Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanı Türkiyədəki mötəbər ədəbi tədbirdə “Azərbaycan”, “Ulduz” və “Yada düşdü” jurnalları təmsil etdi... - FOTO

Image


Nəzakət Məmmədova: “Bu konqresin əhəmiyyəti həm də ona görə böyükdür ki, burada Türk dünyasının ayrı-ayrı respublikalarında nəşr edilən ədəbi-bədii jurnallar arasında əməkdaşlıq əlaqələri quruldu”

 

Türk dünyasının birliyi ancaq sözdə deyil, həm də əməldə, görülən məqsədyönlü işlərdə öz təsdiqini tapır. Bir neçə gün əvvəl Türkiyənin Türk dünyasnının paytaxtı seçilən Kastammonu şəhərində Avrasiya Yazarlar Birliyinin IX Ədəbiyyat Dərgiləri Konqresi keçirilib. Həmin konqresdə Azərbaycanı Azərbaycan Yazıçılar Birliyinin orqanları olan “Azərbaycan” və “Ulduz” dərgiləri ilə yanaşı, müstəqil jurnal olan “Yada düşdü” də təmsil edib.

Türk dünyasının müxtəlif ölkələrində nəşr edilən jurnalların baş redaktorlarının, yazıçı və şairlərin qatıldığı tədbirdə ədəbi-bədii, nostalji “Yada düşdü” dərgisinin də söz sahibi olması diqqətçəkən məqamlardandır.

“Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında Avrasiya Yazarlar Birliyinin IX Ədəbiyyat Dərgiləri Konqresinin Türk dünyasının birliyi naminə təşkil edilən əhəmiyyətli bir tədbir olduğunu bildirdi. N.Məmmədovanın sözlərinə görə, konqresdə 27 ölkədən qatılan dərgi rəhbərlərinin hər bir çıxışı bütöv Türk dünyasına bir çağırış, mesaj kimi səslənib: “Qardaş Türkiyədə keçirilən konqresin əhəmiyyətini olduqca yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu səpkili tədbirlər, yığıncaqlar türk birliyi üçün olduqca vacibdir. Ədəbiyyatımıza xidmət edən ədəbi-bədii, nostalji “Yada düşdü” dərgisini də bu konqresə dəvət etdiyinə görə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğluna sonsuz təşəkkürümü bildirirəm. Deyim ki, Türk dünyasına xidmət etmək, türkdilli xalqları bir araya gətirmək, onları bir məqsədə, bir amala yönəltmək böyük, bütöv Türk dünyası yaratmaq deməkdir. Biz yalnız bir olduqda, həmrəy olduqda güclü, qüdrətli olduğumuzu dünyaya sübut edəcəyik”.

“Yada düşdü” jurnalının bu tədbirə ilk dəfə qatıldığını deyən N.Məmmədovanın sözlərinə görə, dərgi tədbir iştirakçıları tərəfindən olduqca müsbət qiymətləndirilib. Konqresin olduqca səmərəli keçdiyini deyən N.Məmmədovanın bildirdiyinə görə, burada jurnallar arasında yeni dostluq körpüsünün də əsası qoyulub: “Avrasiya Yazarlar Birliyinin IX Ədəbiyyat Dərgiləri Konqresində “Yada düşdü” jurnalı da öz sözünü dedi. Onu da deyim ki, artıq jurnalın öz sözünü deməyə haqqı çatır. Çünki jurnalımız neçə ildir nəşr edilir, mütəmadi olaraq ölkənin ədəbi-mədəni həyatında öz sözünü deyir. Ədəbi-bədii, nostalji jurnal kimi xalqımıza, ədəbiyyatımıza, ictimai fikrimizə xidmət edən “Yada düşdü” dəfələrlə Azərbaycanda öz layiqli qiymətini alıb. Deyərdim ki, “Yada düşdü” öz missiyasını layiqincə yerinə yetirir və nə “Azərbaycan”, nə də “Ulduz” jurnalından geridə qalır. Çünki bu jurnal da bizim ədəbiyyatımıza, onu təbliğ etməyə xidmət edir. “Yada düşdü” öz çiyinlərində çox məsuliyyətli, şərəfli bir yük daşıyır. Jurnal, bildiyiniz kimi, həm də nostalji jurnaldır və onun səhifələrində yaddan çıxan, unudulmaqda olan, xatırlanmasına ehtiyac olan yazıçılar, şairlər, mədəniyyət adamları, ictimai-siyasi xadimlər haqqında maraqlı xatirə yazıları dərc edilir. Hesab edirəm ki, “Yada düşdü” gəncliyimiz və gələcək nəsillərimiz üçün bir mənəvi yaddaş fondudur. Jurnal konqresdə də çox yüksək qiymətləndirildi. Konqresdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da iştirak edirdi. O da “Yada düşdü” jurnalı haqqında olduqca müsbət fikirlər bildirdi. Deyim ki, jurnal Anar müəllimin və Fikrət Qocanın xeyir-duası ilə nəşrə başlayıb.

Qeyd edim ki, bu konqresin əhəmiyyəti həm də ona görə böyükdür ki, burada Türk dünyasının ayrı-ayrı respublikalarında nəşr edilən ədəbi-bədii jurnallar arasında əməkdaşlıq əlaqələri quruldu. Orada Makedoniyadan “Körpü” adlı bir dərgi də təmsil olunurdu. Bu dərgi mənim həddindən çox xoşuma gəldi. Bu jurnal iki variantda çıxır. Bir variant böyüklər, ikinci variant isə uşaqlar üçündür. Orada uşaqların şeirləri, kiçik hekayələri çap olunur. Sanki jurnal o uşaqları ədəbiyyatın gələcəyi üçün formalaşdırır, yetişdirir. Bu jurnal mənə çox maraqlı gəldi. Orada “Tumurcuq” jurnalı da diqqətimi cəlb etdi. Vaxtilə o tay Azərbaycanda “Birlik” adlı jurnal dərc edilirdi. “Tumurcuq” indi həmin jurnalın davamıdır. Orada çox maraqlı jurnallarla tanış oldum. “Yada düşdü”nün gələcək fəaliyyəti ilə bağlı TÜRKSOY-un baş katibi Düsen Kaseinov mənə çox gözəl tövsiyələr verdi. Dedi ki, “Yada düşdü” bütün Türk dünyasına xidmət edə bilər. Konqresdə jurnallar arasında əlaqələrin yaradılması ilə bağlı məsələ müzakirə edildi və qərara alındı ki, bir koordinasiya mərkəzi, şurası yaradılsın. Artıq bu koordinasiya, əlaqə yaranıb. Jurnal rəhbərlərinə dedilər ki, siz hər dəfə jurnalınız çap olunanda onu PDF şəklində bura göndərin və biz materialları dərc edilmək üçün konqresdə təmsil olan bütün jurnallara göndərək. Yəni tutalım, “Yada düşdü”nün materialları “Körpü”də, “Tumurcuq”da, onların materialları da “Yada düşdü”də və başqa jurnallarda işıq üzü görəcək. Hesab edirəm ki, Türk dünyasının birliyi üçün bu əməkdaşlığın böyük əhəmiyyəti var. Bu həm də bir-birimizdən öyrənmək, fikirlərimizi paylaşmaq, buradakı şəxsiyyətləri, orada, oradakıları burada tanıtmaq baxımından çox vacibdir. Biz gərəkli bir təcrübə mübadiləsinin, əməkdaşlığın əsasını qoyduq. Konqresdə iştirak edən 27 jurnal arasında müqavilələr bağlandı. Biz o müqaviləyə əsasən əməkdaşlıq edəcəyik. Bu konqresdə Türk dünyasının birliyi haqqında çıxış edən hər bir təmsilçi bizim böyüklüyümüzdən danışdılar. Həqiqətən, bir daha gördük ki, Türk dünyası nə qədər böyükdür. Eyni dildə danışmaq, eyni mədəniyyəti, tarixi, ortaq dəyərləri paylaşmaq necə gözəl hiss, yaşantı imiş. Bu səfər mənə çox şey qazandırdı”.

“Yada düşdü” jurnalının bir neçə səhifəsinin gələcəkdə rus dilində olacağının planlaşdırıldığını qeyd edən N.Məmmədova hesab edir ki, bəzi türkdilli xalqların ədəbiyyat təmsilçiləri ilə rus dili vasitəsilə ünsiyyət qurmaq hələlik vacibdir. “Bəzi türkdilli xalqların danışığını bir qədər çətin anlayırıq. Düşünürəm ki, hələlik onlarla rus dili vasitəsilə ünsiyyət qurmaq lazımdır. Mən jurnalın bir neçə səhifəsini rus dilində çıxarmağı əvvəl də fikirləşmişdim. Çünki Azərbaycanda rusdilli yazarlar var və onları da nəzərə almaq lazımdır. Ola bilsin, gələcəkdə rus dilində materillar verək. Biz artıq may ayından digər türkdilli xalqların jurnalları ilə əməkdaşlığa başlayacağıq. Hesab edirəm ki, bunun çox uğurlu nəticələri olacaq”.

“Yada düşdü”nün 2018-ci ildə ilk sayının artıq çapdan çıxdığını deyən N.Məmmədova nəzərə çatdırdı ki, jurnalın bu sayı “Yada düşdü” dərgisinin ilk baş redaktoru, görkəmli jurnalist, redaktor, dramaturq-yazıçı, ictimai xadim Nahid Hacızadənin xatirəsinə həsr edilib. “Bilirsiniz ki, jurnalın ilk baş redaktoru Nahid Hacızadə olub və mən jurnalın bu sayını Nahid müəllimin işıqlı xatirəsinə həsr etmişəm. Bu sayımızda N.Hacızadə haqqında yazılar, xatirələr, şeirlər toplanıb. Çox sevinirəm ki, artıq “Yada düşdü” jurnalı özünü təsdiqləyib, ədəbiyyat aləmində öz sözünü deyib, jurnal-qəzet bolluğunda öz boyu, çəkisi ilə fərqlənə, seçilə bilib. Bu jurnal öz boyu ilə görsənirsə, bu mənim üçün böyük nailiyyətdir. Mən bu jurnalla qürur hissi keçirirəm və bu hissi təkrarən bir daha Avrasiya Yazarlar Birliyinin IX Ədəbiyyat Dərgiləri Konqresində də yaşadım” - deyə N.Məmmədova bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ