Cümə günü, 09 oktyabr 2026
     

Dodaqdəyməz, dildönməz, nəfəsçəkməz, gedər-gəlməz, təcnis və cığalı təcnis kimi unikal şeirlərimiz UNESCO-ya daxil edilə bilərmi?

Image


Məhərrəm Qasımlı: “Təklifiniz çox maraqlı və aktualdır”
Araz Yaquboğlu: “Onları UNESCO-nun siyahısına salsaq, hesab edirəm ki, o nümunələr əbədi olaraq qorunacaq”

 

Azərbaycan poeziyasının elə örnəkləri var ki, onlar öz orijinallığına görə seçilir. Deyərdik ki, bu şeir növlərinə digər xalqların ədəbiyyatında, folklorunda rast gəlinmir. Azərbaycan xalqının şeir irsinin əsasında sözsüz ki, folklorumuz, aşıq şeiri dayanır. Bu istisnasız belədir. Aşıq poeziyasında bir sıra janrlar var ki, hazırda o janrlarda yazanlar, demək olar, yoxdur.

Yüzillər əvvəl isə görkəmli aşıqlar həmin janrlarda qeyri-adi poeziya nümunələri yaradıblar. Biz onlardan dodaqdəyməz, dildönməz, nəfəsçəkməz və s. aşıq şeiri janrlarını misal gətirə bilərik. Təcnis və cığalı təcnis də bu örnəklərin sırasında özünə yer tutur. Bu gün təcnis janrında yazanlar var, ancaq onların sayı elə də çox deyil.

Dodaqdəyməz maraqlı, bənzərsiz aşıq şeiri şəkillərindən biridir. Aşıq ədəbiyyatı araşdırıcılarının yazdığına görə, təcnisin əsas növlərindən biri olan dodaqdəyməz əsasən qoşma formasında olur. Alimlərə görə, dodaqdəyməzin başlıca xüsusiyyəti şeirdə qoşa dodaq samitləri (m, b, p), bəzən isə diş və dodaq samitləri (z, v, f) olan sözlərin işlədilməməsidir. Belə şeirlərin qoşulması çətin olduğundan, bu formaya az müraciət edilir. Dodaqdəyməzdə süni kəlmələrdən, təhrif olunmuş ifadələrdən istifadə edilməməlidir. Dodaqdəyməz yüksək sənətkarlıq nümunəsi hesab edilir.

Dodaqdəyməzin ən unikal nümunələrini dahi aşığımız dədə Ələsgər yaradıb. Onun bu qəbildən olan "A yağa-yağa", "Çata-çat", "Nə yaxşı-yaxşı", "Ay eylər qıj-qıj" və s. şeirləri dodaqdəyməzin ən gözəl nümunələrindəndir.

Aşıq çaşsa, dildə "qar"a "qar" qalar,
Dağlar sinəsində qara qar qalar,
Gəştə çıxsa ərşə qara qarğalar,
Çalar qanadların, ay eylər qıj-qıj!

Şeirdən gətirdiyimiz nümunədən aydın olur ki, bu şeir növü olduqca fərqli və orijinaldır. 

Dildönməz şeir növünə gəlincə, deməliyik ki, o da Azərbaycan aşıq şeirinin nisbətən az işlənən növlərindən biridir. Aşıqşünaslar yazırlar ki, dilin tərpənməsini tələb edən hərflərin mümkün qədər az işlənməsi prinsipi əsasında yaranır. Gəraylı kimi misraları səkkiz hecalı olur. Bütün şeir çox vaxt 3, ya 5 bənddə qoşulur.

Yenə Aşıq Ələsgərdən bir nümunə gətirməklə fikrimizi əsaslandırmaq istəyirik. Ozanlar ozanı "Bax-bax" dildönməzində belə deyir:

Axı biya, biya, bigu,
Bigu, biqof, dağa bax-bax!
Həyyü, həqqü hakim sənsən,
Həyyə bax, bu bağa bax-bax!
Gözüm sağı, səhər çağı,
Geyək ağı, gəzək bağı;
Hamı sevir bu sayağı,
Qaymağa, həm yağa bax-bax!
Əziz ayə, müəmmayə,
Salsan sayə bu məvayə,
Səbəb sənsən, bu səvdayə,
Böyük ağa, sağa bax-bax!

Göründüyü kimi, hədsiz dərəcədə qeyri-adi bir örnəkdir.

Təcnis də aşıq şeirinin orijinal növlərindən biridir. Aşıqşünaslar yazırlar ki, təcnis qoşmanın bir növüdür. Qoşmadan fərqli cəhəti qafiyələrinin cinas sözlər üzərində qurulmasıdır. Cinas sözlər omonimlərə oxşayan sözlərdir. Daha doğrusu, bu sözlərin yazılışı və səslənişi oxşar, mənaları müxtəlifdir. Məsələn:

Nə vaxtacan fələk mənə ax çalar?
Faydasızdır zər-qızıllar, axçalar.
Cavan Hüseyn, qara xəttin ağ çalar,
Deyərlər ki, qoca aşıq, çal, a çal!

Təcnisin bir növü olan cığalı təcnis də öz maraqlı göstəricilərinə görə diqqəti çəkir. Aşıqşünaslar qeyd edirlər ki, təcnisin bir növü olan cığalı təcnisin hər bəndinə bir bayatı əlavə edilir. Əlavə edilən bənd cığa bənd adlanır. Cığa bənd ilk iki misradan sonra işlənir. Məsələn:

Həqiqətin elmi dəryadan dərin,
Naşı qəvvas orda bil, üzə bilməz!
Mən aşiqəm, üz barı,
Canan gəldi üz barı.
Azad bağda gül açıb,
Nazlı dilbər, üz, barı!
Kamil bağban açıb bağların dərin,
Namərdlər bağlardan gül üzə bilməz!

Aşıq şeir şəkillərindən biri də çox az işlənən və demək olar ki, aşıq ədəbiyyatında az rast gəlinən nəfəsçəkməzdir. Bu şeir nəfəs çəkmədən, birnəfəsə söylənir. Bəzən ona nəfəsçatmaz da deyilir. Müxtəlif aşıqların yaradıcılığında özünü göstərir.

Məsələn, həmən şəklin Aşıq Bəstidə belə bir nümunəsinə rast gəlirik:

Söylə, loydənmi gəlirsən,
Yollanma qurban olum!
Ağaclıqdan gül dərdinmi,
Əllərinə qurban olum!

Azərbaycan aşıq poeziyasının mükəmməl örnəklərindən olan adlarını qeyd etdiyimiz şeir şəkilləri qeyri-maddi mədəni irs kimi qorunur, aşıqların ifasında səslənir, müxtəlif nəşrlərdə qorunur. Bununla belə, bu şeir şəkillərinin daha yüksək səviyyədə qorunması, beynəlxalq aləmdə tanıdılması da əsas məsələlərdən biri kimi özünü göstərir. Məlum olduğu kimi, aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu olduqca müsbət haldır. Sözsüz ki, burada çox böyük əməyi olan Heydər Əliyev Fondunun rəhbəri, respublikamızın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini qeyd etməliyik.

Bu gün isə dodaqdəyməz, dildönməz, nəfəsçəkməz, gedər-gəlməz, təcnis, cığalı təcnis kimi şeir növlərinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi zərurəti yaranıb. Düşünürük ki, dünya poeziyasında, folklorunda analoqu olmayan bu şeir növlərinin Azərbaycan poeziyasının, aşıq şeirinin qeyri-adi örnəkləri kimi UNESCO-ya daxil edilməsi məsələsi diqqəti çəkəcək.

Yeri gəlmişkən, bir neçə il əvvəl “Olaylar” İnformasiya Agentliyinin və eyni adlı qəzetin baş redaktoru, yazıçı Yunus Oğuz da sözügedən məsələni gündəmə gətirmişdi.

Adlarını qeyd etdiyimiz aşıq şeir şəkillərinin UNESCO-ya daxil edilməsinin müsbət hal ola biləcəyini qeyd edən əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bizimlə söhbətində bildirdi ki, bu ideya reallaşarsa, çox yaxşı olar: “Hesab edirəm ki, təklifiniz çox maraqlı və aktualdır. Həqiqətən də bu şeir növlərinin dünyada analoqu yoxdur. UNESCO-ya təqdim edilərsə, yaxşı hal olar”.

Tədqiqatçı Araz Yaquboğlu da bizimlə söhbətində ideyamıza dəstək verdiyini bildirdi. Onun sözlərinə görə, dodaqdəyməz, dildönməz, nəfəsçəkməz, gedər-gəlməz, təcnis və cığal təcnis, eləcə də digər şeir şəkillərinin UNESCO-ya daxil edilməsi müsbət hal olardı: “Azərbaycan aşıq şeirinin qeyd etdiyiniz növlərinin dünya poeziyasında bənzəri yoxdur. Bu şeir şəkillərinin UNESCO-ya salınması çox yaxşı olardı. Bilirsiniz ki, hazırda bu şeir növlərində yazan şairlər, demək olar ki, yoxdur. Yalnız bəzən təcnis yazanlara rast gəlirik. Bütövlükdə, bu unikal nümunələrin dünya çapında tanıdılması vacibdir. Bu şeir şəkilləri bizim mədəni irsimizin ayrılmaz parçasıdır. Onları UNESCO-nun siyahısına salsaq, hesab edirəm ki, o nümunələr əbədi olaraq qorunacaq. Vaxtında balabanı yüksək səviyyədə təbliğ edib UNESCO-ya saldırsaydıq, bu gün mənfur qonşularımız onu öz adlarına çıxmağa çalışmazdı. Təbii, bu iddiadır. Bu alətlə onların heç bir əlaqəsi yoxdur. Biz çalışmalıyıq ki, Azərbaycan xalqının maddi və qeyri-maddi irsini tam olaraq UNESCO-da tanıdaq. Çünki bütün mənalarda onun bizə xeyri var. Ümid edirəm ki, təklifiniz əlaqədar qurumların, mütəxəssislərin diqqətini çəkəcək. Bu işə müsbət reaksiya veriləcəyinə şübhə etmirəm”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ