Cümə günü, 09 oktyabr 2026
     

Cənubi Qafqaz Qaz Boru Kəməri Azərbaycanın qədim mədəniyyət izlərinin üzə çıxmasına səbəb oldu... - FOTO

Image


Nəcəf Museyibli belə bir feodal qəsrinin bu vaxtadək neft-qaz kəmərlərinin dəhlizində heç vaxt aşkar edilmədiyini deyir
Fariz Xəlilli: “Yerli və beynəlxalq əhəmiyyətli infrastruktur layihələrinin reallaşdırılması nəticəsində maddi mədəniyyət abidələrinin aşkarlanması sahəsində böyük nailiyyətlər qazanmışıq”

 

Son zamanlar müxtəlif yerli və beynəlxalq miqyaslı infrastruktur layihələrin ölkəmiz üçün həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan əhəmiyyəti böyükdür. Bu layihələrin reallaşdırılmasının əhəmiyyətli tərəflərindən biri odur ki, ərazidə aparılan qazıntı işləri nəticəsində tariximizə aid saysız maddi-mədəniyyət nümunəsi üzə çıxarılır.

Fərdi yaşayış yerlərindən fərqli olaraq, dövlət əhəmiyyətli layihələr həyata keçirilərkən aşkarlanan mədəni irs nümunələri dövlətə təhvil verilir. Bu günə qədər infrastruktur layihələrinin reallaşdırılması nəticəsində üzə çıxarılan arxeoloji, maddi mədəniyyət abidələri, nümunələr arxeoloqlar, mütəxəssislər tərəfindən ətraflı şəkildə tədqiqata cəlb edilib, öyrənilib.

Qeyd edək ki, bir müddət əvvəl Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi həyata keçirilən zaman Goranboy rayonunun Borsunlu kəndi ərazisində orta əsrlərə aid böyük tarixi-mədəni əhəmiyyətə malik arxeoloji abidə aşkar edilib.

Mədəniyyət və Turzim Nazirliyindən verilən məlumata görə, ötən ilin sonlarında Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) texniki operatoru olan BP və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arxeoloji abidənin aşkar edilməsi barəsində mətbuata məlumat verib və tapıntıların tam təhlil edilməsi üçün tərəflər arasında 2017-ci il dekabrın 14-də qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Qeyd edilənə görə, tapıntılar Goranboy rayonunun Borsunli kəndi yaxınlığında, Cənubi Qafqaz Boru Kəmərinin 247-ci kilometrliyində aşkarlanıb. Arxeoloji abidənin tarixi-elmi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları əraziyə ezam olunublar. Kərpiclitəpə adlandırılan arxeoloji qazıntı sahəsində 10 nəfər arxeoloqdan və 12 nəfər köməkçi heyətdən ibarət olan ekspedisiya üzvləri tərəfindən ilk dəfə tədqiqat işlərinə başlanıb. Qısa müddətdə təxminən 2 hektara yaxın abidə ərazisinin 300 kvadratmetrlik hissəsində qazıntı işləri aparılıb və zəngin tarixi-elmi məlumatlar əldə edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, arxeoloji qazıntılar zamanı düzbucaqlı formalı, Aran memarlıq məktəbinə aid qəsrin qala divarları və bürcləri aşkarlanıb. Qeyd edilənə görə, arxeoloji qazıntı sahəsindən tapılan maddi-mədəni nümunələrə əsasən müəyyən edilib ki, İpək Yolu üzərində yerləşən bu feodal qəsrində təxminən XI-XII əsrlərdə intensiv yaşayış olub. Lakin mədəni təbəqələrdə rast gəlinən yanıq izləri bu qəsrin təxminən XIII əsrin ortalarına yaxın hansısa qısamüddətli müharibə nəticəsində yandırıldığını və dağıdıldığını söyləməyə imkan verir. Qazıntı işləri zamanı qəsrin daxilində kərpic bişirmək üçün böyük bir kürə, çoxlu sayda otaq, təsərrüfat quyuları, dulus sobaları, təndirlər, həmçinin, digər yardımçı tikililər aşkarlanıb. Arxeoloji qazıntılar zamanı ərazidən çoxlu sayda maddi mədəniyyət nümunələri və müxtəlif heyvan sümükləri üzə çıxarılıb.

Qeyd edilənə görə, ekspedisiya üzvləri tərəfindən tapılan məişətdə işlədilən müxtəlif formalı şirli və şirsiz gil məmulatlar, şüşə və fayans qablar, çıraqlar, mürəkkəb qabları, numuzmatik materiallar, çəki daşı, bəzək əşyaları - muncuqlar, bilərziklər, su borusu, eləcə də metaldan düzəldilən zəncir, mismar, at nalı və digər çoxlu sayda maddi-mədəni nümunələr qəsrin daxilində vaxtilə sənətkarlığın və ticarətin yüksək səviyyədə inkişaf etdiyini sübuta yetirib.

İnstitutdan bildirdilər ki, ərazinin elmi-tarixi tədqiqi əhəmiyyətli arxeoloji tapıntılarla bağlı Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədində CQBKG-nin götürdüyü öhdəliklərə uyğundur.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata bildirib ki, BP şirkəti tərəfindən boru xəttinin genişləndirilməsi layihəsi çərçivəsində aparılmış qazıntı işləri nəticəsində aşkar olunmuş abidə Azərbaycan tarixinə və arxeologiya elminə böyük bir töhfədir.

Ekspertlər qeyd edirlər ki, məlumata görə, bu vaxtadək şirkət tərəfindən bir neçə dəfə bu cür maddi-mədəni abidələr aşkar olunub. Nazirlikdən bildirilir ki, Kərpiclitəpə arxeoloji abidəsinin əhəmiyyəti nəzərə alınmaqla və bu tapıntının qorunub saxlanması üçün kəmər marşrutunun dəyişdirilərək sahənin yanından keçməsi qərara alınıb. Həmçinin marşrutun cənub istiqamətinə dəyişdirilməsinin həm texniki, həm də əməyin təhlükəsizliyi baxımından yeganə mümkün variant olduğu müəyyən edilib və hazırda bu istiqamətdə işlər görülür. Proses ərzində isə Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əlaqə saxlanaraq müntəzəm məlumat verilib.

Mədəniyyət və turizm naziri Ə.Qarayevin açıqlamasına görə, bundan sonrakı mərhələdə əsas məqsəd abidənin ətrafında arxeoloji qazıntı işlərini yekunlaşdırmaq, ərazidən aşkarlanan maddi-mədəni nümunələrini qeydiyyata almaq və onların elmi araşdırılmasını təşkil etmək üçün AMEA-nin Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlığı gücləndirmək, həmçinin, gələcəkdə Kərpiclitəpə arxeoloji abidəsini konservasiya etməkdir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Museyibli isə bildirib ki, belə bir feodal qəsri bu vaxtadək neft-qaz kəmərlərinin dəhlizində heç vaxt aşkar edilməyib: “Kərpicli arxeoloji ərazisində aşkar olunan feodal qəsri Azərbaycanın orta əsrlər tarixini, eləcə də həmin dövr istehsal mədəniyyətini, sənətkarlıq sahələrini və mədəni-iqtisadi əlaqələrini öyrənmək üçün böyük əhəmiyyət daşıyır”.

“MİRAS” - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq-alim Fariz Xəlilli “Bakı-Xəbər”ə açıqlamasında İpək yolu üzərində yeni aşkarlanan feodal qəsrinin əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu, arxeologiya elmi üçün bir yenilikdir. Yerli və beynəlxalq miqyaslı infrastruktur layihələrinin reallaşdırılması zamanı aşkara çıxarılan tarixi-maddi mədəni irs nümunələrinin xalqlar, dövlətlər üçün böyük əhəmiyyətə malik olduğunu deyən F.Xəlillinin sözlərinə görə, Bakı-Tiflis-Ceyhan neft kəmərinin, Bakı-Tiflis-Ərzurum qaz kəmərinin, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çəkilməsi zamanı çoxlu sayda maddi mədəniyyət abidəsi aşkarlanıb: “Yerli və beynəlxalq əhəmiyyətli infrastruktur layihələrinin reallaşdırılması nəticəsində maddi mədəniyyət abidələrinin aşkarlanması sahəsində böyük nailiyyətlər qazanmışıq. Bu layihələrin həyata keçirilməsi elmə məlum olmayan yeni abidələrin üzə çıxarılmasına şərait yaradır. Elə abidələr var ki, onlar haqqında arxeoloqların, mütəxəssislərin ümumi məlumatı olur. Ancaq elə abidələr də var ki, onların yerüstü əlamətləri olmadığı üçün, onlar böyük infrastruktur layihələri həyata keçirilən zaman üzə çıxarılır. Bu cür layihələrin həyata keçirilməsi arxeologiya sahəsinə böyük yeniliklər gətirir. Digər tərəfdən, bu layihələr Azərbaycanın daxili layihəsi olmadığı və həm də beynəlxalq layihələr olduğu üçün, bura şirkətlər tərəfindən yerli arxeoloqlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən görkəmli arxeoloqları cəlb edirlər. Bakı-Tiflis-Ceyhan neft kəmərinin hesabatları dərc edilib. Biz o hesabatlara baxarkən görürük ki, arxeoloji abidə aşkarlanıbsa, o abidələrin üzərində tədqiqat işləri aparması üçün bizim mütəxəssislərlə yanaşı, İngiltərədən və digər ölkələrdən arxeoloqlar dəvət edilib”. 

F.Xəlillinin sözlərinə görə, infrastruktur layihələri həyata keçirilərkən ərazidə aşkarlanan abidələr üzərində işləməsi üçün xaricdən dəvət edilən arxeoloqlar yerli mütəxəssislərin, kadrların hazırlanmasına da müsbət təsir göstərirlər. Bu sahədə beynəlxalq əməkdaşlığın edilməsinə şərait yaradıldığını qeyd edən alimin dediyinə görə, gənc azərbaycanlı arxeoloqlar bu qazıntılarda işləyirlər: “Xaricdən gələn təcrübəli arxeoloqlar bizim arxeoloqlarla bir yerdə işləyirlər. Əməkdaşlıq zamanı dünyada arxeolgiya sahəsində işlənən texnologiyalardan bizim də xəbərimiz olur. Aşkarlanan arxeoloji materialların da əksəriyyəti xarici laboratoriyalara göndərilir və orada öyrənilir. Deyim ki, onların nəticələri daha dəqiq olur. Elə materaillar var ki, biz onları lazımi səviyyədə analiz edə bilmirik, çünki bizim laboratoriyamızın imkanları elə də geniş deyil. Bu infrastruktur layihələrinin əsas əhəmiyyəti də odur ki, aşkarlanan abidələrin öyrənilməsi üçün maliyyə vəsaiti ayrılır. Çünki bu layihələrin smetasında arxeoloji abidələrin öyrənilməsi üçün vəsait nəzərdə tutulur. Bütün hallarda, bu cür layihələr Azərbaycan arxeologiyasının, elminin inkişafına fayda verir”.

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi həyata keçirilən zaman Goranboy rayonunun Borsunlu kəndi ərazisində orta əsrlərə aid böyük tarixi-mədəni əhəmiyyətə malik arxeoloji abidənin aşkar edilməsinin müsbət hal olduğunu deyən F.Xəlilli bildirdi ki, İpək yolu üzərində vaxtilə mövcud olan şəhərlərin, abidələrin yer altından yer üstünə çıxarılması bizim ərazinin zənginliyinə çoxsaylı sübutlardandır: “Yol üstündəki qədim şəhərlərin, bizə məlum olmayan abidələrin bu layihələrin həyata keçirilməsi nəticəsində aşkar edilməsi arxeoloq alimlərin işinə müsbət təsir edir. Alimlər bilirlər ki, artıq hansı ərazidə nə kimi abidələr var. Əsas məsələ həm də o abidələrin qorunması və öyrənilməsidir. Düzdür, əksər hallarda ərazidən keçən boru xətlərinin yerini dəyişə bilmirik, nəticədə borular abidə yerləşən ərazidən keçməli olur. Ancaq bildiyim qədər, Kərpiclitəpə arxeoloji abidəsinin əhəmiyyəti nəzərə alınıb və bu tapıntının qorunub saxlanması üçün kəmər marşrutunun dəyişdirilərək sahənin yanından keçməsi qərara alınıb. Bu çox müsbət haldır. Bura qədim zamanda yaşayış yeri olub və buradan tapılan nümunələr geniş şəkildə tədqiq olunmalıdır. Qeyd edim ki, Şabranda su xətti arxeoloji abidənin ərazisindən keçdi, dəyişdirə bilmədilər. Bu hallar da var. Hesab edirəm ki, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi işini həyata keçirən qrup işə daha ciddi və məsuliyyətlə yanaşıb. Lakin elə qurumlar var ki, arxeoloji abidə məsələsinə elə də ciddi yanaşmırlar. Bu mənada Borsunluda aşkar edilən orta əsr yaşayış yeri elmimiz üçün bir yenilikdir. Bir sıra arxeoloqların heç o abidə haqqında məlumatı yox idi. Bu abidə Səlcuq dövrü yaşayış yerlərindən biridir. Oradan tapılan materiallardan aydın görünür ki, o, X, XI, XII əsrlərin materiallarıdır. Onun Gəncəyə yaxın olması da onu göstərir ki, şəhərin tarixi qədimdir. Bilirsiniz ki, o dövrdə Gəncə Şəddadilərin paytaxtı idi”. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ