Cümə günü, 09 oktyabr 2026
     

Xarici ölkələrdə “Azərbaycan ədəbiyyatı günləri” keçiril(m)ir...

Image


Təbriz Vəfalı: “Düşünürəm ki, xarici ölkələrdə “Azərbaycan ədəbiyyatı günləri” yalnız dövlət tərəfindən maliyyələşdirilməklə...”
Xeyrulla Ağayev: “Çox təəsüflər olsun ki, bundan imtina edildi”

 

Azərbaycan ədəbiyyatı bütün dövrlərdə öz zənginliyi, məzmunu, sadiq qaldığı humanizm prinsipi ilə seçilib. Ədəbiyyatımız onunla tanış olan hər bir oxucunun rəğbətini qazanıb desək yanılmarıq. Bu gün xarici ölkələrdə Azərbaycan ədəbiyyatının tanıdılmasına, təbliğ edilməsinə böyük ehtiyac var. Müxtəlif nəsil şair və yazıçıların əsərlərinin xarici ölkələrdə təbliği sahəsində ciddi boşluq var.

Onu da qeyd edək ki, ədəbiyyat, sözün həqiqi mənasında, xalqın, dövlətin siması, tanıtım nişanıdır. Gizlin deyil ki, əksər hallarda, biz xalqları və dövlətləri yazıçı və şairlərə görə tanıyırıq. Məsələn, hələ Kolumbiya serialları dünya telekanallarını zəbt etməmişdən əvvəl insanlar Kolumbiyanı Qabriel Qarsiya Markesə, onun maraqlı əsərlərinə görə tanıyıblar. Migel de Servantes, Federiko Qarsiya Lorka və başqaları İspaniyanı məşhurlaşdırıblar. Amerika, Rusiya, Türkiyə, digər dövlətlər də dünyada əsasən yazıçı və şairlərinə görə tanınıblar. Ola bilsin ki, kimlərsə bu fikirlə razılaşmayacaq, amma bu bir həqiqətdir. Ədəbiyyat mənəvi-ideoloji, yaradıcı məfhum olduğu üçün, insanların ürəyinə, şüuruna daha tez yol tapa bilir. Bu gün dünyada Azərbaycan həm də Nizamiyə, Füzuliyə, Nəsimiyə və başqa dahilərə görə tanınır. Bu olduqca müsbət haldır. Ədəbiyyat xalqı, dövləti, onun mövqeyini tam şəkildə ifadə etməyi bacarır.

Sovet dövründə Azərbaycan ədəbiyyatının təbliğinə, demək olar ki, daha ciddi bir iş kimi yanaşılırdı. Uzaq ölkələrdə nadir hallarda olsa da, Moskvada Azərbaycan ədəbiyyatı ongünlükləri keçirilirdi. Hətta keçmiş SSRİ respublikalarında da ədəbiyyatımızın təbliği zəif deyildi.

Qeyd edək ki, 1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün keçirilməsi artıq yaddaqalan tarixi bir hadisəyə çevrilib. Bundan iki il sonra - 1940-cı ilin 15-28 may tarixlərində Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü keçirildi. Bunlar Azərbaycan ədəbiyyatının təbliğinə təkan verən tədbirlər olub. 1959-cu ildə yenə də Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü baş tutub. Burada ədəbiyyatımızla yanaşı, mədəniyyətimizin bütün sahələri təmsil olunub.

Sonrakı mərhələlərdə də Azərbaycan ədəbiyyatının təbliğinə ciddi fikir verilib. Ədəbiyyatımız keçmiş ittifaq məkanında, SSRİ ilə mədəni-siyasi əlaqələrin isti olduğu respublikalarda keçirilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu sahədə, demək olar ki, elə də yaddaqalan işlər görülməyib. Çox az hallarda Türkiyədə və başqa respublikalarda Azərbaycan ədəbiyyatının tanıdılması sahəsində işlər görülüb. Orada konkret olaraq ədəbiyyat günləri keçirilməyib, sadəcə müxtəlif təşkilatlar tərəfindən keçirilən kitab sərgi yarmarkalarında Azərbaycan ədəbiyyatı da təqdim edilib. Bu da sözsüz ki, ədəbiyyatımızın geniş mənada təbliği sayılmayıb. Bir nüansı da qeyd edək ki,  xaricdə ədəbiyyatımızın təbliğinə həsr edilən tədbirlərdə əsasən eyni yazıçı və şairlərin əsərləri təqdim edilir. Halbuki, Azərbaycan ədəbiyyatı 5-10 nəfərdən ibarət deyil, yüzlərlə qələm adamının səyi nəticəsində milli ədəbiyyatımız formalaşıb.

Qeyd edək ki, son dövrlər xarici ölkə ədəbiyyatının Azərbaycanda tanıdılması üçün daha böyük işlər görülür. Belə ki, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə 1-3 mart tarixlərində Bakıda “Moldova ədəbiyyatı günləri” keçiriləcək. Məlumatlara görə, mərkəzin dəvəti ilə Arkadie Suçevianu, İqor Volnitski, Leo Butnaru, Nikolae Spetaru kimi Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərindən ibarət nümayəndə heyəti ilə görüşlər olacaq.

Xarici ölkələrdə “Azərbaycan ədəbiyyatı günləri”nin keçirilməsinin vacibliyini qeyd edən yazıçı və şairlər vurğulayırlar ki, müasir Azərbaycan ədəbiyyatının dünyaya təqdim edilməsi müsbət hal olar.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-şair və publisist Təbriz Vəfalı bildirdi ki, istər keçmiş SSRİ dövründə, istərsə də Azərbaycan müstəqillik qazandıqdan sonra bəzi azərbaycanlı yazıçı və şairlərin müxtəlif ədəbi janrlarda yazdığı əsərlər, o cümlədən bəzi kitablar xarici ölkələrdə dünyanın müxtəlif dillərinə tərcümə edilib, çap olunub və yayılıb. Ancaq bununla belə, bu günədək hər hansı bir ölkədə “Azərbaycan ədəbiyyatı günləri” keçirilməyib: “Əcnəbi vətəndaşlar arasında keçirdiyim sorğuların nəticələri əsasında apardığım araşdırmalarıma görə, qonşu dövlətlər olan Rusiya, Türkiyə, İran və Gürcüstan, eləcə də türkdilli dövlətlər istisna olmaqla, yerdə qalan xarici ölkələrdən yalnız Serbiyadakı qələm əhlinin müəyyən qismi, yəni yazıçılar və şairlər Azərbaycanın bəzi yazıçı və şairlərini tanıyırlar. Digər dövlətlərdə əbədiyyat adamlarımızı, xüsusilə də gənc yazarlarımızı tanıyanlar, demək olar ki, yoxdur. Çünki Azərbaycan müstəqillik qazandıqdan sonra maliyyə problemləri üzündən nəinki xarici ölkələrdə müxtəlif əcnəbi dillərdə, hətta respublikamızda öz doğma dilimizdə belə kitabları nəşr etdirmək ciddi problemə çevrilib. Söhbət sanballı kitablardan gedir”.

Təbriz Vəfalı vurğuladı ki, xarici dövlətlərdə “Azərbaycanın mədəniyyət günləri” keçirilir və bu proses həmin ölkələrdəki Azərbaycan mədəniyyət evləri tərəfindən reallaşdırılır. Bu işin təşkilində Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak edir. Həmin nazirlik maliyyə, təşkilati və digər məsələlərin həllində mühüm rol oynayır: “Ancaq Azərbaycan Yazıçılar Birliyinin hər hansı bir xarici ölkədə “Azərbaycan ədəbiyyatı günləri” adlı tədbiri keçirmək üçün maliyyə imkanı yoxdur. Yəni bu məsələ dövlət tərəfindən təşkil olunmalı və maliyyələşdirilməlidir. Digər məqam da budur ki, hansı yazıçı və şairlərin kitablarının, əsərlərinin təqdimatı məsələsində seçim problemi yaşanacaq. Məsələn, yaşlı nəslin yazıçı və şairlərinin əsərlərinin təqdim edilməsi gənc nəslin yazarlarında qısqanclıq yaradacaq, yaxud da əksinə. Düşünürəm ki, xarici ölkələrdə “Azərbaycan ədəbiyyatı günləri” yalnız dövlət tərəfindən maliyyələşdirilməklə, Azərbaycan Yazıçılar Birliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, xarici ölkələrdəki Azərbaycan mədəniyyət evlərinin təşkilati dəstəyi ilə baş tuta bilər. Təklifim budur ki, ictimai qınaq və qısqanclıq yaratmamaq üçün, yaşlı və gənc nəslin yazıçı və şairlərinin əsərlərindən bəziləri seçilsin və onlar biblioqrafik oçerklərlə birlikdə ensiklopedik kitablar formasında dərc olunsun və “Azərbaycan ədəbiyyatı günləri”ndə əcnəbi vətəndaşlara təqdim edilsin”.

Tanınmış yazıçı Xeyrulla Ağayevin fikrincə də xarici ölkələrdə “Azərbaycan ədəbiyyatı günləri”nin keçirilməsi vacibdir. Xaricdə Azərbaycan ədəbiyyatının təbliği istiqamətində hər bir tədbirin maraqlı və faydalı ola biləcəyini deyən yazıçı ümid edir ki, nə zamansa bu tədbirlər keçirilə bilər: “Əslində, ədəbiyyat xalq həyatının zəngin tərkib hissəsidir. Ona görə ədəbiyyatın təbliği xalqın mədəniyyətinin, əxlaqının, tarixinin, adət-ənənələrinin təbliği deməkdir. Bəlkə də musiqi və ədəbiyyat qədər milləti tez tanıdan və sevdirən heç nə ola bilməz.

Dünya Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Fikrət Əmirovu, Nizamini, Füzulini tanıyır. Ədəbiyyat dili ən doğma və anlaşılan dildir. Ədəbiyyat dünyaya özümüzü tanıtmaq baxımından ən əlverişli vasitədir. Vaxtilə dekadalar keçirilirdi. Ədəbiyyat və incəsənət günlərində sənətin bütün sahələri təbliğ edilirdi. Hesab edirəm ki, xarici ölkələrdə ədəbiyyat günlərinin keçirilməsinin ən faydalı cəhətlərindən biri həm mədəniyyəti tanıtmaqdır, həm də millətlərarsı, dövlətlərarası münasibətləri daha da istiləşdirməkdir”.

X.Ağayev qeyd etdi ki, vaxtilə “Azərbaycan ədəbiyyatı günləri” respublikamızdan kənarda keçirildiyi kimi, Azərbaycanda da digər ölkələrin ədəbiyyat, mədəniyyət günləri olardı: “Çox müsbət ənənə idi. İndi isə bu məsələyə münasibət dəyişib. Bu gün hər kəs fərdi gaydada öz kitablarını çap etdirir. Gərək dövlətlər və sənət qurumları səviyyəsində böyük dövlət tədbirləri keçirilsin ki, cəmiyyətdə rezonans doğursun. Bu da ədəbiyyatın, mədəniyyətin təbliğinə maraq yaradar. Sovet dönəmindən qalan ən yaxşı ənənələrdən biri “Ədəbiyyat günləri”nin keçirilməsi idi. Çox təəsüflər olsun ki, bundan imtina edildi. Ancaq bu, ideoloji işin ən tez təsir edən cəhətidir, istiqamətidir. Ədəbiyyat, sözün həqiqi mənasında, xalqın simasıdır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ