Cümə günü, 09 oktyabr 2026
     

“Müslüm Maqomayev min il sonra da sənətsevərlərin sevə-sevə dinləyəcəyi korifeydir” – Qazaxıstanın “Altun səsi” - FOTO

Image


O, böyük sənət alımində yetərincə gənc olmasına baxmayaraq, adı ölkəsində ən çox tanınan və tələbat duyulan vokalçılar arasında ön sırada gəlir. Böyüdüyü ailənin və mühitin sənətə mühafizəkar yanaşmasına baxmayaraq, ilahi vergi olan istedadının batması ilə razılaşmır. Ucsuz-bucaqsız Qazaxıstanın bir əyalət şəhərində doğulub-böyüyən inadkar qız valideynlərinin, ilk növbədə anasının dəstəyi ilə böyük səhnəyə aparan ensiz və narahat cığıra çıxaraq, səbrlə addımlayır.

Əvvəl Kollecdə, daha sonra isə Konservatoriya təhsili alaraq, peşəkar sənətdə sürətlə püxtələşir. Bu çalışqanlığı sənət məbədlərinin qapılarını onun üzünə taybatay açır, erkən yaşında yaradıcılıq şöhrətinin gətirdiyi məmnunluğu yaşayır. Söhbət Qazaxıstanın gənc vokalçısı, ölkəsində yaxın gələcəyin “Opera kraliçası” adlandırılan Baktigül Bisembayevadan gedir. Baktigülü bu yazının qəhrəmanı edən məqam onun Azərbaycanla bağlarının yaranması və getdikcə möhkəmlənməsidir. O baxımdan inamla deyə bilərik ki, qazax vokal sənətinin parlayan ulduzu olan Baktigülün simasında Azərbaycan və Qazaxıstan incəsənəti arasında möhkəm körpü qurulmaqdadır. 

Gənc sənətçinin tərcümeyi-halı tanınmış həmkarlarının bioqrafiyasından çox da fərqlənmir. Əldə etdiyi uğurlar asanlıqla qazanılmayıb. Baktigülü onun təqdimatında daha yaxından tanıyaq:

“1991-ci ildə Qazaxıstanın Atırau vilayətinin Kulsarı şəhərində doqquz nəfərdən ibarət çoxuşaqlı ailədə anadan olmuşam. Mərhum atam Uali Bisembayev ömrü boyu sürücü işləsə də, musiqiyə böyük marağı vardı. Boş vaxtı olan kimi qazax milli musiqi aləti olan dombrada şövqlə ifa edərdi. Anam, hazırda təqaüddə olan  Jeksenova Orınşa uzun müddət sahiyyə sahəsində çalışıb, uşaq həkimi işləyib. Anamın gözəl səsi və musiqiyə ciddi həvəsi olub. Ancaq mühafizəkar düşüncəli valideynləri onu musiqiçi kimi görmək istəməsikləri üçün incəsənətlə məşğul olmasına icazə verməyiblər.

Yəqin bu səs mənə anamın “miras”ıdır. Deyilənə görə, mahnıları dərk eləməsəm də, beş yaşından oxumağa başlamışam. Ancaq mən böyüdükcə, anam musiqiyə olan həvəsimin ciddiliyini görərək, istedadımın boşa getməməsi üçün hər şeyi edib. Anam mənə oxumağı nəinki qadağan etdi, əksinə, məni daha daha da irəli getməyə ruhlandırdı. Deyim ki, böyük bacılarımdan ikisi sənət yolunda irəliləyiblər: Mərcan dombra, Jadıra isə isə bayanda əla ifa edirlər”.

Doğma şəhərində orta məktəbi bitirən Baktigül peşəkar musiqiçi olmaq istiqamətində ilk addımını atır və məqsədinə çatır:

“Şəhərimizdəki 1 saylı məktəbi başa vurduqdan sonra sənədlərimi hansı məktəbə verəcəyimi çox dşündüm. Niyyətim qəti idi: alui musiqi təhsili almaq və peşəkar sənətdə inkişaf etmək. Anamın məsləhəti ilə sənədlərimi Dina Nurpeyisov adına Musiqi Kollecinə verdim və o nüfuzlu təhsil ocağına qəbul olundum. Kollecdəki müəllimlərim peşəkar vokalçı kimi yetişməyimdə müstəsna rol oynadılar, mənə dəstək olaraq, düzgün səmtə istiqamətləndirdilər. Bunun sayəsində Kollec tələbəsi olaraq, respublika miqyaslı müxtəlif müsabiqələrə qatıldım və laureat adını qazandım. Həqiqətən də, şanslı insan olduğumu deyə bilərəm. Həyatda qarşıma çox xeyirxah insanlar çıxıb. Onlardan biri mənim dəyərli müəllimim, özümə çox doğma saydığım Kolecin kafedra müdiri Klara Kimatova idi. O, mənə sadəcə, musiqinin sirlərini başa salmadı. Ailəmizin böyük olduğunu bilərək, tək mənəvi deyil, maddi dəstəyini də məndən əsirgəmirdi. Bir sözlə, mənə öz doğma qızı kimi yanaşırdı. Buna görə ona hər zaman minnətdaram”. 

Baktigülün çalışqanlığı, əzmkarlığı və məqsədyönlülüyü onu uşaqlıqdan özünə çəkən böyük səhnəyə aparan yolunu xeyli qısaldıb:

“Kolleci müvəffəqiyyətlə başa vurduqdan sonra təhsilimi davam etdirməyi qarşıma məqsəd qoydum. İmrahanlara tam ciddiliyi ilə hazırlaşaraq, Almatıda Kurmankazı adına Dövlət Konservatoriyasına, Qazaxıstanın əməkdar incəsənət xadimi Cəmilə Baspakovanın sinfinə qəbul olundum. Bu, inanılmaz idi. Qazaxıstan Dövlət Opera və Balet Tetrının əsas solisti olan ecazkar səsə malik Baspakovanın sinfinə düşmək, ondan dərs almaq bizim kimi sənətdə ilk kövrək addımlarını atan gənclər üçün inanılmaz nəticə sayılırdı. Cəmilə xanım də əvvəlki müəllimlərim kimi, öz tələbələrinə böyük diqqət və qayğı ilə yanaşır, bizim düzgün yetiçməyimiz üçün sözün əsl mənasında fədakarlıq göstərir, uğurlarımıza çox sevinirdi”.

Konservatoriya təhsilini uğurla tamamlayan Baktigül nəhayə, arzularının məbəsi saydığı Abay adına Qazaxıstan Dövlət Opera və Balet Tetrının yaradıcı heyətinə daxil edilir. O, tetarda fəaliyyətə başlayanda artıq respublika miqyasında tanınmış gənc vokalçılar sırasıda özünü təsdiqləmişdi:

“Hazırda ölkəmizin əsas sənət məbədi olan Qazaxıstan Dövlət Opera və Balet Tetrında çalışıram. Eyni zamanda, Bakıtcan Baykadamov adına Dövlət Xor Kapellasının solistiyəm. Bu arada milli xarici  operalarda mən həvalə olunmuş partiyalar üzərində işləyirəm. “Karmen”də Mersedes, “Abay”da Ajar və digər partiyaları etimad göstərərək, mənə tapşırıblar. Təqribən bir ay əvvəl  - yanvarın 28-də mənim üçün sənət hadisəsi sayılan əlamətdar debüt baş verdi: “Kız Jibek2 operasında Karlıqaşın partiyası ilə səhnəyə çıxdım. Ancaq təhsilimi sdə unutmuram və indi magistraturanın sonuncu kursunda oxuyuram. Həmçinin dissertasiyam üzərində işimi davam etdirirəm”.

Yuxarıda vurğulandığı kimi, Baktigül artıq Bakı publikası qarşısında çıxış etmək imkanı da qazanıb. Gənc ifaçı azərbaycanlı musiqisevərlərin diqqətindən məmnun qalıb:

“Bakıya səfərimiz ötən ilin dekabrında – Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak məqsədi daşıyırdı. Çox sevinirəm ki, məni də nümayəndə heyətinin tərkibinə daxil etmişdilər. Bakıda ilk çıxışımız Qazaxıstanın dövlət müstəqilliyi günü münasibətilə təşkil olunan mərasimdə baş tutdu. Ertəsi gün isə daha geniş və məsuliyyətli tədbirdə səhnəyə çıxdıq. Musiqili Komediya Teatrında, daha geniş publika qarşısında təşkil olunan konsertdə Cüzeppe Verdinin “Siciliya axşamları” operasından Yelenanın bolerosunu, klassik ispan mahnısını ,“Ağ qağayı” adlı qazax romansını və “Sevinirəm” mahnısını ifa etdim. 

Bu əsərləri ifa edərkən aydın görürdüm ki, Bakı tamaşaçısı klassik musiqini dərindən başa düşür. Əlbəttə, böyük sənət ənənələri olan Bakı kimi bir şəhər üçün bu təəccüblü hal deyildi. Ancaq yenə də belə münasibət bizi həm məmnun edir, həm də məsuliyyətimizi artırırdı. Çıxışımızın hərarətlə qarşılanması isə bizim üçün ən böyük hədiyyə idi. Demək artıqdır, tamaşaçının sənin qəbul elədiyini hiss etdikdə, ifaçı özünü səhnədə daha inamlı hisss edir, bütün istedadını göstərməyə çalışır. Mənə Bakı səhnəsində bu hissi yaşatdığına görə Bakı publikasına minnətdaram”.

Baktigül peşəkar vokalçı olaraq, Azərbaycanın dünya şöhrətli ifaçılarına yönəlik heyranlığını səmimiyyətlə bölüşür: “Əlbəttə ki, məşhur azərbaycanlı ifaçılar haqqında məlumatlıyam. Onların sırasında iki nəfəri xüsusi qeyd edərdim: Polad Bülbüloğlu və ölməz Müslim Maqomayev. Bu sənətçilər indi də çox geniş coğrafiyada bir əfsanə kimi qəbul olunurlar. Bütöv nəsillər onların mahnıları ilə böyüyüb, formalaşıb. Sənətdə açdıqları yolda yüzlərlə ardıcılları yetişib. Bildiyim qədər, Bülbüloğlu hazırda diplomatik xidmətdə olsa da, sənətdən uzaqlaşmayıb. Bu, çox yaxşı haldır. Maqomayev isə min il sonra da sənətsevərlərin sevə-sevə dinləyəcəyi korifeyder.

Yeni nəsil ifaçılardan isə Yusif Eyvazovun yaradıcılığından xəbərdaram. O da çox parlaq ifaçıdır. Ümumiyyətlə, Azərbaycanın olduqca güclü vokal məktəbinin olduğunu qeyd etməliyəm. Ona görə də, Bakıda olduğumuz müddətdə vaxt çatışmazlığına baxmayaraq, Bakı Konservatoriyasında ustad dərslərində iştirak edə bildim. Mənim üçün çox maraqlı və faydalı proses oldu. Bu təcrübə mənə gələcək fəaliyyətimdə çox lazım olacaq”.

Bakıda şəhərin görməli yerlərinə baş çəkməyə imkan tapan Baktigül üzləşdiyi xoş münasibətdən çox təsirlənib: “Bakıdan aldığım təəssürat məni bir müddət öz təsirində saxladı. Bu, qədim tarixi və müasirliyi özündə birləşdirən təkrarsız şəhərdir. Çox yaxşı oldu ki, konsert verdiyimiz Teatr şəhərin görməli yerində, dəniz sahilində, həm də İşərişəhər adlanan qədim kvartala yaxın yerdə idi. Bundan istifadə edərək, həmin yerlərdə olmaq imkanı əldə etdik. Möhtəşəm təəssüratımız var. Daş döşəməli küəçələrdə hərəkət etdikcə, adam sanki neçə əsr əvvələ qayıdır, özünü o dövrdə hiss edir. Yalnız ətrafdakı müasir elementlər adamı yenidən bu günə qaytarır. “Qız qalası” isə başqa bir aləmdir. Bizə dedilər ki, həmin abidənin təqribən min yaşı var. Tikilməsindən neçə əsr keçsə də, Qala yenə öz əzəməti və unikallığı ilə adamı heyran qoyur, təsirindən çıxmağa imkan vermir. Çox bəyəndim.

O gözəl şəhəri və mehriban, gülərüz, xeyirxah insanları, mavi dənizi və əlbəttə ki zəngin mətbəxi unutmaq çətindir. Sizə qəribə görünə bilər, ancaq Bakı çörəyini çox xoşladım. Hətta geri qayıdanda özümlə xeyli bulka alıb aparmaq istəyirdim. Bakıya getmək istəyən insanlar bu niyyətlərini həyata keçirmək üçün tələssələr, qətiyyən uduzmazlar.Əlbəttə ki, Bakıya yenə gəlmək istərdim. Həm bu gözəl şəhəri bir daha görməyi, həm də mümkün olarsa, orada sənət layihələrində iştirak etməyi çox istəyirəm”.

Gənc sənətçi Azərbaycanın ötən əsrin 90-cı illərindən etibarən, üzləşdiyi fəlakətlərdən də xəbərdardır. Baktigülün xalqımıza yönəlik əsas arzusu artıq 30 ildir, Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanda sülhün bərpa edilməsidir:  “Azərbaycan xalqının böyük çətinliklərlə üzləşdiyini, buna baxmayaraq, öz mətanəti ilə həmin problemlərin öhdəsindən gəldiyini eşitmişəm. Gördüklərimə əsasən deyə bilərəm ki, Azərbaycan xalqı bütün sahələrdə çox istedadlıdır və dar gündə toparlanmağı, dikəlməyi bacarır. Əks halda, bu qədər çətinliyin, məhrumiyyətlərin qarşısında davam gətirmək mümkün olmazdı. Təbii, əsas arzum budur ki, Azərbaycan ondan asılı olmayan səbəblərdən düşdüyü müharibə vəziyyətindən çıxsın, o torpaqlarda əminamanlıq həmişəlik bərpa olunsun, xalqın üzü gülsün, yaşayıb-yaratsın. İnanıram ki, İnşallah, belə də olacaq. Azərbaycan xalqı ən xoş həyata layiqdir”.

Araz ZEYNALOV

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ