Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanda küçə musiqiçiləri və küçə rəssamlığı sənətləri...

Image


Sevinc Hüseynova: “Küçə rəssamları daha çox tez-tələsik çəkdikləri rəsmləri satmaqla çörəkpulu qazanırlar”
Zəka Vilayətoğlu: “Mən küçə musiqiçilərinin fəaliyyətini çox normal qəbul edirəm”
Rauf Əbdülhüseynoğlu: “Sizin küçələrdə, meydanlarda, bağlarda gördüyünüz rəssamların...”

 

Çoxlarımıza küçə musiqiçiləri və küçə rəssamları xarici filmlərdən və xarici yazıçıların əsərlərindən tanışdır. Bədii əsərlərdə küçə musiqiçiləri və rəssamları haqqında oxuyanda təəccübümüzü gizlədə bilmirdik. Bizə elə gəlirdi ki, musiqiçi küçədə deyil, konsert zalında ifa etməlidir, rəssamın isə yeri küçələr deyil, emalatxanadır.

Ancaq dünənə kimi bədii əsərlərdə və filmlərdə gördüyümüz mənzərəni bu gün öz şəhərimizdə də müşahidə edirik. Buna mənfi hal kimi yanaşmaq düzgün deyil. Bu, sənətin təbliği və musiqiçilərin, rəssamların pul qazanması üçün vacib məsələdir. Reallıq budur ki, heç də bütün musiqiçilər toya getmirlər və hər rəssamın da şəxsi emalatxanası yoxdur. Bu halda, onlar üz tutur şəhərimizin mərkəzi yerlərinə. Bir vaxtlar paytaxtın Fəvvarələr Meydanında rəssamlara rast gəlirdik. O rəssamlar bir kənarda oturub müştərinin surətini çəkir, iş olmayanda isə öz rəsm əsərlərini ərazidən keçənlərə təklif edirdilər. Son illər onlar Fəvvarələr Meydanında gözə dəymirlər. Ancaq şəhərin müxtəlif parklarında, Dənizkənarı Bulvarda ara-sıra küçə rəssamlarının rəsm çəkdiyinin şahidi oluruq.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində küçə rəssamları və musiqiçiləri ilə bağlı konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Yəni onlara istənilən yerdə məşğul olmaq üçün icazə verilmir. Küçə rəssamları və küçə musiqiçiləri yalnız onlar üçün müəyyən edilən məkanlarda fəaliyyət göstərə bilərlər. Ümumiyyətlə, dünyanın bir çox yerində küçə rəssamlarına və küçə musiqiçilərinə elə də yaxşı baxmırlar. Bəzən səhv olaraq onları səfillərlə, əyyaşlarla müqayisə edirlər. Əslində isə belə deyil. Onlara yanaşma Azərbaycanda fərqlidir. Hələ indiyə qədər bir küçə musiqiçisi və bir küçə rəssamı vətəndaşların qınağına tuş gəlməyib. Bizdə onlara, bir növ, mənəvi, maddi dəstək də var. Məsələn, bir çoxumuz görəndə ki, yeraltı keçiddə, yaxud metro ağzında, hansısa parkda, bağda bir musiqiçi ifa edir, ona yaxınlaşıb ifasını pulla qiymətləndiririk, yaxud rəssama yaxınlaşıb ucuz qiymətə bir portret çəkdiririk.

Rəssam Sevinc Hüseynova hesab edir ki, küçə rəssamlarının mövcudluğu onda təəssüf hissi yaradır. Ancaq, bununla belə, onların çörək qazanmaq üçün bu yolu tutmaqlarına normal yanaşır: “Bu gün dünyada küçə rəssamlarının fəaliyyətinə normal yanaşılır və insanlar onları anlayırlar. Bilirsiniz ki, əvvəllər Azərbaycanda küçə rəssamlığı olmayıb. Rəssamlar cəmiyyətin yüksək təbəqəsinə aid olan peşə sahibləri kimi hər zaman təminatlı yaşayıblar. Lakin son zamanlar rəssamlar arasında küçə rəssamlığını seçənlərə də rast gəlinir. Onlar əvvəllər daha çox “Torqovı” küçəsinə yığışardı. Deyim ki, onlar arasında istedadı olanlar da var. Ancaq küçə rəssamlarının böyük əksəriyyəti sənətdə uğur qazana bilməyənlərdir. Hesab edirəm ki, onlar küçədə pul qazanmaq üçün işləyirlər. Bundan başqa, heç də rəssamların hamısı emalatxana ilə təmin edilməyib. Bu da rəssamların bir qisminin emalatxana şəraitində işləməsinə çətinlik yaradır. Bu səbəbdən də onlar küçələrdə, parklarda, bağlarda rəsm çəkməklə məşğul olurlar. Hazırda küçə rəssamları daha çox tez-tələsik çəkdikləri rəsmləri satmaqla çörəkpulu qazanırlar. Onu da deyim ki, onların çəkdiklərinin elə də keyfiyyəti olmur. Çünki qısa bir vaxtdan sonra rəsmlərin rəngi qarışır, pozulur. Küçə rəssamları küçələrdə sənət əsərləri yaratmır, onlar burada gündəlik çörəkpulu qazanırlar ki, ac qalmasınlar. Bizim şəhərdə küçə rəssamlarının fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur, onlar rahat şəkildə işləyə bilirlər. Mən onların çoxunu sənətkar hesab etmirəm, çünki onlar sənət yaratmırlar”.

S.Hüseynova bildirdi ki, küçə rəssamları arasında istedadı olanlar, lakin karyerasını uğurlu qura bilməyənlər də var. Onun sözlərinə görə, bəzən elə istedadlı insanlara rast gəlinir ki, onların sənət aləmində olmadığına təəssüf edirsən.

Tanınmış yazıçı, müğənni Zəka Vilayətoğlu “Bakı-Xəbər”ə bildirdi ki, küçə musiqiçilərinə münasibəti müsbətdir. Z.Vilayətoğlunun sözlərinə görə, dünyanın bir çox yerində küçə musiqiçiləri öz işlərinə daha ciddi yanaşırlar. “Mən küçə musiqiçilərinin fəaliyyətini çox normal qəbul edirəm. Hətta onların dünyası mənimçün çox maraqlıdır. Bakıda bu cür musiqiçilərə tək-tək rast gəlinir, amma Rusiyada, Türkiyədə onlar orkestr olaraq fəaliyyət göstərirlər, həm də çox peşəkar. Bir növ, buna çox ciddi iş kimi yanaşırlar. Hər halda, maddi ehtiyac, sıxıntı üzündən dilənçilik etməkdənsə, bu cür çalışmaq, xidmət göstərmək daha könülaçandır”.

Tanınmış keçəçi rəssam Rauf Əbdülhüseynoğlu bizimlə söhbətində bildirdi ki, küçə rəssamlarının fəaliyyətinə müsbət yanaşır. O vurğuladı ki, küçə rəssamlarının 99 faizi ali rəssamlıq təhsili alan professionallardır: “Bu rəssamların, demək olar ki, hamısı istedadlıdır. Xaricdə ortalığa küçə rəssamları çıxır, bəzən ölkələrini onlar təmsil edirlər. Sizin küçədə, meydanlarda, bağlarda gördüyünüz rəssamların 99 faizinin ali təhsili var, ali təhsili olmayanlar da Əzim Əzimzadə adına Rəssamlıq Kollecini bitiriblər. Onlar çox istedadlı rəssamlardır. İndi onlar bu yolu seçiblər, mən onların fəaliyyətinə qətiyyən pis baxmıram, yaxşı baxıram. Onlar öz istedadlarını bu yolla təqdim edirlər. Küçə rəssamlığı dünyanın hər yerində var və bizdə də yox deyil. Şəhərimizə turistlər gəlir, onlar bizim rəssamların işlərini görür, zövq alırlar. Bu rəssamların arasında Rakif İsmayılov adlı bir rəssam var. O, professional rəssamdır və gözəl portret ustasıdır. Mən onlardan birini sizə misal çəkirəm. Azərbaycanda çox az rəssam portreti naturadan işləyir. Onlardan biri də çox istedadlı rəssam Rakif İsmayılovdur. Küçə rəssamlarına pis yox, yaxşı baxmaq lazımdır. Çünki onlar sənətlə məşğuldurlar. Yaxşı ki, küçə rəssamları var və onlar özlərini, öz əsərlərini bu yolla tanıdırlar”.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev mətbuata açıqlamasında Azərbaycanda musiqiçilərin küçədə bu fəaliyyət növü ilə məşğul olması üçün heç bir qadağa mövcud olmadığını bildirib. O vurğulayıb ki, dünya təcrübəsində də belə fəaliyyət növü var və bu, ətrafdakı insanların həyat, iş şəraitinə mane olmadığı halda, belə fəaliyyətin təşkilinin heç bir mənfi tərəfi yoxdur.

O, əksinə, Azərbaycanda küçə musiqiçilərinin olmasının turizm baxımından da maraqlı olduğunu deyib: “Azərbaycan özünü turizm ölkəsi kimi inkişaf etdirmək istəyir və ölkəyə də gələn turistlərin sayı ildən-ilə artır. Yerli musiqiçilər mədəniyyətimizi, musiqimizi təbliğ edirlərsə, bunun üçün ancaq şərait yaradılmalıdır. Ola bilər ki, Azərbaycana gələn xarici turistlər də burada bununla məşğul olmaq, öz musiqilərini təbliğ etmək istəyə bilərlər. Bu halda, müvafiq icra orqanları onları başa sala bilər ki, günün hansı saatında və harada bunu etmək olar. Əlbəttə ki, gecə saat 3-də yaşayış sahəsində belə bir fəaliyyətin olmasına icazə verilə bilməz. Amma musiqiçilərin fəaliyyəti ətrafdakı insanlar üçün narahatlıq yaratmırsa, buna normal baxmaq lazımdır. Musiqi dinləmək parkda, istirahət yerlərində gəzən insanlar üçün maraqlı olar”.

Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov mətbuata bildirib ki, küçə musiqiçiləri bu fəaliyyətlə sərbəst şəkildə məşğul ola bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur: “Bu sahə küçə ticarəti sayıla bilməz. Bu, insanlara mədəni xidmət də ola bilər. Küçə musiqiçiləri həm Azərbaycanın mədəniyyətini təqdim edir, həm də özləri üçün əlavə pul qazanırlar. Onların fəaliyyətini niyə qadağan etməliyik ki?!”

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ