şənbə günü, 15 avqust 2026
     

Başqa ölkələrin Azərbaycandakı mədəniyyət mərkəzlərinin missiyası...

Image


Gülşən Cabbarova: “Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin mədəniyyət mərkəzlərinin məqsədi mədəniyyətlər arasında körpü yaratmaqdır”

 

Bütün münasibətlərin kökündə hər şeydən əvvəl mədəniyyət, mədəni əlaqələr, mədəni davranış dayanır. Mədəniyyətə meydan verilmirsə, orada nə sülhdən, nə xalqlar dostluğundan, nə də mulikulturalizmdən danışmağa dəyməz.

Bu gün Azərbaycan Respublikası qədim mədəniyyət, multikulturalizm məkanlarından biri kimi dünya dövlətləri ilə siyasi-iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlıq edir. Regionda sülhün tərəfdarı olaraq qəbul edilən respublikamız, xalqımız, mədəniyyətimiz, mənəvi dəyərlərimiz başqa xalqlar və dövlətlər üçün böyük maraq doğurur. Odur ki, xarici dövlətlər də Azərbaycanla mədəni əlaqələrə, humanitar əməkdaşlığa böyük üstünlük verirlər. Bir sıra dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzləri açıldığı, fəaliyyət göstərdiyi kimi, Azərbaycanda da bir sıra ölkələrin mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici dövlətlərin, onların vətəndaşlarının, elm və mədəniyyət xadimlərinin ölkəmizə marağı, gəliş-gedişi daha da artıb. Bu gün elə bir dövlət tapmaq çətindir ki, (Ermənistan istisna olmaq şərtilə - İ.S.) Azərbaycanla mədəni, humanitar əlaqələr qurmaqda, o əlaqələri uğurla davam etdirməkdə maraqlı olmasın.

Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycanda xarici ölkələrin mədəniyyət, təhsil, humanitar mərkəzləri fəaliyyət göstərməyə başladı. Onların Azərbaycana maraq göstərməsinin səbəbi sözsüz ki, ölkəmizdəki əminamanlıq, tolerant mühit, siyasi sabitlikdir.

Qeyd edək ki, Azərbaycanda Misir Ərəb Respublikasının, Türkiyənin, İranın, Rusiyanın, Ukraynanın, Fransanın və sair ölkələrin mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Ölkəmizdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri öz ölkələri ilə Azərbaycan arasında mədəni, humanitar sahədə gerçək bir körpü, bağ rolunu oynayır.

Mədəni əlaqələrin inkişafı hər bir xalq üçün böyük əhəmiyyət daşıyır. Sözsüz ki, hər bir xalq sülh içində yaşamağı arzu etdiyindən, başqa xalqlarla mədəniyyət, sənət dililə danışmağa üstünlük verməlidir.

Misir Ərəb Respublikasının Azərbaycanda mövcud olan Mədəniyyət Mərkəzi indiyə qədər bir sıra tədbirlər, görüşlər keçirib. Bu görüşlər sırasına mərkəzdə Azərbaycanın gənc yazarları ilə görüşlər, film həftələri, sərgilərin və s. keçiriməsi daxildir.

Mədəniyyətşünas Gülşən Cabbarovanın bildirdiyinə görə, ölkəmizdə mövcud olan xarici ölkələrin mədəniyyət mərkəzləri mədəniyyətlərin qarşılıqlı əlaqəsinin formalaşmasında böyük rol oynayır. O hesab edir ki, mədəniyyət mərkəzləri mədəniyyətləri təbliğ etməklə xalqları, dövlətləri bir-birinə bağlamaq funksiyasını daşıyır. Azərbaycanda aktiv fəaliyyət göstərən mədəniyyət mərkəzlərindən birinin Misirin ölkəmizdə fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin olduğunu vurğulayan ekspert qeyd etdi ki, bu təşkilatın humanitar, mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində keçirdiyi tədbirlər böyük maraq doğurur. O qeyd edir ki, Azərbaycan və Misir əlaqələrinin kökü dərindir. Bu, elmi, mədəni, ədəbi istiqamətlərdə də özünü göstərir. Misir mədəniyyətindən danışan ekspert qeyd etdi ki, Misir mədəniyyəti bəşəriyyətin ən qədim mədəniyyətlərindən biri kimi bizə miras qalıb. Qədim dünya abidələrinin üçdə bir hissəsi bu ölkədə yerləşir: “Azərbaycanda fəaliyyət göstərən  xarici ölkələrin mədəniyyət mərkəzlərinin məqsədi mədəniyyətlər arasında körpü yaratmaqdır. Azərbaycan dövləti, mədəniyyəti, xalqı dünya xalqları üçün əhəmiyyətli və maraqlıdır. Bu səbəbdən də xarici dövlətlər Azərbaycanla siyasi-iqtisadi, mədəni-humanitar sahədə əməkdaşlıq etməkdə maraqlıdırlar. Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən ölkəmizdə bir çox qədim mədəniyyətlər iz buraxıb. Azərbaycanla Misir arasında tarixən dostluq əlaqələri olub. Qədim alban və kopt xristian kilsələri arasındakı yazışmalar, ölkəmizin ərazisində tapılmış, orta əsrlərə aid Misir sikkələri, ticarət əlaqələri, erkən və orta əsrlərdə qurulmuş diplomatik əlaqələr, orta əsrlər Azərbaycan ədəbiyyatında Misirin adının çəkilməsi bunu təsdiqləyir. Onu da deyim ki, keçmiş sovet dövründə də hər iki dövlət arasında mədəniyyət və elm sahələrində əlaqələr mövcud idi. Misir Ərəb Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Ölkələrimiz arasında ilk diplomatik əlaqələr 1992-ci ildə qurulub və bu münasibətlər hazırda müxtəlif sahələrdə uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində və hazırkı dövrdə də  ölkələrimiz arasında siyasi-iqtisadi-ticari-təhsil və mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edir. 1993-cü ildə Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Qeyd edim ki, ötən illər ərzində hər iki ölkə arasında mədəniyyət əlaqələri əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayıb. Belə ki, 2005-ci ildə Misirdə Azərbaycan Mədəniyyət Günləri, 2014-cü ildə isə Bakıda Misir Mədəniyyət Günləri keçirilib. Azərbaycan 2015-ci ildə Qahirə Beynəlxalq Kitab Sərgisində, Misir isə elə həmin ildə Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib”.

O qeyd etdi ki, Azərbaycanda 2017-ci ildə Misir Milli Kitabxanasının və Arxivlərinin müdiri dr.Əhməd Seyyid F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı olub. Kitabxananın  təşkilatçılığı ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsi olan “Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə” adlı rəsm sərgisi də keçirilib. Bu tədbir 2017-ci il  “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilib. Tədbirin əsas məqsədi uşaqlarımızı gələcəyimiz naminə düzgün maarifləndirmək, uşaqların dünya ədəbiyyatına, folkloruna, nağıllarına və mütaliəyə maraqlarını artırmaq, onları antik mədəniyyətlərin beşiyi, sivilizasiyanın mərkəzi hesab edilən, qədim tarixə, ədəbiyyata, incəsənətə, elmə sahib olan fərqli bir mədəniyyətlə tanış etmək, ecazkar Misir nağıllarını oxuyan və bu nağıllara illüstrasiyalar çəkən azyaşlı oxucularımıza dəyər verməklə qiymətləndirmək idi.

Müsahibimiz, həmçinin, vurğuladı ki, Azərbaycanda Fransız İnstitutu da açılıb. 2005-ci ildə açılan təşkilat Fransanı və Fransa mədəniyyətini təbliğ etmək, xalqlarımız və dövlətlərimiz arasında qarşılıqlı mədəni əlaqələri inkişaf etdirmək məqsədi daşıyır.

Azərbaycanda fəaliyyət göstərən qurumlardan biri də Bakı Türk Mədəniyyət Mərkəzidir ki, bu təşkilat da mədəni əlaqələrin daha yüksək səviyyədə inkişaf etməsinə təkan verir. Türkiyə-Azərbaycan ədəbiyyatları, mədəniyyətləri arasında etibarlı körpü rolunu oynayan təşkilat Azərbaycanda bir sıra işlər görüb. Bu qurum Türkiyə-Azərbaycan ədəbiyyatları arasında mübadilələrin davamlı olması istiqamətində də layihələr həyata keçirir. Bu layihələr çərçivəsində ədəbiyyat antalogiyaları, vəsaitlər nəşr edilir.

Azərbaycanda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzi isə 1993-cü ildə yaradılıb. Mərkəzin təsisçisi Azərbaycanın Rus İcmasıdır. Bu illər ərzində mərkəz rus dili və mədəniyyətinin, adət-ənənə və ayinlərin qorunub saxlanması və inkişaf etdirilməsi; millətlərarası münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, rus və Azərbaycan mədəniyyətlərinin, habelə respublikada yaşayan digər xalqların mədəniyyətlərinin bir-birinə təsirinə və bir-birini zənginləşdirməsinə şərait yaradılması istiqamətində böyük iş görüb. Ötən illər ərzində mərkəz rus və Azərbaycan mədəniyyət xadimlərinin yaradıcılığına həsr olunmuş 1000-dən artıq ədəbi və musiqili tədbir, Milad, Pasxa və Maslenitsa bayramları münasibətilə pravoslav konsertləri təşkil edib.

Ekspertlər qeyd edirlər ki, Rusiya və Azərbaycan mədəni əlaqələrinin kökü qədimdir.

Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyev vaxtilə Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin tarixi köklərinə toxunaraq deyirdi: “Rusiya ilə Azərbaycan arasında hərtərəfli münasibətlər və dostluq münasibətlərinin kökləri uzaq keçmişə gedir. Hələ dahi Nizami ölməz “Xəmsə”nin poemalarında rusların həyatını, adət-ənənələrini dərin rəğbət hissi ilə təsvir etmiş, rus cəngavərlərini heyrətlə tərifləmişdir. “Yeddi gözəl” poemasında Nizami rus qadınının gözəlliyinə, müdrikliyinə, mənəvi təmizliyinə əsl himn yazmışdır. Rus poeziyasında rus torpağının böyük oğlu A.S.Puşkinin gözəl şeirlərində Azərbaycan qadını - Şamaxı gözəlinin obrazı əbədiləşmişdir. Beləliklə, öz xalqının yaradıcı dahiliyini bütün dərinliyi və parlaqlığı ilə özündə əks edən iki gözəl sənətkar əsrlərdən süzülüb görüşmüşdür”.

Bundan başqa, görkəmli Azərbaycan alimi A.Bakıxanov A.Qriboyedovla dostluq edib, rus şairi M.Y.Lermontov Azərbaycan tarixi ilə maraqlanıb, Azərbaycan dilini öyrənib, D.Şostakoviç Q.Qarayevin və digər Azərbaycan bəstəkarlarının müəllimi olub, Mayakovskinin və S.Yeseninin yaradıcılığı Bakı ilə bağlıdır.

Azərbaycanla Ukrayna arasında da mədəni və humanitar sahədə əməkdaşlıq mövcuddur. Hazırda Ukrayna Mədəniyyət Mərkəzi Azərbaycanda Ukrayna mədəniyyətinin təbliğat ocağı rolunu oynayır. Mərkəzin bazasında ukraynaşünas tələbələr Ukrayna dili və ədəbiyyatını öyrənir, müxtəlif mədəni-kütləvi tədbirlər, Ukrayna tarixi və mədəniyyəti ilə bağlı yubiley gecələri keçirilir. 2001-ci il martın 2-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi və BSU rəhbərliyinin təşəbbüsü ilə mərkəzin nəzdində Ukrayna bazar günü məktəbi fəaliyyətə başlayıb. Məktəbin dinləyiciləri Ukrayna dili və ədəbiyyatını öyrənir, Ukrayna xalqının tarixi, mədəniyyəti, milli adət-ənənələri ilə tanış olurlar.

Uzun illərdən bəri Azərbaycanda fəaliyyət göstərən İran İslam Respublikasının Mədəniyyət Mərkəzi də hər iki dövlət arasında mədəni əlaqələrin inkişafına təkan vermək məqəsədi daşıyır. Bu təşkilatın xətti ilə mədəniyyət tədbirləri, sərgilər  keçirilir.

Azərbaycanda bir sıra dövlətlərin mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi olduqca müsbət haldır. Bu qurumlar mədəniyyətləri, insanları, dövlətləri bir-birinə yaxınlaşdırır, dostlaşdırır, sülhü və multikultural dəyərləri ifadə edir. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ