Cümə günü, 09 oktyabr 2026
     

O xanımı siz də tanıyın... Dağlıq Qarabağ radiosunun “Levitanı” Şura Xudiyeva

Image


Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək! (H.Cavid)
Yaranmışın ən böyük sirri qadınla bağlıdır (D.Horfeldt).
Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub (O.de Balzak)
Biz öz şah əsərlərimizi qadınlardan aldığımız ilham sayəsində yaradırıq (A.Düma)
Qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır (E.Krepelin)

 

...Qadın haqqında nə sözlər tükənir, nə fikirlər bitir, nə də bu alovlu məhəbbətin sahili görünür. Mənim də yazımın qəhrəmanı ziyalı vətəndaş, ağbirçək xanım, fədakar qadın Şura Xudiyevadır.

Şura müəllimə haqqında qarabağlı ziyalılarımızdan çox eşitmişdim. Onun Dağlıq Qarabağ Muxtar Vilayəti  Xalq Maarif Şöbəsinin müdir müavini işlədiyi zamanlarda təhsildəki nailiyyətləri, ictimai fəallığı, radio fəaliyyəti ziyalı xanım kimi diqqətimi çəkirdi. Elə bu səbəbdən də Şura xanımı yaxından tanımaq, onunla həmsöhbət olmaq fikrinə gəldim. Ancaq necə? Haqqında yazmaq istədiyim xanım məni tanımır. Tanımadığı bir xanımla həmsöhbət olacaqdımı?..

Zəng etdim Şura xanıma. Telefonun o başında qəlbə yatımlı, doğma, gözəl bir səs məni valeh etdi. Hətta mənə elə gəldi ki, 78 yaşlı xanımla deyil, cavan bir aktrisa ilə söhbət edirəm. Qüsursuz nitq, aydın diksiya, məlahətli səs tembri... 5 dəqiqəlik telefon danışığından bir istilik, doğmalıq hiss etdim. Sonra məlum oldu ki, Şura xanım əslən Laçındandır.  Bəlkə də elə bizi doğmalaşdıran   ata-baba yurdumuz Laçın oldu...

Səhər yollandım   Şura xanımın pişvazına. Qapını açanda qarşımda zahirən cılız, zəif, amma ruhunda varlığı görünən ağ birçəkli, simasından kübarlıq yağan bir fədakar  ana,  cəfakeş qadın gördüm.

1988-ci ildən başlayan Qarabağ hadisələri, digər insanlar kimi, Şura xanımın da həyatından izsiz keçməyib. Onlar da öz doğma Xankəndi torpaqlarından uzaq düşməyə məcbur edilənlərdən olublar.

Şura Məhəmməd qızı Xudiyeva orta təhsilini Şuşa şəhəri, 1 saylı məktəbdə alıb. Şuşa Pedaqoji Texnikumunda orta ixtisas təhsilini bitirdikdən sonra bir il sinif müəllimi işləyib. Təhsilini davam etdirmək istəyi və ədəbiyyata olan sonsuz marağı onu Azərbaycan Pedaqoji İnstitutuna gətirib. Azərbaycan dili və ədəbiyyatı fakültəsini müvəffəqiyyətlə bitirən Şura Xudiyeva pedaqoji fəaliyyətini Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbdə davam etdirib. Sonradan elə həmin şəhərdə Müəllimlərin Təkmilləşdirmə İnstitutunda metodist kimi çalışıb. Çox keçməmiş Şura xanım işgüzar fəaliyyətinə görə daha yüksək vəzifəyə təyin olunub və 1990-cı ilə qədər  Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Maarif Şöbəsində müdir müavini vəzifəsini icra edib. Bu vəzifədə gərgin əmək sərf edib. Vilayətin ucqar kəndlərində məskunlaşan azərbaycanlıların təhsil alması üçün erməni millətçiləri ilə sözün həqiqi mənasında mübarizə aparmalı olub və bu mübarizənin bəhrəsini görüb.

Məlum Qarabağ hadisələri ilə əlaqədar Bakıya köçdükdan sonra Şura xanım pedaqoji fəaliyyətini Nərimanov rayonu Xalq Təhsili Şöbəsində metodist kimi davam etdirib. Təhsil sahəsində işlədiyi illərdə “Diferensiallaşdırma və fərqləndirmə”, “Mədəniyyət inqilabçılığı sevmir”, “Tərbiyə də bir silahdır”, “Müəllim - şagird münasibətləri”, “Bir daha ifadəli oxu haqqında”, “Qeyri-adi açıq dərs” adlı məqalələr günümüzdə də aktuallığını saxlayır.

Şura Xudiyeva 1998-ci ildə “Təhsilin humanistləşdirilməsi baxımından təlim-tərbiyə prosesinin diferensiallaşdırılması və fərqləndirilməsi ili” çərçivəsində keçirilən müsabiqədə “İlin ən yaxşı metodisti” adına layiq görülüb. O, eyni zamanda, Müəllimlərin IV və VII qurultaylarının nümayəndəsi seçilib.

Ömrünün çoxunu təhsilə, mədəniyyətə, azərbaycançılıq ideyalarının təbliğinə həsr edən Şura Xudiyeva peşəkar nitq mədəniyyəti və qüsursuz fəaliyyətinə görə dəfələrlə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri komitəsinin yüksək mükafatlarına layiq görülüb.

Şura Xudiyeva Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayəti Radio Komitəsinin Azərbaycan verilişləri redaksiyasında diktor vəzifəsində çalışdığı illəri həyatının ən maraqlı dövrü hesab edir. Müsahibim o illəri belə xatırlayır: “Bilirsiz ki, zaman-zaman ermənilər Azərbaycan xalqına qarşı böyük iddialarla yaşayıblar. Onların içində həmişə bizə qarşı aqressiv münasibət, kin-küdurət olub. Bunu çox hiyləgərcəsinə daxillərində gizlətsələr də, müəyyən məqamlarda bu hisslər özünü büruzə verib. Ona görə də  Xankəndində radioda Azərbaycan dilində verilişlərin yayımlanması Qarabağ erməniləri üçün arzuolunmaz idi. Onlar Dağlıq Qarabağın Ermənistana verilməsilə bağlı zaman-zaman Ermənistandan və başqa qızışdırıcı dövlətlərdən dəstək alaraq öz məkrli siyasətlərini yeridirdilər. Bu cəhdlərə də yavaş-yavaş nail oldular. Bu istiqamətdə ilk “işləri” də Xankəndindən azərbaycanlıları didərgin salmaq oldu. Xankəndində fəaliyyət göstərən Pedaqoji İnstitutun Azərbaycan bölməsi, şəhərdə yeganə Azərbaycan məktəbi olan Nizami Gəncəvi adına 4 saylı orta məktəb, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsinin Dağlıq Qarabağ Muxtar vilayətindəki şöbəsinin Azərbaycan bölməsi ermənilərin gizli fəaliyyətinə mane olduğundan, onlar birinci növbədə bu qurumların fəaliyyətinə əngəl törədirdilər”.

Beləcə, Şura xanım uzun illər millətçi mühütdə diktorluq fəaliyyətini davam etdirir. Xankəndidə rəsmi bayramlarda, paradlarda, dövlət tədbirlərində onun səmaya ucalan səsi vilayətin azərbaycanlı sakinlərinə qol-qanad verir, daşnak tör-töküntülərinin isə qəzəbinə səbəb olurdu. Məğrur səsi ilə Xankəndinə Azərbaycan ab-havasını gətirən bu cəsarətli qadın düşmən hədəfində dururdu.

Təxminən 2 saat davam edən söhbətimizdə 1975-ci ildə ömür-gün yoldaşını - vilayətin tanınmış ziyalılarından olan Cəmil Xudiyevi itirərək üç oğul böyütmüş, hər birinə ali təhsil vermiş, zamanın bütün çətinliklərinə mərdanə sinə gərərək analıq borcunu tükənməz bir övlad sevgisi ilə yerinə yetirmiş Şura xanımın gözlərinin dərinliyində iztirablı günlərin xatirəsi gözümdən yayınmadı. Ömür-gün yoldaşının divardan asılmış şəklinə baxaraq, "30 ildir onu ziyarət edə bilmirik" - deyə ah çəkdi.  Şuşanın adı çəkiləndə onun duyğulu, kədərli səsinin titrəyişi məni də həyəcanlandırdı. Onun ifadəli gözlərində   sanki Zəlmxan Yaqubun 

Bu gecə yuxuma girmişdi Şuşa,   
Cabbar ağlayırdı, Xan ağlayırdı.   
Dönmüşdü qanadı qırılmış quşa,  

Qarabağ başabaş qan ağlayırdı.

misraları həkk olunmuşdu.

Bəli, Şura müəllimə də vətən nisgili ilə yaşayan yüz minlərlə soydaşımızdan biridir. 78 yaşın ərəfəsində olan Şura xanımın bu gün bir diləyi var - uzun illərin vətən, torpaq nisgilinə son qoyulsun və işğal altındakı torpaqlarımız tezliklə Azərbayana  qaytarılsın. Elə bu nikbin notlarla da fikirlərimi yekunlaşdırıb mən də müsahibimin arzularına qoşulur və bu diləyimi ona çatdırıram:

Şura xanım! 80 yaşında  Xankəndində sizinlə   görüşmək arzusuyla...

Zülfiyyə Eldarqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ