Cümə günü, 09 oktyabr 2026
     

Tarixi şəxsiyyət Şah İsmayıl Xətai...

Image


Səfəvilər dövlətinin banisi, dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətai 1487-ci il iyul ayının 17-də Ərdəbil şəhərində nüfuzlu bir azərbaycanlı ailəsində anadan olub. Atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşahbəyimdir.

Ağqoyunluların Səfəvilərlə qohumluq əlaqələri yaratmaları bu sülalənin get-gedə artan nüfuzu ilə əlaqədardır. Ağqoyunlular Səfəvilərlə qohum olmaqla onlardan gələ biləcək təhlükənin qarşısını almaq, yeri gələndə onlardan istifadə etmək məqsədini güdürdülər. Bu cəhət Şeyx Heydərin apardığı uğurlu döyüşlərdə bir daha təsdiq olunurdu. Lakin Səfəvilərin get-gedə artan güc və qüdrəti onları qorxuya salır. Şeyx Heydər xəyanətlə öldürülür, onun xanımı Aləmşahbəyim isə oğlanları Sultanəli, İbrahim və İsmayıl ilə birlikdə həbsdə saxlanır. Sultan Yaqubun ölümündən sonra hakimiyyət uğrunda gedən vuruşmalarda Rüstəm Mirzə Səfəvilərdən istifadə etmək məqsədilə Şeyx Heydərin övladlarını həbsdən azad edir. Rüstəm Mirzə hakimiyyətdə möhkəmləndikdən sonra Səfəvi şahzadələrini aradan götürməyə çalışır. Fəqət onlar Şeyx Sultanəli, İsmayıl və İbrahimi bir də ələ keçirə bilmirlər. Şeyx Sultanəli Şah İsmayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərir. Bir müddət Ərdəbildə və Rəştdə gizlədilən Şah İsmayıl Gilan hakiminin himayəsi altında Lələ Hüseyn bəy tərəfindən tərbiyə olunur, qorxmaz bir sərkərdə və həssas düşüncəli bir ziyalı kimi yetişdirilir.

1499-cu ilin avqust ayında Şah İsmayıl özünün yaxın tərbiyəçi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamağa başlayır. Buna onu Ağqoyunlu şahzadələrin arasında hakimiyyət uğrunda gedən didişmələrin kəskinləşməsi vadar edir. Şah İsmayıl və onun tərəfdarları yaranan vəziyyəti nəzərə alaraq 70 nəfərdən ibarət bir dəstə ilə Ərdəbilə doğru hərəkət edirlər. Yolboyu onların ətrafında ustaclı, təkəli, varsaq, zülqədr, qacar, afşar tayfalarından çoxlu adamlar toplaşır. Dəstə Ərdəbilə daxil olub Şeyx Səfi məqbərəsini ziyarət edir, gələcək döyüşlər haqqında danışırlar. Şah İsmayıl 1500-cü ilin yazında Qaradağ və Talış əhalisindən Şamlı və Rumlu tayfalarından ona qoşulan 2 minə yaxın qızılbaşla Qaradağ, Çuxursəd, Şuragil, Kağızman, Tərcan yolu ilə Ərzincana gəlir. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən yeddi min tərəfdar toplayan Şah İsmayıl 1500-cü ilin axırlarında Şirvana hücum edir. Şamaxı yaxınlığında Fərrux Yasarın iyirmi min atlı və altı min piyada ordusu ilə baş verən döyüşdə Fərrux Yasar məğlub olur. 1501-ci ilin yazında bir neçə günlük mühasirədən sonra Bakı qalası alınır və Şirvanşahların xəzinəsi ələ keçirilir. Bakı qalasının alınmasında Şah İsmayıl böyük müdriklik və rəşadət nümayiş etdirir. Şah İsmayıl bundan sonra ordusu ilə birlikdə Şamaxıya qayıdır, Biğurd, Gülüstan və Əlvənd qalalarını ələ keçirməyə hazırlaşır. Lakin bu vaxt Əlvənd Mirzənin Culfaya qoşun çıxartması onun planını dəyişir. Şah İsmayıl ilə Əlvənd Mirzə arasında əvvəlcə bir neçə məktub mübadiləsi olur. Ağqoyunluların ayrı-ayrı istiqamətlərdə hərəkət edən dəstələri ilə vuruşmalarda qızılbaş dəstələri mühüm qələbələr qazanır. Əlvənd Mirzə ilə Şah İsmayıl arasındakı əsas toqquşma Naxçıvan yaxınlığındakı Şərur düzündə başlayır. Ağqoyunluların ordusunda top və tüfənglərin olmasına baxmayaraq onlar məğlub olur. Əlvənd Mirzə canını qurtarıb Ərzincana tərəf qaçır. Bu qələbədən sonra Şah İsmayıl Təbrizə doğru hərəkət edir. Təbrizdə Şah İsmayıl şah elan edilir. Bununla da paytaxtı Təbriz olan Azərbaycanda Səfəvilər dövlətinin əsası qoyulur.

Şah İsmayılın çox gənc yaşlarında hakimiyyət uğrunda döyüşlərə atılması, istədiyinə nail olub qüdrətli bir Azərbaycan dövləti yaratması onun ulu babalarının uzun müddət davam edən ardıcıl mübarizələrinin uğurlu nəticəsi idi. Şah İsmayıl ilə başlanan Səfəvilər dövlətinin Azərbaycan torpağında Midiyadan sonra yaranan ən güclü dövlət olduğu bilinir. Bu dövlətin Səfəvilər adlanması isə İsmayılın ulu babalarından olan və çox vaxt sadə şəkildə Şeyx Səfi adlandırılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1335) adından götürülüb. Hələ XIV əsrdə yaşayıb-yaradan Azərbaycan şairi Arif Ərdəbili Şeyx Səfidən qürurla danışır, onu din və millət hamisi adlandırır, onun qəbrinin Ərdəbil şəhərində olmasını bu şəhər üçün əlçatmaz bir məziyyət kimi qeyd edir.

Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında baş verən döyüş qızılbaşların qələbəsi ilə nəticələnir. Bir qədər sonra Ağqoyunlular dövlətinin ikinci qolu üzərində qələbə çalan Şah İsmayıl yeni Səfəvilər dövlətinin sərhədlərini xeyli genişləndirir. 1503-cü ildə Mazandaran, 1504-cü ildə Yəzd, Girman, Fars, Kaşan, 1506-cı ildə Mərəş, Diyarbəkir, 1508-ci ildə Bağdadla birlikdə bütün İraq fəth olunur. “Cahana-rayi-Şah İsmayıl Səfəvi” adlı tarixi əsərdə Şah İsmayılın Bağdada daxil olması belə təsvir edilir: “Şah İsmayıl ay-ulduz bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdı. Sadə camaat Bağdad və başqa şəhərlərdən gəlib şadlıq içində qeyri-adi qələbələr və ilahi təyinatla bağlı hökmdarı qarşılayırdı. Onlar sevinc və bəxtiyarlıq içində idilər. İraqlıların adətincə çoxlu qurbanlıq buğalar gətirilmişdi. Alqış və dua edərək buğaları kəsir, başlarını Şah İsmayılın atlılarının ayaqları altına atırdılar...” Bu çağlarda Füzulinin 14-15 yaşı olardı. Ətrafında baş verən hadisələr onun da qəlbində dərin iz buraxaraq, bir qədər sonra yazdığı əsərlərdə əksini tapıb. Sonrakı illərdə Şah İsmayıl İranı, Xorasanı, İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Şah İsmayılın dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrildi.

Şiəliyi rəsmi dövlət dini mövqeyinə qaldıran Şah İsmayıl geniş ərazidə yaşayan müxtəlif xalqları vahid ideologiya ətrafında birləşdirib Səfəvilər dövlətini möhkəmləndirmək məqsədi güdürdü. O, şiəliyi sünni olan Ağqoyunlulara, Şirvanşahlara, Şeybanilərə və Osmanlılara qarşı mübarizə bayrağına çevirmişdi. Qonşuluqda Səfəvilər kimi qüdrətli bir dövlətin yaranması Osmanlı dövlətini narahat edirdi.

Səfəvilər dövlətinin sürətli inkişafı, qısa bir müddətdə Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrilməsi, qızılbaşlıq ideologiyasının başqa dövlətlərin əhalisi arasında da geniş yayılması həmin dövlətlərin Şah İsmayıla və onun ölkəsinə qarşı qorxu, ehtiyat, qibtə, hətta düşmən münasibəti bəsləməsinə səbəb olurdu. Müəyyən mənada Şah İsmayıl üçün Çaldıran müharibəsi bu hisslərin və münasibətin nəticəsi idi. Bu döyüş istər Osmanlı qaynaqlarında, istərsə də Səfəvilərə aid əsərlərdə bütün təfərrüatı ilə təsvir olunub. Bu qaynaqlardan aydın olur ki, Şah İsmayıl həmin müharibənin baş verməsinə tərəfdar olmayıb.

Şah İsmayıl hakimiyyət uğrunda müharibələr apardığı çağlarda, Çaldıran döyüşünə qədər şah olduğu dövrdə Türkiyə sultanlığı ilə ehtiyatla davranıb. Sultan Bəyazid əvvəllər Şah İsmayıla pis münasibət bəsləyibsə də, sonralar Şah İsmayıl ilə onun arasında mehriban dostluq münasibətləri yaranıb. Sultan Bəyazid qüdrətli Səfəvi dövləti ilə hesablaşmağa başlayıb. Bu çağlarda Trabzon hakimi olan, Yavuz ləqəbini alan Səlim Bəyazidin Şah İsmayıla olan münasibəti ilə razı deyildi. O, Türkiyədə gündən-günə güclənən, ətrafına çoxlu tərəfdarlar toplayan qızılbaş hərəkatına imperiya üçün təhlükə kimi baxırdı. Məhz buna görə də Osmanlı imperiyasının daxilində qızılbaşlığa zidd olan qüvvələr Sultan Səlimə kömək edərək Sultan Bəyazidin hakimiyyətinə son qoyur.

Sultan Səlim hakimiyyət başına keçən kimi ölkəni daxilən möhkəmləndirməyə başlayır və iki yüz minlik odlu silah və toplarla silahlanan ordusu ilə Səfəvilərin üzərinə yeriyir. Maku yaxınlığındakı Çaldıran düzündə iki qoşun üz-üzə gəlir. Döyüş üç gün davam edir. Şah İsmayıl bu döyüşlərdə qeyri-adi rəşadət göstərir. Lakin əsgərlərinin qeyri-adi cəsarətlə döyüşmələrinə baxmayaraq, döyüşdə Sultan Səlim qalib gəlir. Səfəvilərin Çaldıran müharibəsində məğlubiyyətinin acı və ağır nəticələri tədriclə üzə çıxıb. Çaldıranda Şah İsmayılın ömründə birinci və axırıncı dəfə məğlub olması ona çox güclü təsir edir. Şair hökmdarın həyat sevinci bir də özünə qayıtmır, üz-gözünə əbədi bir tutqunluq və kədər çökür.

Bu müharibədən aldığı təəssüratı Məhəmməd Füzuli “Bəngü Badə” poemasında dərin ürək ağrısı ilə qələmə alıb, iki hökmdarın qürur və mənəmliyi ucbatından törənən Çaldıran müharibəsi ona bu ilk əsərini yaratmaq üçün əsas təkanverici hadisə olub. Füzuli 1514-1524-cü illər arasında yazdığı bu poemasını Şah İsmayıla ithaf edib, onu səmimi, ürəkdən gələn misralarla alqışlayıb.

Çaldıran məğlubiyyətindən sonra Şah İsmayıl on il yaşasa da, heç bir ciddi hərbi səfər etməyib. Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd var ki, Şah İsmayıl Xətai ölümündən bir qədər əvvəl yorğunluq hiss etdiyindən ova çıxır. O, sağalmaq ümidilə Şəki mahalına gəlir. Şahdağda ov edir. Ona Şahdağda çox qədim zamanlardan qalan bir çox ov heyvanlarının, vəhşi at ilxılarının olduğunu xəbər vermişdilər. Şah İsmayıl ova çıxmazdan əvvəl yerli əhali ona həmin yerdə ov etməyin, Şahdağdakı heyvanları ovlamağın təhlükəli olduğunu bildirir. Lakin Xətai bu sözlərə əhəmiyyət vermir və öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burda da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sarab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin səyi, müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə iyun ayının 23-də vəfat edir. Onun meyitini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.

Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının ən qaynar çağında dünyadan köçüb. Lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırıb, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıdıb. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K.Marks belə yazıb: “Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etdi.”

Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şeir dilinə çevirib, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə böyük işlər görüb. 

Şah İsmayıl Xətainin şeirlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm olunur, onun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs olması, düşmənlərin canına vəlvələ salmağa qadir olduğu dönə-dönə nəzərə çatdırılır.

Xətainin poeziyasında ehkamçılığa, mövhümatçılığa, insan mənəviyyatını buxovlayan zəncirlərə qarşı güclü bir etiraz var. Xətai şeirinin əsas obyekti insan, əsas qayəsi insana məhəbbətdir. Xətai insanı yer üzünün ən qiymətli gövhəri saydığından, insansız olan, insana zidd olan, insanın səadətinə əngəl olan hər şeyi rədd edir. İnsana və dünyaya bu şəkildə yanaşan mütəfəkkir şair eşqi şeirinin baş mövzusuna çevirir. Onun şeirlərində gah real insani sevgi tərənnüm olunur, gah da məhəbbətdən geniş fəlsəfi bir kateqoriya kimi söhbət açılır.

Xətainin aşiqanə qəzəllərində sevgi duyğuları bir çox hallarda o qədər səmimi, təbii verilir ki, boyalarının, ifadələrinin əlvanlığı və sadəliyi ilə insanı heyran edir, tilsimləyir. “Qızıl gül, bağü bustanım, nə dersən?” misrası ilə başlanan məşhur qəzəli yada salaq. Bu qəzəldəki hər beyt, hər parça saf, həssas bir qəlbdən qopan sevgi harayı kimi səslənir:

Qızıl gül, bağü bustanım, nə dersən?

Fəda olsun sənə canım, nə dersən?

 

Qərarü səbrü aramım tükəndi,

Kəsildi külli-fərmanım nə dersən?

 

Əridi iliyim, qaldı sümüyüm,

Bu təni tərk edər canım, nə dersən?

 

...Əgər yatsam min il topraq içində

Dürüstdür əhdü peymanım, nə dersən?

 

Xətai can ilə cün səni sevdi,

Sevən ölsünmü, sultanım, nə dersən?

 

Şah İsmayıl Xətai Azərbaycan tarixinə görkəmli dövlət xadimi və istedadlı bir şair kimi daxil olub. Şairin ədəbi irsi Azərbaycan dilində yazılan “Divan”dan, ibrətamiz mənzumələrdən, lirik qoşmalardan, “Nəsihətnamə” adlı məsnəvidən və “Dəhnamə” poemasından ibarətdir. Xətai öz yaradıcılığında xalq dilindən, əruz və heca vəznlərindən, folklordan istifadə edib. Üç dildə şeir yazmaq qabiliyyəti olan Xətainin əsərlərinin böyük bir qismi Azərbaycan dilindədir. Azərbaycan ədəbi dilinin inkişafında Xətainin mühüm xidməti var. O, anadilli poeziyanın inkişafına müstəsna əhəmiyyət verib, Azərbaycan dilində yazan şairlərə hamilik edib, sarayında şairlər məclisi yaratmışdı. Onun hakimiyyəti dövründə Azərbaycan dili nəinki hakim ədəbi dilə çevrilib, eyni zamanda, dövlət dili səviyyəsinə yüksəlib, diplomatik yazışmalarda belə istifadə olunub.

Xalqımızın inkişafının ən mühüm mərhələlərindən biri onun adı ilə bağlıdır. Xətai doğma zəminə möhkəm bağlı olan bir adam kimi ozan – aşiq sənətinə rəğbətlə yanaşıb, klassik şeir formaları ilə yanaşı xalq şeirinin müxtəlif şəkillərində dillər əzbəri ola biləcək əsərlər yaradıb. Əsərlərinin əlyazmaları dünyanın məşhur əlyazma fondları və muzeylərində saxlanır. Sadəlik, aydınlıq, səmimilik, həyata, onun tələblərinə dərindən bağlılıq Xətai poeziyasının səciyyəvi keyfiyyətləridir. Bu poeziya saf mənəvi aləmin, aydın məfkurənin, sabaha dərin inamın, hər cür şərə odlu nifrətin parlaq ifadəsidir.

Fazil QARAOĞLU

professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ