Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Mirzə Şəfi Vazeh

Image


Mirzə Şəfi Vazeh 1792-ci il iyun ayının 14-də Gəncədə anadan olub. Atası Kərbəlayi Sadıq bəy, anası Nanə xanımdır. Atası Şəfinin gələcəkdə ruhani rütbəsi almaq məqsədilə onu Gəncə mədrəsəsinə qoyub. Şəfi mədrəsədə ərəb, fars dillərini və şəriət elmlərini öyrənməklə bərabər, o vaxtlar geniş yayılan Şərq poeziyası ilə də tanış olub. O, hüsnxət dərslərinə xüsusi maraq göstərib. Şəfi hələ mədrəsədə oxuduğu zaman atası vəfat edib.

Dövrünün mədəni şəxsiyyətlərindən olan Hacı Abdullanın Təbrizdən Gəncəyə qayıtması və gənc Şəfini öz himayəsi altına alması gələcək şairin inkişafına mühüm təsir göstərir. Gəncənin molla və axundları Hacı Abdullaya düşmən münasibət bəsləyirdi. Çünki Hacı Abdulla onlarla münaqişəyə girir, onların dini baxış və uydurmalarının cəfəngiyat oldunu göstərirdi. Təlim aldığı mollalara qarşı çox soyuq və etinasız olan gənc Şəfi onu himayəsi altına alan Hacı Abdullaya dərin məhəbbət bəsləyirdi. Hacı Abdulla isə gələcək mütəfəkkir və şairdə elm və mədəniyyətə böyük həvəs oyadırdı. Bütün bunlar mollaların diqqətini cəlb etməyə bilməzdi. Nəhayət, bir gün Mirzə Şəfi özünü mədrəsədən kənarda gördü. Hacı Abdullanın məsləhəti ilə Şəfi məğlub olan Cavad xanın qızı Püstə xanımın yanında binagüzarlıq və yazı-pozu işlərini idarə etmək üçün qulluğa götürülür. Bu zamandan Şəfi Mirzə Şəfi deyə tanınır.

1826-cı ildə İranla Rusiya arasında müharibə başlayır. İranlılar Gəncəni işğal edir. Cavad xanın oğlu Uğurlu xanın itaətinə verilən Gəncə şəhərində onlar ancaq üç ay qala bilirlər. İranlıların Şəmkir altında məğlubiyyəti və Gəncədən sıxışdırılıb çıxarılmalarından sonra Uğurlu xan bacısı Püstə xanımı da götürüb İrana qaçır. Beləliklə, Mirzə Şəfi yenidən məscidə qayıdır, hücrələrin birində müxtəlif kitabların üzünü köçürməklə məşğul olur ki, bir təhər güzaran keçirsin. Mirzə Şəfinin vəziyyəti ona bu vaxta qədər köməklik edən Hacı Abdullanın 1831-ci ildə vəfat etməsi ilə daha da pisləşir. Onsuz da az gəlir gətirən gözəl dəsti-xətti tezliklə ona gərəksiz olur. İranda artıq litoqrafiyadan istifadə olunduğu üçün kitabları əl ilə köçürməyə ehtiyac qalmır. Mirzə Şəfi ərəb və fars dillərindən fərdi dərs verməklə dolanmağa məcbur olur.

Otuzuncu illərin əvvəllərində Mirzə Şəfi gənc Mirzə Fətəli Axundovla tanış olur və ona öz fikirləri ilə ciddi təsir edir. Özünün mənəvi həyatında böyük dəyişiklik yaradan bu həyəcanlı görüşləri haqqında Mirzə Fətəli Axundov ətraflı bəhs edib. Böyük mütəfəkkir öz tərcümeyi-halında yazır: “Gəncə məscidinin hücrələrindən birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı. Bu adam, növbənöv elmlərdən başqa, nəstətliq yazısını da çox yaxşı yazırdı. Bu həmən Mirzə Şəfidir ki, Almaniya məmləkətində onun həyatı və farsca şeirdə malik olduğu fəziləti haqqında məlumat verilib. Mən atalığımın buyruğu ilə hər gün bu şəxsin yanına gedib nəstətliq yazısının məşqini edirdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən soruşdu: “Mirzə Fətəli, elmləri təhsil etmək də nədir?” Cavab verdim ki, ruhani olmaq istəyirəm. O dedi: “Sən onlar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?” Təəccüb və heyrət etdim ki, bu nə sözdür. Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içərisində puç etmə, başqa bir məşğuliyyət qəbul et!” Onun ruhaniliyə nifrət etməsinin səbəbini soruşduqda, o günə qədər mənim üçün örtülü olan mətləbləri açmağa başladı. Atalığımın Həcdən qayıtmasına qədər Mirzə Şəfi bütün mətalibi-irfaniyyəni mənə təlqin etdi və gözümün qabağından qəflət pərdəsini qaldırdı.” Göründüyü kimi, məhz Mirzə Şəfinin təsiri ilə M.F.Axundov ruhani olmaq məqsədindən imtina edib və 1832-ci ildə Nuxa qəza məktəbinə daxil olub.

1840-cı ildə M.F.Axundov Tiflis qəza məktəbində Şərq dilləri üzrə müəllim işləyirdi. Həmin il o, bu vəzifədən çıxarkən öz yerinə Mirzə Şəfini məsləhət görüb. Qəza məktəbinin Azərbaycan dili müəllimi vəzifəsini tutmaq üçün xüsusi imtahan verdikdən sonra Mirzə Şəfi bu vəzifəyə qəbul edilib və uzun zaman Tiflisdə yaşayıb.

Mirzə Şəfi qəza məktəbində işləməklə yanaşı, fərdi dərs verməklə də məşğul olub. Artıq Gəncə molla və ruhanilərinin hücumundan uzaq olan şair burada dövrünün qabaqcıl adamları ilə daha yaxından tanış olmaq imkanı əldə edib. O, Axundov, Bakıxanov, Budaqov və başqaları ilə yaxından dostluq əlaqəsinə girib. Mirzə Şəfi alman səyyahı, rus və Şərq poeziyasının tərcüməçisi Fridrix Bodenştedtlə də Tiflisdə tanış olub. Bodenştedt Tiflisdə ikən Azərbaycan və fars dillərini öyrənməyə başlamışdı. Mirzə Şəfi ona dərs deyirdi. Mirzə Şəfi dərs zamanı ona Firdovsi, Xəyyam, Sədi, Hafiz və Füzulinin şeirlərindən oxuyar, daha çox öz şeirlərini yazdırardı. Bodenştedt yazır: “Həftədə üç dəfə dərs keçirdik, dərsdə həmçinin Mirzə Şəfinin digər tələbələri də iştirak edirdi. Axırda “Divani-hikmət” başlanırdı. Mirzə Şəfi öz nəğmələrini oxuyur və bizə izah edirdi. Həmin nəğmələrin, demək olar ki, böyük bir hissəsi mənim gözlərimin önündə yaranmışdır”. Bir dəfə “Divani-hikmətdən” sonra bağda Mirzə Şəfi ilə gəzməyə çıxan Bodenştedt onun bədahətən seir söyləməsinə təəccübünü bildirərək deyib: “Ey mənim müdrik müəllimim, necə olur ki, sən öz nəğmələrini bu qədər tez qoşursan?” Mirzə Şəfi oradaca topladığı güllərdən bir dəstə bağlayıb Bodenştedtə verir və deyir: “Bax, bu gül dəstəsini mən bir an içində düzəltdim. Halbuki, bu güllər bir anda əmələ gəlib açılmamışlar, mənim şeirlərim də bunun kimi.”

Bodenştedt yazır ki, səyahətdən qayıtdıqdan sonra Mirzə Şəfi özünün şeirlər külliyyatını ona bağışladı. O, Tiflisdən gedərkən apardığı dəftərlərdən bəhs edərək deyir ki, həmin dəftərlər şairin Azərbaycan və fars dillərində yazdığı nəğmələrdən ibarət idi.

XX əsr rus və Azərbaycan ədəbiyyatşünaslığında müəyyən edilib ki, Almaniyada Bodenştedt tərəfindən “Mirzə Şəfi nəğmələri” və “Mirzə Şəfi irsindən” adlı kitablarda dərc edilən və XIX əsrin 70-ci illərində Mirzə Şəfinin vəfatından sonra Bodenştedtin öz adına çıxmaq istədiyi şeirlərin əksəriyyəti Mirzə Şəfiyə məxsusdur. Onu da qeyd etmək lazımdır ki, Mirzə Şəfi haqqında həqiqətin meydana çıxarılması, onun bədii yaradıcılığının təhlili, ictimai-fəlsəfi fikirlərinin öyrənilməsi sahəsində ədəbiyyatşünaslardan Ə.Seyidzadə, S.Mümtaz, E.Enikolopov, professorlardan M.Rəfili, F.Qasımzadə, H.Hüseynov, M.Qasımov və akademik A.Makovelskinin xüsusi xidmətləri olub.

“Mirzə Şəfi nəğmələri”nin Almaniyada ilk çapı böyük müvəffəqiyyətlə qarşılanıb. İlk dəfə 1851-ci ildə nəşr edilən həmin şeirlərin 1893-cü ildə 145-ci, 1924-cü ildə isə 170-ci nəşri çapdan çıxıb. İndiyə qədər həmin kitab 300 dəfədən çox təkrar nəşr edilib. “Mirzə Şəfi nəğmələri” fransız, ingilis, italyan, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, çex, macar, yəhudi və s. dillərdə dəfələrlə çap olunaraq geniş yayılıb.

Bodenştedt 1847-ci ildə Tiflisi tərk edir. Bundan bir il sonra, yəni 1848-ci ildə Mirzə Şəfi də Tiflisdən köçüb Gəncəyə gəlir. O burada qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsində işləyir. Fəqət iki il sonra yenidən Tiflisə qayıdır, Tiflis gimnaziyasında Azərbaycan və fars dillərindən dərs deyir. Vəfatından bir az əvvəl Mirzə Şəfi həmin gimnaziyanın müəllimi İ.İ.Qriqoryevlə birlikdə Azərbaycan dilini öyrənənlər üçün dərslik yazıb hazırlayır.

Mirzə Şəfinin vaxtilə ədəbiyyatşünas Salman Mümtaz tərəfindən əldə edilən orijinal şeirlərinin əsas hissəsini məhəbbət lirikası təşkil edir. Mirzə Şəfinin əldə olan qəzəlləri, müxəmməs və rübailəri onun nə qədər zəngin yaradıcılıq təcrübəsinə və yüksək istedada malik olduğunu göstərir. Onun əsərlərində feodal quruluşun mənfi cəhətlərinin kəskin tənqidi mühüm yer tutur.

Xoşbəxtliyə can atmaq təşəbbüsü Mirzə Şəfi seirlərində irəli sürülən etik fikirlərin əsas amilidir. Şairin diqqət mərkəzində duran yalnız insandır – bütün iztirab və sevinci, xoşbəxtlik və bədbəxtliyi, məhəbbət və nifrəti ilə birlikdə götürülən insan. “Xoşbəxtlik uzaqda deyil. Fəqət onu görmək, əldə etmək lazımdır! Buna görə də, insanların gözünü açmaq lazımdır. Xalq ancaq öz bədbəxtliyini dərk etdikdən sonra bədbəxtlikdən xilas olmaq uğrunda mübarizə aparır,”– deyib Mirzə Şəfi. Mirzə Şəfiyə görə, bu sahədə əsas vasitə xalqı maarifləndirməkdir. Yəni Mirzə Şəfi poeziyanın roluna böyük qiymət verib.

Mirzə Şəfi poeziyanın ictimai rolunu unudan, qulağı oxşayan məzmunsuz qafiyəpərdazlıqla məşğul olan, ömrü boyu güldən, bülbüldən, hicran və vüsaldan, günəşdən və aydan, cənnət və cəhənnəmdən “mızıldayan” şairləri lağa qoyur: “Sizin tutduğunuz bu yol asandır, fəqət axmaqlarçün “ürəkaçandır”.

Şeriniz ürəyi gətirməz coşa,
Qanan kəslər üçün bəladır başa!

Mirzə Şəfi öz şeirlərində həqiqət və doğruluğun tərəfində durur. O deyir ki, həqiqəti müdafiə etmək çətin olsa da, onu müdafiə etmək lazımdır.

Qoy sən həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl baxma bunlara ey Mirzə Şəfi,
Uca tut daima arı, şərəfi!

Mirzə Şəfiyə görə, həqiqəti ifadə etməyin ən yaxşı yolu şeirdir. Şeirlə həqiqət, həqiqətlə şeir qardaşdır.

Qadın azadlığı məsələsi də Mirzə Şəfi poeziyasında xüsusi yer tutur. Şair deyir ki, Şərq gözəlinin qara çadra altında gizlənən üzündən çadranı atması lazımdır ki, bəşəriyyət həyatın ən gözəl nemətlərinin birindən məhrum olmasın. Bu cəhətdən onun “Tulla çadranı” şeiri xarakterdir.

Tulla gəl çadranı... görünsün üzün,
Gül də gizlədərmi, de, bağda özün?
Səni qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçin bəzək.
De, bunca lətafət, bunca məlahət,
Solsun dar qəfəsdə neyçin, nəhayət?!

Şair yoxsulluğa dünyada ən böyük, hətta ölümdən də dəhşətli bir hadisə kimi baxıb. Yoxsulluq, ehtiyac Mirzə Şəfiyə görə ən ağıllı adamın belə qürurunu sındırır; onu elə adamlara möhtac edir ki, onların qarşısında boyun əyməkdənsə, ölüm yaxşıdır. “Eytiyac şeriyyətin düşmənidir!”– deyib bu tarixi şəxsiyyət.

Şair “yoxsulluq” və “bədbəxtlik” haqqında danışsa da, onlardan qurtarmağın yolunu müdriklikdə, ağılda, insanın möhkəm iradə və mənəvi yüksəkliyində görür. O, bəzən öz oxucusuna təsəlli verir, ruhdan düşməməyə, gözəl gələcəyə ümid bəsləməyə çağırır. O deyir ki, “Elə bir varlıq yoxdur ki, əzabdan azad olsun. Fəqət hər gecənin bir gündüzü var! Hər şeyi ürəyinə salma, çünki hər şey dəyişir.”

Mirzə Şəfinin bədii yaradıcılığı, onun əsərlərində irəli sürdüyü ictimai-fəlsəfi ideyalar xalqımızın mədəniyyət tarixində xüsusi yer tutur. Fəqət o, öz ədəbi fəaliyyəti ilə Azərbaycanda ictimai fikrin inkişafına verdiyi güclü təkanın nəticələrini görə bilmədi. Bu da bir həqiqətdir ki, onun ideyaları getdikcə yayıldı və M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani və başqa ədib və mütəfəkkirlərimiz tərəfindən davam və inkişaf etdirildi.

Mirzə Şəfi 16 noyabr 1852-ci ildə vəfat edib. O, professor M.Rəfilinin yazdığı kimi, “...tənha, unudulmuş, soyulub talan edilmiş bir halda vəfat etdi. Fəqət onun bəzi şeirləri xalqın hafizəsində, həmçinin əlyazmaları şəklində qalaraq, Avropa dillərinə tərcümə edilərək şairə dünya şöhrəti qazandırdı.”

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ