Cümə günü, 09 oktyabr 2026
     

Milli qəhrəmanlarımızla bağlı nəhayət bircə povest, ya roman…

Image


Nəzakət Məmmədova: “Bu gün milli qəhrəmanlarla bağlı nümunə kimi göstərilə biləcək bir roman, povest yoxdur”
Leyla Məmmədəliyeva: “Çox arzu edərdim ki, milli qəhrəmanlar haqqında bədii əsərlər yazılsın”

 

Çağdaş Azərbaycan ədəbiyyatının ana xəttini qəhrəmanlıq janrı təşkil etməlidir desək yanılmarıq. Bu gün cəmiyyətin, gənc nəslin buna böyük ehtiyacı var. Mənfur qonşularımızın Azərbaycan torpaqlarına göz dikməsi yüzlərlə Azərbaycan oğul və qızını silaha sarılıb Vətənin müdafiəsinə qalxmağa səfərbər etdi. İşğalçıları torpaqlarımızdan qovmaq, ərazilərimizi yağı düşməndən azad etmək üçün neçə-neçə canlar Vətən uğrunda fəda oldu.

Düşmənə qarşı mübarizədə canından, sağlamlığından keçən insanların qəhrəmanlığı, şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi və onların bir qisminə vəfatından sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verildi. Bu gün Milli Qəhrəman adına layiq görülənlərdən bir neçəsi sağdır, həyatdadır.    

Qarabağ uğrunda şəhidlik zirvəsinə ucalan milli qəhrəmanlarımız haqqında indiyə qədər irihəcmli bədii əsər yazılmayıb. Hətta həyatda olanlarla da bağlı nə bir roman, nə bir povest yazılıb. Biz milli qəhrəmanlar haqqında yazılan yeganə əsər kimi tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin Azərbaycan Respublikasının Milli Qəhrəmanı Asif Məhərrəmova (Fred Asif) həsr etdiyi “Fred Asif” sənədli romanını qeyd edə bilərik. Bundan başqa əsərlərin adını çəkməkdə çətinlik çəkirik.

Yazıçıların bu mövzuya müraciət etməməsinin səbəblərini şərh edən ekspertlər qeyd edirlər ki, yaşlı yazıçıların bu mövzuda yazması çətindir, bu mənada ki, buna onların səhhəti imkan vermir. Orta nəsil və gənc nəsil yazıçılarına gəlincə, ekspertlər bildirirlər ki, onların bir qismi “Nobel” almaq mərəzinə düçar olduğundan, qondarma mövzulara baş qoşublar. Yəni onların bu mövzulardan başı açılmır ki, qəhrəmanların ömür, döyüş tarixçəsini vərəqləyib ortaya sanballı bir əsər çıxarsınlar. Ekspertlər qeyd edirlər ki, real hadisələr əsasında tarixi roman, povest yazmaq çətin olduğu üçün, bəzi istedadlı yazarlar da bu sahəyə üz tutmurlar.

Məlumdur ki, dövlətimiz milli qəhrəmanların xatirəsinə çox böyük sayğı ilə yanaşır, onların adlarının əbədiləşdirilməsi istiqamətində davamlı siyasət həyata keçirir. Bu, bədii ədəbiyyatda da öz əksini tapmalıdır.     

Bədii ədəbiyyatın daha böyük təsir gücünə malik olduğunu nəzərə alaraq qeyd etmək istəyirik ki, milli qəhrəmanların obrazlarının ədəbiyyata gətirilməsi olduqca vacibdir. Bədii ədəbiyyatdan fərqli olaraq, jurnalistika və publisistikada milli qəhrəmanlar haqqında kifayət qədər yazı var.

Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyası milli qəhrəmanlarla bağlı həcmli sənədli əsərlər, kitablar meydana çıxarıb. Ayrı-ayrı jurnalist və publisistlərin də milli qəhrəmanların həyat və döyüş yolu haqqında sənədli əsərləri var. Bircə bədii ədəbiyyat bu sahədə axsayır. Yeri gəlmişkən, deyək ki, poeziyada bu boşluq yoxdur. Şairlər milli qəhrəmanlar haqqında şeirlər, poemalar yazıblar. Ancaq nasirlər nədənsə bu sahədə hələ də söz demək istəmirlər. Bəlkə kimsə milli qəhrəmanlar haqqında əsər yazıb, lakin o əsəri ortaya çıxarmadığı üçün, ictimaiyyətin bundan xəbəri yoxdur.

Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyasının baş redaktoru, tanınmış şairə-publisist Nəzakət Məmmədova bizimlə söhbətində bildirdi ki, milli qəhrəmanlar haqqında xeyli sayda sənədli əsərlər yazılıb. N.Məmmədovanın qeyd etdiyinə görə, sənədli əsərlərlə yanaşı, bədii əsərlərin də yaranması vacib məsələdir: “Ağrılı yerimizə toxunmusunuz. Bu gün milli qəhrəmanlarla bağlı nümunə kimi göstərilə biləcək bir roman, povest yoxdur. Öz cəsarəti, şücaəti ilə fərqlənən, düşmənin dizini qıran oğullarımızdan olan və müasir gəncliyin yaxşı tanıdığı Milli Qəhrəman Mübariz İbrahimov haqqında da hələ bir bədii roman, povest yazılmayıb. Mübariz İbrahimovun qəhrəmanlığını, Vətən uğrunda verdiyi mücadiləni povestə, romana çevirmək olardı. Təəssüf ki, bu əsər hələ yazılmayıb. Bizim digər milli qəhrəmanlarımız var. Onlar Dağlıq Qarabağ müharibəsində həlak olublar. Bu qəhrəman oğulların hər birinin həyatından, döyüş yolundan irihəcmli bədii əsərlər yazmaq lazımdır. Gənclik o qəhrəmanların döyüş yolunu, düşmənə qarşı mübarizəsini dərindən mənimsəməlidir. İndiyə qədər ədəbiyyatımızda Milli Qəhrəman obrazının yaradılmaması təəssüf doğurur. Əslində, ədəbiyyatımızın baş mövzusu qəhrəmanlarımızla bağlı olmalıdır”.

N.Məmmədova qeyd etdi ki, Vətən uğrunda canını fəda edən hər bir qəhrəman, müharibə veteranı, şəhid xalqımız üçün əzizdir. Odur ki, onların obrazlarının ədəbiyyatda canlandırılmasının, onlara bədii nəfəs verilməsinin vacibliyini vurğulayan N.Məmmədova hesab edir ki, yazıçılar, dramaturqlar bu istiqamətdə öz sözlərini deməlidirlər: “Bəzən deyirlər ki, müharibə hələ bitmədiyi üçün, Qarabağ müharibəsindən yazmaq tezdir. Hesab edirəm ki, bu mövzuda yazılmalıdır. Çünki müharibənin od-alovunu, vəhşətini görən insanlar, müharibə iştirakçıları var, onlar hər şeyin şahididirlər. Bu baxımdan yazıçılar onların xatirələrinə söykənib əsərlər yaza bilərlər. Həyatda olan milli qəhrəmanlarımız var. Onların da hansısa birinin döyüş yolu bədii əsərə çevrilə bilər. Düşünürəm ki, sizin qaldırdığınız məsələdən sonra yazıçılar bu barədə fikirləşəcəklər və milli qəhrəmanlarımızla bağlı əsərlər yazacaqlar”.

Ədəbiyyatşünas Leyla Məmmədəliyeva da bizimlə söhbətində atəşkəs elan olunmasından uzun illər keçməsinə baxmayaraq, müharibə mövzusunda bədii əsərlərin az yaranmasını və milli qəhrəmanlar haqqında romanların, povestlərin yazılmamasını təəssüflə qarşılayır. Onun sözlərinə görə, bu gün yazıçıların bu istiqamətdə əsərlər yazması üçün kifayət qədər material var: “Çağdaş ədəbiyyatımızda milli qəhrəmanlar haqqında sanballı bədii əsərlərin, roman və povestlərin yazılmamasını müsbət qarşılamıram. Hesab edirəm ki, yazıçı və dramaturqlar bu mövzuları gündəmə gətirməlidirlər. Sözün düzü, bir ədəbiyyatşünas kimi, milli qəhrəmanlar haqqında bədii əsər axtaranda əliboş qalırıq. Çünki əsərlər yazılmadığı üçün, bizim əlimizdə material olmur. Atəşkəs elan olunmasından uzun illər keçib. Gərək indiyə qədər bu istiqamətdə əsərlər yaranaydı. Kitabxanalarda milli qəhrəmanlar haqqında ancaq sənədli, publisistik kitablar var. Sözsüz ki, şagirdlər də publisistik əsərləri oxumaqda çətinlik çəkirlər. Bədii əsər isə daha oxunaqlı, bədii dildə olduğu üçün, şagirdləri, yeniyetmələri, gəncləri cəlb edir. Bilirsiniz ki, milli qəhrəmanların böyük əksəriyyəti Qarabağ müharibəsi dövründə bu ada layiq görülüblər. 1995-ci ildən üzü bu yana 9 Vətən oğluna Milli Qəhrəman adı verilib. Heç olmasa son dövrlərin qəhrəmanları haqqında bədii əsərlər yazılsın.  Ümumiyyətlə, yazıçılar milli qəhrəman obrazlarını ədəbiyyata gətirməlidirlər. Bu, gənclərin milli vətənpərvərlik ruhunun formalaşmasına, inkişafına daha müsbət təsir edər. Vaxtilə Sovet İttifaqı qəhrəmanları haqqında yazılan bədii romanlar, povestlər əl-əl gəzirdi. Çox arzu edərdim ki, milli qəhrəmanlar haqqında bədii əsərlər yazılsın və o kitablar əl-əl gəzsin. Biz bununla həm o qəhrəman oğulların ruhunu şad edərik, həm bu onların ailəsi üçün bir təsəlli olar, həm də onların mübarizə yolunu gənclərə tanıda bilərik. Bədii əsərin gördüyü işi heç nə ilə əvəz etmək olmaz”.

İradə SARIYEVA       



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ