Cümə günü, 09 oktyabr 2026
     

İçərişəhərdə xalq sənəti nümunələrimizin şənbə-bazar satış yarmarkasında… - FOTO

Image


Lena Əliheydərova: “Əsas müştərilərimiz ərəb turistləridir”
Cahan Məhəmmədpur: “Biz öz mədəniyyətimizi, xalq sənətimizi əcnəbi turistlər vasitəsilə xarici ölkələrdə təbliğ edirik”
Adəm Zindani: “Avropalıların tələbatı qorxunc, əcaib personajlara həsr etdiyim ağacoyma işlərinədir” 

 

İçərişəhər öz ruhu, öz aurası olan bir məkandır. Bura gələn hər bir insan özünü keçmişlə müasirliyin qurşağında hiss edir. İçərişəhər yalnız qədim tarixi arxitekturası ilə deyil, həm də yaddaşında saxladığı və zərrə-zərrə bizlərə ötürdüyü arxaik ab-havası ilə maraqlıdır.

İçərişəhər qədim zamanlardan indiyə qədər paytaxtımıza gələn qonaqların sevimli məkanlarından olub. Bu gün də turistlərin ən çox ziyarət etdiyi unikal məkan kimi onun öz yeri var.

Son illər ardıcıl olaraq İçərişəhərdə müxtəlif festivallar, bayramlar təşkil edilir. Sözsüz ki, bu bayramlara qatılanlar arasında turistlər xüsusi fərqlənirlər. Festivallar çərçivəsində həftənin hər günü, festivallar olmadığı müddətdə isə həftənin şənbə və bazar günləri İçərişəhərdə xalq sənəti ustalarının satış-sərgiləri təşkil edilir. Azərbaycan dulusçuluq, miskərlik, ağacoyma, təsviri incəsənət, tikmə, toxuma və s. növlərinin nümunələri paytaxt sakinlərinə və turistlərə təklif olunur. İçərişəhərdə hər həftənin şənbə və bazar günləri təşkil edilən xalq sənəti nümunələrinin satış sərgisi olduqca maraqlıdır. Burada turistlər həm xalq sənəti nümunələrimizlə tanış olur, həm də onların necə hazırlandığının şahidi olurlar. Belə satış sərgilərindən birinə də biz şahidlik etdik. İçərişəhərin hər addımında turistlərə, əcnəbi qonaqlara rast gəlmək mümkündür. Onlar bizim mədəniyyətimizlə, həyat tərzimizlə, xalq sənətimizlə tanış olur və bu gözəlliklərə rəğbətlərini ifadə edirlər.

Xalq sənəti nümunələrinin satış sərgisində qədim sənət növlərimizin, demək olar ki, əksər örnəkləri təmsil olunurdu. Bu dəfə daha çox qadın sənətkarlarımızın əl işləri üstünlük təşkil edirdi. Milli geyimlərdən, gəlinciklərdən tutmuş, muncuqlarla bəzədilmiş əl işlərinə qədər çox şey sərgidə alıcılara təklif olunurdu.

Öz əl işlərini satış-sərgidə alıcılara təklif edən Lena Əliheydərova bizimlə söhbətində bildirdi ki, o, muncuqlarla müxtəlif bəzək əşyaları, o cümlədən də bujiteriya nümunələri hazırlayır. L.Əliheydərova qeyd etdi ki, bujiteriya düzəltməklə 5 ildir məşğul olur. İndiyə qədər bir sıra xalq sənəti növləri, o cümlədən də xalça toxumaqla məşğul olduğunu deyən müsahibimiz bildirdi ki, bujiteriya hazırlamaq onun daha çox xoşuna gəlir. “Biz, demək olar ki, hər həftə İçərişəhərdə öz əl işlərimizi satmaqla məşğuluq. Şəhərdə festival, yaxud hansısa beynəlxalq tədbir olursa, onda biz həftənin ara günləri də əl işlərimizi burada satırıq. Tədbirlər olmasa, yalnız şənbə və bazar günləri bura gəlirik. Əl işlərimizi əsasən şənbə-bazar günləri satırıq. Çünki istirahət günü olduğundan, insanlar İçərişəhərə kütləvi olaraq gəlirlər. Ara günlər isə müştərilər az olur. Bu baxımdan, biz mal sata bilmirik. Turist axını olanda isə əl işlərimizin alıcılıq qabiliyyəti yüksək olur. Deyim ki, bura müxtəlif xarici ölkələrdən turistlər gəlir, əl işlərimizə böyük maraq göstərirlər. Ancaq əsas müştərilərimiz ərəb turistləridir. Onlar əl işlərimizi almaqla kifayətlənmir, həm də əl işlərimizin növlərinin tarixi ilə maraqlanırlar. Biz də onlara deyirik ki, bu əl işləri qədim ənənəvi sənət nümunələridir və onlar milli etnoqrafik sənətin dəyərli örnəkləridir. Sənətkar ancaq əl işini düzəltməklə kifayətlənmir, o həm də sənəti haqqında insanları məlumatlandırmağı bacarmalıdır. Burada kukla tikənlərin, dərzilərin, ağacoyma ustalarının, eləcə də digər sənət növlərinin ustaları iştirak edirlər.

Mən özüm uşaqlıqdan xalq sənətinin vurğunuyam. Anam xalçaçıdır. Mən xalq sənətinə ancaq biznes kimi baxmıram, bu, keçmişdə mənim hobbim olub, bu gün isə ciddi yanaşdığım sənətimdir”.

Əslən Cənubi Azərbaycandan olan ağacoyma sənətkarı Cahan Məhəmmədpurun da əl işləri oluqca maraqlıdır. Sadə, təvəzökar sənətkar olan C.Məhəmmədpur bildirdi ki, onun ailəsi Bakıda yaşayır və sənətini burada davam etdirir: “Mən ağacoyma sənətini Tehranda öyrənmişəm. Ustadım isə məşhur ağacoyma ustası Tahir İmami olub. Mənim məşğul olduğum sahə ağac mozaikası sənətidir. Birinci dəfə İranda bu işlə Tahir İmaninin qardadı Əhməd İmani məşğul olub və öz davamçılarını yetişdirib. Bu sənətin İranda 100 yaşı var. Bu bizim ənənəvi sənətimizdir. Həm o tayda, həm də bu tayda çoxlu sayda ağacoyma ustamız var. Mən də onlardan biriyəm. 3 ildir Bakıda yaşayıram. Mən burada müxtəlif əl işlərimi satıram. Demək olar ki, əsas müştərilərimiz turistlərdir. Əl işlərimi əsasən yerli ağaclardan hazırlayıram. Qoz ağacından və lapandan çox gözəl işlər alınır. Lapan ağac növüdür, ondan çox gözəl nümunələr alınır. Müştərilərə sənət əsəri təqdim edirik, onlar bu əsərləri öz ölkələrinə aparırlar. Biz öz mədəniyyətimizi, xalq sənətimizi əcnəbi turistlər vasitəsilə xarici ölkələrdə təbliğ edirik”.

Rəssam-heykəltəraş Adəm Zindaninin əl işləri öz qəribəlikləri ilə seçilir. Adəm bəy əsasən qorxulu, dəhşətli nağıl personajlarının heykəlciklərini yonub hazırlayır. “İki ildir ağacoyma sənəti ilə məşğul oluram. Özüm rəssam-heykəltəraşam. Mənim müştərilərim ancaq avropalılardır. Onlar bu personajları xüsusi məqsədlər üçün alırlar. Avropa ölkələrindən gələn turistlər əsasən qorxunc, əcaib məxluqların personajlarını istəyirlər. Yəni avropalıların tələbatı qorxunc, əcaib personajlara həsr etdiyim ağacoyma işlərinədir” - deyə bildirən A.Zindani qeyd etdi ki, ağac üzərində qorxunc, bədheybət personajlarının ifadə olunması sənəti daha çox Kanadada məşhurdur.

Onun sözlərinə görə, avropalıların qorxunc personajları almasının səbəbləri ona aydın olmasa da, onların bu heykəlcikləri evlərindən asması haqqında məlumatı var: “Onların bu qorxunc personajları evlərdən, qapılardan asırlar. Deyirlər ki, bu personajlar vasitəsilə şər qüvvələri geri qaytarırlar. Onların inacına görə, bu fiqurlar şər qüvvələri məhv etməyə qadirdir. Bu heykəlcikləri tut, nar və xan çinardan başqa bütün ağaclardan düzəltmək olur”.

Adəm bəyin əl işləri sırasında milli nağıl personajlarımızı görmədik. Bunun səbəblərini soruşduqda o bildirdi ki, milli personajları əcnəbilər tanımadıqları üçün onların alıcılıq qabiliyyəti aşağıdır. Əl işləri hazırlayarkən əsasən avropalı turistləri nəzərdə tutduğunu deyən A.Zindani bildirdi ki, sifariş edən olsa, milli personajlar da hazırlaya bilər: “Mən əsasən turistlərin maraqlarını nəzərə alıram. Onların tələbatı hansı işlərədirsə, onu da düzəldib alıcılara təqdim edirəm. İndiyə qədər təkrar olunmadan işlədiyim işlərin sayı 500-dən çoxdur. Təkrar işlədiyim işlərin isə sayı daha artıqdır”.

Satış-sərgidə oymaçı rəssam Asif Qasımovun da əl işləri turistlərə təqdim edilirdi. Ona ayrılan satış məkanında özü olmasa da, satıcısı Səbinə xanım iş başında idi. A.Qasımov böyük istedad və zəhmətlə olduqca maraqlı əl işləri hazırlayıb. Milli musiqi alətlərindən tutmuş, milli personajlara qədər çeşidli nümunələr yaradan A.Qasımovun əl işlərini satan Səbinə xanım bildirdi ki, əl işlərinin alıcıları əsasən turistlərdir: “Asif Qasımov çox istedadlı sənətkardır və onun çox maraqlı əl işləri var. Biz həftənin şənbə və bazar günləri əl işlərini təqdim edirik. Alıcılara gəlincə, mallarımızı əsasən şənbə-bazar günləri sata bilirik. Ara günü, demək olar ki, müştərilər az olur”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ