Cümə günü, 09 oktyabr 2026
     

Yaradıcılıq təşkilatlarında üzvlük haqqı problemi…

Image


İltifat Hacıxanoğlu: “Üzvlük haqqının cəmi 5 manat olmasına baxmayaraq...”

Rəssamlar İttifaqı: “... üzvlük haqqı ləğv edilib”

Memarlar İttifaqı: “Bizdə illik üzvlük haqqı 100 manatdır”

Məhərrəm Qasımlı: “Başqa qurumlardan fərqli olaraq Aşıqlar Birliyində üzvlük haqqı və vəsiqə pulu yoxdur”

Xəyal Rza: “Elə üzvlərimiz var ki, illərdir üzvlük haqqı ödəmirlər”

Vaxt vardı ki, yaradıcılıq təşkilatları cəmiyyətin həyatında mühüm rol oynayırdılar. Son illər isə o qurumlar dövlətdən maliyyələşmələrinə baxmayaraq, ictimai fikrə, ictimai həyata elə də dərindən nüfuz edə bilmirlər.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən yaradıcılıq qurumlarının əksəriyyəti Sovet dövründə təsis edilən təşkilatlardır ki, bu gün də öz mövcudluqlarını qoruyurlar. Onu da bildirək ki, keçmis SSRİ-nin bir çox respublikalarında Sovet dövründə yaradılan yaradıcılıq təşkilatları ya ləğv edilib, ya da dövlət tərəfindən maliyyələşmir, ictimai təşkilat kimi özünü maliyyələşdirmə yolu ilə varlıqlarını qoruyurlar. Bizdə isə əksinə, yaradıcılıq qurumlarına çox yüksək səviyyədə dövlət dəstəyi var. Belə ki, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Kinematoqraflar İttifaqı da dövlət büdcəsindən aldığı maliyyə hesabına varlıqlarını qoruyur, tədbirlər keçirir, layihələr gerçəkləşdirirlər.

Əvvəllər yaradıcılıq təşkilatlarına üzv olmaq istəyən yaradıcı şəxs bir sıra kriteriyaları özündə birləşdirməli idi ki, cibində o quruma aid vəsiqə daşıya bilsin. Son dövrlər isə bu sahədə vəziyyət dəyişib. Birlik və ittifaqlara üzv olmaq bir qədər asanlaşıb desək yanılmarıq. Çünki bir sıra hallarda ortaya heç bir ciddi bədii nümunə qoymayan şəxsin (lərin) hansısa bir birliyin üzvlüyünə qəbul edildiyini görürsən. Bu da sözsüz ki, o qurumların ictimaiyyətdə nüfuzunun zədələnməsi ilə nəticələnir.

Bilirik ki, yaradıcılıq təşkilatlarının maliyyələşməsinin müəyyən bir hissəsi qurum üzvlərinin payına düşür. Yəni yaradıcı insanlar üzv olduqları təşkilata illik üzvlük haqqı ödəyirlər. Bir sıra hallarda isə yaradıcılıq təşkilatları rəhbərləri üzvlərin vaxtlı-vaxtında üzvlük haqqı ödəmədiklərindən gileylənirlər. Onlar deyirlər ki, üzvlərin bir qismi üzvlük haqqı ödəmir.

Bu gün Azərbaycanda fəaliyyət göstərən yaradıcılıq qurumlarının üzvləri vaxtlı-vaxtında üzvlük haqqını ödəyə bilirmi? Hansı qurumda üzvlük haqqı neçə manatdır?

21 iyun 2012-ci ildə yaradılan Azərbaycan Respublikası Kinematoqraflar İttifaqından bizə verilən məlumata görə, bu təşkilatda üzvlük haqqı ümumiyyətlə yoxdur: “Bizim qurum üzvləri təşkilatımıza üzvlük haqqı ödəmirlər. Çünki bizdə üzvlərdən üzvlük haqqı alınmır”.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu bizimlə söhbətində bildirdi ki, ittifaqın 163 üzvü var və onların əksəriyyəti vaxtlı-vaxtında üzvlük haqqını ödəyirlər: “Bəstəkarlar İttifaqının üzvləri həm bəstəkarlar, həm də musiqişünaslardır. İttifaqın 163 üzvü var və illik üzvlük haqqı isə 5 manatdır. Deyərdim ki, yaradıcılıq təşkilatları arasında ən az üzvlük haqqı bizim qurumdadır. Üzvlük haqqının cəmi 5 manat olmasına baxmayaraq, bəzən onu ödəməyənlər də olur. Elə üzvlərimiz var ki, illiyi vaxtlı-vaxtında ödəyir. Ancaq bəziləri görürsən ki, gedib xaricdə yaşayır, orada fəaliyyət göstərir, lakin birlik üzvü olduğuna görə üzvlük haqqı ödəmir. Üzvlük haqqının ödənilməsi ilə bağlı az da olsa problemimiz olur. Ancaq deyim ki, üzvlük haqqı ödəyənlərin sayı ödəməyənlərin sayından çoxdur. Əslində, 5 manat simvolik bir məbləğdir”.

Üzvlük haqqının hansı məqsədlər üçün xərclənməsinə gəlincə, İ.Hacıxanoğlu bildirdi ki, toplanan məbləğ ittifaq üzvlərinin ad, yubiley günlərinə hədiyyə alınmasına, eləcə də gənc musiqiçilərin əsərlərinin səsləndirilməsinə və s. xərclənir: “Bəstəkarlar İttifaqı ildə iki dəfə gənclər üçün plenum keçirir. Həmin plenumda gənclərin əsərləri səsləndirilir. Gənc bəstəkarlar üçün əsas odur ki, əsərləri səsləndirilsin. Biz tələbələrin də əsərlərini səsləndiririk”.

İ.Hacıxanoğlu qeyd etdi ki, ittifaqın əsasnaməsinə əsasən, bəstəkarlıq və musiqişünaslıq fakültələrini bitirən və ən azından bir irihəcmli əsəri səslənən şəxslər ittifaq üzvlüyünə qəbul edilirlər. Onun sözlərinə görə, Bəstəkarlar İttifaqına qəbul qaydaları çox sərtdir və hər mahnı yazan quruma üzv ola bilməz: “Qurum üzvlüyünə  qəbul olunmaq istəyənlər bir neçə prosedurdan keçirildikdən sonra üzvlük vəsiqəsi ala bilirlər. Bir məsələni deyim ki, Xalq artisti Firəngiz xanım Əlizadə Bəstəkarlar İttifaqının sədri olandan sonra ittifaqın həyatında bir sıra müsbət hallar baş verdi. Elə insanlar var idi ki, hətta elmlər doktoru olmasına baxmayaraq, hələ Bəstəkarlar İttifaqına üzv ola bilməmişdilər, lakin Firəngiz xanımın onları və digərlərini ittifaq üzvlüyünə qəbul etdi”.  

Azərbaycan Rəssamlar İttifaqından da bizə bildirdilər ki, əvvəllər ittifaq üzvləri üzvlük haqqı ödəsələr də, son illər rəssamlar, heykəltəraşlar və sənətşünaslar üzvlük haqqı ödəməkdən azad ediliblər: “Rəssamlar İttifaqında üzvlük haqqı ləğv edilib. Bizim heç bir üzvümüz üzvlük haqqı ödəmir”. Qeyd edək ki, hazırda Rəssamlar İttifaqının 1500 nəfərə yaxın üzvü var. 

Azərbaycan Memarlar İttifaqından verilən məlumata görə, bu qurumun 500 nəfər üzvü var və illik üzvlük haqqı isə 100 manatdır. Bizimlə həmsöhbət olan qurum əməkdaşı üzvlərin vaxtlı-vaxtında üzvlük haqqını ödədiyini bildirdi: “Bizdə illik üzvlük haqqı 100 manatdır və ittifaq üzvləri heç bir problem olmadan üzvlük haqqını ödəyirlər”.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Bakı-Xəbər”ə verdiyi məlumata görə isə 2016-cı ildən Aşıqlar Birliyi üzvləri heç bir üzvlük haqqı ödəmir: “Mən Aşıqlar Birliyinin sədri olduqdan sonra üzvlük haqqını ləğv etmişəm. Hətta bizim qurum aşıqlara üzvlük vəsiqəsini də pulsuz verir. Bu iş dövlət dəstəyi ilə həyata keçirilir. Başqa qurumlardan fərqli olaraq, Aşıqlar Birliyində üzvlük haqqı və vəsiqə pulu yoxdur. Hazırda Birliyin 350 nəfərdən çox üzvü var. Bilirsiniz ki, birlik tərəfindən üzvlərimizin attestasiyası keçirildi və üzvlər arasında təmizlənmə işi aparıldı”. 

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın qəzetimizə verdiyi məlumata görə, hazırda birlik üzvlərinin sayı 1500 nəfərə yaxındır. X.Rzanın sözlərinə görə, Yazıçılar Birliyi üzvlərinin illik üzvlük haqqı 15 manatdır. Onun bildirdiyinə görə, əvvəllər isə üzvlük haqqı 10 manat olub: “Yazıçılar Birliyinin bütün üzvləri üzvlük haqqını heç də vaxtlı-vaxtında ödəmirlər. Elə üzvlərimiz var ki, illərdir üzvlük haqqı ödəmirlər. Təbii, zamanında ödəyənlər də var, ancaq onlarla yanaşı, ödəməyənlər də yox deyil. Bizim qurumda illik üzvlük haqqı 15 manatdır. Bundan əvvəl üzvlük haqqı 10 manat idi, son dövrlər isə 15 manat olub. Onu da deyim ki, üzvlük haqqı ödəməyənlərlə bağlı məsələ sərtləşdirildi. Buna baxmayaraq, yenə də ödəməyənlər var. Üzvlük haqqı ödəməyənləri isə nə Yazıçılar Birliyindən, nə də digər yaradıcılıq qurumlarından xaric etmək olur.

Tədbirlərin sərtləşdirilməsinə baxmayaraq, heç bir üzvlük haqqı ödəməyən üzvümüzə qarşı tətbiq edilməyib. Çünki nəzərə alınıb ki, onların arasında pulu ödəməyə imkanı olmayanlar da var”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ