Cümə günü, 09 oktyabr 2026
     

Dini abidələrimizin UNESCO siyahısına salınması istiqamətində nələrə çata bilmişik...

Image


Təzəgül Yusifova: “Biz dini abidələrimizə yenidən baxmalıyıq və onların kateqoriyalarını düzgün müəyyənləşdirməliyik ki, UNESCO-ya təqdim edə bilək”
Fariz Xəlilli: “Çox təəssüf ki, bizim öz dəyərləndirməmizdə də dünya əhəmiyyətli dini abidələrimizin sayı azdır”

 

Azərbaycanda mövcud olan qədim tarixi abidələr sırasında islamaqədərki və islamdan sonrakı dövrü əhatə edən dini abidələr də xüsisi yer tutur. Tarixən ölkəmizin ərazisində mövcud olan dinlərin, inancların nişanələri olan məbədlər, dini abidələr, məscidlər bu gün də dövlət tərəfindən mühafizə edilir.

Zərdüştlüyün, eləcə də xristianlığın ilk beşiklərindən olan Azərbaycanda bir sıra dini abidələr var ki, o abidələri dünya miqyasında hələ lazımi səviyyədə tanıda bilməmişik. Qafqaz Albaniyasının mərkəzi olan məmləkətimiz qədim alban məbədlərinə də sahibdir. Çox təəssüf ki, bu gün ermənilər işğal etdikləri tarixi torpaqlarımızda yerləşən qədim alban mədəniyyətinə aid abidələri, məbədləri UNESCO-da öz adlarına qeydiyyatdan keçirirlər. Azərbaycandan isə 1998-ci ildə Atəşgah məbədi UNESCO-nun ümumdünya irs obyektlərinin siyahısına salınıb. Dünya əhəmiyyətli abidə olan Atəşgah hazırda dünya atəşpərəstlərinin, Zərdüşt inancı davamçılarının ziyarət yeridir.

Azərbaycanda mövcud olan dini abidələr, ziyarətgahlar, övliyaların türbələrinin UNESCO-ya daxil edilməsi bu gün ən zəruri məsələ kimi qarşımızda durur.

Hazırda turistlərin, islam dininə tapınan insanların ən çox ziyarət etdiyi məkanlardan biri olan, Naxçıvanda yerləşən Əshabi-Kəhf mağarasının dünyada tanıdılması, onun UNESCO-nun müvafiq siyahısına salınması vacib bir məsələdir. Nəzərə alsaq ki, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı statusunu daşıyır, belə bir vaxtda Naxçıvanın dünya əhəmiyyətli dini abidələrinin UNESCO-ya daxil edilməsi zəruridir. 

Bu gün Azərbaycanda onlarla dini abidə var ki, onlar ümumdünya maddi-mədəni irsində özünə yer tutmalıdır.

Ermənilərlə müqayisədə Azərbaycanın dini tarixi abidələrinin UNESCO-da qeydiyyatdan keçə bilməməsi səbəblərinin müxtəlif olduğunu deyən ekspertlər hesab edirlər ki, bəzi dövlət qurumlarının dini abidələrə yanaşması dəyişməlidir. Ekspertlər qeyd edirlər ki, ölkə başçısı mütəmadi olaraq dini abidələrin bərpası ilə bağlı sərəncamlar imzalayır, ölkəmizin 1-ci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan maddi və qeyri-maddi irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarına salınmasına nail olur. Ekspertlərin fikrincə, bu günə qədər bu sahədə görülən işlər Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib.

Tarixçi Təzəgül Yusifova bildirdi ki, bu gün Azərbaycanda çox qədim tarixə malik olan və dünya üçün əhəmiyyət kəsb edən abidələr çoxdur. O hesab edir ki, həmin abidələrin indiyə qədər Ümumdünya irs siyahısına salınmamasının səbəbi onların vaxtilə düzgün formada qeydiyyata alınmaması ilə bağlıdır. Onun sözlərinə görə, bu gün dini abidələrin yenidən reyestrinin həyata keçirilməsinə böyük ehtiyac var: “Azərbaycanda tarixi qədim olan, həm Zərdüşt dövrünə, həm Albaniya zamanına, həm də İslam mədəniyyətinə aid zəngin dini abidələr var. O abidələr nəinki respublikamız, Cənubi Qafqaz üçün əhəmiyyətlidir, eləcə də onlar dünya mədəni irsi üçün çox dəyərlidir. Görünür, Sovet dövründə o abidələrin siyahıya alınıb kateqoriyalaşdırılması məsələsində qeyri-dəqiqliyə yol verilib. Yəni abidələr siyahıya alınarkən onların əhəmiyyət dərəcəsi respublika miqyasında kiçildilib. Siyahıya düşüb ki, bu dini abidələr yalnız ölkə əhəmiyyətlidir. Belə olduğu halda isə dini abidələrimizin UNESCO-ya təqdim edilməsində problem yaranır. Abidə gərək dünya əhəmiyyətli abidə kimi qeydiyyatdan keçsin ki, onu UNESCO-ya daxil etmək mümkün olsun. Ermənilər bizdən fərqli olaraq, saxtakarlıqla mənimsədikləri bütün qədim alban məbədlərinə “dünya əhəmiyyətlidir” kateqoriyası verib onların əksəriyyətini UNESCO-da qeydiyyata aldırıblar. Biz dini abidələrimizə yenidən baxmalıyıq və onların kateqoriyalarını düzgün müəyyənləşdirməliyik ki, onları UNESCO-ya təqdim edə bilək”.    

O hesab edir ki, Kiş, Gürmük, Keşikçidağ, Əshabi-Kəhf, Gəncə İmamzadəsi və s. dini abidələrimiz UNESCO-nun müvafiq siyahılarına salınmalıdır.

MIRAS- Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, maddi-mədəni irs üzrə mütəxəssis Fariz Xəlilli də hesab edir ki, Azərbaycanda mövcud olan tarixi dini abidələri UNESCO-nun müvafiq siyahılarına salmaq lazımdır. F.Xəlillinin sözlərinə görə, əvvəlcə respublika ərazisində mövcud olan dünya əhəmiyyətli abidələr müəyyənləşdirilməli, sonra isə onlar sözügedən quruma təqdim edilməlidir. “Ümumiyyətlə, bütün dini abidələrin əhəmiyyət dərəcəsi var. Yəni onlar dünya, respublika, yaxud bölgə əhəmiyyətlidir. Əvvəlcə bilmək lazımdır ki, o abidələr respublikamızda hansı kateqoriyalarda qeydiyyatdan keçib. Burada iki əsas problem var. Birincisi odur ki, bu dini abidələrin bir qismi yerli, bəziləri respublika, bəziləri isə dünya əhəmiyyətli abidələr kimi qeydiyyatdan keçiblər. Çox təəssüf ki, bizim öz dəyərləndirməmizdə də dünya əhəmiyyətli dini abidələrimizin sayı azdır. İkinci problem isə odur ki, hələ də dini abidələrimizin çoxu qeydiyyata alınmayıb, dövlət reyestrindən keçməyib. Özümüzün hələ qeydiyyata almadığımız dini abidələri UNESCO-ya necə təqdim edə bilərik? Biz bu sahədə hərtərəfli işlər görməliyik. Bu gün sufi təriqətlərindən biri xəlvətilik təriqətidir. Xəlvətiliyin də tarixi məkanı Şamaxı rayonunun Avaxıl kəndində yerləşən türbədir, abidədir. Yəni bu təriqət bütün dünyaya Avaxıl kəndindən yayılıb. Bu türbə Mövlanənin Konyadakı türbəsi kimi bir türbədir. Mövlanə mövləvilər üçün nədirsə, xəlvətilik sufi məktəbində Pir Ömər Avaxili Şirvani də (Əbu Abdulla Ciracddin Ömər Xəlvəti) odur. 2006-cı ildən bu yana bu dini abidənin dövlət qeydiyyatına alınması ilə bağlı Mədəniyyət Nazirliyinə dəfələrlə məktubla müraciət etmişəm, lakin hələ də bu abidə qeydiyyata alınmayıb. Etiraf edək ki, dini abidələrə bir qədər laqeyd yanaşırıq, onlara elə də əhəmiyyət vermirik. Söhbət təkcə hansısa bir dini abidənin memarlıq xüsusiyyətlərindən getmir, həm də orada uyuyan şəxsin dünya əhəmiyyətli olmasından gedir. Bizim bu abidələrə yanaşmamız ona gətirib çıxarır ki, bu abidələr qeydiyyatdan keçə bilmir. Dini abidələrlə bağlı alimlərin, memarların, Mədəniyyət Nazirliyinin, eləcə də UNESCO-nun Azərbaycan nümayəndəliyinin birgə işləyəcəyi məqamlar var. Hesab edirəm ki, Azərbaycandakı dini abidələrin siyahısı tam tərtib edilməli, onların kateqoriyaları müəyyənləşdirilməlidir. Onu da vurğulayım ki, qədim dini abidələrimizin bəzilərinin yenidən bərpaya ciddi ehtiyacı var. Abidəni yararlı vəziyyətə salmalıyıq ki, sonra onu beynəlxalq qurumda qeydiyyatdan keçirə bilək. Biz dini abidələrimizi lazımi səviyyədə dəyərləndirə bilsək, o abidələri gerçək bir turizm məkanına da çevirə bilərik. Müqəddəs insanların ölkəmizdə türbəsinin olması bizə həm maddi, həm də mənəvi cəhətdən böyük dividendlər qazandırır”.

F.Xəlilli qeyd etdi ki, işğal altında olan dini abidələrimizin də siyahısı, kateqoriyası tam müəyyən edilməli, onlar haqqında məlumatlar hazırlanmalıdır.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ