Cümə günü, 09 oktyabr 2026
     

Nəzakət Məmmədovanın “Yurd dediyim bu torpaq” adlı daha bir şeirlər kitabı çapdan çıxdı… - FOTO

Image


Sevgi nə biçimdə olur görəsən? Ananın balaya, övladın anaya, vətəndaşın vətənə olan sevgisinin rəngi necədir, bilən varmı? Bu sevginin rəngini, səsini, ritmini ürəklərdən soruşsaq, şeirdən-sözdən soraqlayaq. Yurdu, torpağı, vətəni analar qədər içdən duya-duya sevən olmaz məncə. Vətəni, yurdu sevməyi, qorumağı, qədir-qiymətində tutmağı, urvatında saxlamağı bizə analar öyrədib. Şeirə, sözə doğma olan insanlar ürək açıqlığı ilə deyirlər ki, dünyanın ən gözəl, duyğulu, sevgi və humanizmlə, bəzən xəfif qəzəblə süslənən şeirlərini analar yazır. Haqlıdırlar. Ən gözəl şeirlərin müəllifi analardır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, “Qızıl qələm”, “Rəsul Rza”, “Mikayıl Müşfiq” mükafatları laureatı, şairə Nəzakət Məmmədovanın ana duyğusu ilə qələmə aldığı, şair ürəyi ilə haraya, ünə çevirdiyi şeirləri onun bütün oxucuları kimi mənə də doğmadır, munisdir.  Nəzakət xanımın bu günlərdə “Araz” nəşriyyatında işıq üzü görən “Yurd dediyim bu torpaq” kitabı ana ürəyindən süzülən bir vətən şərqisidir. Bu şərqinin bir üzü, bir ritmi vətənpərvərlik ruhu ilə cilalansa da, bir ritmindən şəhid qanı süzülür, şəhid balalarının, boynubükük şəhid analarının nisgili, bitməz həsrəti göynəyir. Torpağı vətənə, yurda, ocağa, simsar bir məkana çevirən, ona isti yuva biçimi verən elə analar olub. Analar oğullarını vətən uğrunda şəhid olmağa göndərib həmişə. Torpağın köksündə bitən lalələr şəhidlərin qanından doğulub.

Çiçək-çiçək şəhid qanı
Üzündə xaldımı, vətən?

Şəhid qanından köynək geyən vətən torpağı Nəzakət xanımın misralarında başqa bir ovqatla təqdim edilir.

Nəzakət xanımın “Yurd dediyim bu torpaq” kitabı şairənin populyar “Şəhidlik zirvəsi” poeması ilə açılır. O, bu poemanı Xocalı soyqırımının 25 illiyinə həsr edib. 

Elə bil səngər tək qazılıb sinəm,
Qəlbimdə duyğular barıt qoxulu.
Uğrunda ölməyə hazıram, vətən,
Hər misram döyüşən bir əsgər yolu...

Fələk qana batmış əlləri ilə
Millətin ömrünü daşa basırdı.
Vətən torpağında düşmənin səsi
Namusa, qeyrətə qəbir qazırdı...

Bu misraları şairə qəhərdən boğula-boğula, göz yaşını uda-uda, qəzəbini kükrədə-kükrədə yazıb. Bu poemada Nəzakət xanım xalqımızın başına gətirilən bəlaları təsvir etməklə yanaşı, həm də düşmənə qəzəbini, kinini, etirazını bildirib. Bu, ana harayı deyil bəs nədir?!

Kitabda tanınan və sevilən şairənin “Vətən, bizi bağışlama!” şeiri də yer alıb.

Qarabağın yağıların tapdağı,
Meşələrin yalquzaqlar oylağı,
Yaman olduq yad dillərin qınağı,
Vətən, bizi bağışlama!

Şairə yağı tapdağında inildəyən, “məni xilas edin” deyə haray çəkən, ahu-zarı ərşə bülənd olan torpaqlarımızın qara sancısını ruhən hiss edir, yaşayır və bizləri qınayır. Vətənə xitabən deyir ki, nə qədər ki, o torpaqlar yağı tanklarının, çəkmələrinin altında döyənək olub, bir o qədər bizi bağışlama, günahımızdan keçmə. O, sözün qürur pərdəsinə bürünərək vətəndən əfv yox, cəza diləyir.

Dağın-düzün yenə bizim olunca,
Verən verdi, səni yaddan alınca,
Qanın axıb, bu qan yerdə qalınca
Vətən, bizi bağışlama!

Qeyd edək ki, kitabın redaktoru Zülfüqar Şahsevənli, ön sözün müəllifləri filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva, əməkdar incəsənət xadimi Barat Vüsaldır.  

Kitaba “Ruhun poetik yaddaşı” sərlövhəli ön sözündə Sona Vəliyeva müəllifin “Şəhidlik zirvəsi” poemasının məziyyətlərini şərh edərək yazır: “...Nəzakət xanımın misraları yol olub Şuşadan, Xankəndidən, Xocalıdan, Daşaltıdan keçib, yol alıb Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Ağdam döyüş meydanlarından keçir, içimizin ağrısına bələnərək ümid-ümid çiçəkləməyə tələsir”.

Kitabın digər ön söz müəllifi, əməkdar incəsənət xadimi Barat Vüsal isə “Sözdən düşən işıq, yaxud ağrıyan ruh” yazısında Nəzakət xanımın yaradıcılığı və şəxsiyyəti haqqında işıq biçimli fikirlər səsləndirir: “Onun şeirləri də əslində, sadəcə, işıq deyil. Üzdən, gözdən, sözdən düşən işıqdır, o işığın zərrələridir. Danışan ruhdur bütünlükdə bu işıq adam. Nəzakətin könlünə düşən işıq sözündən, sözünə düşən işıq könlündən düşür”.

Şairin şair haqqında belə duru, işıqlı ifadələr işlətməsi, əslində, şeirin, atını həmişə zəfərə yəhərləyən qalib, uca sözün qələbəsidir. Söz insanları bir-birinə ruhən, mənən qohum edə bilir.  

Yurd dediyim bu torpaq
Döyüş qərargahımdı.
Hər çınqılı, hər daşı,
Ulu səcdəgahımdı.

Torpaq yurda, vətənə, isti yuvaya, ana qucağına çevriləndə, bu müqəddəsliyi həmayıl kimi boynuna taxanda öz ülviliyini, ucalığını bir daha təsdiqləyir və sözün həqiqi mənasında, səcdəgaha, qibləyə çevrilir. Bizim səcdə edəcəyimiz torpaqlarımız hələ yağı caynağındadır. Misraların, sözün, ana ürəyinin, şair könlünün izi ilə, çəkdiyi işıqlı yolla o yurdlara qovuşmağa doğrudur yönümüz. Nəzakət xanım “Yurd dediyim bu torpaq” kitabında misralara, bəndlərə çevrilən şeirləri ilə bizi o sabahlara səsləyir. O səs bizi qələbəyə, zəfərə doğru çağırır.

Yolunuz uğurlu olsun, Nəzakət xanım!

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ