik, bəzən xəfif bir təbəssüm, həlimlik, kövrəklik, bəzən də qəribə, ani bir ümidsizlik sıralanır. “Sünbülü dən tutmaz tarla mənimdir” misrasındakı kimi...

Yaxud,

İnsan necə sınır – məndən soruşun,

Necə sınıb düşür - qüruru bir-bir.

Yaxşı ki, gəzəri tabutlar çoxdur,

Bu boyda cəsədi tutmazdı qəbir.

Deyirlər “şairlər bal arısı kimidir, hər nektardan bir şirə çəkər”. Avdı Qoşqarın şeirlərində də elədir, hər söz qramına, misqalına kimi ölçülüb, hər söz qafiyənin boyuna biçilib. Şairin xurcunu dolu olduğu üçün söz dalınca düşmür, yazdığı hər kəlmədə dəyər, kəramət axtarır. Bu iştahalı dünyanın lövbərində “gecələmək” üçün xurcunu da özü ilə gəzdirir.

Sənin gözlərindən bir damcı yaştək,

Düşdüm “bu dünyanın iştahasına”.

Şair bəzən dəryalarda qəvvas, bəzən də səmalarda şahin olur. Haqsız dünyanın sitəmi ilə tez-tez rastlaşsa da, dünyagirlikdən uzaq ömrünü səbrlə, dözümlə ovundurmağa çalışır. Amma hiss olunur ki, əzab düşərgəsinin sakini olmaqdan peşman deyil:

Bunlar ötüb keçəcək - birdənəm,

Qayğı da, pulsuzluq da,

cərrah əməliyyatı da...

Bir mən qalacam, bir də dərd...

Bir də dünyanın bağrında

ox kimi bitən ürəyim.

Bir də - əzab düşərgəsi –

yurd, oba, Vətən ürəyim.

Ömür sürmək, yaşamaq nə qədər dəyərli olsa da, Avdı Qoşqar yaşamının, Avdı Qoşqar dünyasının ahəngini, ritmini poza bilmir. Şairin poeziyası Simurq quşutək hər zaman yüksəkliyə qanad açır. Yəni fani dünyanın paradoksal təkamülü başlayır:

Nə şimşəkdi çaxır belə?

Nə buluddu yağır belə?

Əzəl belə, axır belə,

Dünya məndən aşağıda.

Dərd onunku, çəkəni mən,

Cütcüsü mən, əkəni mən.

Əlimə göz dikəni sən –

Dünya məndən aşağıda.

Bu dünyaya qoşa gəldik,

Dağa gəldik, daşa gəldik,

Yuxarıda görüşərik,

Dünya məndən aşağıda.

Zalımın zülmünə, əzazilin işgəncəsinə, qeyrətsizin qeybətinə göz yuma bilmir Avdı Qoşqar. Bəzən kor fələyin cəfəngindən baş açmadığı kimi, ədalətsizin də “insafından” qurtula bilmir.

Çiçək açır qəm ağacı,

Budaqda zülüm yetişir.

Sellər gəlir sinəm üstə,

Dənizim, gölüm yetişir...

Yaxud,

Qəzaya uğramış sərnişin kimi

Hələ də özümə gələ bilmirəm,  - deyə haray qoparır. Bəzən də bütün günahların, ədalətsizliyin baiskarı olduğunu düşünərək özünü qınayır:

Gərək öz duyğumu yandıra odum,

Özüm öz yoluma düşən daş oldum.

Bir də xalxın dərdi göyə çıxıb,

Mənimki başdan tökülür.

Elə bil ki şair dərd yağışında durulanır, saflaşır. Bəlkə də belədir. Amma bu dərd o dərdlərə bənzəməz, atam balası. Bu dərd acı göz yaşlarından, fəryaddan, hıçqırıqdan, nalədən ibarət deyil. Bu dərd Tanrının təbiətə bəxş etdyi min bir gözəllikdir, bu dərd çəmənləri ətirə bələyən çiçəklərin ehsanıdır. Bu dərd hicranın vüsala döndüyü günün dəyəri, qiymətidir, bu dərd söz adamının mənəvi qidası, eyşi-işrətidir. “Ya Rəbbim” şeirində olduğu kimi:

Bir tikə çörəyə ürək satıram,

Ürək ovuduram köz alovunda.

Yığışıb üstümə qayğılar gəlir,

Duyğular alışır söz alovunda.

Ya Rəbbim, bu təzad nəyinə gərək?!

Ya çiçəyi qoru, ya bəslə şəri.

Ya topla-tüfənglə dağıt varlığı,

Ya da Qələm körpüsündən keçir bəşəri...

Başına uçurma yetim damını,

Yesir ürəklərdə gül açsın həyat!

Barı heç olmasa söz adamını

Mədəsiz, şəhvətsiz, qorxusuz yarat!

Avdı Qoşqar bəzən sərt baxışlı, bəzən də kövrək qəlblidir demişdim bayaq. Hər kəsin halına yandığı, qəlbini süfrə kimi açdığı anlarda da özünə vaxt ayıra bilməyib, yəni sabah üçün özünə gün ağlamayıb (əslində, şairin mənalı həyat yolu və yaradıcılığı onun varı-dövləti, əvəzsiz sərvətidir). “Göz yaşım yadımdan çıxıb”- deməklə ruzisini uca Allahdan gözləyib, hər anına şükür edib:

Hərrac bazarına alışammıram,

Ölçü arşını var - ölçüyə gəlməz.

Çəki daşları var - yalanı çəkir,

Ölçüsü ölçüsüz başları çəkməz -

Ölçüsüz ölürəm - buna da şükür.

...Mənim öz bazarım, öz ölçülərim,

Mənim mətahımın öz qiyməti var.

Hərrac bazarının, qan bazarının

Nə vaxtsa qopacaq qiyaməti var -

Hələ yaşayıram, buna da şükür.

Bəzən ümidsizlik içində ümid axtarıb Avdı Qoşqar. Dözüb, tab gətirib, sinə gərib. Yıxılanda durmağı, əziləndə dözümü, bezəndə isə cəsarəti tapıb. Kiməsə kölgələnməyib, kölgə olmağa çalışıb. Şər-böhtanla rastlaşanda da polad iradəsinə güvənib Avdı Qoşqar.

Əzilmiş, xıncılmış bezikmiş ümidəm,

Atıblar dünyanın o tərəfinə,

atıblar dünyanın qəm tərəfinə.

Nə vaxt sınacağam - deyə bilmərəm,

Nə vaxt yanacağam - deyə bilmərəm,

Nə vaxt donacağam - deyə bilmərəm.

Bəllidir ki, intəhasız dünyanın tamahkar dəllalları vəzndə yüngül olan əşrəfi dəyər-dəyməzinə satar. Amma söz bazarında qiymətlər fərqlidir. Ruhunu oxşamadısa, könlünü ovsunlamadısa, nə qədər naxış-bəzək vurulsa da, yenə də dəyərsizdir. Haram tikəni halallıqla yeyənlərin, rüşvəti şirinlik, şəhvəti həzz sayanların dəyəri Tanrı mərtəbəsində necədirsə, onlardan ibrət götürməmək ondan

da betərdir. Avdı Qoşqar demişkən:

Çamırlıqda ömür sürmək

Çamırlıqla barışmaq kimi bir şeydi.

Haqqın kəsilən səsinə

alışmaq kimi bir şeydi.

Müqəddəs ocaqda baş verənlər şairi nə qədər əzsə də, əcdadlarımızın irs qoyduğu yurd sevgisi, vətənə məhəbbət, böyüyə hörmət və düşmənə nifrət onu ayaqda tutmağa vadar edir. Haqsızlıq, ədalətsizlik qarşısında boyun əyməyən söz sahibi bütün kinini, nifrətini topa-tüfəngə çevirib düşmənə tuşlayır. Və bu yolda sonuncu güllə olmaqdan belə qürur duyur:

Yaz milyonilki yaz, minilki çillə,

Qapaz həmin qapaz, sillə o sillə.

Soyuyur, burulur tətikdə güllə,

Sona saxlanılan güllə kimiyəm.

Özünə qibləgah, səcdəgah, yaxud da ziyarətgah bildiyi, ehtiyac duyduğu qara gözlünün dərdini çəkməklə ömürlük “intihar kəndiri”nə sarılı qalmağı arzulayan Avdı Qoşqar yenə də dərd qatarında yol gedir. O elə bir yoldur ki, nə bir dayanacağı var, nə də mənzil başı. Elə hey uzanır... uzanır... uzanır...

Keşkə ehtiyacım sən olaydın,

qara gözlərinə sarılı qalaydım ömrüm uzunu...

Avdı Qoşqarın fərqli və bənzərsiz üslubu var. Bu onun yazdığı ssenarilərdə də, publisistikada da, nəzm və nəsrdə də özünü büruzə verir. Çünki Avdı Qoşqar sözün dalınca zaman itirmir. Bəzən müvafiq çərçivədən kənara çıxmaqla, poeziyada tətbiq olunan janrların dar pəncərəsindən “azadlığa” can atır. Bu da ədəbi mühitdə şairin cızdığı yeni yol, yeni izdir.

Avdı Qoşqarın “Məni qoymadınız şair olmağa” misrası söz xiridarı Bəhmən Vətənoğlunu xatırlatdı mənə: “Nə şair deyiləm, nə şeir yazan, Əzəldən yaranıb söz azarkeşi”. Saf duyğuların təsvirini çəkən misralar yüksəkliyə gedən yolun özülü və əsrlər boyunca yaşayan poeziyanın laxlamayan təməlidir. Elə o möhkəm təməl də A.Qoşqar yaradıcılığının yaşarlılığına zəmin yaradır. Çünki metafora, təşbeh, istiarə, epitet və yerində işlədilmiş improvizasiyalar sözün bədii təsvirini canlandırır, əsərlərdəki emosionallıq, hiss-həyəcan və səmimi duyğuların lirizmi “mədə”də asanlıqla həzm edilir və insanın ruhunu sarır. Və bir də Avdı Qoşqar poeziyası ona görə oxunaqlıdır ki, müəllif  “dərd yükü”nün lokomotivi kimi özünü ifadə edir.  

Beləcə, 60 illik yubileyin (ömrün) ikinci dövrəsində görüşmək ümidilə, dilinizdən söz, əlinizdən qələm, dizinizdən təpər düşməsin, əziz dost!

ÖTƏRXAN ELTAC



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ