Cümə günü, 09 oktyabr 2026
     

Milli geyimlərin hazırlanma texnologiyasının tədrisi...

Image


Könül Vəlibəyli: “Hələ ki, digər ali məktəblərdə təlim-tədris mərkəzi yaratmamışıq”

 

Hər bir xalqın qədimliyini, o cümlədən də mədəniyyətinin ululuğunu sübut edən faktlardan biri o xalqın milli geyimləridir. Azərbaycan xalqı zəngin milli geyimlərə sahibdir. Bizim özəl xüsusiyyətlərimizdən biri odur ki, hər bir bölgəmizin özünəməxsus qadın və kişi, hətta uşaq geyimləri mövcud olub. Milli geyimlərimiz bu gün geyim-moda evləri tərəfindən istehsal edilir. Təəssüf ki, geniş səviyyədə milli geyimlərimizin tədrisi həyata keçirilmir.

Barmaqla sayılacaq qədər tədris ocağında milli geyimlərimizin biçilib-tikilməsi tədris edilir. Əslində, milli geyimlərimiz aidiyyəti olan bütün ali və orta təhsil müəssisələrində tədris edilməlidir. 

Bir çox sənətşünaslar qeyd edirlər ki, milli geyimlərimizin tikiliş texnologiyası geniş səviyyədə tədris edilmədiyi üçün, bəzi modelyer-dizaynerlər tərəfindən bir sıra hallarda milli geyimlərimizə yad elementlər, naxış və ornamentlər gətirilir. Bildirilənə görə, hətta geyimlərin biçmə və tikmə texnikasında da millilikdən uzaq elementlərə təsadüf edilir. 

Sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyeva mətbuata açıqlamasında bildirib ki, hazırkı dövrdə geyim mədəniyyətimizə çoxlu yad ünsürlər daxil olur. Bəzi modelyer-dizaynerlər öz işlərinin adını “milli geyim” qoyub yeni geyimlər ortaya çıxarırlar: “Əslində, milli geyim başqa şeydir. Azərbaycan türklərinin milli geyimi olub. Onların standartlarını muzeylərimizdə apardığım araşdırmalar əsasında öyrənmişəm. Bütöv, tarixi Azərbaycanın geyim mədəniyyətini araşdırmışam. Azərbaycanda milli geyim ənənəsi XX yüzilin başlanğıcında sona çatıb. Sosialist inqilabından sonra yeni, çağdaş geyimə keçilib. “Moda tarixi və dünya xalqlarının ənənəvi geyimləri” adlı dərsliyimdə bir çox xalqların geyimlərini araşdırmışam. Əslində, demək olar ki, bütün xalqlarda milli geyim ənənəsi XIX yüzildə başa çatıb. Sonra yeni həyat tərzi ilə bağlı olaraq qıvraq geyimlər ortaya çıxıb. Ona görə də indi həmin ənənəyə qayıtmaq çətindir, amma gələnəyi qorumaq borcumuzdur”.

Sənətşünaslar hesab edirlər ki, milli geyimlərimizin tədrisi onları təsadüfi adamların əllərindən alacaq. Bu gün təsadüfi adamların modelyer-dizayner kimi meydana çıxmasının böyük fəsadlarının olduğunu deyən sənətşünaslar bildirirlər ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Rəssamlıq Akademiyasında, eləcə də kolleclərdə milli geyimlərin tədrisi həyata keçirilməlidir.

Yeri gəlmişkən vurğulayaq ki, artıq keçən ilin noyabr ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Bakı Milli Geyim Evinin təlim-tədris mərkəzi fəaliyyətə başlayıb. Bakı Milli Geyim Evinin təsisçisi, rəssam, dizayner-modelyer Könül Vəlibəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu sahəyə artıq ciddi əhəmiyyət verilməyə başlayıb. Onun sözlərinə görə, milli geyim növlərinin norma və qaydaları əsasında milli geyim standartlarının hazırlanması təlim-tədris mərkəzinin əsas hədəflərindəndir. O qeyd etdi ki, milli geyim standartlarına uyğun olaraq, ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi və qadın geyim dəstləri tikilir və insanların istifadəsinə verilməklə adət-ənənəmizi yaşadır. K.Vəlibəyli bildirdi ki, fəaliyyəti 11 ildən artıq dövrü əhatə edən Bakı Milli Geyim Evi Azərbaycan milli geyimlərini hazırlayaraq respublikamızda və onun hüdudlarından kənarda nümayiş etdirir. Müsahibimizin sözlərinə görə, bu tədris mərkəzinin yaradılmasının məqsədi Bakı Milli Geyim Evinin təcrübəsini tələbələrlə paylaşmaq, milli səhnə geyimlərinin hazırlanmasını gənc nəslə öyrətmək, habelə onlara əl işi, kəsim, biçim, tikim və diplom işlərində dəstək olmaqdır: “Biz tələbələrə bu sənəti tədris edirik. Hazırda tələbələr Bakı Milli Geyim Evində təcrübədədirlər. Artıq tələbələr biçmə, kəsmə, tikmə ilə məşğul olurlar. Qarşıdan Novruz bayramə gəlir, işimiz ona görə də çoxdur. Tələbələr də bizim sənətkarlardan milli geyimlərimizi tikməyin sirlərini öyrənirlər. Bizim təlim-tədris mərkəzimiz İncəsənət Universitetində fəaliyyət göstərir. Hələ başqa ali məktəblərdə mərkəzimizi açmamışıq”.

Bu sahədə tədrisin genişləndirilməsinin əhəmiyyətini vurğulayan K.Vəlibəyli bildirdi ki, aidiyyəti təhsil müəsissilərində bu sahə tədris edilsə, bunu xeyri daha çox olar. “Geyim özü böyük mədəniyyətdir. Geyimlərimiz qədimlərdən bəri daşıyıb bu günə gətirdiyimiz milli dəyərlərimizdən biridir. Milli geyim mədəniyyətimizi ali məktəblərdə tədris etməyin əhəmiyyəti olduqca böyükdür. Həm tələbələr bu sahədə məlumatlı olur, həm də qədim bir sənətin sirlərinə yiyələnirlər. Bir də ki, onlar müasir geyimlər üzərində milli biçmələrin tətbiq olunmasını, milli naxışların işlənməsini də öyrənirlər. Xalça sənətini gənc nəsillərə öyrətdiyimiz kimi, milli geyimlərimizin biçilib-tikilmə texnologiyasını da gənclərə öyrədirik. Əsas məqsədimiz budur ki, ənənələrimizdən, mədəniyyətimizdən gələn milli geyimlərimizin biçmə-tikmə texnologiyası itməsin və onlar bir ənənə kimi gələcəyə ötürülsün. Biz gələcək sənətkarları yetişdiririk. Bu sənəti tələbə modelyer-dizaynerlərə öyrədirik” - deyə bildirən K.Vəlibəylinin sözlərinə görə, bu sənət 

Azərbaycanda uzun illər tədrisdən kənarda qalıb.

Onun vurğuladığına görə, bu gün bu sənətin ali məktəb auditoriyasında tədris edilməsinin nəticələri müsbətdir: “Tədrisin əhəmiyyəti, nəticələri çox müsbətdir, effektivdir. Biri var biz işçini götürüb öyrədirik, biri də var biz bu sahədə ixtisaslı kadrları ali məktəbdə hazırlayırıq. Modelyer-dizayner elə yetişməlidir ki, onun modellərin hazırlanmasında, naxışların salınmasında və s. təkliflər verəndə bu sahə haqqında ətraflı məlumatı olsun. Yəni bir modelyer-dizayner bir moda evinin 5-6 işçisinin başı üzərində dayanıb onlara işin qaydasını izah edir, öyrədir. Gələcəkdə bu sahədə çalışan modelyer-dizaynerlər həm savadlı, həm məlumatlı, həm də təcrübəli olmalıdırlar. Belə olanda onlar gələcəkdə özlərinə iş taparkən çətinlik çəkməyəcəklər”.  

Başqa tədris ocaqlarında təlim-təcrübə mərkəzi açmaq fikrində olub olmadıqlarına gəlincə, K.Vəlibəyli qeyd etdi ki, buni həyata keçirmək üçün həm işçilərin sayı çox olmalıdır, həm də maddi dəstək tələb olunur: “Bu işə nail olmaq üçün çox şey tələb olunur. Sözsüz ki, işçilərimizin sayı çox olmaldır, maddiyyat, materiallar lazımdır, Hələ ki, digər ali məktəblərdə təlim-tədris mərkəzi yaratmamışıq. Bu haqda gələcəkdə düşünərik. Hələ ki, bu tələbələrimizi yüksək səviyyədə yetişdirməyə çalışırıq”.

Qeyd edək ki, yerli bazarda milli geyimlərimiz həddən artıq azlıq təşkil edir, ortada olanlar isə əsasən milli geyim standartlarına cavab vermir. Xarici ölkələrdə isə Azərbaycan geyimlərinə nadir hallarda rast gəlmək olar. Yeni nəsil modelyer-dizaynerlərin bu problemi aradan qaldırmaq əzmində olacağına inanırıq.

K.Vəlibəyli qeyd etdi ki, Azərbaycan milli geyimlərinin xarici bazarlara çıxmasından daha əvvəl geyimlərimizi yerli bazara çıxarmaq və tanıtmaq lazımdır. “Bu gün milli geyimlərimizi öz bazarlarımızda təqdim etməliyik. Ayrı-ayrı şəxslər müraciət edib geyimlər istəyir, mən neçə adama “yox” demişəm. Arzu edirik ki, geyimlərimiz daha çox tikilsin, insanlar onları geyinsin. Geyimlərimiz yalnız Novruz bayramında yada düşməsin. Ümumiyyətlə, il ərzində ölkəmizə minlərlə turist gəlir. Onların arasında Şərq ölkələrindən gələn turistlər də var. Necə ki, Türkiyədə insanlar öz kapitallarını geyim isehsalına yatırırlar, bizdə də elə olsa yaxşı olar. Onlar geyimlərini bazara çıxarıb öz mədəniyyətlərini yaşadırlar. Bizdə isə milli geyimlərin kütləvi tikilişi yoxdur. Geyimlər tək-tək tikildiyi üçün, bu bizə baha başa gəlir və biz onu müştəriyə təqdim edəndə qiymətinə görə ala bilmirlər. Deyirlər ki, bahadır. Daha ucuz almaq istəyirlər. Hesab edirəm ki, milli geyimlərin kəmiyyəti artmalıdır ki, qiyməti düşsün. Bu halda, ölkə daxilində milli geyimlərin satışı artar. Məncə, xarici bazarlara çıxmamışdan əvvəl bu işi yerli bazarda həyata keçirməliyik. Milli geyimlərimiz moda evlərindən bayıra çıxmalıdır. Bizim gördüyümüz işlərin hamısı eksklüziv əl işləridir. Bu gün Azərbaycan bazarında milli geyimlərimizin kütləvi istehsalına ehtiyac var. Ancaq gərək bu istehsal hədsiz dərəcədə keyfiyyətli olsun. Bu gün bazarda milli geyimlər tikirlər, ancaq onlar keyfiyyətcə çox aşağıdırlar. Bu geymləri tikənlər təhsilsizdir, bu sahədə məlumatları yoxdur, ona görə də geyimləri biçib tikərkən texniki yanlışlığa yol verirlər. Ancaq bu işə işi bilən adamlar cəlb edilsə, daha effektiv olar. İşi bilən adam milli geyimlər tikərsə, buna ancaq sevinərik. Ancaq bu işin aşağı səviyyədə görüldüyünü müşahidə edəndə narahat oluruq. Vaxtilə nənələrimiz 7 taxtalı ətək geyirdilər, bu da 7-8 metrlik parçadan olurdu. Bu gün isə 1 metr yarım parçadan ətək tikirlər, bu da standarta uyğun deyil”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ