Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan filmləri Kann Festivalından niyə əliboş qayıdır?...

Image


Şamil Əliyev: “Biz hələ də Kann Festivalında lobbiçilik işini həyata keçirə bilməmişik”
Aydan Cəfərli: “Biz filmlərimizin Kann Festivalında qalib olmasını istəyiriksə…”

 

Dünya çapında böyük nüfuza malik olan Kann Festivalında təmsil olunmaq və mükafat qazanmaq hər bir ölkə kinematoqraflarının arzusudur. Əlbəttə, Kann Festivalına aparan yollar elə də hamar deyil, mənzil başına çatmaq üçün müxtəlif prosedurlardan keçmək tələb olunur. Məlum olduğu kimi, son illər Kann Festivalının qalibi olmaq iddiasında olan ölkələrin sayı çoxalmağa başlayıb. Bu gün dünyanıb bir sıra ölkələri bu festivalda iştirak etmək və ödül qazanmaq istəyində bulunur. Ancaq fakt budur ki, hər ölkənin kinematoqrafiyası Kanndan əlidolu qayıda bilmir.

Azərbaycan kinosu da bir neçə ildir davamlı olaraq Kann Festivalına qatılır. Bildiyimiz kimi, kinomuz Kann Festivalı çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıb, ancaq hələ heç bir filmimiz Kannın qalibləri sırasında olmayıb. 

Məlum olduğu kimi, 71-ci Kann Festivalı başa çatıb və festivalın qalibləri sırasında .

“Ən yaxşı ssenari” nominasiyası üzrə mükafatlar Nadin Labakiyə, Cafar Panahiyə və Alis Rohrvaçerə verilib. Göründüyü kimi, İran kinosu Kann Festivalının qalibləri sırasında dayanır.

Qeyd edək ki, builki Kann Festivalına Elvin Adıgözəlin uzunmetrajlı filmi olan “Yaşar” kinolayihəsi təqdim edilmişdi. Lakin bu kinolayihə heç bir ödül qazana bilmədi.

Məlumat üçün deyək ki, 2 mart 2018-ci ildə Kann Festivalının rəsmi hissəsi olan “L’atelier” (The Cinefondation’s Atelier) proqramına seçilən 15 kinolayihə sırasında “Yaşar”ın ssenarisi də olub. Onu da vurğulayaq ki, kino tarixində ilk dəfə olaraq azərbaycanlı rejissorun layihəsi bu siyahıda yer alıb.

“L’atelier” proqramı Kann Festivalının daxilində 2005-ci ildə yeni nəsil kino mütəxəssislərinin ortaya çıxarılması məqsədilə təsis olunub. Bu proqrama qatılan iştirakçılar beynəlxalq dərəcədə tanınmış prodüsserlər, film satış agentləri ilə görüşür ki, bu da filmlər üçün hələ çəkilməzdən əvvəl böyük prestij yaradır.

Qeyd edək ki, bir müddət əvvəl kinolayihənin prodüsseri Teymur Hacıyev mətbuata “Çəkilməmiş film üçün bu ən yüksək beynəlxalq hədəfdir. Bütün mənalarda Azərbaycan kinosu üçün böyük bir uğurdur” - deyə bildirmişdi.

Azərbaycan kinosunun, kinolayihəsinin Kann Festivalından əliboş qayıtmasının səbəblərini şərh edən mütəxəssislər qeyd edirlər ki, bu sırf Azərbaycanın bəzi kino məmurlarının məsələyə məsuliyyətsiz yanaşmasının təzahürüdür. Ekspertlərin fikrincə, dövlət kinoya kifayət qədər vəsait ayırır, lakin o vəsait bəzi hallarda kinoya, kinomuzun xaricdə təbliğ olunmasına xərclənmir.

Son illər dövlət filmlərimizin Kann Festivalında iştirak etməsi və festival qalibi olması üçün lazımi vəsait ayırıb və hətta Kannda Azərbaycan kinosu pavilyonu yaradıb, lakin müəyyən səbəblər üzündən kinomuz Kann Festivalında “tilsimi” qıra bilmir ki, bilmir.

Tanınmış kinorejissorlardan biri bizimlə söhbətində qeyd etdi ki, builki Kann festivalında “Ən yaxşı ssenari” müsabiqəsində bir filmimiz iştirak edib. Onun sözlərinə görə, əvvəlki illər festivala yeni çəkilmiş filmlər də qatılırdı. Bu il yeni filmlərin qatılmamasının səbəblərini şərh edən ekspert dedi ki, filmlərimiz festivalda lazımi səviyyədə təqdim edilmirdi.

Tanınmış kinorejissor Şamil Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan filmlərinin Kann Festivalından əliboş qayıtmasının əsas səbəblərindən biri lobbiçiliyin zəif olmasıdır: “Bizim beynəlxalq festivallarda lobbiçiliyimiz çox zəifdir. Bilirsiniz ki, İran kinematoqrafları Kann, Berlin, San Sebastyan, Venesiya, Okarna kimi festivallarda güclü lobbiçiliklə məşğul olur, filmi təbliğ edirlər. İndiyə qədər bir neçə İran filmi Kann Festivalında iştirak edib, festivaldan 1 ay əvvəl böyük bir komanda ora gedib filmlərin lobbiçiliyi ilə məşğul olur, biz isə bunu etmirik. Biz hələ də Kann Festivalında lobbiçilik işini həyata keçirə bilməmişik. Prodüsser institutu deyilən bir anlayış var. Azərbaycan prodüsserləri hələ dünya çapında özlərini təsdiqləyə bilməyiblər. Onlar, birmənalı olaraq, lobbiçilik edə bilmirlər. Bizdə bu məsələ çox zəifdir. Məsələn, dövlət sifarişi ilə istehsalata buraxılan filmlərin prodüsseri kimi kinostudiyanın direktorunun adı yazılır. Bilirsiniz, filmin çəkilişindən, səviyyəsindən çox, onun festivallarda təbliğatı, lobbiçiliyinin qurulması əsasdır. Müəllifi olduğum “Çölçü” filmi 37 beynəlxalq festivalda iştirak edib. Azərbaycana ən çox mükafat gətirən filmdir. “Çölçü” ilk dəfə 5 qitəyə çıxan Azərbaycan filmi olub. Bunların hamısını öz gücümə etmişəm. Mən öz filmimi Azərbaycan mədəniyyətinin nümunəsi kimi özüm festivallara təqdim etmişəm”. 

“Neçə il davamlı olaraq Kann Festivalında Azərbaycan pavilyonu fəaliyyət göstərdi. Bəs pavilyon  lazım olan tədbirləri həyata keçirə bilmədi?” - deyə Ş.Əliyevdən soruşduqda o bildirdi ki, pavilyon elə də aktivlik göstərməyib.

“Bizim orada pavilyonumuz var idi. Ancaq ölkələr var ki, onun Kann Festivalında heç pavilyonu da yox idi, ancaq aktiv iştirak etmişdi. Pavilyon açılmışdısa, konkret işlər görülməli idi. Orada ssenarilər təqdim edilməli, filmlərimiz bazara çıxarılmalı idi. Lakin biz bunu edə bilməmişik. Birdəfəlik bilməliyik ki, bizim beynəlxalq lobbiçiliyimiz çox zəifdir. Ancaq deyim ki, ölkəmizdə lobbiçiliyi uğurla yerinə yetirən Bakı Media Mərkəzidir. Media Mərkəzi tərəfindən bir neçə film çəkilib və o filmlər beynəlxalq festivallara təqdim edilir. Müxtəlif ölkələrdə nümayiş olunur. “Əli və Nino” filmi dünyada tanınır. Yəni kinomuzun dünyada təbliği ilə bağlı Bakı Media Mərkəzi işlər görür. Lakin Mədəniyyət Nazirliyinin kino şöbəsi hələ də bu məsələdə aktivlik göstərmir. EUROIMAGE təşkilatının da hələ ki, üzvü deyilik” - deyə Ş.Əliyev bildirdi.

Kinoşünas Aydan Cəfərli isə bizimlə söhbətində bildirdi ki, Azərbaycan filmlərinin yer tutmamasının səbəbi Kann Festivalına təqdim edilən filmlərin səviyyəsi ilə bağlı deyil, bu, müştərək layihələrin olmaması ilə bağlıdır: “Kann Festivalında hər ölkənin öz pavilyonu olur. Bir neçə il ardıcıl olaraq Mədəniyyət Nazirliyi də Kann Festivalında pavilyon yaratmışdı. Ancaq o pavilyonun heç bir əhəmiyyəti olmadı. O pavilyonun idarə edilməsi üçün külli məbləğdə pul xərclənirdi. Yəni dövlət lazımi vəsaiti ayırırdı. Dövlət bu sahədə əlindən gələni edib, edir də. Dövlətin kinoya qayğı və diqqəti böyükdür. Biz filmlərimizin Kann Festivalında qalib olmasını istəyiriksə, bunun üçün xarici ölkələrlə müştərək filmlər çəkmək üçün müqavilələr bağlamalıyıq. Onlarla müştərək filmlər çəkib festivala təqdim etməliyik. Festivalın öz şərtləri var. Dövlət maliyyə vəsaiti ayırdı, gözəl şərait yaratdı, lakin kino məmurları o şəraitdən istifadə edə bilmədilər. Deyim ki, o festivalda mükafat almaq üçün müştərək layihələr təqdim edilməlidir. Buna şərait də var. İndiyə qədər Azərbaycana dünya miqyasında tanınan bir neçə prodüsser gəlib, lakin bizimkilər onlarla əməkdaşlıq etməyə maraq göstərməyiblər. Ancaq Gürcüstan, Rusiya, Qazaxıstan o prodüsserləri gözləri üstündə saxlayırlar ki, onların imkanlarından istifadə edib filmlərini dünyaya çıxarsınlar. Avropa ölkələri ilə birgə film istehsal edirlər və bu filmlər Kann kimi festivallarda mükafat alır. Azərbaycan pavilyonu Kannda qurulmuşdusa, bu, yeni əlaqələrin yaradılması demək idi, ancaq bizimkilər əlaqə yaratmadılar”.

Kinoşünas qeyd etdi ki, ən böyük problemlərdən biri həmişə eyni adamların filmlərinin, ssenarilərinin Kann Festivalına təqdim edilməsidir. Onun sözlərinə görə, bu isə, istər-istəməz, filmlərimizin qarşısına sədd çəkir.  

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ