Cümə günü, 09 oktyabr 2026
     

Teatr tamaşalarına ictimai baxış proseduru ortadan çıxıb?

Image


Xəyalə Rais: “Teatr rəhbərlərinin tamaşaların ictimai baxışına mətbuat nümayəndələrini dəvət etməməsi düzgün hal deyil”

 

Son illər teatrlarımız maraqlı tamaşalarla, uğurlu işlərlə deyil, daha çox qalmaqallarla gündəmə gəlir. Yaradıcılıq məsələsi teatrlar tərəfindən o qədər də təbliğ edilmir. Götürək teatrlarda yeni tamaşaya qoyulan əsərləri.

Demək olar ki, dramaturq əsəri teatra təqdim edir, rejissor ona quruluş verir, şəxsi münasibətləri yaxşı olduğu aktyor və aktrisalara orada rol verir və tamaşanın premyerası keçirilir. Halbuki, belə olmamalıdır. Hər bir yeni tamaşa səhnəyə qoyulursa, rejissor tamaşanı bitmiş hesab etdikdən sonra mütləq ona ictimai baxış keçirilməlidir. Lakin son illər Azərbaycan teatrlarında yeni səhnə əsərlərinin ictimia baxışı keçirilmir. Bir neçə il əvvələ qədər teatrlarda səhnəyə qoyulan hər bir tamaşanın ictimai baxışı olurdu. İctimai baxışa yerli KİV-lərin əməkdaşları, tanınmış teatr mütəxəssisləri dəvət edilir və tamaşanın əyər-əskiklikləri, nöqsanları dilə gətirilir, müzakirə olunurdu. Qarşılıqlı polemika şəraitində keçən ictimai baxışdan sonra təqdim edilən tamaşa haqqında sağlam tənqidə söykənən yazılar, resenziyalar yazılırdı. Bu yazılarda tamaşa, bütövlükdə, təhlil edilir, dramaturji mətn, rejissor yanaşması, aktyor oyunu qiymətləndirilirdi. Ancaq, demək olar ki, axır illər tamaşaların ictimai baxışı jurnalistlərin iştirakı olmadan baş tutur. Bunu ictimai baxışdan daha çox daxili baxış hesab etmək olar.

Teatrşünaslar bildirirlər ki, son illər yeni tamaşalara ictimai baxışın keçirilməməsinin müxtəlif səbəbləri var. Ekspertlər qeyd edirlər ki, teatrşünaslar və jurnalistlər tamaşalara baxdıqdan sonra tamaşa haqqında obyektiv yazı ilə mətbuatda çıxış edirlər. Bu da nə dramaturqun, nə baş rejissorun, nə də teatr rəhbərlərinin xoşuna gəlir. Bu yazıların heç tamaşada rol alan aktyorların da ürəyincə olmadığını qeyd edən teatrşünasların bildirdiyinə görə, heç bir teatr obyektiv təhlili qəbul etmir, onlar hamısı tərifi qəbul edir.

Teatrşünaslardan birinin sözlərinə görə, bu gün tamaşalara ictimai baxış keçirilir, lakin burada teatrların özlərinə yaxın teatrşünaslar iştirak etdiyi üçün, mediada ancaq tərif janrında yazılmış yazılar yer alır. Teatrşünas bildirdi ki, tamaşa haqqında tənqidi rəyləri qəbul etməyən teatr rəhbərləri tamaşaları tənqid edənləri “arzuolunmaz” elan edirlər. Onun sözlərinə görə, bu halda heç bir teatrşünas tamaşalar haqqında tənqidi heç nə yaza bilmir. Bu sahədə qohumluq, dostluq və başqa münasibtlərin əsas götürüldüyünü deyən teatrşünasın sözlərinə görə, dost dostun tamaşasını tənqid etmir. Bu halda isə teatr tamaşalarına əsl sənət meyarı, ölçüsü ilə yanaşmaq məsələsi pərdə arxasına keçirilir. Bu gün teatrların ictimai baxışa maraq göstərməməsinin arxasında duran səbəblərdən birinin də repertuarda “xaltura” əsərlərinin olmasını göstərən teatrşünas bildirdi ki, teatrlar güclü dramaturji əsərə az-az müraciət edirlər.  

Teatrşünas Xəyalə Rais bizimlə söhbətində bildirdi ki, tamaşaların ictimai baxışı keçirilir, ancaq ora tənqidçilər qrupu dəvət edilmir: “Teatrlar yeni tamaşalara ictimai baxış keçirirlər, ancaq ora məhdud sayda adam dəvət edilir. Tamaşalara geniş səviyyədə ictimai baxış keçirilməsi teatr rəhbərlərinə qətiyyən xoş deyil. 

Bilirsiniz necədir? Teatrlarda hazırlanan tamaşalar ictimai baxışa təqdim edilməmişədən əvvəl ona teatr rəhbəri və rejissor baxır, sonra isə bu baxışa dramaturq dəvət edilir. Onlar tamaşada xoşagəlməz və müzakirə obyekti olan hissələrə çəki-düzən verdikdən sonra tamaşanın ictimai baxışının keçirilməsinə razılıq verirlər. Dediyim kimi, ictimai baxışda çox az adam iştirak edir. Bir neçə il bundan əvvələ qədər teatrlarda hazırlanan tamaşaların ictimai baxışı olduqca geniş səviyyədə təşkil edilirdi. Bura mətbuat nümayəndələri də dəvət edilirdilər. Onlar tamaşalarla bağlı teatrşünasların tənqidi  fikirlərini mətbuatda işıqlandırırdılar. Bu da, təbii ki, teatrlara sərf etmirdi. Teatrlar istəmirlər ki, “mətbəx” sirri saydıqları məqamlar medianın gündəmində yer alsın. 

Əslində, bu məsələdə mən tam olaraq nə jurnalistlərə, nə də teatr rəhbərliyinə haqq qazandırıram. Çünki jurnalist tamaşanın ictimai baxışına gəlibsə, öncədən düşünməlidir ki, bu tamaşa hələ tam olaraq hazır deyil və teatr dilində desək, hələ “bişməyib”. O tamaşanın tam bişməsinə vaxt lazımdır. Yəni tamaşa tamaşaçıya çatana qədər bir neçə mərhələ keçməlidir ki, lazımi səviyyədə tamaşaçıya təqdim edilsin. Digər tərəfdən, teatr rəhbərlərinin tamaşaların ictimai baxışına mətbuat nümayəndələrini dəvət etməməsi düzgün hal deyil. Teatr rəhbərləri jurnalistləri ictimai baxışa dəvət etməyə ehtiyat edirlər. Çünki teatr rəhbərləri də ehtiyat edirlər ki, jurnalistlər ictimai baxışa gələrlərsə, tamaşada olan bütün qüsurları yazıya çevirib onu dərc edəcəklər. Bu yazılardan sonra tamaşalarda olan qüsurları nə qədər düzəltsələr də, tamaşa tam olaraq öz yerinə otursa da, tələblərə cavab versə də, artıq iş-işdən keçmiş olacaq”.

X.Rais də bildirdi ki, tamaşanın ictimai baxışına əsasən teatrlara yaxın olan şəxslər, mütəxəssislər dəvət edilir. Onun sözlərinə görə, teatrın da bir ailə olduğunu nəzərə alsaq, onlar bu ailənin “mətbəxinə” kənar şəxslərin, xüsusən də jurnalistlərin daxil olmasını istəmirlər: “Mən dəfələrlə ictimai baxışda olmuşam və keçən illərdə jurnalistlərin tamaşanı ciddi tənqid etməsinin, aktyor oyununu, rejissor yanaşmasını alt-üst etdiklərinin şahidi olmuşam. Onu da bilirəm ki, tamaşalara tənqidi yanaşan jurnalistlər və onların çalışdıqları media orqanları teatrların “qara siyahısı”na salınıblar. Bunu da gözlərimlə görmüşəm. Teatrlar tənqiddən çəkinərək ictimai baxışa jurnalistləri dəvət etmirlər. Bu səbəbdən də çox nadir hallarda tamaşanın ictimai baxışına jurnalistlər dəvət olunur. Hər teatrın bir yaxın teatrşünası, jurnalist dostu olur ki, onlar da teatrın güvəndikləri, etibar etdikləri şəxslərdir. Teatrın rəhbərliyi bilir ki, həmin jurnalistlər, teatrşünaslar tamaşanın nöqsanlarını mediada yazmayacaqlar.

Məhz bu səbəbdən teatrların mətbuat xidmətləri jurnalistləri bişməmiş tamaşaya hətta premyerada belə dəvət etmirlər. Qonaqlarının çoxluğunu və yerlərinin məhdud olduğunu belə qeyd etməkdən çəkinmirlər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ