Cümə günü, 09 oktyabr 2026
     

Ceyhun Hacıbəyli ilə bağlı tamaşa ətrafında qalmaqal davam edir

Image


Əli Əmirli: “Mən Abid müəllimin bədii ədəbiyyatla tarix elminin yerlərini dəyişik və ya qarışıq saldığı üçün təəccübləndim”
“Əslində, əsərdəki Ceyhun Hacıbəyli tarixən olan Ceyhun Hacıbəyli deyil, onun yaradılmış bədii obrazıdır”

 

Müasir Azərbaycan səhnəsində tamaşaya qoyulan dramaturji əsərlərlə bağlı əksər hallarda teatr tənqidçilərinin, teatrşünasların münasibətini görə bilmirik. Onlar tamaşalara münasibət bildirsələr də, bu əsasən tərif janrında olur və tamaşanın qüsurları yazılarda ifadə olunmur. Çox nadir hallarda isə teatrla bağlı olan ədəbiyyatşünaslar, ziyalılar tamaşalar haqqında obyektiv təhlillər aparır və iradlarını, təkliflərini bildirirlər.

Son illər ardıcıl olaraq çağdaş dramaturqlar, teatr üçün səhnə əsərləri yazan yazıçılar Azərbaycan tarixi ilə bağlı mövzulara müraciət edirlər. Bu gün bir sıra teatrlar xanlıq dövrü və ondan əvvəlki dönəmlərlə, eyni zamanda da Cumhuriyyətlə bağlı səhnə əsərlərinə üz tuturlar. Sözsüz ki, bu, tariximizin, tarixi şəxsiyyətlərimizin təbliği, gənc nəslə tanıdılması baxımından əhəmiyyətlidir. Ancaq burada əsas məsələ o səhnə əsərlərinin bir çoxunun yüksək səviyyədə alınmaması ilə bağlıdır. Bəzi tənqidçilər qeyd edirlər ki, bu əsərlərdə tarixi faktlar təhrif edilir, uzun və mənasız, yersiz səhnələr, dialoqlar tamaşanın zəif alınmasına səbəb olur.

Bir müddət əvvəl Azərbaycan Dövlət Musiqili Dram Teatrında Əli Əmirlinin “Nuri-didə Ceyhun” pyesinin tamaşası tanınmış rejissor Mehriban Ələkbərzadənin quruluşunda səhnəyə qoyuldu. Tamaşa haqqında müxtəlif fikir və rəylər mətbuatda yer aldı. Tamaşanı yüksək qiymətləndirənlərlə yanaşı, onun uğursuz alındığını qeyd edənlər də oldu. 

“Nuri-didə Ceyhun” pyesi haqqında filologiya elmləri doktoru Abid Tahirli “Xəyal qırıqlığı: Ceyhun bəy niyə “nuri-didə” ola bilmədi?” adlı məqalə ilə çıxış edib və tamaşa ilə bağlı tənqidi fikirlərini qeyd edib. “Etiraf etməliyəm ki, Azərbaycan Dövlət Musiqili Dram Teatrında mart ayının 10-da səhnəyə qoyulan “Nuri-didə Ceyhun” pyesinin tamaşasına böyük sevinc, həyəcan və həvəslə, ürək çırpıntısı ilə getmişdim.  

...Tamaşanı (pyesin müəllifi yazıçı-dramaturq Əli Əmirli, quruluşçu rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə) ərsəyə gətirən hər kəsə, yaradıcı heyətə hörmətimi bildirməklə yanaşı, təəssüflə qeyd etməliyəm ki, premyeranı məyus və xəyal qırıqlığı ilə tərk etdim. Bizi tarixi mövzuda yazılmış əsərin, o cümlədən haqqında bəhs etdiyimiz pyesin janr və üslubundan, süjet xətti və kompozisiyasından, hətta dramaturji konfliktin kəskinliyindən, tamaşanın səhnə, rəsm və musiqi tərtibatından, dekorasiya və geyimlərdən, dialoqların dinamizmindən daha çox səhnə əsərinin ideya və məzmunu, aktuallığı, mətnin sanbalı, hadisələrin xronologiyası, faktların təhrif olunmaması, tarixi şəxsiyyətlərin portretlərinin  təxəyyülə yox, daha çox sənədlərə istinad edilərək yaradılması maraqlandırdığından, bu qeydləri etmək məcburiyyətindəyik.

Ceyhun bəyin (Əməkdar artist Pərviz Məmmədrzayev) Zöhrə xanıma (Gülnarə Abdullayeva) uşaq şıltaqlığı ilə, hay-küylə Parisə gedəcəyini sevinclə xəbər verməsi, bu azmış kimi, ardınca da  yarıçılpaq fransız qızlarının balet rəqsi etməsi səhnəsi nəinki inandırıcı deyil, bayağıdır və istiqlal mücahidinin müqəddəs missiyasına kölgə salır. 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyətinin məsul katibi təyin olunan C.Hacıbəyli redaktoru olduğu rəsmi dövlət qəzetinin - “Azərbaycan”ın  1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində “Möhtərəm oxucularımıza” adlı müraciətində yazırdı: “Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul ikən, Vətən övladlarının xahiş və əmrinə müti olaraq, Cahan Sülh Konfransına göndərilməklə üzərimə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm yoldaşlarımla bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz Vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyətlə xudahafiz deməyi özümə fərz bildim”.

...Zöhrə xanımın fransız qızlarına işarə ilə iradından sonra Ceyhun bəyin “Onda biz evli deyildik”- deməsi belə təəssürat yaradır ki, sanki Ceyhun bəy Parisə ilk gəlişində Sorbonna Universitetində oxumaqla yox, elə eyş-işrətlə məşğul olurmuş, günlərini barlarda keçirirmiş. Zöhrə xanımın əsəbi və ədəbsiz  hərəkətləri (stəkandakı suyu Ceyhun bəyin sifətinə atması və s.) həqiqəti əks etdirmir.  Elə bilirəm ki, onun haqqındakı kiçik arayış Zöhrə xanım barədə müəyyən fikir formalaşdırmaq üçün yetərlidir: 1893-cü ildə Qubada dünyaya göz açan Zöhrə xanım Həmdulla bəylə, Kazan mənşəli Volqa tatarlarından olan Aişə xanımın qızıdır. Bakıda rus məktəbində orta təhsil alıb. Bakı Pedaqoji Məktəbini bitirib, bir il Sankt-Peterburqda tibbi təhsil alıb. Zeynalabdın Tağıyevin Müsəlman Qızlar Məktəbində 7 il müəllim işləyib. 12 noyabr 1912-ci il tarixində Ceyhun bəylə evlənib. Çətin, eyni zamanda şərəfli həyat yolu keçmiş, milli-mənəvi dəyərlərə, adət-ənənələrə sahib Zöhrə xanım, nədənsə, tamaşa boyu çılğın, ərkəsöyün, kasıbçılıqdan, həyatından giley-güzar edən obraz kimi verilir. Təəsüf.

Ceyhun Hacıbəylinin anası Şirinbəyim xanımın (Xalq artisti Fatma Mahmudova) obrazı qürbətdəki oğlunun dərdini çəkən, xiffət edən, qəm-qüssədən üzü gülməyən, daim fikirli, kədərli ana kimi yox, ağzındakı tək çürük dişinin hayında olan, onu qızıl dişlə əvəz etməyə çalışan, öz ifadəsi ilə desək, anadan abırsız doğulan ana, ailədaxili, qohumlararası münasibətləri, münaqişələri qızışdıran, dedi-qodu ilə məşğul olan qadın tipi kimi yadda qalır. Əslində isə belə olmamışdı. Ceyhun Hacıbəyli  ömrünün son illərində qələmə aldığı «Bir il xə­yal­lar­da... və bütöv bir ömür» memuarında yazır: “Әmin olmuşdum ki, mənim və mənimkilərin üzə­rində, hətta uzaq mə­safədən olsa belə, bizim üçün qocalan anamın sa­də nəfəsi var idi. Bir gün son­be­şi­yi­ni və nəvələrini görmək (yalnız bir-iki aylıq böyük nəvəsini görmüşdü) ümidi onu ya­şadırdı. Narahat bir vaxtda onun dünyadan köçməsi mənim üçün yaxşı heç nə vəd et­mir­di. Bu, onun doğmalarının başında çatlayacaq fəlakətləri görməmək ar­zusu de­yil­dimi? Bütün hallarda, onun yaşamaq iradəsi sarsılmışdı...”.  Bu cür sarsıntılar keçirən, qərib övladının həsrəti ilə alışıb-yanan ana obrazını, əlbəttə ki, səhnədə də görmək istərdik, görmədik…”.

Ədəbiyyatşünas tamaşada Üzeyir bəy Hacıbəylinin də obrazının təhrif edildiyini, onun qorxaq, miskin bir insan kimi təqdim edilməsindən narahatlığını bildirir: ”Tamaşada Üzeyir bəy (Elçin İmanov) məzlum, miskin, qorxaq surət kimi canlandırılır. Məxfi işçinin arxasınca onu addım-addım izləyən Üzeyir bəyin günahkar görkəmlə acizanə “Mən Ceyhun bəyə dəfələrlə yazdım, o gəlmədi” - deməsi obrazı tamamilə gözdən salır. Bu səhnələrdə dövrün, Stalin rejiminin ölüm saçan mühiti, mənzərəsi verilməkdənsə, Üzeyir bəy cılızlaşdırılır.

Tamaşada C.Hacıbəylinin oğlu Ceyhunun (Nicat Həbibov) obrazı da təhrif edilmişdir. O, atasının üstünə çığırır, səhnədə var-gəl edə-edə,  “Mən onlara sübut edəcəyəm”- deyə bağırır, lakin kimə, nəyi, necə, niyə sübut edəcəyi məlum olmur. Halbuki, ali hərbi təhsilli Ceyhunun Fransa Müqavimət Hərəkatının fəallarından və ilk qurbanlarından olduğu bəllidir və bu mənada müasir dövrdə Azərbaycan- Fransa əlaqələrinin möhkəmləndirilməsinə də xidmət edə biləcək bir obrazın yaradılması üçün real imkan vardı. Fikrimdə mübaliğə axtarılmaması üçün Fransa Müqavimət Hərəkatının əfsanəvi qəhrəmanı Əhmədiyə Cəbrayılovun və İmişli rayonunun Murğuzallı kəndinə gəlin köçən fransız İvonna Botto-Şirməmmədovanın bu münasibətlərdəki rolunu xatırladıram.

Tamaşa boyu hadisələrin xronoloji ardıcıllığının pozulması, əsərin qəhrəmanının, eləcə də digər obrazların lazımsız səhnə əşyaları ilə yersiz, yorucu və mənasız davranışı premyeranın ciddi qüsurlarındandır. “Azərbaycan Cumhuriyyət ili”ndə bu cahanşümal hadisəyə, onun qəhrəmanlarına həsr olunmuş əsərin səhnədə oynanılması nə qədər təqdirəlayiqdirsə, həmin dövlətin himninin müəllifindən bəhs edən tamaşada himnin səsləndirilməməsi bir o qədər də təəssüf doğurur.

Çox istərdim ki, yaradıcı kollektiv xəyal qırıqlığı ilə ayrıldığım bu tamaşa üzərində deyilənləri nəzərə almaqla, bir daha işləsin və böyük bayramımıza layiqli hədiyyə versin. Yaradıcı kollektivin gücünə və bu işin öhdəsindən gəlmək iqtidarında olduğuna ürəkdən inanıram”.

Abid Tahirlinin irəli sürdüyü tənqidi fikirlərə, iradlara “Bakı-Xəbər” vasitəsilə münasibət bildirən “Nuri-didə Ceyhun” pyesinin müəllifi, dramaturq Əli Əmirli hesab edir ki, alim tarixlə ədəbiyyatın funksiyasını qarışıq salıb: “Şübhəsiz ki, hər bir insan istənilən məsələ ilə bağlı öz fikrini bildirməkdə azaddır. Ancaq mən Abid müəllimin bədii ədəbiyyatla tarix elminin yerlərini dəyişik və ya qarışıq saldığı üçün təəccübləndim. Aydın məsələdir ki, bədii ədəbiyyat daha müstəqil və genişdir, o, müəllif təxəyyülünə söykənir”.

Ə,Əmirli qeyd etdi ki, əsərdə tarixi təhrif yoxdur, olsa belə, bu, müəllifin bədii təxəyyülü ilə bağlıdır: “Tamaşa haqqında tamaşaçıların rəyi mənim üçün çox vacibdir. Eyni zamanda da Abid müəllimin fikirlərinə də hörmətlə yanaşıram. Hətta müəyyən məqamlar üstündə düşünmək, onları müzakirə etmək də olar. Bununla belə, tarixlə maraqlananlar tarix elmini oxuyurlar. Bədii ədəbiyyat tarix yazmır, tarixi mənbələrə əsaslanır və yazıçı təxəyyülünə, fantaziyasına söykənib bədii obraz yaradır. Əslində, əsərdəki Ceyhun Hacıbəyli tarixən olan Ceyhun Hacıbəyli deyil, onun yaradılmış bədii obrazıdır. Yəni tarixi şəxsiyyət bədii obraza çevrilib... Mənim üçün çox vacib idi ki, Ceyhun Hacıbəyli sevilsin. Tamaşa zalında tamaşaçıların göstərdiyi reaksiya, tamaşa haqqında mətbuatda çıxan 10-a yaxın məqalə göstərir ki, çox adam onu bir şəxsiyyət kimi tanıyıb və sevib. Ən vacibi budur. Bilirsiniz, çoxlu tarixi məqalələr, hətta monoqrafiya da yazmaq olar, ancaq bir bədii əsərin yaratdığı təəssüratlar o tarixi məqalələri əvəz edə bilməz. Çünki bədii əsərin bədii gücü, qüvvəsi, eyni zamanda da emosional təsir gücü var. Bu çox vacibdir. Hesab edirəm ki, bu günə qədər Ceyhun Hacıbəylini o qədər də tanımayan insanlar bu tamaşaya baxmaqla onu tanıyacaqlar. Mən əsərdə onu canlı insan kimi təqdim edirəm, Ceyhun Hacıbəylini bütləşdirmək fikrim yoxdur. Hər bir insanda zəif və güclü cəhətlər ola bilər. Bütün bunlarla bitkin bir obraz yaratmağa çalışmışam. Tamaşaçıların reaksiyası göstərir ki, biz buna nail olmuşuq. İnanıram ki, bu, uzunömürlü tamaşalardan biri olacaq. Bu bəlkə də Cumhuriyyətimizin 100 illiyinə həsr edilən ən yaxşı tamaşalar sırasında yer tutacaq. Təbii, əgər başqa tamaşalar olacaqsa... Hər halda bu ilkdir. Birinci dəfə olaraq Ceyhun Hacıbəyli obraz kimi səhnəyə çıxır. Ola bilsin, tamaşada kimisə təmin etməyən, kiməsə xoş gəlməyən nüanslar olsun. Ancaq bu o qədər də böyük mübahisə obyekti ola bilməz və söhbət predmeti deyil. Sadəcə, yaxşını görməyi bacarmaq lazımdır. Bu tamaşada o qədər gözəl rejissor işi var, aktyor oyunu var. Bu tamaşanın hazırlanmasında niyyət, məram o qədər yaxşıdır ki, ona görə də ona bu münasibət məni xeyli təəccübləndirir”.

A.Tahirlinin məqaləsinə toxunan dramaturq qeyd etdi ki, məqalədə C.Hacıbəyli ilə bağlı təqdim edilən tarixi faktların hamısının bir dramaturji materialda sadalanması mümkün deyil: “Bu artıq teatr tamaşası olmaz, bu tarix kitabı olar və tamaşaçını darıxdırar. Bizim məqsədimiz Ceyhun Hacıbəylini tanıtmaq idi. Dramaturji əsərdə tarix axtarmaq lazım deyil. Orada mən əgər tarixi təhrif etməmişəmsə,  heç də orada mənim tarixi səhvim yoxdursa, amma nəyisə deməmişəmsə, bu da vacib deyil, hər şeyi demək olmaz. Mən o məqalədə göstərilən bütün tələbləri əsərdə göstərsəm, onda bu bədii əsər olmaz və ona tamaşaçı baxa bilməz. Bu mənada, əlbəttə ki, biz öz missiyamızı yerinə yetirmişik”.

Tamaşa ilə bağlı A.Tahirli ilə hər hansı müzakirələrin aparılıb-aparılmamasına gəlincə, Ə.Əmirli bildirdi ki, o, ədəbiyyatşünasla şəxsən tanış deyil: “Mən Abid müəllimlə şəxsən tanış deyiləm. Onun imzasını, əlbəttə, tanıyıram. Mən onunla bu barədə danışmamışam. Bu əsər ətrafında fikir mübadiləsi aparmağa ehtiyac duymuram. Çünki mən pyesi yazmışam və o artıq tamaşaya qoyulub.  Əsərdə müəyyən redaktələr ola bilər. Bizim özümüzün, yəni yaradıcı heyətin də əsərlə bağlı fikirləri var. Biz əsərdə müəyyən məsələləri görürük və orada təbii ki, redaktə işləri aparacağıq”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ