Cümə günü, 09 oktyabr 2026
     

Sovet dövründə Azərbaycan dissident ədəbiyyatı niyə yaranmadı...

Image


Əsəd Cahangir: “Dissident ruhlu əsərlərinə görə yazıçının ölkədən sürgün edilməsi...”

 

Sovet dövründə Azərbaycanda dissident ədəbiyyatı olubmu? Bu sualla tez-tez qarşılaşırıq. Bir qisim ədəbiyyatşünaslar bildirirlər ki, bizdə ədəbiyyat üzrə Nobel mükafatçıları Aleksandr Soljenitsın, Boris Posternak və digərləri kimi nəhəng dissident ədəbiyyatı təmsilçiləri olmayıb, digər ədəbiyyatşünaslar isə hesab edirlər ki, ölkəmizdə dissident ədəbiyyatı mövcud olub.

Əslində, Sovet dövrü ədəbiyyatı ilə tanış olarkən çoxlarımız yaradılan ədəbiyyat nümunələri içində dissident ruhlu əsərlərə, demək olar ki, nadir hallarda rast gəlirik. Bəziləri hesab edirlər ki, Sovet dövrü Azərbaycan ədəbiyyatında dissident ruh daha çox xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında özünü göstərir. Bu fikirdə olanlar böyük şairin “Gülüstan” poemasını nəzərdə tutur və bu poemaya görə onun başının müsibətlər çəkdiyini qeyd edirlər.

Vurğulayaq ki, dissidentlər (latınca dissidens - geri çəkilən, fərqli fikirli) yaşadığı ölkədə siyasi baxışları rəsmi hakimiyyətin fikirlərindən radikal şəkildə fərqlənən insanlar hesab edilir. Bu fərqlilik bir çox hallarda ayrı-ayrı ölkələrin hakimiyyəti tərəfindən təqiblərə məruz qalır.

Onu da deyək ki, ədəbiyyatşünasların fikrincə, sovet rejiminin Azərbaycanda “dissident” adını qoyduğu yazıçı və şairlərin əsas müdafiəçisi Heydər Əliyev olub.  Qeyd edək ki, 1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayında çıxış edərkən Heydər Əliyev “Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının gənclərinin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Əgər o vaxtlar onlar təqib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə məhrum etməyiblərsə, demək, bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir”.

Tədqiqatçılar bildirirlər ki, Sovet dövrünə hakim olan siyasi rejim Vaqif Səmədoğlunun “Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada” misralı məşhur lirik şeirində yaşıl rəngə müəyyən mənalar verir, çapına qadağa qoyurdu. Yalnız Heydər Əliyevin müdaxilələrindən sonra bu şeir işıq üzü görüb. Məlumatlara görə, belə yersiz maneələr üzündən V.Səmədoğlu “Günün baxtı” kitabından sonra on il dərc olunmur. Səbəbini isə sonralar müsahibələrində belə izah edir: “Qorxurdum ki, “Qlavlit”də mənə deyərlər ki, bu cür yaz və mən də o cür yazmağa başlayardım. Öz içimdə senzorun yaranacağından qorxurdum”.

Tədqiqatçılar vurğulayırlar ki, Azərbaycanda dissident ədəbiyyatı tam şəkildə formalaşmasa da, bir sıra əsərlərdə müəyyən qədər dissidentlik vardı. Onlar qeyd edirlər ki, ancaq bu proses Azərbaycanda Moskvadakı qədər sürətli deyildi.

Mövzunu daha geniş şərh etməsi üçün tanınmış tənqidçi Əsəd Cahangirlə əlaqə saxladıq. Ə.Cahangir “Bakı-Xəbər”ə bildirdi ki, “Azərbaycanda dissident ədəbiyyatı yaranmayıb” fikrilə razı deyil. O qeyd etdi ki, Sovet dövrü Azərbaycan ədəbiyyatında dissident ruhlu əsərlər yazılıb: “Hər şeyin üstündən birmənalı olaraq xətt çəkməyin tərəfdarı deyiləm. “Sovet dövründə dissident ədəbiyyatı yox idi, Sovet dövründə ümumiyyətlə ədəbiyyat yox idi” fikirləri ilə qətiyyən razı deyləm. Bizdə ədəbiyyat da, dissident ədəbiyyatı da var idi. Ancaq Rusiya və digər müttəfiq respublikalarla müqayisədə bizdə dissident ədəbiyyatı zəif idi. Ancaq var idi. Məsələn, Sovet dövründə öz mahiyyəti etibarilə Hüseyn Cavidin yaradıcılığı dissident ədəbiyyat deyildi ki? Onun yaratdığı ədəbiyyat Sovet dövrünə qarşı çıxmırdı? Götürək elə 60-cı illərdən sonrakı ədəbiyyatımızı, sözün əsl mənasında, dissident ədəbiyyat olmasa da, götürək Bəxtiyar Vahabzadənin “Gülüstan” və “Leninlə söhbət” poemalarında, Məhəmməd Hadi haqqında pyesində dissident çalar yox idi? “Gülüstan” poemasında Azərbaycanın birləşdirilməsi məsələsi var idi. Bu da sovet hökumətinin siyasətinə uyğun deyildi. “Məhəmməd Hadi” əsərində türkçülük ideyası vardı. Bu da antitürk mahiyyət daşıyan sovet rejiminə zidd idi. “Leninlə söhbət” poemasında kommunizm kəskin tənqid olunurdu, bu poemanın da mahiyyətində bir dissidentlik vardı. Nəsrə gəlincə, gəlin, Sabir Əhmədlinin “Dünyanın arşını”, “Yaşıl teatr” romanlarını, “Qanköçürmə stansiyası” əsərinə diqqət yetirək. Bu əsərlərin də mahiyyətində antisovet çalarları güclü idi. Dissident ədəbiyyat deyəndə nə nəzərdə tutulur? Hökmən o nəzərdə tutulur ki, Posternak kimi yazıçını ölkədən qovsunlar, yazıçını, şairi xarici ölkələr dəstəkləsinlər? Bu mənada, bəli, bizdə dissident ədəbiyyat olmamışdı. Amma mahiyyət, məzmun etibarilə bizdə də dissident ədəbiyyatı var idi. Məsələn, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsəri öz mahiyyətinə görə Oktyabr inqilabına qarşı idi. Bu əsərdə bəylik xanədanının dağılmasına qarşı bir etiraz vardı. Çünki müəllif özü bəy nəslindən idi. Bilavasitə şahidi olduğu və öz başına gələn hadisələri qələmə almışdı. Eləcə də “Geriyə baxma, qoca” romanında bu ruh duyulurdu. Sabir Əhmədli “Dünyanın arşını” romanında kolxoz quruluşuna qarşı çıxırdı, deyirdi ki, qarışqa kimi hamını bir yerə komalayan (yığan) bir quruluşun əleyhinəyik. Çünki biz insanıq, qarışqa deyilik, belə çıxır ki, sovet hökuməti insanları qarışqa hesab edir. Yazıçı “Yaşıl teatr” əsərində sovet hökumətinin qeyri-təbiiliyi, qeyri-humanist mahiyyətini tənqid edirdi. “Qanköçürmə stansiyası”nda Sovet quruluşunun, ideologiyasının, cəmiyyətinin insanı öz qanından, genindən, kökündən ayrı salması məsələsi kəskin tənqid olunurdu. Eləcə də götürək İsa Muğannanın yaradıcılığını. Onun 1959-cu uldə yazdığı “Yanar ürək” romanında kommunist rəhbərlər tənqid olunurdu. O vaxt İsa Muğannanı çağırıb soruşmuşdular ki, siz nə üçün bu romanı yazmısınız? O da cavabında “mən istəyirəm ki, raykom katibləri əsl kommunist olsunlar, indiki kimi yalançı kommunistlər, saxtakarlar olmasınlar” demişdi. Yaxud İsa Muğannanın “İdeal” romanı, bu roman antisovet ruhuna malik idi. Elçinin yaradıcılığını götürsək, onun yaradıcılığında da dissident ruh vardı. Onun bir sıra əsərləri sovet ideologiyası ilə uyğun gəlmirdi. İsi Məlikzadənin də yaradıcılığı həmçinin. Yusif Səmədoğlunun “Qətl günü” romanı dolayısı ilə Stalin dövründə sənətkarın başına gətirilən faciələrdən bəhs edir. Bu əsərdə Sovet dövründə yazıçının faciəsi problemi qoyulur. Əlbəttə, dissident ruhlu əsərlərin sayını kifayət qədər artıra da bilərik”.

Ə.Cahangir qeyd etdi ki, “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadəni uzun müddət çap etməyiblər. Bunun özünün elə dissident ədəbiyyatının elementlərindən biri olduğunu vurğulayan Ə.Cahangirin sözlərinə görə, sonra Heydər Əliyevin müdaxiləsi və dəstəyi nəticəsində B.Vahabzadə işə bərpa olunur, əsərləri çap olunmağa başlayır. “Yaxud Sabir Əhmədli “Dünyanın arşını” romanından sonra neçə il çap olunmadı. Təxminən 5-6 il onun əsərlərinin çapına qadağa qoyuldu. Yəni belə hadisələr müəyyən qədər olsa da, bizdə var idi. Anarın “Yaxşı padşahın nağılı” əsərində Stalindən tutmuş, Brejnevə qədər sovet hökumətinin rəhbərləri tənqid edilirdi. Belə əsərlərə görə o dövrdə yazıçıları, kobud dildə desək, gözümçıxdıya salırdılar. Ona görə də deyirəm ki, forma baxımından ola bilsin dissident ədəbiyyat yox idi. Yəni dissident ruhlu əsərlərinə görə yazıçının ölkədən sürgün edilməsi, yazıçının yazdığı əsərləri sandıqda saxlaması, gizli şəkildə əsərin əlyazmasının yayılması kimi hallar, bəli, bizdə olmayıb. Ancaq mahiyyət etibarilə rejimə qarşı çıxmaq, dissident ruha malik olmaq var idi. Əgər biz formalist deyiliksə və məzmunu əsas götürürüksə, birmənalı şəkildə deyə bilərik ki, müəyyən qədər bizdə dissident ədəbiyyatı var idi. Onların da müəyyən bir qismini sadaladım” - deyə bildirən Ə.Cahangirdən “Əsəd bəy, Azərbaycan müstəqillik əldə etdikdən sonra hansısa yazıçı və şairin “sandığı”ndan dissident ruhlu əsərlər çıxdımı” sualını da ünvanladıq.

“Ola bilsin hansısa yazıçının “sandığı”nda hansısa bir əsər var. Ancaq Sovet dövrü ilə bağlı ortaya elə bir şey çıxmadı. Bunun da əsas səbəbini onda görürəm ki, keçən əsrin 20, 30, 40, 50-ci illərindəki yazıçılar sandıqlarında nə vardısa, onun hamısını dərc etdirirdilər. Məsələn, nəsrdə  Mirzə İbrahimov, Əli Vəliyev, Əbülhəsən, Qılman İlkin, Hüseyn Abbaszadə, Mehdi Hüseyn, Süleyman Rəhimov, poeziyada Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim və digər sovet ədəbiyyatı klassiklərinin yazdıqlarının hamısı çap olunub. 60-cı illərdən sonra ədəbiyyata gələnlərə isə müəyyən qədər azadlıq verildiyi üçün, onlar da, əslində, nə yazırdılarsa, çap etdirirdilər. Onların da “sandığı”ndan elə bir əsər çıxmadı. Ancaq mənə elə gəlir ki, 90-cı illərdən sonra ədəbiyyata gələnlərin “sandığı”nda müəyyən əsərləri var. Bilmirəm, onlar o əsərləri nə vaxtsa üzə çıxaracaqlar, ya yox? Bu artıq gələcəkdə müəyyən olunacaq”- deyə sualımızı cavablandırdı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ