Cümə günü, 09 oktyabr 2026
     

Teatrlarımızda “Cumhuriyyət 100” hazırlıqları zəif başlayıb…

Image


Əli Əmirli: “Nuri-didə Ceyhun” pyesi Ceyhun Hacıbəylinin 125 illik yubileyinə və cumhuriyyətimizin 100 illiyinə həsr edilib”

 

Azərbaycan Xalq Cumhuriyyəti dövlətçilik tariximizin parlaq səhifələrindən birini təşkil edir. Bu il Xalq Cumhuriyyətinin 100 illiyidir. Bütün sahələrdə cumhuriyyətin 100 yaşının tamam olması ilə bağlı müxtəlif işlər görülür. Cumhuriyyətin 100 illik yubileyi ilə əlaqədar sənət, yaradıcılıq sahəsində də yaddaqalan işlər görülməlidir.

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı teatrlarda tamaşalar hazırlanırmı? 

Mövzu ilə əlaqədar bir neçə teatrla əlaqə saxladıq. Məlum oldu ki, teatrların əksəriyyətində hələlik cumhuriyyətin 100 illik yubileyi ilə əlaqədar tamaşaların hazırlanması planlaşdırılmır. Teatrlar bunu bədii əsərlərin, dramaturji materialların azlığı ilə əlaqələndirirlər. Teatrlardan bildirdilər ki, dramaturqlar cumhuriyyət tarixi ilə bağlı, demək olar, yazmırlar.

Araşdırmamız zamanı məlum oldu ki, Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə tamaşa hazırlanır.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb. Qeyd edilənə görə, tamaşa Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə və Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr edilib.

Onu da vurğulayaq ki, layihənin ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru isə əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. 

Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəyli obrazının canlandırılacağı bu tamaşa onun məşəqqətli mühacirət həyatından və cumhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir.

"Nuri-didə Ceyhun” pyesinin müəllifi, yazıçı-dramaturq Əli Əmirli tamaşa haqqında “Bakı-Xəbər”ə bildirdi ki, bu əsərin yazılması ilə bağlı sifariş ona Musiqili Teatrdan gəlib. O bizimlə söhbətində bildirdi ki, hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilir. Müəllif bildirdi ki, tamaşada Azərbaycanı müstəqil ölkə və dövlət olaraq tanıtmaq üçün Paris Sülh Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyəti önə çəkilir. Fransada yurd həsrətli yuxuları ilə təskinlik tapan Ceyhun Hacıbəyli anasının intizarına, həyat yoldaşı Zöhrənin istəyinə, qardaşı Üzeyirin çağırış məktublarına və bütün digər təkidlərə baxmayaraq, doğma diyarına geri dönmür. Səbəb isə gün kimi aydındır... Qardaşı Üzeyir Hacıbəylinin təhdidlərə məruz qalacağından qorxur. İztirablarla dolu həyatında bir-birinin ardınca verdiyi itkilər, psixoloji cəhətdən aldığı zərbələr nəticəsində ömrünün sonuna qədər mühacir həyatı sürür. Keçirdiyi bütün sarsıntılara baxmayaraq, Ceyhun tamaşanın sonuna qədər mübariz ruhu ilə sabaha ümidini itirmir.

“2016-cı ilin noyabr ayı idi. Musiqili Teatrın direktoru Əliqismət Lalayev məni teatra dəvət etdi. O, Mehriban Ələkbərzadə ilə birgə mənə təklif etdilər ki, Cehyun Hacıbəyli haqqında bir əsər yazım. Bu, Musiqili Teatrın ruhuna uyğun olaraq dramatik bir səhnə əsəri olmalı idi. Pyesin əsasını Ceyhun Hacıbəylinin xatirələri təşkil etməli idi. Bu pyes Ü.Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar əsasında yarandı. Bu pyes janrına görə ikihissəli musiqili kollajdır”- deyə bildirən

Ə.Əmirli qeyd etdi ki, o, əsər üzərində işləyərkən C.Hacıbəylinin bitkin obrazını yaratmağa çalışıb. Dramaturq istəyib ki, əsər vasitəsilə C.Hacıbəyliyə tamaşaçıların ürəyində rəğbət hissi yaratsın: “Mən onun taleyini tam olaraq göstərməyə çalışdım. Təbii, əsərdə tarixi həqiqətlərdən başqa müəllifin də öz təxəyyülü var. Deyim ki, bu pyesi yazmaq o qədər də çətin olmadı. 15-16 gün ərzində pyesi yazıb teatra təqdim etdim. Pyes həm layihə rəhbəri, həm də rejissor tərəfindən müsbət qarşılandı və mənə heç bir irad bildirilmədi. Mən bu əsəri böyük məhəbbətlə yazdım. Şekspir deyir ki, ən gözəl övladlar məhəbbətdən doğulanlardır. Nə üçün əsərin adını "Nuri-didə Ceyhun” qoydum? Çünki Üzeyir Hacıbəyli Fransada yaşayan qardaşına yazdığı məktubların hamısını "Nuri-didə Ceyhun” sözləri ilə başlayırdı. O sözdə qardaşın qardaşa, özü də qəriblikdə olan qardaşa böyük məhəbbəti var. Bu əsər yazılmamışdan adı yarandı, bu əsərdə sanki mən özüm də Ceyhun bəyə müraciət edirdim. Deyim ki, teatrdan təklif olmasaydı, mən C.Hacıbəyli haqqında belə bir əsər yazmayacaqdım”.

Ə.Əmirli qeyd etdi ki, cumhuriyyət quruculuğunda, dövlət müstəqilliyimizin ölkəmizdən kənarda tanıdılmasında C.Hacıbəylinin də çox böyük əməyi, zəhməti olub: “O, Azərbaycanın müstəqilliyini tanıtmaq üçün Paris Sülh Konfransına gedən insanlardan biri idi. Cumhuriyyətin müstəqilliyini xüsusilə də Antanta dövlətlərinə tanıtmaq lazım idi ki, onlar bizim dövlət müstəqilliyimizi, eyni zamanda da coğrafi ərazimizi qəbul etsinlər. Bu çox önəmli hadisə idi. Onların 8-9 aylıq mübarizəsi nəhayət ki, öz bəhrəsini verib. Bu hadisə əsərdə özünü çox parlaq şəkildə göstərir. Çox təəssüf ki, onların qələbəsindən 3 ay sonra bolşevik Rusiyası Azərbaycanı işğal etdi, Ceyhun Hacıbəylinin dili ilə desək, “gənc respublikamız elə beşiyindəcə boğuldu”. Bütün bunlar hamısı böyük ürək ağrısı ilə  qələmə alınıb. Onu da deyim ki, Ceyhun bəydə və onun silahdaşlarında eyni zamanda da  gələcəyə inam olub. Onların möhkəm inamının nəticəsidir ki, bu gün Azərbaycan yenidən müstəqil dövlətdir. Bu müstəqil Azərbaycanın qədir-qiymətini bilmək üçün görünür ki, C.Hacıbəyli kimi əzablardan, ağrı və məhrumiyyətlərdən, mübarizələrdən keçmək lazım idi. "Nuri-didə Ceyhun” pyesi Ceyhun Hacıbəylinin 125 illik yubileyinə və cumhuriyyətimizin 100 illiyinə həsr edilib”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ