Cümə günü, 09 oktyabr 2026
     

Dünya televiziyalarında Azərbaycan mətbəxinin təbliğatı fəallaşıb

Image


Tahir Əmiraslanov: “Mətbəximiz sistemli şəkildə, xüsusi konsepsiya əsasında təqdim edilməlidir ki, görülən işlərin nəticəsi daha da müsbət olsun”

 

Azərbaycan mətbəxinin xarici ölkə kanallarında təbliğatına başlanıb. Turizm üçün əlverişli şəraitə malik olan Azərbaycana gələn turistlərin sayı ilbəil artır. Onlar burada olarkən bizim mətbəximizlə də tanış olmaq imkanı əldə edirlər.

Azərbaycan mətbəxinin çeşidli xörəkləri, bişmişləri, qəlyanaltıları, şirniyyatları ölkəmizə gələn hər bir turistin xoşuna gəlir və onlar hər zaman bizim yeməklərdən dadmaq istəyirlər.

Bilirik ki, son zamanlara qədər xarici televiziyaların kulinariya proqramlarında Azərbaycan xörəkləri təqdim edilmirdi, təqdim edilsə də, ya “Qafqaz mətbəxi”, ya da “erməni mətbəxi” adı altında təqdim edilirdi. Son aylar isə Azərbaycan mətbəxinin xarici ölkə kanallarında təbliğatına başlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın mədəniyyətini, incəsənətini, tarixi irsini, təbii gözəlliklərini, zəngin milli mətbəxini dünyada təbliğ etmək üçün davamlı layihələr həyata keçirir. Bu fəaliyyətin mühüm bir istiqaməti də nüfuzlu xarici telekanallarda ölkəmizlə bağlı tanıtım çarxlarının yayımlanmasıdır. Məlumatlara görə, nazirliyin sifarişi ilə hazırlanan növbəti belə videoçarx aprelin 9-da Fransanın “Mezzo” telekanalında yayımlanıb. Ölkəmizin mətbəxinin zənginliyinin əks olunduğu videoçarx, sözün əsl mənasında, bizim milli mətbəx mədəniyyətimizi özündə əks etdirib.

Azərbaycan mətbəxinin təbliğu Belarus telekanalında da həyata keçirilib. Belə ki,  Azərbaycan İcmaları Konqresinin təşəbbüsü ilə bu ölkənin Milli Dövlət Teleradio Kompaniyasının (Belteleradiokompaniya) baxımlı verilişlərindən olan “Kulinariya diplomatiyası”nın bir sayı Azərbaycan mətbəxinə həsr olunub.

Proqramda Belarus Azərbaycan İcmaları Konqresi idarə heyətinin üzvü Gülnarə İmanova və təşkilatın fəal üzvlərindən Olesya Kosokina Azərbaycanın zəngin milli mətbəxi haqqında tamaşaçılara məlumat veriblər. Belaruslu tamaşaçılara məlumat verilib ki, 2 minə yaxın xörək növü olan Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Verilişdə Azərbaycan kulinariyasının tarixinə və özünəməxsusluğuna görə qonşu xalqların mətbəxindən xeyli fərqləndiyi bildirilib, dolma, plov, piti və digər xörəklərimiz haqqında geniş danışılıb. Eyni zamanda, Belarus Azərbaycan İcmaları Konqresinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi milli mətbəxin təbliğinə xüsusi önəm verdiyi vurğulanıb.

Azərbaycan milli mətbəxinin xarici televiziyalarda təbliğatını müsbət qiymətləndirən Milli Kulinariya Mərkəzinin rəhbəri, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov hesab edir ki, mətbəximizin müxtəlif xarici telekanallarda təqdim edilməsi bu sahənin tanıdılmasına təkan verir. Bununla belə, T.Əmiraslanovun fikrincə, mətbəximizin təbliği sistemli şəkildə həyata keçirilməli, bu sahəyə təsadüfi adamların müdaxilə etməsinə imkan verilməməlidir: “Bu sahədə təbliğat işinin həyata keçirilməsinə müsbət yanaşıram. Ancaq bu sahədə iş görənlər, Azərbaycan mətbəxini təbliğ edənlər mütləq Azərbaycanın bu sahədə dövlət təşkilatı olan Milli Kulinariya Mərkəzi ilə məsləhətləşmələr aparmalıdırlar. Milli mətbəximizin təbliği sistemli şəkildə aparılmalıdır. Milli mətbəxi təbliğ edənlər düşünməlidirlər ki, niyə bu xörəyi təbliğ edirik, niyə bu restoranda çəkirik və bu təbliğat ölkəmizə nə verir, ölkəmiz necə və hansı şəkildə təbliğ olunur?”

Azərbaycan mətbəxinə bəzən naşı adamlar tərəfindən müdaxilələr edildiyini deyən T.Əmiraslanov qeyd edir ki, bəzən təsadüfi adamlar xörəklərimiz haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirir, onların yaşını azaldır, yaxud adını, dadını fərqli təqdim edirlər: “İlkin Hənifə oğlu Əkbərzadə var. O, “Şah plov”u çəkdi və elə təqdim etdi ki, o plovu onun dədəsi Hənifə icad edib. Bunu ingilis dilində televizya üçün çəkirlər. Onun atasının neçə yaşı ola bilər? O, bu xörəyin tarixini 30-40 il edib. Halbuki, “Şah plov”un 800-1000 illik tarixi var. Bu təkcə bizdə deyil, müxtəlif adlar altında başqa türk xalqlarında da var. O “Pərdə plov”, “Yuxa plov”, “Papaq plov” və başqa adlarla toyda gəlinə bişirilən xörək idi. Buna uyğun xörək tatar və Orta Asiya mətbəxində də var. Təbliğat işinə bu cür yanaşmaq olmaz. Ancaq mətbəximizin təbliği düzgün qurulursa, bu çox müsbət haldır. Yaxud bir də görürsən ki, hansısa bir restoranda kişi kulinar “Sülhüllü” bişirir, bunu da çəkib internetə yerləşdirirlər. Bu xörəyin bişirilmə qaydaları var, onu yalnız qadın bişirməlidir.

Azərbaycan mətbəxinin xarici ölkə kanallarında təbliğində düzgün istiqamət götürülməlidir. Xarici telekanallarda, tutalım, hansısa bir xörəyi təbliğ ediriksə, bu mütləq Azərbaycan restoranında çəkilməlidir ki, turistlər bura gələndə həmin xörəyi dada bilsinlər. Ümumiyyətlə, xarici ölkələrin televiziyalarında Azərbaycan mətbəxinin təbliğinə pul qoyulursa, gərək o iş elə qurulsun ki, təqdim edilən yeməklər mövsümə uyğun olsun. Bayaq “Sülhüllü”dən danışdım. Tutalım, “Sülhüllü” təbliğ edilirsə, onu o fəsildə etmək lazımdır ki, turist gəlib buradakı restoranda həmin xörəyi tapa bilsin. Bizdə hələ qış turizmi elə də geniş vüsət almayıb. “Sülhüllü” də ki, qız xörəyidir. Biz bunu təbliğ edirik və turist gəlir onu tapmır və həm də xəmir xörəyi ağır olduğu üçün onu yemək olmur. Məqsəd ölkəyə bu yolla turist cəlb etməkdirsə, yaxud milli mətbəxi təbliğ etməkdirsə, bu işə başqa bir yanaşma olmalıdır. Fikrimcə, bu işə tamam düşünülmüş şəkildə yanaşmaq lazımdır. Xarici telekanallarda Azərbaycan mətbəxi sistemli şəkildə, xüsusi konsepsiya əsasında təqdim edilməlidir ki, görülən işlərin nəticəsi daha da müsbət olsun”.

T.Əmiraslanov Azərbaycan mətbəxinin təbliği ilə bağlı xaricdə həyata keçirilən işlərin faydalı olduğunu qeyd etməklə bildirdi ki, bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin və digər qurumların gördüyü işlər təqdirəlayiqdir. “Bu qurumların gördüyü davamlı işlər Azərbaycan mətbəxinin xaricdə təbliğ edilməsinə çox kömək edir. Biz onların atdığı addımları alqışlayırıq. Ancaq görürsən ki, bəzi vətəndaşlarımız xörəklərin bişirilmə qaydalarını çəkib internet kanallarında yerləşdirirlər. Bu iş pərakəndə şəkildə olmamalıdır. Bu sahədə işlər məqsədyönlü şəkildə həyata keçirilməlidir. Biz milli mətbəximizin təbliği ilə bağlı vahid siyasət yürütməliyik. Mətbəx özü böyük siyasətdir əslində. Təbliğat işində özbaşnalığa yol vermək olmaz. O vaxt kollegiya iclasında nazirimiz çox yaxşı bir söz dedi. Bildirdi ki, restorana gedirsən, hər restoran eyni yeməyi, bişmişi başqa dadla təqdim edir. Yəni restoranlar eyni milli bişmişi fərqli reseptlərlə təqdim edirlər. Bu belə olmalı deyil, xörəklərin xüsusi standartı olmalıdır və hər kəs də bu standarta riayət etməlidir” - deyən T.Əmiraslanov bildirdi ki, həm yerli, həm də xarici telekanallar Azərbaycan mətbəxinin təbliği ilə bağlı proqram çəkirsə, orada təsadüfi adamların bişirdiyi yeməkləri salmamalıdırlar. Onun sözlərinə görə, belə məlumatlar internetdə yayılır və ermənilər də bunu bizə qarşı yönəldirlər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ