Cümə günü, 09 oktyabr 2026
     

Balaban – ermənilərin göz dikdiyi daha bir milli musiqi alətimizi siyahıya saldıra bilsək...

Image


Sərdar Məmmədli: “Balaban Azərbaycan milli musiqi aləti kimi çoxdan UNESCO-ya daxil edilməlidir”
Şirzad Fətəliyev: “Bir balaban ustası kimi ən böyük arzum bu musiqi alətinin UNESCO-nun qeyri-maddi irs siyahısına salınmasıdır”

 

Azərbaycanın mədəni irsi o qədər zəngindir ki, bu nümunələrlə tanış olarkən insanı heyrət bürüyür. Tarixən sənətkarlarımızın yaratdığı bu incilər mədəni irsimizin örnəkləri kimi bu gün də yaşayır. Bu da məlumdur ki, Azərbaycan dövləti qeyri-maddi və maddi mədəni irsin dəyərli nümunələrini yüksək səviyyədə qoruyur, onların yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün işlər görür. Azərbaycana aid maddi və qeyri-maddi mədəni irsin bəzi nümunələri UNESCO-ya daxil edilib və artıq onlar bəşəriyyətin əvəzsiz inciləri kimi qorunur.

2017-ci ilin məlumatlarına görə, Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 11 obyekt daxildir. Qeyd edək ki, bu quruma daxil edilən ilk sənət növümüz Azərbaycan muğamıdır. Muğam sənəti 2008-ci ildə siyahıya daxil edilib.

UNESCO-nun ümumdünya irs siyahısına düşən Azərbaycanın şifahi və qeyri-maddi irs obyektləri bütün dünya üçün əhəmiyyət kəsb edir.

2009-cu ildə isə Azərbaycan aşıq sənəti və Novruz bayramı ümumdünya irs siyahısında özünə yer tutub.

2010-cu ildə Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti, 2012-ci ildə Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2013-cü ildə Qarabağ atı ilə oynanılan çovqan atüstü oyunu, 2014-cü ildə qadın baş örtüyü kəlağayının düzəldilməsi və geyinilməsi ənənəvi incəsənəti və onun simvolizmi, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə Azərbaycan lavaşı, 2017-ci ildə kamança və dolma hazırlama və paylaşma ənənəsi UNESCO-nun qeyri-maddi irs siyahsına salınıb.

Sözsüz ki, bütün bunlar Azərbaycan dövlətinin, əlaqədar qurumların səyi və UNESCO ilə sıx əməkdaşlığının bariz nümunəsidir. Onu da vurğulayaq ki, Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin, obyektlərinin UNESCO-ya daxil edilməsində ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolu və əməyi var.

Azərbaycan xalqının qeyri-maddi mədəni irsində balaban milli musiqi alətinin xüsusi yeri var.

Məlum olduğu kimi, balaban Azərbaycanın qədim xalq musiqi alətidir. Balaban ustalarının verdiyi məlumata görə, arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti olan balaban xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur.

"Balaban" sözünün etimiologiyasını araşdıran və ona izah verən tədqiqatçılar qeyd edirlər ki, balaban "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) anlamını verir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir.

Tədqiqatçılar yazırlar ki, Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanan, e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılıb. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında, eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.

Azərbaycan folklorunda balabana aid deyimlər az deyil. Məsələn:

Əzizim balabanı,

Asta çal balabanı.

Hamının balası gəldi,

Bəs mənim balam hanı...

Bu gün Azərbaycan milli musiqi aləti olan balabana bədnam qonşularımız olan ermənilər iddialıdırlar. Ermənilər balabana “duduk” adı verərək dünyanın bir sıra ölkələrində “erməni musiqi aləti” kimi təqdim edirlər. Sözsüz ki, bu erməni yalanı bizim balaban ustaları tərəfindən ifşa edilir. Buna baxmayaraq, ermənilər yenə də öz əməllərindən qalmır, filmlərində, xaricdə təşkil edilən konsert proqramlarında və s. balaban səsləndirirlər.

Tamamilə erməni ruhuna, düşüncəsinə yad olan balabanın Azərbaycan xalqına aid milli musiqi aləti kimi dünyada təbliğ edilməsi aktual məsələyə çevrilib.

Təklif edirik ki, balaban Azərbaycan milli musiqi aləti kimi UNESCO-ya daxil edilsin. Açığı, buna böyük zərurət var. Balaban Azərbaycan milli musiqi aləti olaraq UNESCO-ya daxil edilərsə, biz onun beynəlxalq səviyyədə qorunma altına alınmasına nail olarıq. Bu həm də erməni iddiasının kökünə birdəfəlik balta vurmuş olar.

Balaban musiqi alətinin, balaban sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması ideyasına Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini öyrənmək məqsədilə nazirliklə əlaqə saxladıq. Nazirlikdəki mənbəmizin verdiyi məlumata görə, nazirlik UNESCO ilə çox sıx əməkdaşlıq edir və bu əməkdaşlıq nəticəsində bir sıra işlər görülüb. Nazirliyin Azərbaycanın maddi və qeyri-maddi irsinin UNESCO-ya daxil edilməsi ilə bağlı işləri davam etdirdiyini qeyd edən mənbə vurğuladı ki, gələcəkdə görüləcək işlər barədə mətbuata açıqlamalar veriləcək. Balaban sənətinin UNESCO-ya daxil edilməsi ideyasına gəlincə, həmsöhbətimiz bu yöndə də işlərin görüləcəyini, addımların atılacağını istisna etmədi. 

Əməkdar mədəniyyət işçisi, tanınan balaban ustası Sərdar Məmmədli bizimlə söhbətində balaban sənətinin UNESCO-ya salınmasının tərəfdarı olduğunu bildirdi. S.Məmmədlinin sözlərinə görə, balaban Azərbaycan xalqının min illər əvvəl yaratdığı musiqi alətidir və bütün bəşəriyyət bu musiqi alətinin bizə məxsus olduğunu bilməlidir: “Mən sizin ideyanızı birmənalı olaraq dəstəkləyirəm. Balaban Azərbaycan milli musiqi aləti kimi çoxdan UNESCO-ya daxil edilməlidir. Balaban sənəti Azərbaycanda, azərbaycanlıların sıx yaşadığı digər respublikalarda çox yüksək səviyyədə yaşadılıb, təbliğ edilib. Dövlətimiz balaban sənətinin inkişafına böyük dəstək verir. Balaban ustaları hər zaman dövlətin, Mədəniyyət və Turizm Nazirliyinin diqqətindədir. Düşünürəm ki, aşıq sənəti, muğam sənəti, tar və kamança kimi balaban da UNESCO-ya daxil edilməlidir. Bu bizim musiqi alətimizdir. Onun erməni ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, özünün heç bir mədəniyyəti, musiqi aləti olmayan bədnam qonşularımız balabanı mənimsəmək, öz adlarına çıxmaq istəyirlər. Hər yerdə balabanı öz adlarına təqdim etməyə cəhd göstərirlər. Bunun qarşısı beynəlxalq səviyyədə alınmalıdır ki, onlar bir daha balabanın adını çəkməsinlər. Bizim elə bir musiqi alətimiz yoxdur ki, ermənilər onu mənimsəmək istəməsinlər”.

S.Məmmədli qeyd etdi ki, bir sənətkar kimi o və digər sənət yoldaşları balabanı ən yüksək səviyyədə təqdim etməyə hazırdırlar. O hesab edir ki, balabanın ermənilər tərəfindən mənimsənilməsinin qarşısının alınması üçün bütün dünyada təbliğat işini genişləndirmək lazımdır: “Ermənilərin balabanla əlaqəsinin olmadığını bütün dünya bilməlidir. Onlar müəyyən dövlətlərdə “duduk”məktəbləri açıb balabanı öz adlarına keçirmək istəyirlər. Buna nail ola bilməyəcəklər. Çünki əsasları yoxdur. Bu gün Azərbaycanda yüzlərlə balaban ustadı var ki, bu musiqi alətinin bütün incəliklərini bilir və təbliğ edirlər. İranda da çoxlu Azərbaycan türkü olan balaban ustadlarımız fəaliyyət göstərirlər. Bu aləti mən də, digər sənət dostlarım da istənilən səviyyədə təqdim etməyə hazırıq. Balaban Azərbaycan xalqının böyük sənətkarlarının, ustadlarının bizə qoyub getdiyi əmanətdir. Biz o əmanəti qorumalıyıq”.

Əməkdar artist, tanınmış balaban ustası Şirzad Fətəliyev “Bakı-Xəbər”ə bildirdi ki, balaban ustası kimi illərdir erməni yalanına qarşı mübarizə aparır. Balaban sənətini dünyanın bir sıra ölkələrində təbliğ etdiyini deyən Ş.Fətəliyev qeyd etdi ki, xaricilər balabana çox böyük maraq göstərirlər: “Belə bir təklif irəli sürdüyünüz üçün qəzetinizə təşəkkürümü bildirirəm. Bu olduqca vacib və həssas məsələdir. Bir balaban ustası kimi ən böyük arzum bu musiqi alətinin UNESCO-nun qeyri-maddi irs siyahısına salınmasıdır. İllərdir erməni yalanına qarşı mübarizə aparıram. Balaban milli musiqi alətimiz kimi hər zaman təbliğ edilməsinə baxmayaraq, ermənilər bu musiqi alətinə qarşı iddialarını davam etdirirlər. Aşıq sənəti UNESCO-ya daxil edilib. Balaban sənəti də tarixən aşıq sənəti ilə paralel inkişaf edib. Bu baxımdan balaban sənəti də UNESCO-ya daxil edilməlidir. Balabanın Azərbaycan milli musiqi aləti kimi UNESCO-da təsdiq ediləcəyi günü səbrsizliklə gözləyirəm. Mən özüm dəfələrlə Avropanın müxtəlif ölkələrində balabanı səsləndirmişəm, təbliğ etmişəm. Fransada, UNESCO-nun özündə Qazax-Tovuz və Şirvan aşıqları ilə çıxış etmişik. Bütün dünyada təsdiq edilməlidir ki, balaban Azərbaycan xalqının yaşı çox qədim olan milli musiqi alətidir”.

Erməni yalanına qarşı birləşməli olduğumuzu deyən Ş.Fətəliyev qeyd etdi ki, Azərbaycanda çox istedadlı balabançılar nəsli mövcuddur. Onun sözlərinə görə, bütün dünyada balaban məktəbini tanıtmaq üçün səylər göstərməliyik: “Bu gün ermənilər çalışırlar ki, hər yerdə balabanı “erməni musiqi aləti” kimi tanıtsınlar. Biz buna qarşı mübarizədə fəal olmalıyıq. Mən bir balaban ifaçısıyam və öz sənətimi yaxşı bilirəm. Balaban haqqında tarixi mənbələrdə olan məlumatlardan xəbərdaram. Bütün mənbələrdə balabanın Azərbaycanın milli musiqi aləti olduğu qeyd edilir. Hesab edirəm ki, Allahın köməkliyi ilə haqq-ədalət qələbə çalacaq. Çünki haqlı tərəf və balabanın əsl sahibi bizik. Balabanı bizim musiqi alətimiz kimi UNESCO-ya tanıtmağımız, onu burada təsdiqlətməyimiz vacibdir. Bəzən eşidirik ki, ermənilər balabanı UNESCO-da öz adlarına keçirmək istəyirlər. Anlaya bilmirəm ki, başqa bir xalqın musiqi alətini necə mənimsəmək olar? Düşünürəm ki, UNESCO-nun ekspertləri bu məsələyə həssas yanaşacaqlar. Araşdırsalar görərlər ki, bu alət onların yox, bizimdir”.

Qeyd edək ki, balabanın Azərbaycan musiqi aləti olması ilə bağlı Müəllif Hüquqları Agentliyi də dəfələrlə bəyanatlar yayıb, fikirlər səsləndirib. Bu musiqi alətinin Azərbaycan xalqına mənsub olması və mədəni irsimizin bir parçasını təşkil etməsi dünyada daha yüksək səviyyədə təbliğ və təşfiq edilməlidir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ