Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanda qədim el sənəti festivallarının turizmin inkişafına təsir gücü…

Image


Ənvər Çingizoğlu: “Düşünürəm ki, bu festivalların keçirilməsi ənənə halını alacaq və növbəti illərdə də davam edəcək”
Vaqif Cəbrayılov: “Belə festivallar turizmin inkişafına təkan verir”

 

Azərbaycanda mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verilir. Elə bunun istisnasız təzahürüdür ki, respublikamızda davamlı olaraq mədəniyyət, xalq sənəti ilə bağlı genişmiqyaslı tədbirlər, yığıncaqlar keçirilir. Son illər ənənə halını alan tədbirlərdən biri el sənəti, xalq sənəti, xalq yaradıcılığı ilə bağlı təşkil edilən festivallardır.

Sözügedən festivallar Azərbaycanda minillər boyu formalaşan xalq sənətinin təbliğinə həsr edilir. Bu gün ən vacib məsələlərdən biri milli xalq sənətimizi dünyada təbliğ etməklə yanaşı, həm də onun gənc nəslə çatdırılması, tanıdılmasıdır. Gənc nəsil mədəniyyət tariximizi, onun əsasını təşkil edən xalq sənətini, elin yaşatdıqlarını öyrənməli, bilməli və özləri ilə gələcəyə daşımalıdır.

Azərbaycanda xalq sənətinin bir deyil, saysız növü, müxtəlif sahələri mövcuddur. Elin, xalqın yaratdığı sənət növlərinin yaşaması, təbliğ olunması, tanıdılması əsas məsələlərdən biri kimi qarşıda durur. Son illər xalq sənətinin təbliği, bu qədim sərvətin yerli və xarici turistlərə təqdim edilməsi üçün keçirilən festivallar maraq doğurmaya bilmir.

May ayının 25-26-da “Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Qədim el sənətləri" adlı festival keçiriləcək. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşacaq festivalın məqsədi qədim el sənətini təbliğ etməkdir.

Onu da vurğulayaq ki, festival Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi çərçivəsində gerçəkləşəcək və festivalda müxtəlif musiqi kollektivləri iştirak edəcək, kitab sərgiləri açılacaq, habelə tamaşalar göstəriləcək, milli geyimlər, interaktiv oyunlar, xalça toxuma və bu kimi nümunələr təqdim olunacaq.

Festivalın kuratoru “Mədəniyyət” telekanalının “Xalq yaradıcılığı” redaksiyasının baş redaktor müavini, tarix elmləri doktoru Güllü Yoloğludur.

El sənətinə həsr edilən festivalların intensiv olaraq keçirilməsini təqdir edən sənətşünaslar hesab edirlər ki, xalqın yaratdığı incilərin geniş səviyyədə təbliğinin həyata keçirilməsi olduqca vacibdir.

Sənətşünaslar qeyd edirlər ki, xalq sənəti ancaq festivaldan-festivala, verilişdən-verilişə yada salınmalı deyil, o sənət növləri məişətdə də yaşadılmalıdır. Bu gün el sənətinin bir sıra qollarının məişətdən uzaqlaşdığını və konkret peşə və sənət sahəsinə çevrildiyini deyən ekspertlər hesab edirlər ki, bu sənət növləri məişətə qaytarılmalıdır ki, daha uzunömürlü olsunlar.

Etnoqraf Ənvər Çingizoğlu bizimlə söhbətində bir neçə gün sonra keçiriləcək festivalın böyük əhəmiyyət daşıdığını bildirdi. Onun sözlərinə görə, el sənətinin bu şəkildə təbliği olduqca müsbət haldır. “Belə bir festivalın keçirilməsinə müsbət yanaşıram. Çünki bu gün el sənətinin, xalq sənətinin geniş təbliğinə, yaşadılmasına ciddi ehtiyac var. Dövlətimiz xalq sənətinin inkişafına lazımi dəstək verir. Xalq özü də öz sənətinin yaşadılmasında, təbliğində maraqlı olmalıdır. Son illər xalq sənəti sahəsində bir sıra irəliləyişlər var, xalq sənəti nümunələri təbliğ edilir, sərgilənir və s. Bu, dövlət qayğısının nəticəsidir. “Qədim el sənəti” festivalının xalq sənətinin təbliği baxımından əhəmiyyəti böyükdür. Festivalda xalq sənəti növləri ilə tanışlıq, milli musiqimizin təbliği, qədim oyunlarımızın təqdim edilməsi, tamaşaların göstərilməsi maraq doğuracaq. Tədbirin “Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil edilməsi də çox müsbətdir. Bilirik ki, bu gün ölkəmizə xarici turistlər axın edir. Onlar heç şübhəsiz ki, bu festivala da qatılacaqlar. Çünki Azərbaycan mədəniyyəti onlar üçün maraqlıdır. Deyim ki, bu festival həm də Bakıətrafı qəsəbələrin mədəni potensialını üzə çıxaracaq. Bakıətrafı kəndlərin tarixi, etnoqrafiyası, adət-ənənəsi, mətbəxi və s. turistlərin diqqətini çəkən amillərdən biridir.

Düşünürəm ki, bu festivalın keçirilməsi ənənə halını alacaq və növbəti illərdə də davam edəcək”-deyə Ə.Çingizoğlu qeyd etdi.

Festivalda qədim el sənəti növlərindən olan xalça toxuculuğunun da nümayiş etdiriləcəyinə münasibət bildirən etnoqraf nəzərə çatdırdı ki, xalçaçılıq Azərbaycanda çox qədim tarixə və zəngin ənənələrə malikdir. O bildirdi ki, bu sahə bütün dövrlərdə xalqımızın həyatında, məişətində özünəməxsus yer tutub: “Məlumdur ki, qədim mədəniyyətə malik Azərbaycan günü-gündən inkişaf edir, dünyanın qabaqcıl ölkələri sırasında yer alıb. İnkişaf edən Azərbaycanda yaradıcı insanlara, incəsənətlə məşğul olan sənətkarlara yeni-yeni imkanlar yaradılır. Bu festivallar da xalçaçılar üçün yeni yaradıcılıq üfüqləri açır. Bu baxımdan ki, onlar festivallara qatılır, öz əl işlərini nümayiş etdirirlər. Bundan başqa, turistlər əyani olaraq xalçanın necə toxunduğunun şahidi olacaqlar. Bilirsiniz, Azərbaycanda keçirilən hər bir festival xalqımızın qədim mədəniyyətini təbliğ etməklə yanaşı, həm də onu dünyaya tanıtmaq məqsədi daşıyır. El sənətinin təbliğ edilməsi isə o deməkdir ki, bu sənətin gələcəyi var və onu irəliyə aparan, gələcəyə daşıyan gənc nəsil var. Bəzən deyirlər ki, festivalla xalq sənətini sevdirmək olmaz. Qətiyyən belə deyil, bayram əhvalı ilə təqdim edilən hər bir dəyər, nümunə ürəklərə daha tez nüfuz edə bilir”.

Turizm üzrə mütəxəssis Vaqif Cəbrayılov isə bizimlə söhbətində qeyd etdi ki, hər bir festivalın əsas məqsədindən biri ölkəmizə daha çox turist cəlb etməklə bağlı olmalıdır. O hesab edir ki, keçiriləcək festivalların proqramı əvvəlcədən müxtəlif vasitələrlə təbliğ edilməlidir. Onun sözlərinə görə, bu halda festivala daha çox tamaşaçı cəlb etmək olar. Turistlərin Azərbaycan xalqının qədim el sənəti nümunələrinə böyük maraq göstərdiyini deyən V.Cəbrayılov qeyd edir ki, festivalları bütün mənalarda turistlər üçün maraqlı etmək lazımdır: “Folklorumuzu, xalq sənətini təbliğ edən festivalların keçililməsi müsbət haldır. Belə festivallar bütün dünyada turizmin inkişafına təkan verir. Bir sıra ölkələrdə xalq yaradıcılığı, xalq sənəti ilə bağlı festivallar keçirilir və bu festivallara minlərlə turist qatılır. Artıq belə festivallar ölkəmizdə də keçirilir. Onu da deyim ki, festivallar elə şəkildə təşkil edilməlidir ki, ora daha çox turist maraq göstərsin. Festivallara turistlərin cəlb edilməsi vacibdir və bu bayramlar elə təşkil edilməlidir ki, turistlər onlara biganə qalmasınlar. Odur ki, festival təşkilatçıları əvvəlcədən yerli turizm qurumları ilə əlaqə saxlamalı və festivala turist cəlb etməyi onlara həvalə etməlidirlər. Bu çox müsbət hal olardı. Bilirsiniz, festival elə bir törəndir ki, ora daha çox adamın cəlb edilməsi tələb olunur. “Qədim el sənəti” festivalına da çoxlu sayda turistin gələcəyinə şübhə etmirəm. Çünki, ən azından, əcnəbilər Bakıətrafı qəsəbələrdə yerləşən qədim abidələri, muzey və qoruqları mütəmadi olaraq ziyarət edirlər. Bu baxımdan, onların festivala qatılacağına da inanıram”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ