Cümə günü, 09 oktyabr 2026
     

Xalq mahnılarını əlavə səslərlə bərbad günə qoyan müğənni və xanəndələr...

Image


Ənvər Çingizoğlu: “Fikrimcə, bu kimi halların qarşısının alınması üçün tədbirlər görülməli, rəsmi qərar qəbul edilməlidir”
Gülüm Qiyasova: “Bu barədə rəsmi qərar olmasa, xalq mahnıları yavaş-yavaş tamamilə öz kökündən uzaqlaşdırılmağa doğru gedəcək”

 

Yaşı minillərlə ölçülən Azərbaycan xalq mahnıları bir mənəvi dəyər kimi öz əhəmiyyətini, aktuallığını, gözəlliyini bu gün də qoruyub saxlayır. Xalqın yaddaşından süzülə-süzülə gələn xalq mahnılarımız təəssüf ki, bəzən lazımi səviyyədə təqdim edilmir. Son bir neçə ildir xalq mahnılarımızın başına oyunlar açılır desək yanılmarıq.

Bu gün xalq mahnılarının bəzi xanəndələr, müğənnilər tərəfindən kontekstdən çıxarılaraq ifa edilməsi acı təəssüf doğurur. Müşahidələrimiz göstərir ki, nəinki sənətə yeni gələnlər, hətta tanınmış müğənnilər, dünya şöhrəti qazanan ifaçılar arasında da xalq mahnılarımıza yad xallar, səslər, detallar əlavə edərək ifa edənlərə rast gəlirik. Çox qəribədir, Azərbaycan xalq mahnılarına yad ritmlər pərçimlənir, “peyvənd” edilir, lakin musiqi ictimaiyyəti bunu görüb etiraz səsini ucaltmaq istəmir. Bu gün dünya səhnəsindən hansısa bir xalq mahnımız öz kökünə uyğun, orijinal şəkildə ifa edilmirsə, ora yad ünsürlər əlavə edilirsə, buna normal yanaşmaq mümkün deyil.

Ümumiyyətlə, bütün dünyada xalq yaradıcılığı nümunəsi olan nə varsa, hamısı mühafizə edilir, olduğu kimi saxlanır və gələcək nəsillərə ötürülür. Bu, son illərə qədər bizdə də belə idi. Lakin indi xalq mahnılarına yanaşmada ciddi ehtiyatsızlıq müşahidə edilir.

Musiqişünasların verdiyi bilgiyə görə, vaxtilə dahi Üzeyir bəy qeyd edirdi ki, xalq mahnılarından istifadə etmək nəinki lazımdır, hətta vacibdir. O vurğulayırdı ki, bundan düzgün şəkildə istifadə etmək lazımdır. Yəni xalq mahnısının gözəlliyinə xələl gətirən şeylər edirsənsə, bunu heç etməsən yaxşıdır. Dahi musiqiçi bütün əsərlərində xalq musiqisinin, el nəğmələrinin qorunmasının, gələcək nəsillərə orijinal nəfəsdə ötürülməsinin tərəfdarı olduğunu önə çəkirdi. Bu gün “Sarı gəlin”, “Süsən sünbül”, “Qara tellər”, “Aman ovçu”, “Getmə, getmə”, “Dilbərim” və daha neçə-neçə xalq mahnısı bəziləri tərəfindən təhrif edilərək oxunur. Əslində, xalqın mənəvi sərvəti olan xalq mahnılarına yanaşma fərqli olmalıdır. Bu əsərlər xalqın əsrlər öncə yaşayan böyük sənətkarları, söz və musiqi biliciləri tərəfindən yaradılıbsa, bizim onu dəyişməyə, musiqisinə yad nəfəslər “peyvənd” etməyə nə ixtiyarımız var?!

Məsələ burasındadır ki, xalq mahnılarını göz bəbəyimiz kimi qorumalı, onlardan düzgün şəkildə istifadə etməli olduğumuz halda, onu kontekstindən çıxarır, mahiyyətindən uzaqlaşdırırıq.

Bu gün xalq mahnılarının müasir oranjemanda səsləndirilməsi, müxtəlif xalqların musiqilərilə sintez edilməsi dəbə minib. Təcrübə üçün nüəyyən addımlar atmaq olar, ancaq bunu ucdantutma etmək müsbət hal deyil.

Təklif edərdik ki, xalq mahnılarının mühafizəsi üçün müəyyən tədbirlər görülsün. Ya xalq mahnılarını təhriflərdən, onlara yad xallar, səslər əlavə edilməsindən qorumaq üçün “Mədəniyyət haqqında” Qanuna xüsusi maddə əlavə edilsin, ya da Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı rəsmi qərar versin ki, xalq mahnıları toxunulmazdır və onlara hansısa əlavələrin edilməsi qadağandır.

Ekspertlər hesab edirlər ki, xalq mahnılarının mühafizə edilməsi olduqca vacibdir. Onlar bildirirlər ki, bu, qanunvericiliklə, yaxud rəsmi qərarla tənzimlənməsə, bəzi müğənnilərin xalq mahnılarımıza belə münasibəti davam edəcək və “ənənə” formalaşacaq.

Etnoqraf-alim Ənvər Çingizoğlu bizimlə söhbətində bildirdi ki, xalq mahnıları tükənməz xəzinədir. Bu xəzinəni qorumaq, gələcək nəsillərə ötürmək bizim borcumuzdur: “Mən çox təəssüf edirəm ki, bəzən xanəndələrin, müğənnilərin xalq mahnılarına yanaşmasında müəyyən qüsurlar var. Düzgün müşahidə etmisiniz, bəziləri xalq mahnılarına elə əcaib səslər, xallar, ritmlər əlavə edirlər ki, adam məəttəl qalır. Xalq mahnıları minillər əvvəl yaranıb və yaddaşdan-yaddaşa, ağızdan-ağıza keçərək yaşayıb. Bu mahnılara illər əvvələ qədər xələl gətirən olmayıb. O vaxt bir müğənni nəinki xalq mahnısını ifa edərkən ona əlavə ritmlər, səslər gətirə, hətta bir sözü belə yanlış oxuya bilməzdi. Bu gün isə kim necə istəyir oxuyur. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Bu mahnılar ona görə xalq mahnıları adlanır ki, onlar xalq tərəfindən yaradılan folklor örnəkləridir. Onların həm mətni, həm də musiqisi  mükəmməldir, onlara toxunmaq olmaz. Fikrimcə, bu kimi halların qarşısının alınması üçün tədbirlər görülməli, rəsmi qərar qəbul edilməlidir. Xalq yaradıcılığı nümunələri, ümumiyyətlə, dövlətin mənəvi sərvəti olaraq rəsmi qaydada qorunur. Ancaq onların ifaçılıq qaydaları ilə bağlı hər hansı bir rəsmi qərar yoxdur. Bu halın qarşısı bu gün alınmasa, sabah daha geniş miqyas ala bilər”.

Musiqiçi Gülüm Qiyasovanın sözlərinə görə də bu halın qarşısı birmənalı olaraq alınmalıdır. Musiqiçi hesab edir ki, xalq mahnılarının qorunması uğrunda mübarizəyə ictimaiyyət özü də qoşulmalıdır. Onun sözlərinə görə, musiqi aləmində hər bir musiqiçi xalq mahnılarına həssaslıqla yanaşmalıdır: “Bəzən görürsən görkəmli bir sənətkar Azərbaycan xalq mahnılarını olduqca pis səviyyədə ifa edir. Düşünürsən ki, bu adam musiqi bilicisi olduğu halda niyə belə neqativ işə əl atır? Xalq mahnıları xalqın sərvəti olduğu üçün hər kəs onların təəssübünü çəkməlidir. Xalq mahnıları bəstəkar mahnıları deyil ki, müəllifin razılığı ilə onun səslənməsinə əlavələr edəsən. Bu, xalqın sərvətidir. Onlara yad ünsürlər qoşmaq, yad nəfəslər gətirmək, xaric boğazlar əlavə etmək qanunauyğun deyil. Heç kəs şan-şöhrətli xanəndələrə, sənətkarlara haqq vermir ki, onlar bu mahnıları öz istədikləri kimi oxusunlar. Biz adətən toy müğənnilərinin, səhnəyə yeni gələn gənclərin xalq mahnılarını kontekstdən çıxarıb oxumasını tənqid edirik. Onlar da deyirlər ki, bu ifa tərzini filan böyük sənətkardan götürmüşük. Adam onda danışmağa söz tapa bilmir. Mən də hesab edirəm ki, bu halın qarşısını qanunla almaq olar. “Mədəniyyət haqqında” Qanunun bir qədər də təkmilləşməsinə ehtiyac var. Xalq mahnılarının orijinal ifaçılıq tərzinin qorunması üçün mütləq mənada rəsmi qərar olmalıdır. Bu barədə rəsmi qərar olmasa, xalq mahnıları yavaş-yavaş tamamilə öz kökündən uzaqlaşdırılmağa doğru gedəcək. Çünki sükan başında duran bəzi müğənnilərin “yenilikləri” elə buna hesablanıb. Görün bir ingilis, bir rus, bir ərəb, bir gürcü musiqiçisi xalq mahnılarına xələl gətirən bir addım atırmı? Qətiyyən atmır. Çünki öz keçmişlərini, mənəvi xəzinələrini qorumağı özlərinə borc bilirlər. Biz müğənnilərdən Azərbaycan xalq mahnılarına həssaslıq göstərmələrini tələb etməliyik. İctimai tələblə qanunvericilik üst-üstə düşərsə, bu kimi halların qarşısı alına bilər. Hesab edirəm ki, rəsmi səviyyədə bu halla bağlı qərar olmalıdır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ