şənbə günü, 15 avqust 2026
     

Özəl prodakşnların çəkdiyi bəzi filmlərdə “jarqon dil” ifrata çatır…

Image


Elşad Əliyev: “Filmlərdə işlədilən jarqon sözlərə, bəzi ifadələrə, müəyyən səhnələrə görə nazirlik həmin filmlərə 18+ kateqoriyası verə bilər, o filmlərin yayımını qadağan edə bilməz”
Zülfiyyə Eldarqızı: “Nazirlik bəzi özəl prodakşnların çəkdiyi filmlərə nəzarət etməlidir”

 

Respublikamızda özəl kinonun inkişaf etdirilməsi məqsədilə müstəqil kino şirkətləri, prodakşnlar fəaliyyət göstərirlər. İşə başladıqları ilkin dövrlərdə əsasən kiçik səhnəciklər, kadrlar çəkən kiçik və böyük kino şirkətləri, prodakşnlar son bir neçə ildir bədii filmlər çəkməyə başlayıblar. Bütün prodakşnlar da, bir qayda olaraq, “qara komediya” janrına müraciət edirlər. Hələ indiyə qədər çox az sayda özəl kino şirkəti ciddi janrda film təqdim ediblər. Bu filmlərin də sayı o qədər azdır ki…

Özəl prodakşnlar tərəfindən çəkilən və yerli kinoteatrlarda, televiziya ekranlarında nümayiş olunan filmlərin əksəriyyətinin janr, mövzu, süjetlər, aktyor seçimi baxımından əsasən bir-birini təkrar etməsi tamaşaçını yorur. Bu azmış kimi, filmlərdə yer alan vulqar sözlər, küçə ifadə və jarqonları, bəzi xoşagəlməz səhnələr tamaşaçıları əməlli-başlı narahat edir. Son bir-iki ildə bəzi özəl prodakşnlar tərəfindən bir-birinin bəhsinə çəkilən filmlərdə oxşar səhnələr əsasən ayaqyolu ilə bağlıdır. Sanki bütün personajların bir dərdi var, ayaqyolu tapmaq və vulqar səslənsə də, öz təbii ehtiyacını ödəmək. Hər filmdə qəhrəmanın ayaqyolu axtarması gülüş yaratmır. Belə şeylərin tez-tez filmlərdə təkrarlanması gülünc haldır. Bəzən filmlərdə yer alan bu kimi səhnələrlə bağlı rejissorlara, ssenaristlərə irad tutduqda bildirirlər ki, filmə tamaşaçı cəlb etmək üçün hər vasitədən istifadə etmək lazımdır. Halbuki, vulqar söz, ifadə, açıq-saçıq səhnələr filmə dividend gətirmir, əksinə, onu gözdən salır.

Özəl prodakşnlar tərəfindən çəkilən filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydiyyata alınırmı? Ümumiyyətlə, bu filmlərə nazirlik tərəfindən nəzarət edilirmi? Nazirlik bu filmlərdə işlədilən vulqar sözlərin, yersiz səhnələrin qarşısının alınmasında nə kimi işlər görə bilər?

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya sektorunun əməkdaşı Elşad Əliyev bizimlə söhbətində bildirdi ki, özəl prodakşnlar filmləri öz hesablarına çəkir və yayım vəsiqəsi almaq üçün nazirliyə müraciət edirlər. E.Əliyevin sözlərinə görə, nazirlik filmlərin yayımı üçün prodakşnlara yayım vəsiqəsi verməsə, onların istehsal etdiyi filmlər nə yerli kinoteatrlarda, nə də telekanallarda yayımlanar: “Özəl prodakşnlar filmləri öz maliyyə hesablarına çəkirlər. Əgər onlar çəkdikləri filmlərə görə nazirlikdən təşkilati dəstək istəyirlərsə, o halda nazirliyin filmə nəzarəti olur. Prodakşnlar kütləvi nümayişə buraxdıqları filmləri çəkib başa çatdırdıqdan sonra onları nazirliyin nəzdində fəaliyyət göstərən Filmlərin Dövlət Reyestrinə təqdim edir və burada filmlərə baxılır,  onlara yayım vəsiqəsi verilir. Əgər reyestr tərəfindən özəl prodakşnların çəkdikləri filmlərə yayım vəsiqəsi verilməsə, o filmlər heç yerdə nümayiş oluna bilməz”.

“Nazirlik bu filmlərdə işlədilən vulqar sözlərin, yersiz səhnələrin qarşısının alınmasında nə kimi işlər görə bilər?” sualımıza isə cavab olaraq E.Əliyev bildirdi ki, filmlərin yayımına qadağa bir sıra hallarda qoyula bilər. Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin müvafiq qaydalarında öz əksini tapıb: “Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, ancaq dini, milli, irqi ayrıseçkilik yaradan, zorakılıq və pornoqrafiya təbliğ edən və dövlət əleyhinə olan filmlərin yayımına icazə verilmir. Yəni bu üç halda filmlərin yayımı həyata keçirilə bilməz. Ancaq filmlərdə işlədilən jarqon sözlərə, bəzi ifadələrə, müəyyən səhnələrə görə nazirlik həmin filmlərə 18+ kateqoriyası verə bilər, o filmlərin yayımını qadağan edə bilməz”.  

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı isə hesab edir ki, aidiyyəti qurumlar yeni çəkilən filmlərə nəzarəti gücləndirməlidirlər. Onun sözlərinə görə, özəl prodakşnlar tərəfindən çəkilən filmlərin bir çoxu normal kino tələblərinə cavab vermir: “Bu gün Azərbaycanda özəl kino şirkətlərinin çəkdiyi filmlərin çoxu intellektual kəsimin, ziyalıların, sənətkarların zövqünü oxşamır. Bu filmlərə ziyalılar, sənət adamları baxmırlar. Filmlərdə söyüşdən, jarqonlardan o qədər istifadə edirlər ki, adam təəccüblənir. Onlara irad bildirəndə deyirlər ki, tamaşaçı bunu tələb edir, biz də çəkirik. Bəyəm tamaşaçı filmlərdə söyüş söyülməsini istəyir? Ümumiyyətlə, bu filmlərə ciddi nəzarət edilməlidir. Bu yaxınlarda bir dövlət məmuru mənə dedi ki, bir neçə ildir mənim evimdə televizor yoxdur, bu cür filmlərə, bayağı verilişlərə görə televizoru  götürmüşəm. Gör bu nə deməkdir? Hər filmdə ayaqyolu ilə bağlı kadrın olması da xoşagələn hal deyil. Bizim köhnə filmlərdə də ayaqyolu ilə bağlı kadrlar var, ancaq onu məişətin daxilində elə ustalıqla təqdim ediblər ki, adam bunu normal qarşılayır. Bu filmlər indi də maraqla baxılır. Hesab edirəm ki, bu gün hər kəs film çəkməməlidir. Filmi kinodan anlayışı olan adam çəkməlidir ki, vulqarizmi də, müəyyən səhnələri də ustalıqla təqdim edə bilsin. Məncə, nazirlik bəzi özəl prodakşnların çəkdiyi filmlərə nəzarət etməlidir”.
İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ