Cümə günü, 09 oktyabr 2026
     

”Çox təəssüf edirəm ki, bir çox insanlar dilimizə qəsd edir, ona qarşı təxribat həyata keçirir” - MÜSAHİBƏ

Image


Hər bir xalqın mövcudluğunu ifadə edən məfhumlardan biri ana dilidir. Azərbaycan dili minillərin sınağından üzüağ, alnıaçıq çıxaraq günümüzə qədər öz varlığını, siqlətini qoruya bilib.

Ana dilini yaşatmaq hər bir azərbaycanlının əsas vəzifələrindən biridir. Bu gün danışıq səviyyəsində ana dilimizin qayda-qanunları pozulursa, burada hamımız məsuliyyət daşıyırıq. Bir çox hallarda dil qanunlarımızın səhnə və efir adamları tərəfindən də pozulduğunu müşahidə edirik.

Ana dilimizin qorunmasında və təbliğində başlıca rol oynayan sənət sahiblərindən biri aktyorlar və bədii qiraət ustalarıdır.

Azərbaycan dilinin danışıqda ifadəsinin mövcud vəziyyətini tanınmış bədii qiraətçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, “Bakı-Xəbər” qəzetinin mədəniyyət üzrə eksperti Zülfiyyə Eldarqızı ilə müzakirə etdik.

- Zülfiyyə xanım, biz sizinlə mütəmadi olaraq danışıq dilinin problemləri haqqında danışmışıq. Bu məsələdə hər ikimizi qayğılandıran xeyli məqam var. Siz uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından tələbələrə dərs demisiniz. Tələbələrin dilə münasibəti sizi qane edirdimi?

- Ana dilinə münasibət, məhəbbət ilk olaraq ailədə, uşaq bağçasında, orta məktəblərdə formalaşdırılmalıdır. Bilirsiniz, ana gözəl danışmalıdır  ki, onun övladı da körpəlikdən ana dilinin incəliklərini mənimsəsin. Bağça müəllimləri, eləcə də ibtidai sinif müəllimləri səlist, aydın, qüsursuz danışıq mədəniyyətinə malik olmalıdırlar. Hesab edirəm ki, ana və müəllim, sonra cəmiyyət ali məktəbə qədərki dövrdə uşaqların nitqinin formalaşmasında böyük rol oynamalıdır. İbtidai sinif müəllimləri tanıyıram ki, onların nitqi çox zəifdir, sözləri deyərkən vurğuları yerli-yerində işlətmirlər. Yaxud bəzi analar uşağının inkişaf dövründə ona çörəyi “pəpə”, “yeməyi “appa” kimi təlqin edir. Uşaqda da belə fikir formalaşır ki, o, çörəyə “pəpə” deməlidir. Ona görə də əksər hallarda uşaqların sözləri tələffüz etməsində ciddi nöqsanlara rast gəlirik. Bu nöqsanlar onlarda kiçik yaşından formalaşdırıldığı üçün, onu sonradan düzəltmək çox çətin olur.

- Azərbaycan dili və ədəbiyyat müəllimləri var ki, onların da nitqində kifayət qədər qüsur var. Halbuki, onların mütaliəsi, söz bazası, savadı ona imkan verir ki, dilə daha həssas yanaşsınlar.

- Çox gözəl bir məsələyə toxundunuz. Bu məni uzun illər düşündürən bir problemdir. Vaxtaşırı olaraq müxtəlif rayonlarda uşaq və yeniyetmələr üçün bədii qiraət müsabiqələri təşkil edilir. Mən də dəfələrlə münsiflər heyətinin üzvü qismində o müsabiqələrdə iştirak etmişəm. Mən orada Azərbaycan dili və ədəbiyyat müəllimlərinin şagirdlərlə şeir, bədii mətn üzərində işləməsini görmüşəm və bu məni xeyli dərəcədə mütəəssir edir. Görürəm ki, dil və ədəbiyyat müəllimləri uşaqları tamam başqa bir səmtə yönəldirlər.

- Nə mənada?

- Uşaqlara elə öyrədirlər ki, guya şeiri ucadan deyəndə, hansısa sözləri başqa sözlərdən ayırıb onu daha çox vurğulayanda şeir gözəl səslənir. Əslində isə şeir pafosla, qışqırtı ilə deyilməməlidir. Uşaqların poeziyanı sevməsində, şeirləri, bədii mətnləri tələblərə uyğun səsləndirməsində dil və ədəbiyyat müəllimlərinin üzərinə çox böyük vəzifə düşür. Kifayət qədər uşağa rast gəlirəm ki, onlar qətiyyən orfoepik normalara riayət etmirlər. Bu da ondan irəli gəlir ki, müəllimlərin danışığında onlar bunu görmür və müəllimləri necə danışır, onlar da o şəkildə danışırlar. Dilimizdə elə sözlər var ki, deyildiyi kimi də yazılır, amma bir sıra sözlər isə səsləndiyi kimi yazılmır. Biz “ana”, “Vətən” sözlərini necə səsləndiririksə, o cür də yazırıq, ancaq “istəyirəm” sözü “istiyirəm”, “qardaşımdan” sözü “qardaşımnan” kimi tələffüz edilməlidir. Yaxud görürsən ki, şivə və ləhcələrdə işlənən sözləri ədəbi dilə gətirirlər. Halbuki, qətiyyən gətirmək olmaz. Ədəbi dil normalarını sadə vətəndaşlar da, KİV nümayəndələri də, aktyorlar da, ziyalılar da qorumalıdırlar. Ədəbi dildən ziyalılarımız, televiziya və radio aparıcıları, aktyorlar, səhnə adamları daha incəliklə istifadə etməlidirlər. Bütövlükdə, ziyalılar, aparıcılar, ədəbiyyat adamları gözəl, səlis, yığcam danışmağı bacarmalıdırlar. Gözəl danışmaq, dilimizin saflığını, incəliyini, gözəlliyini qorumaq hər bir azərbaycanlının əsas vəzifəsi olmalıdır.

- Bildiyim qədər, ali məktəblərdə nitq mədəniyyəti adlı fənn tədris edilir. Bəs o fənnin nəticəsi olmur ki?

- Bilirsiniz, nitq gərək tələbədə hələ erkən yaş dövründən formalaşsın. Müəllim dərsini keçir, o dərsi heç də bütün tələbələr eyni səviyyədə qavramır. Məsələn, tələbə var ki, gözəl nitqi var və nitq mədəniyyəti dərsindən də əxz etdikləri ilə nitqini daha da zənginləşdirir. Tələbə də var ki, ümumiyyətlə nitqi yoxdur. Elə tələbə ilə müəllimin işləməsi çox çətin olur.

- Siz orada dərs dediyiniz dövrdə Mədəniyyət və İncəsənət Universitetində aktyor olmaq istəyən gənclərin nitqi üzərində necə işləyirdiniz?

- Bilirsiniz, aktyor, aktrisa olmaq istəyən gəncin zahiri görünüşü ilə yanaşı, onun bitkin nitqi də olmalıdır. Ümumiyyətlə, bu ali məktəbdə abituriyentlər üçün xüsusi hazırlıq kursları təşkil edilirdi, biz abituriyentlərlə işləyirdik. Abituriyent kurslarına elə gənclər seçilirdilər ki, onların nitqində qüsur olmurdu. Aydın, səlis danışmağı bacaran abituriyentlərlə də işləmək müəllimlər üçün çox rahat idi. Biz, sadəcə, onlara obrazlar üzərində işləmək yollarını öyrədirdik, onlara müəyyən istiqamətlər verirdik. Yəni bu gənclər hazırlıqlı olurdular, biz onlara səhnə danışığının daha dərin qatlarını mənimsədirdik.

- Siz hazırda mötəbər bir teatrda işləyirsiniz. Nəzərə alsaq ki, teatrlar ana dilinin saflığı uğrunda zaman-zaman mübarizə aparan mədəniyyət ocağı olub, bu gün necə, teatrlar ana dilinin saflığını qoruya bilirmi?

- Bilirsiniz, teatr ana dilinin saflığını bu gün də qoruyur və dilimizin gözəlliyini təbliğ edir. Çünki aktyorun əsas vəsaiti sözdür, dildir. Teatrların dilə münasibətindən narazı qalmaq olmaz. Çünki dilimiz az-çox elə teatr səhnəsində qorunur, yaşadılır. Dilə münasibət məni hər zaman maraqlandırır. Təəssüf ki, bir çox sahədə dilə münasibət məni qane etmir. Elə məsələlər var ki, onları qanunlarla tənzimləmək mümkün deyil, o sahədə dillə bağlı olan problemi yalnız ictimai qınaqla aradan qaldırmaq olar.

- Yəqin ki, o sahələrdən biri televiziyadır...

- Haqlısınız. Bəzən adi bir tamaşaçı kimi televiziya proqramlarına baxıram. İnanın ki, hər dəfə də əsəbiləşirəm. Aparıcıların bir çoxunun nitqi bərbaddır, onların danışıq mədəniyyəti sıfırdır. Siz hələ seriallarda, reklam çarxlarında dilin hansı vəziyyətlərə salınmasını görəsiniz. Həm reklamlarda, həm də seriallarda dilimizə qarşı açıq-aydın təxribat duyulur. Dilin gözəlliyini ifadə edə bilmirsənsə, o reklamı niyə çəkirsən? Reklam çəkirsinizsə, orada peşəkar aktyorun səsindən istifadə edin. Sözlər tələffüz edilərkən vurğu uyğun məqamda vurulmur, vurğunu səhv vururlar, bu da məni bir mütəxəssis kimi ciddi şəkildə narahat edir. 

- Məlumdur ki, bəzən serialları və reklam mətnlərini səsləndirmək üçün rusdilli insanları seçirlər. Bu da mövcud problemin yaranmasına səbəb olur.

- Əlbəttə, elədir. Bu çox böyük problemdir. Azərbaycan dilinin qrammatikası ilə rus dilinin qrammatikası tamam fərqli olduğu üçün, mövcud problem meydana çıxır. Televizya, radio insanları inandırır və onları öz ardınca aparır. Televiziyalarda aparıcılıq edən şəxs özü şəxsiyyət olmalıdır, gözəl danışığa, nitq mədəniyyətinə sahib olmalıdır ki, verilişə dəvət etdiyi qonağın da danışığı gözəl olsun və onların dialoqu tamaşaçıya örnək olsun. Əgər aparıcı özü danışarkən vurğuları səhv vurursa, onda o müsahibdən necə gözəl danışıq tələb edə bilər? Çox təəssüf edirəm ki, bir çox  aparıcı dilimizə qəsd edir, ona qarşı təxribat həyata keçirir. Bir aparıcı dilimizi lazımi səviyyədə təqdim edə bilmirsə, demək, o, dilimizə qəsd edir. Yerli telekanallardan birində veriliş aparıram və proqram musiqi ilə bağlıdır. Belədir ki, verilişdə zərfi açıram və zərfdən hansı mövzu çıxırsa, o sözə uyğun mahnı səsləndirilir. Keçən verilişlərdən birində rejissor qulağıma deyir ki, Zülfiyyə xanım, siz “zərf açıldı” sözünü işlətməyin, çünki camaat o sözü eşidəndə gülür, o sözə lağla yanaşır və ona birmənalı münasibət yoxdur. İnanın, elə pis oldum ki... Bu məsələ məni çox qıcıqlandırdı. Gül nə edir? Açılır. Bu halda “açıldı” sözü niyə ironiya predmetinə çevrilməlidir? Hansısa bir üzdəniraq adam “açıldı” sözünü cəmiyyətə pis təqdim edib. Ona görə də bu söz camaatda ironiya yaradır. Dilimizə qarşı bu cür mənfi münasibətə son qoyulmalıdır. Ana dilimizin hər bir sözünə həssaslıqla yanaşmalıyıq. Bu gün dilimizi lazımi səviyyədə qoruyub gələcək nəsillərə ötürə bilməsək, onlar bizi qınayacaqlar. Deyəcəklər, dövlət ana dilinin inkişafı, qloballaşma şəraitindən şərəflə çıxması, dilimizin gələcək nəsillərə uğurla ötürülməsi üçün saysız dövlət proqramı, qanunlar, normalar qəbul edib, bəs ictimaiyyət, ziyalılar nə üçün dilin keşiyində durmayıblar. Bizim qarşımızda duran əsas məsələlərdən biri də odur ki, övladlarımıza ana dilimizi yüksək səviyyədə öyrətməliyik. Qoy onlar xarici dilləri öyrənsinlər, ancaq ana dilimizi bilmədən, onların başqa dilləri bilməsinin heç bir əhəmiyyəti yoxdur.

- Zülfiyyə xanım, serialların və dublyaj edilən filmlərin də dili bərbaddır. Bu nədən qaynaqlanır?

- Əvvəla onu deyim ki, Azərbaycan Televiziyasında dublyajla bağlı heç bir problem hiss etmirəm. Yəni burada Dublyaj redaksiyası var və bütün əcnəbi filmlər çox yüksək səviyyədə səsləndirilir. Deyərdim ki, bizim dublyaj ənənələrimiz bu televiziyada gözəl qorunur. Müxtəlif prodakşnlar, eləcə də bəzi özəl televiziyalar tərəfindən edilən dublyajlarda isə ciddi nöqsanlar var. Təəssüf ki, onlar peşəkarlarla işləməyə üstünlük vermirlər. Dublyaj işinə əsasən qeyri-peşəkarları, Azərbaycan dilini bilməyən, nitq mədəniyyəti aşağı səviyyədə olan adamları dəvət edirlər. Bu da sözügedən sahədə ciddi problemlərin mövcud olmasına gətirib çıxarır. Bir məsələni də deyim ki, bəzi özəl prodakşn və televiziyalarda dublyajla məşğul olan adamların çoxunun bədii qiraət ustalarının yanında dərs almasına ehtiyacı var. Seriallara gəlincə, bu məsələ məni də ciddi narahat edir. Əfsuslar olsun ki, seriallarda ləhcə və şivələrdən geniş istifadə edilir. Bütün bir serialı ləhcə və şivə üzərində qurmaq olmaz. Bir-iki obrazın, personajın danışığında hansısa bir bölgəmizin ləhcəsindən istifadə etmək olar. Bilirsiniz, ssenari yazanlar da, rejissorlar da, aktyorlar da dilin tələblərini bilməlidirlər. Vizual sənət vasitəsilə dilimizi daha yüksək səviyyədə təbliğ edə bilərik.

Dilimiz haqqında böyük qələm adamı Gülhüseyn Hüseynoğlunun “Azərbaycan dili”  şeirini demək istəyirəm. Bu şeiri universitetdə də proqrama salmışdıq.

Anamın südündə, Vətənimin havasında
Çörəyində, suyunda səni duymuşam.
Torpağımda-daşımda, çölümdə, çəmənimdə,
Kürümdə, Arazımda, Xəzərimdə, canımda
Səni görmüşəm.
Elmdə, günümdə, dərsimdə, kitabımda
Səni sevmişəm.
A mənim tarixin eniş-yoxuşlarından
Xalqımın göz bəbəyi kimi qoruduğu
Azərbaycan dili!
Anamın şirin-şirin laylalarından,
Arzulu-arzulu oxşamalarından
Qanıma keçmisən.
Atamın kişi-kişiyanə söhbətlərində ruhuma çökmüsən.

Mən istəyirəm ki, anamızı sevdiyimiz qədər, dilimizi sevək, anamızı qoruduğumuz qədər, dilimizi qoruyaq!

İradə SARIYEVA                                   



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ