Cümə günü, 09 oktyabr 2026
     

Ənənəvi Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı mədəniyyətimizi dünya boyu yayan təsirli üsul kimi...

Image


Fariz Xəlilli: “Bu festivalın Türk dünyasının adət-ənənələrinin təbliğində, ümumən dünya xalqları arasında mədəni əlaqələrin qurulmasında, bəşəri dəyərlərin öyrənilməsində əhəmiyyəti böyükdür”
Gülşən Şahinqızı: “Onun beynəlxalq miqyası əhatə etməsi mədəniyyətlərin bir-birinə qovuşmasına xidmət edir”

 

Xalqımızın adət və ənənələrini, tərəkəmə, köçəri babalarımızdan qalan mirası bu gün də yaşatmağa, təbliğ etməyə borcluyuq. Tərəkəmə mədəniyyəti olduqca zəngindir. Son illər bu mədəniyyətin təbliği, beynəlxalq miqyasda tanıdılması ənənəsi formalaşıb. “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Folklor İnstitutunun və Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağsunun Gəgəli kəndində Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilir.

Artıq 3-cü dəfə keçirilməsi planlaşdırılan festivalda Azərbaycanla yanaşı, bir sıra ölkələrin folklor qrupları iştirak edirlər. “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tanınmış tarixçi-etnoqraf Hafiz Xəlili bizimlə söhbətində bildirdi ki, festival 2015-ci ildən keçirilməyə başlayıb. Onun sözlərinə görə, festivalın məqsədi qədim mədəniyyətimizi, tərəkəmə adət-ənənələrini təbliğ etməkdir. Ənənəvi olaraq

Ağsu rayonunun Gəgəli kəndində martın ortalarında öz işinə başlayan Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalına ictimaiyyətin böyük maraq göstərdiyini vurğulayan təşkilat sədri qeyd etdi ki, I festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Misirdən olan 150 nəfərə yaxın adam iştirak edib: “Festivalın proqramına müxtəlif folklor qruplarının çıxışı, sərgi-yarmarka, oturma gecəsi və axır çərşənbə tonqalları, eləcə də orta əsr Ağsu şəhəri turu daxil idi. Birinci festivala Türkiyədən qoşulan şair Muharrem Yenigün ölkəsinin şərq bölgələrindəki, xüsusilə Qars və İğdır tərəflərdə Novruz adətlərindən, yeddi ləvindən bəhs etmişdi. Ərəb musiqiçisi də öz xalq musiqilərindən parçalar səsləndirmişdi.

Qeyd edim ki, II Beynəlxalq Tərəkəmə Çərşənbəsində 300-dən çox insan iştirak edirdi. Onlar arasında Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, İndoneziya və Qazaxıstandan gələn nümayəndələr və folklor qrupları da var. Bu tədbirin Türk dünyasının adət-ənənələrinin təbliğində, ümumən dünya xalqları arasında mədəni əlaqələrin qurulmasında, bəşəri dəyərlərin öyrənilməsində əhəmiyyəti böyükdür. İkinci festival da olduqca maraqlı oldu. Burada folklor qruplarının çıxışlarına tamaşa etdik. Sonra festival iştirakçıları müxtəlif ölkələrin adət-ənənələri ilə tanış oldular. Bundan başqa qonaqlar kənd mətbəxini dadmaq, qurşaq atmaq və s. imkanı qazandılar. Onu da vurğulayım ki, orta əsr Ağsu şəhəri və Mehrəvan qalasında aşkar olunan arxeoloji tapıntılar, Misir nümayəndələrinin təşkil etdikləri sərgi, müxtəlif çeşidli Gəgəli palazları da hər kəsdə böyük maraq yaratdı. Təsəvvür edin ki, bu festivalla həm öz ənənələrimizi, tariximizi təbliğ edirik, həm də başqa xalqların mədəniyyəti ilə camaatı, ictimaiyyəti tanış edirik. Əlbəttə, bütün bunlar olduqca maraqla qarşılanır. Maraqlıdır ki, Tərəkəmə çərşənbəsi türk obalarında Axır çərşənbə günü ev heyvanlarının iki odun arasından keçirilməsi hadisəsi ilə bağlıdır. Azərbaycanın bir çox ərazilərində bu hadisənin əlamətləri görünsə də, Şirvan bölgəsinin oğuz türk obalarından olan Gəgəli kəndində ən yaxşı şəkildə günümüzədək gəlib çatıb. Hər il Tərəkəmə çərşənbəsi günü kənd sakinləri səhərə qədər yatmır, səhər alaqaranlıqda heyvanları iki tonqalın arasından keçirirlər. 2011-ci ildə bu adətlə bağlı film də çəkilib. Festival isə, dediyim kimi, 2015-ci ildən bəri keçirilir. Beynəlxalq Tərəkəmə Çərşənbəsi Festivalında, demək olar ki, adət-ənənələrimizin bütün elementləri nümayiş olunur, təqdim edilir. Biz artıq III Beynəlxalq Tərəkəmə Festivalını keçirməyə hazırlaşırıq. Hesab edirəm ki, bu festival da əvvəlkilər kimi maraqlı olacaq. Onu da qeyd edim ki, məqsədimiz Tərəkəmə çərşənbəsi ənənəsinin UNESCO-nun Qeyri-maddi irs siyahısına salınmasına nail olmaqdır”.

III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Festivalı ilə bağlı görülən işlərdən danışan F.Xəlillinin qeyd etdiyinə görə, Şirvanın elə bölgələri var ki, onların da təbliğinə ehtiyac var: “Azərbaycanda Şirvan bölgəsinin iri obalarından biri olmasına rəğmən, Axtaçı obası haqqında az yazılıb, bu kənd etnoqraf və folklorşünasların tədqiqatlarından kənarda qalıb. Axtaçı obasını oğuz boy təşkilatı ilə əlaqələndirən türkoloq Zəki Vəlidi Toğan onların getdikləri yerlərdə geniş torpaqlara malik olduqlarını və tümənlərə rəhbərlik etdiklərini yazır. Axtaçı obasının əsasını təşkil etdiyi kəndlərimizdən biri Ağsu rayonunun Gəgəli kəndidir. Əhalisi tarixən qışlaq, yaylaq və yazlaq torpaqlarında maldarlıqla məşğul olmuş bu türk obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Axır çərşənbədə oturma hadisəsi və insanlarla yanaşı, heyvanların da çərşənbə tonqalından keçirilməsi adətinin təhlili bu obanın timsalında əski türklərdə Axır çərşənbə mərasiminin necə önəmə malik olduğunu görməyə imkan verir”.

III festivalın 2 gecə 3 gün ərzində baş tutacağını deyən müsahibimiz bildirdi ki, festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və Axır çərşənbə tonqallarını izləmək, Şamaxı və Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olacaq. Festival çərçivəsində məktəblilər arasında muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Festivalda öz baharla bağlı adət-ənənələrini təbliğ və təqdim etmək istəyən müxtəlif ölkələrin folklor qrupları, mədəniyyət ocaqları və turizm şirkətləri iştirak etmək üçün dəvət olunur”.

Etnoqraf Gülşən Şahinqızı bizimlə söhbətində qeyd etdi ki, tərəkəmələr ən qədim türk tayfalarıdır. Onun sözlərinə görə, tərəkəmə tayfaları Dağlıq Qarabağ işğal olunandan sonra məcburiyyət qarşısında oturaq həyat tərzi keçirirlər. Buna baxmayaraq, bu gün ölkənin bəzi yerlərində, xüsusən də Mərkəzi Aran, dağlıq və dağətəyi zonalarda, cənub ərazilərinin kiçik bir hissəsində, qərb zonasında az sayda da olsa tərəkəmə tayfaları qalmaqdadırlar. Məlumatlara görə, tərəkəmə tayfalarının vaxtilə böyük arealda yayıldığını deyən etnoqraf bildirir ki, tərəkəmə adətləri geniş şəkildə təbliğ edilməlidir: “Tərəkəmələr türkdilli tayfalardır. Əvvəllər Sırdəryanın sağ sahilində yaşayıblar. Oğuz türkləri XI əsrdən başlayaraq İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopotamiyaya yayılıblar. Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (“ər” türkmən sözünün cəmidir) deyiblər. Azərbaycanda Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayan və icma halında yaylağa gedən tərəkəmələr həm də əkinçiliklə məşğul olurdular. Tərəkəmələrin qalan hissəsi aranda biçini qurtarıb payız əkininə hazırlıq görürdülər. Tərəkəmə tayfalarının bu günə kimi qoruyub saxladığı bir sıra adət-ənənlər var ki, məhz onlar elat camaatını başqa zümrədən fərqləndirir. Tərəkəmə əhali bu adətlərini “biz dədə-babadan tərəkəməyik” adı ilə qoruyurlar. Tərəkəmələrin maraqlı adətləri var. Onlar yazın axırlarında, yayda otun bol, havanın sərin olduğu yerlərə - yaylaqlara, payızda isə arana köçürlər. Köç vaxtı atlar, qatırlar, dəvələr yüklənir. Bir tərəfdə qoyun-quzu, mal-qara sürüləri, digər tərəfdə isə at belində yaşlılar, qadınlar və uşaqlar yola çıxırlar. Dağa çıxana kimi bir neçə yerdə gecələyirlər. Tərəkəmə üçün otun, otlağın, biçənəyin öz mənası, əhəmiyyəti var”.

Tərəkəmələrin öz adətlərini yaşatdığını deyən müsahibimiz hesab edir ki, Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı da bu ənənənələri təbliğ edir: “Bu festivalın əhəmiyyəti çox böyükdür. Onun beynəlxalq miqyası əhatə etməsi mədəniyyətlərin bir-birinə qovuşmasına xidmət edir. Həmçinin də festival çərçivəsində qədim tərəkəmə adətləri təbliğ edilir”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ