Cümə günü, 09 oktyabr 2026
     

Müasir Azərbaycan kino sənətində axsayan daha bir sahə - dedektiv…

Image


Zülfiyyə Eldarqızı: “Düşünürəm ki, bu janrda yeni filmlər çəkilməlidir”
Kamil Xalıqov: “Azərbaycan polisinin, prokurorluq orqanlarının cinayətkarlıqla mübarizədə o qədər nailiyyətləri var ki, onlar kinoya gətirilməlidir”
Təbriz Vəfalı: “Milli film sənayemizin məhsulları arasında peşəkar dedektiv filmləri yoxdur”

 

Dedektiv filmlər, hansı səviyyədə istehsal edilməsindən asılı olmayaraq, tamaşaçıların marağını cəlb edir. Xüsusən də gənc nəsil dedektiv filmlərə böyük maraq göstərir. Sözsüz ki, hər dövrün öz dedektiv filmləri və bu mözvuya yanaşması olur. Keçmiş nəsil tamaşaçılar dünya kinosunun çox məşhur dedektiv filmlərindən olan “Xaç atası”, “Şerlok Holms” və s. filmləri xatırlayırlar. Bugünkü nəslin isə dedektiv filmlər haqqında öz mövqeyi var. Onlar dünya kinoteatrlarında nümayiş etdirilən, internetdə yer alan “Cinayət xatirələri”, “Təlim günü”, Günah şəhəri” və s. filmlərə baxdıqlarını deyirlər.

Əlbəttə, gənclərin xarici dedektiv filmlərə maraq göstərməsi təbiidir, çünki bizim özümüzdə bu janrda filmlər çox az yaranır. Son illər bu janrda lentə alınan bir neçə filmin adını qeyd edə bilərik, lakin bu filmlərin yerli tamaşaçılar üçün nümayiş olunmaması onlar haqqında fikir bildirməyin qarşısını alır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızının sözlərinə görə, dünya kinosunda dedektiv janrda çəkilən filmlərə maraq böyükdür. Azərbaycanda bir neçə peşəkar dedektiv yazıçı olduğunu qeyd edən Z.Eldarqızı bildirdi ki, ancaq onların əsərlərinin motivləri əsasında filmlər çox az çəkilib. Ekspertin sözlərinə görə, bir sıra kino janrları var ki, orada boşluq hiss olunur. Azərbaycan tamaşaçısının dedektiv filmlərə böyük maraq göstərdiyini deyən müsahibimiz hesab edir ki, onların tələbatı yerli kinematoqraflar tərəfindən ödənilməlidir. Z.Eldarqızının qeyd etdiyinə görə, Sovet illərində Azərbaycanda bir sıra dedektiv filmlər çəkilib. Respublikamızda ilk dedektiv filmin keçən əsrin 20-ci illərində çəkildiyini qeyd edən Z.Eldarqızı bildirdi ki, bu “Əvəz-əvəzə” filmidir: “Sirr deyil ki, tamaşaçılar dedektiv filmləri çox sevirlər. Xüsusən də kişilərin ən çox baxdığı filmlər sırasında bu janrda olan kinolar üstünlük təşkil edir. Mən, düzünə qalsa, bu janra elə də maraq göstərmirəm. Buna baxmayaraq, bizdə də yeni dedektiv filmlər çəkilməlidir ki, tamaşaçılar öz filmlərimizə baxsınlar. Bilirsiniz ki, Azərbaycan tamaşaçıları çox tələbkardır və daha keyfiyyətli, hadisələrlə, süjetlərlə zəngin, dinamik filmlər tələb edirlər. Azərbaycanda Sovet illərində maraqlı dedektiv filmlər çəkilib. İlk dedektiv filmimiz 1925-ci ildə “Bakı” kinostudiyasında istehsal olunan “Əvəz əvəzə” filmidir. Bu film Dövlət Film Fondu tərəfindən bərpa edilib. Filmin rejissoru rusiyalı Aleksandr Litvinov olub və altı hissədən ibarət bu səssiz filmdə baş rolda görkəmli səhnə və kino xadimi Abbas Mirzə Şərifzadə çəkilib. Sonrakı mərhələlərdə də Azərbaycanda dedektiv filmlər çəkilib. Tamaşaçı marağını özünə cəlb edən filmlər sırasına “Onu bağışlamaq olarmı?” (1959), “Arxadan vurulan zərbə” (1977), “De ki, məni sevirsən!” (1977), “Doğma sahillər (1989), “Dərvişin qeydləri” ( 2013), “Məhkumlar” (2007), “O qızı tapın” (1970), “Qaladan tapılan mücrü” (1982), “Qara volqa” (1994), “Qətldən yeddi gün sonra” (1991), “İstintaq” (1979), “Şahid qız” və s. filmlər daxildir. Görün bu illər ərzində nə qədər dedektiv filmlər çəkilib. Sözsüz ki, bu filmlərin hər birinin ssenariləri də mükəmməldir. Düşünürəm ki, bu janrda yeni filmlər çəkilməlidir. Son bir neçə ildə ara-sıra dedektiv janrda filmlər çəkilir, lakin onlar da geniş tamaşaçı kütləsi üçün nümayiş olunmur. Azərbaycan tamaşaçısı hər zaman dedektiv filmləri sevib və bu janrda filmlərə maraqla baxıb”.

Kinoşünas Kamil Xalıqov da bizimlə söhbətində dedektiv filmlərin az çəkildiyini qeyd etdi. Onun sözlərinə görə, müstəqillik illərində çəkilən ən maraqlı dedektiv film “Qara volqa” filmidir. K.Xalıqovun qeyd etdiyinə görə, son illər qorxulu ve dedektiv dram janrında film çəkilib, ancaq bu da janrın tam tələbatını ödəmir. “İblisin oyunu” filmindən danışan kinoşünas bildirdi ki, bu film Qafqazda indiyə kimi çəkilən ən qorxulu, tükürpədən film sayılır. “Dedektiv filmlərin kökündə cinayətkarın ifşa edilməsi, onu ifşa edənə qədər yaşanan maraqlı proses, bir az da macəra ovqatı dayanır. Azərbaycanda son illər dedektiv janrda iki-üç film çəkilib. Halbuki, daha çox filmlər çəkmək olar. Birincisi, bizdə dedektiv yazarlar var, ikincisi, dedektiv janrda çəkilən filmlərə sponsorlar pul ayırırlar. Dünya oxucusunun yaxşı tanıdığı Çingiz Abdullayevin əsərləri əsasında da dedektiv filmlər, seriallar çəkmək tam mümkündür. Sovet illərində bir neçə dedektiv film çəkilib”.

O qeyd etdi ki, son illər Azərbaycanda çəkilən dedektiv filmlərdən biri “Sahə” filmidir. Həmin film beynəlxalq detektiv filmlər festivalının xüsusi mükafatına layiq görülüb. Kinoşünasın sözlərinə görə, “Sahə” “Nərimanfilm”, “Gürcüstanfilm” və “Baqirafilm” (Gürcüstan) studiyalarının birgə istehsalıdır.

“Mənə belə gəlir ki, tamaşaçının marağını əsas tutub bu janrda filmlər çəkilsə yaxşı olar. Azərbaycan polisinin, prokurorluq orqanlarının cinayətkarlıqla mübarizədə o qədər nailiyyəti var ki, onlar kinoya gətirilməlidir. Bu nailiyyətlər əsasında çəkilən istənilən dedektiv film böyük maraqla qarşılanar” - deyə K.Xalıqov bildirdi.

Yazıçı-publisist, qalmaqallı “Mafiya. Zor və ağlı özündə birləşdirən məxfi qurum” adlı kitabın müəllifi Təbriz Vəfalı bildirir ki, hər bir filmin çəkilişi üçün əvvəlcə ssenari yazılmalıdır. Ssenarini yazmaq üçün isə konkret mövzu, istiqamət əsas götürülməlidir. Onun dediyinə görə, keçmiş SSRİ dövründə təkcə digər sovet respublikalarında deyil, Azərbaycanda da istənilən mövzuda çəkilmiş filmlərin hamısı sovet psixologiyasının təbliğatına xidmət edib. Xüsusilə də dedektiv filmlər kriminal cinayətkarlara qarşı sovet milis sisteminin apardığı uğurlu əməliyyatlar, ən qatı cinayətkarların belə yaxalanıb ədalət qarşısında mühakimə edilməsi və sair məsələlər önə çəkilib: “Azərbaycan müstəqillik qazandıqdan sonra sərbəst bazar iqtisadiyyatı yarandı. Yəni hər kəs öz məhsulunu istehsal etməyə və bu məhsulunu satmağa başladı. İqtisadi-siyasi böhranın və hərc-mərcliyin hökm sürdüyü illərdə maddi sıxıntılar içərisində boğulan film sənayemiz tərəqqi əvəzinə, tənəzzülə doğru getdi. Nəticədə dövlətçiliyə xidmət edən və tərbiyəvi əhəmiyyət kəsb edən filmlərimizin sayı azaldı. Elə indiki dövrdə də belə filmlərimizin sayı çox azdır”.

Yazıçı-publisist deyir ki, son illərdə dedektiv filmlər bütün dünyada, o cümlədən qonşu ölkələrdə xeyli populyarlıq qazanıb. Xüsusilə də Türkiyədə dedektiv və mafiya mövzusunda çəkilən filmlər getdikcə öz nüfuzunu daha da artırmaqdadır. Amma təəssüf ki, Azərbaycan bu istiqamətdə ciddi addım ata və öz məhsulunu ortaya qoya bilmir: “Respublikamızda dedektiv filmlərin çəkilməməsi bir sıra səbəblərlə əlaqədardır. Birincisi, peşəkar ssenarilərin yazılmaması, yaxud qane edilməyəcək dərəcədə az qonarar təklif olunması üzündən, peşəkarların dedektiv janrda ssenari yazmaqdan imtina etməsi ciddi problem yaradır. İkincisi, dedektiv filmlərin çəkilişi çox mürəkkəb bir proses olmaqla yanaşı, həmçinin, xeyli maliyyə vəsaiti tələb edir. Düzdür, bəzi kadrlar müxtəlif proqram təminatları ilə hazırlanır. Amma canlı kadrların əksəriyyəti, məsələn, silahlı atışmalar, maşınların və evlərin partladılması, obyektlərin yandırılması, nəqliyyat vasitələrinin seçilməsi və sair üçün maliyyə lazımdır. Üçüncü səbəb də odur ki, Azərbaycanda dedektiv filmlərin çəkilişinə cəlb ediləcək peşəkar aktyorlar çox azdır. Ona görə də milli film sənayemizin məhsulları arasında peşəkar dedektiv filmləri yoxdur”.

Təbriz Vəfalı təklif edir ki, dedektiv janrda milli məhsulların ortaya çıxarılması üçün Türkiyənin və Rusiyanın dedektiv filmlər üzrə peşəkarlaşmış film studiyaları ilə ortaq layihələr həyata keçirilsin: “Təbii ki, belə filmlərdə milli mentalitet məsələləri, dövlətçilik maraqları, ümumxalq mənafeyi nəzərə alınmalıdır. Üstəlik, bu cür filmlər tərbiyəvi rol oynamalı, insanlarımıza mənfi psixoloji təsir aşılamamalıdır. Ona görə bu məsələdə təcrübəli ssenaristlərin peşəkar ssenarilər yazmalarına şərait yaradılmalı, filmlərin çəkilişləri üçün məkanların və mahir aktyorların seçilməsi mütləq lazımdır. Bir sözlə, uğurlu nəticələrin əldə edilməsi üçün Rusiya və Türkiyənin film studiyalarının təcrübəsindən yararlanmaq bizim üçün çox əhəmiyyətli ola bilər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ