Cümə günü, 09 oktyabr 2026
     

Son 20-25 ildə Azərbaycanda uşaq opera və balet əsərləri niyə yazılmadı...

Image


Zemfira Qafarova: ”Gənclər uşaq opera və balet janrında yazdıqları əsərlərinin ifa olunmayacağından qorxaraq bu janrlara müraciət etmirlər”
Gülüm Qiyasova: “O əsərlər əsasən 20-25 il əvvəl yazılan musiqi nümunələridir”
Şükufə Ağamirzəyeva: ”Əvvəlki illərdə də, son dövrlər də uşaqlar üçün yazılan opera və balet tamaşalarını səhnəyə qoyuruq”

 

Uşaqların klassik musiqi zövqünün formalaşmasında uşaq opera və balet tamaşalarının rolu danılmazdır. Bu gün, demək olar ki, müasir bəstəkarlar uşaqlar üçün opera və balet janrında musiqi əsərləri yazmırlar. Son illər bəstələnən uşaq opera və balet tamaşaları ilə bağlı araşdırma apararkən qarşımıza yeni balet və opera haqqında, demək olar ki, məlumat çıxmadı.

Musiqişünasların bildirdiyinə görə, çağdaş bəstəkarlar arasında uşaqlar üçün musiqi yazanların sayı həddən artıq azdır. Ümumiyyətlə, müasir bəstəkarlarımızın bu sahəyə marağının olmadığını deyən musiqişünasların bildirdiyinə görə, son yazılan tamaşaların siyahısına baxsaq, orada ancaq uzun illər əvvəl yazılan tamaşaların adlarını görə bilərik.

Bəzi musiqişünasların verdiyi bilgiyə görə isə son dövrlər bir-iki bəstəkar bu sahədə işlər görüb, qalan opera və balet tamaşaları isə Sovet dövründə yazılıb. 

Qeyd edək ki, Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq mövzusuna həmişə müraciət edilib. İllər əvvəllərə qədər bu istiqamətdə xeyli iş görülüb. Ancaq nəzərə alsaq ki, müasir uşağın zövqü, dünyagörüşü tamam fərqlidir, bu gün yazılan əsərlər onların tələbinə cavab verməlidir.

Bəstəkar İbrahim Məmmədovun 1964-cü ildə yazdığı “Tülkü və alabaş” uşaq opera-baleti, 1964-cü ildə Xalq artisti, uşaq bəstəkarı Oqtay Zülfüqarovun “Pişik və sərçə” uşaq nağıl-operası, “Ulduz-qız”, 1966-cı ildə bəstələdiyi “Meşə nağılı” uşaq operası vaxtilə Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulub.

Onu da vurğulayaq ki, bəstəkar Əşrəf Abbasovun 1968-ci ildə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında yazdığı “Qaraca qız” baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulub. Onu da vurğulayaq ki, bu balet həm də uşaqlar üçün yazılan ilk böyük səhnə əsəridir. Yeri gəlmişkən, “Qaraca qız” baleti 1969-cu ildə Parisdə "Şan Elize" teatrının səhnəsində keçirilən Beynəlxalq rəqs festivalında nümayiş etdirilib, teatrın fəaliyyəti xüsusi qeyd edilib və festivalda Azərbaycan balet artistləri Paris Rəqs Akademiyasının diplomuna layiq görülüblər.

Bəstəkar Nazim Əliverdibəyovun “Cırtdan” uşaq nağıl-operası, Zakir Bağırovun 1979-cu ildə bəstələdiyi “Qoca Xəttabıç” rus dilində uşaq operası, bəstəkar Sevda İbrahimovanın 1982-ci ildə qədim hind dastanı əsasında yazdığı “Nənəmin nağılları” ilk Azərbaycan uşaq dastan-operası,

bəstəkar Oqtay Rəcəbovun 1988-ci ildə bəstələdiyi “Göyçək Fatma” Azərbaycan xalq nağılının motivləri əsasında cizgi filmi-operası, bəstəkar Azər Dadaşovun alman yazıçısı V.Qaufun nağılı əsasında yazdığı “Balaca Muk” caz-muğam uşaq operası, 1997-ci ildə Rəhilə Həsənovanın yazdığı “Nəğməli qız” uşaq operası illər əvvəl yaradılıb.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova bizimlə söhbətində qeyd etdi ki, müasir bəstəkarların uşaq opera və balet tamaşalarına müraciət etməməsinin səbəbləri var. Z.Qafarovanın sözlərinə görə, bəstəkarların qarşısını kəsən əsas problem əsərlərinin ifa edilməsi ilə bağlıdır: “Bu yaxınlarda məni Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə dəvət etmişdilər. Orada bəstəkar Cəlal Abbasovun “Bahar” adlı gözəl bir uşaq operası təqdim edildi. 12 nömrəli musiqi məktəbinin şagirdləri bu əsəri əla ifa etdilər. Düzdür, bu opera hələ səhnədə qoyulmayıb. Demək olmaz ki, bizim bəstəkarlarımız uşaq opera və balet tamaşaları yazmayıblar, yazıblar. Məsələn, bizim Rəşid Şəfəq kimi bəstəkarımız vardı, Allah ona rəhmət eləsin. Bilirsiniz, o, uşaqlar üçün nə qədər əsər yazıb. Onun uşaq teatrı üçün çoxlu maraqlı tamaşası var. Ancaq onlar harada, necə tamaşaya qoyulur? Opera və Balet Teatrında bizim sanballı bəstəkarların əsərləri qoyulmur. Mən bəstəkar Ramiz Mustafayevin bacısı qızıyam. R.Mustafayevin “Vaqif” operası görürsən on ildən bir yubileyi olanda tamaşaya qoyulur, ondan sonra on il göstərmirlər. Faciəli bir durum yaşayırıq”.

Gənc bəstəkarların uşaqlar üçün opera və balet tamaşası yazmamasının səbəblərinə gəlincə, Z.Qafarova bildirdi ki, gənclər əsərlərin ifa edilməyəcəyini düşündüyü üçün bu sahəyə müraciət etmirlər. “Bəstəkar Elnarə Dadaşova var, artıq o, yaşlı nəslin nümayəndəsidir. Məsələn, onun gənclik illərində yazdığı balet böyük çətinliklərlə 2-3 il əvvəl 60 illik yubileyi ilə bağlı tamaşaya qoyuldu. Gənclər uşaq opera və balet janrında yazdıqları əsərlərinin ifa olunmayacağından qorxaraq bu janrlara müraciət etmirlər. Ümumiyyətlə, ifa problemi həmişə olub. Dahi Üzeyir bəy “Koroğlu”nu yazanda fikirləşirdi ki, Koroğlu aşıqdır, onu kim ifa edə bilər. O dövrdə Bülbül vardı və o bu rola Bülbülü nəzərdə  tutmuşdu. Bilirsiniz ki, Bülbüldən sonra Koroğlunu Lütfiyar İmanov ifa etdi. İndi də Koroğlunu yaxşı ifa etmək üçün ifaçı yoxdur”. 

Musiqiçi Gülüm Qiyasova bizimlə söhbətində bildirdi ki, müasir dövrdə gənc bəstəkarlar uşaq opera və balet tamaşaları yazmaq istəmirlər. Onun sözlərinə görə, bu gün gənc bəstəkarlar daha çox qazanc məqsədilə yaradıcılıqla məşğul olduqları üçün, mahnı janrına müraciət edirlər.

“Bu gün Azərbaycanda uşaq opera və baleti var. Ancaq o əsərlər əsasən 20-25 il əvvəl yazılan musiqi nümunələridir. Bizdə bu sahədə çox gözəl ənənələr olub və vaxtilə bəstəkarlarımız bu sahəyə müraciət ediblər. İndi isə gənc bəstəkarlar opera və balet janrında əsərlər yaratmaq istəmirlər. Ümumiyyətlə, bu gün uşaq musiqisinin özü çox zəif inkişaf edir. Uşaqlar üçün mahnılar çox az yaranır. Bu belədirsə, onda biz hansı uşaq opera və baletindən danışa bilərik? Yadımdadır ki, 2012-ci ildə mərhum uşaq bəstəkarımız Oqtay Zülfüqarov “Məlikməmməd” xalq nağılının motivləri əsasında “Sehirli alma” uşaq baletini yazıb. Bundan əvvəl O.Zülfüqarov 1990-cı ildə eyniadlı ərəb nağılının motivləri əsasında “Əlibaba və qırx quldur” əsərini yazıb. Bu əsərlər, bütövlükdə, çox maraqlı və dəyərlidir. Yaşlı nəsil onsuz da böyük məsuliyyətlə opera və balet sahəsində işlər görüb. Son dövrlər uşaqlar üçün opera və balet tamaşaları yazılmır, yazılsa belə, ona yaşlı nəslin nümayəndələri yazır. Hətta orta nəslin təmsilçiləri arasında da uşaqlar üçün opera və balet yazanlara rast gəlməmişəm. Bu sahənin çətinliyinə görə orta və gənc nəsil ona müraciət etmir. Halbuki, istedad, həvəs və sanballı material olarsa, onlar bunu yazmaqdan çəkinməməlidirlər. Bu gün müasir uşağın dünyagörüşünə uyğun yeni uşaq opera və balet tamaşaları yazılmalıdır ki, Akademik Opera və Balet Teatrı onu tamaşaya qoysun. Bu gün səhnədə əsasən xarici bəstəkarların uşaq opera və balet tamaşalarıdır. Düzdür, milli uşaq opera və balet tamaşalarına da quruluş verilir, amma onların sayı elə də çox deyil. Məncə, bu, bəstəkarlarla bağlı məsələdir. Bildiyim qədər, Opera və Balet Teatrında təqdim edilən yüksək səviyyəli əsərlərə biganə qalınmır, tamaşa tələblərə cavab verirsə, hazırlanır. Bəstəkarlarımız uşaqsız cəmiyyətdə yaşamırlar, bu baxımdan, onlar uşaqları nəzərə almalıdırlar. Uşaqlarımız xarici müəlliflərin də opera və balet tamaşalarına baxmalıdırlar. Ancaq onlarla yanaşı, müasir bəstəkarlarımızın da əsərləri olmalıdır ki, uşaqlarımızın onlardan da xəbəri olsun. Gənc bəstəkarlar buna önəm verməlidirlər”.

G.Qiyasova qeyd etdi ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan “Zoluşka”, “Çəkməli pişik” operaları, “Şelkunçik” və “Düyməcik” baletləri uşaqlarımız üçün maraqlıdır. O hesab edir ki, onların sırasında Azərbaycan müəlliflərinin əsərlərini görmək uşaqlarımız üçün olduqca xoş olardı: “Bu gün Opera və Balet Teatrı çox yüksək səviyyəli opera, balet əsərləri səhnəyə qoyur. Ancaq arzu edərdik ki, burada milli uşaq opera və balet əsərlərinə daha çox üstünlük verilsin. Buna üstünlük verilmirsə, demək, bəstəkarlarımız buna cəhd etmirlər”.

Azərbaycan Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva isə “Bakı-Xəbər”ə açıqlamasında milli uşaq opera və balet tamaşalarına müraciət edildiyini bildirdi: “Bilirsiniz ki, opera və balet janrı çox mürəkkəb janrdır. Təbii, həmişə teatrın səviyyəsinə uyğun əsərlər yazılmır və s. Buna baxmayaraq, əvvəlki illərdə də, son dövrlər də uşaqlar üçün yazılan opera və balet tamaşalarını səhnəyə qoyuruq. Məsələn, 2015-ci ildə mərhum bəstəkarımız O.Zülfüqarovun son dövrlər yazdığı “Sehirli alma” baletini səhnəyə qoyduq. Bu balet tamaşası indi də repertuardadır. 2016-cı ildə Əşrəf Abbasovun “Qaraca qız” baleti yeni quruluşda tamaşaya qoyuldu. Bu balet tamaşası vaxtilə teatrın səhnəsində tamaşaya qoyulmuşdu, sonrakı dövrlərdə yox idi, ancaq biz onu 2 il əvvəl bərpa etdik. Bu balet tamaşasına bu ay uşaqlarımız baxa bilər. Eyni zamanda da xarici müəlliflərin opera və balet tamaşaları repertuarımızda yer tutur. Nazim Əliverdibəyovun “Cırtdan” nağıl operasını 2011-ci ildə səhnəyə qoyduq. Yəni əvvəl yazılan səhnə əsərlərinə də müraciət edib tamaşaya qoyuruq. Teatrımızda bu il iki yeni tamaşa qoyulacaq, ancaq onlar xarici müəlliflərin əsərləridir. Biri Mariyan Kobavın “Canavar və yeddi keçi balası” operası, o biri isə Frans Şubertin “Dahi hekayəçi” baletidir. Hər ikisi də uşaq tamaşalarııdr”.

Gənc bəstəkarların uşaq opera və balet tamaşaları yazırmı, sizin teatra onlardan hər hansı bir müraciət daxil olurmu? - deyə Ş.Ağamirzəyevadan soruşduqda, o bildirdi ki, hələ bu barədə onlara müraciət edən yoxdur: “İndiyə qədər bu barədə bizə müraciət edən olmayıb. Müraciətlər olursa da, onların arasında uşaq tamaşalarının olduğunu xatırlamıram. Teatra əsər təqdim edilərkən ona bədii şurada baxılır, musiqi əsəri dinlənir və teatrın səviyyəsinə, tələblərinə uyğundursa, tamaşaya qoyulur”.

Ş.Ağamirzəyeva qeyd etdi ki, təmsil etdiyi teatr hər zaman uşaqların marağını nəzərə alır və onlara baxımlı tamaşalar təqdim edir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ