Cümə günü, 09 oktyabr 2026
     

Özəl prodakşnlar ciddi döyüş filmlərini şit komediyalara qurban verir...

Image


Xəyalə Rais: “Yəqin ki, özəl kino şirkətləri ona görə ciddi mövzulardan qaçırlar ki, sponsor bayağı filmlər sifariş verir”
Zülfiyyə Eldarqızı: “Özəl kino şirkətləri daha aktual mövzuları gündəmə gətirməlidirlər” 
Elşən Məmmədov isə problemdən çıxış yolunu prodüsser institutunun formalaşmasında görür

 

Çağdaş Azərbaycan kinosundan danışanda burada ancaq “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmlərdən danışmalı deyilik. Bilirik ki, kinomuzun inkişafı üçün həm dövlət, həm də özəl kino şirkətləri çalışır. Bu faktdır. Ancaq məsələ burasındadır ki, özəl kino şirkətləri “Azərbaycanfilm”lə müştərək işlədikləri filmlərdə maraqlı mövzulara toxunurlar.

Müstəqil prodakşnlar isə özləri ayrıca film çəkərkən maraqlı mövzulardan yan qaçırlar. Sirr deyil ki, bu gün müstəqil şirkətlər əsasən bayağı mövzuları gündəmə gətirir və həmin filmləri də “komediya” adı ilə cəmiyyətə təqdim edirlər. Hazırda özəl kino prodakşnlar nədənsə nə döyüş filmləri çəkir, nə də dramatik mövzulara müraciət edirlər. Onlar unudurlar ki, Azərbaycan tamaşaçısı beş-üç nəfərdən ibarət deyil və müasir tamaşaçının kino sahəsində kifayət qədər formalaşmış zövqü var. Tamaşaçılar qonşu respublikaların özəl kino şirkətlərinin çəkdikləri filmlərdə gördükləri mövzu rəngarəngliyini, dramatik dəst-xətti yerli şirkətlərin çəkdikləri filmlərdə görə bilmirlər. Bu da sözsüz ki, tamaşaçıların Azərbaycan kinosundan uzaqlaşmasına səbəb olur.

Bir məqamı da vurğulayaq ki, bu gün Azərbaycanda çox güclü aktyor nəsli yetişib. Yaşlı nəsillə yanaşı, gənclər də məharətli oyun tərzlərilə seçilirlər. Sadəcə, aktyorun özünü tam açıq şəkildə ifadə etməsi üçün ssenarilər yoxdur. Varsa da, o ssenariləri filmə çevirmək çətinliyi mövcuddur. İstedadlı rejissorlar da az deyil, sadəcə, onların özəl kinoda işləməsinə şərait yaradılmalıdır.

Tamaşaçı haqlı olaraq sual verir ki, Azərbaycanda bu qədər özəl kino şirkəti var, idmançılarımız kifayət qədərdir, ancaq hansı səbəbdən ortada peşəkar səviyyədə çəkilən bir döyüş filmimiz yoxdur? Nəzərə alsaq ki, bu gün döyüş filmləri dünyada ən çox tamaşaçı cəlb edən filmlərdir və bizim tamaşaçılar da o filmləri maraqla izləyirlər, bizdə də belə filmlər çəkilməlidir.

Bu günlərdə müsahibimiz olan tanınmış kinorejissor Elşən Məmmədov da özəl kino şirkətlərinin ciddi mövzulardan yan qaçdığını, ucuz, bayağı mövzuları gündəmə gətirdiyini qeyd edirdi. O bizimlə söhbətində vurğulayırdı ki, ciddi mövzular kənarda qalıb və özəl prodakşnlar əsasən “qara komediya” nümunələri ixrac edirlər. Kinorejissor onu da vurğulayırdı ki, bu gün Azərbaycanda prodüsser institutu formalaşmalıdır ki, prodüsserlər kinoya maliyyə cəlb edə bilsinlər. Kinorejissor qeyd edirdi ki, peşəkar kinoprodüsserlər olarsa, onlar kinonu inkişaf etdirə bilərlər. Hazırda kinomuzun daha geniş mövzulara müraciət etməli olduğunu deyən E.Məmmədov vurğulayırdı ki,  özəl kino sektorunda xeyli dəyişikliklər edilməlidir. 

Sözsüz ki, kinorejissor haqlıdır. “Qara komediya” ilə Azərbaycan kinosunu irəli aparmaq tam mümkünsüzdür. “Qara komediya” o zaman çəkilər ki, kinoda başqa mövzular öndə olar. Ancaq özəl prodakşnlar bayağılığı özlərinə əsas dəst-xətt seçiblər. Doğrudur, bu fikir bütün prodakşnlara aid deyil. Lakin fakt budur ki, əksər prodakşnlar bu işlə məşğuldurlar.

Kinoşünas Xəyalə Rais bizimlə söhbətində qeyd etdi ki, özəl prodakşnların öz maliyyəsi olmadığı üçün onlar filmə pulu çətinliklə əldə edirlər. Onun sözlərinə görə, pul verən şəxs də onlardan ucuz, bayağı filmlər tələb edir: “Bu gün Azərbaycan kinosu birtərəfli inkişaf edir. Əslində isə dövlət kino qurumu ilə paralel olaraq özəl kino şirkətləri də bu sahəyə töhfə verməlidirlər. Bu gün özəl kino şirkətləri dramatik filmlər çəkmirlər. İnanmıram ki, bu mövzuda ssenari yazanlar yoxdur. Yaxşı ssenaristlər var, sadəcə, onlara sifariş verən yoxdur. Son illər Azərbaycan ədəbiyyatında çox olmasa da, müəyyən qədər yaxşı əsərlər yaranır. Bu əsərlərin motivi əsasında baxımlı dramatik filmlər çəkilə bilər. “Qara komediya” tamaşaçını tez bezdirir. Çünki filmlərin süjeti, mövzusu, aktyorların ifa tərzi bir-birini təkrarlayır. Eyni aktyorlar əksər filmlərdə oxşar obrazları canlandırırlar. Bu gün hesab edirəm ki, özəl kino şirkətləri öz işlərində dönüş etməlidirlər. Siz döyüş filmlərindən danışırsınız. Bir-iki istisnanı nəzərə almasaq, bu sahədə filmlər yoxdur. Çəkilən döyüş filmləri isə həvəskarlar tərəfindən çəkilib. Halbuki, bizdə çox peşəkar idmançılar var ki, onlar kinoya da biganə deyillər. O idmançıları kinoya cəlb etmək lazımdır. İndiyə qədər saysız-hesabsız dünya miqyaslı idmançımız yetişib. O idmançıların həyatını, keçirdiyi döyüşləri elə onların öz iştirakı ilə bədii filmə çevirmək olar. Bu çox böyük maraq doğurar. Hətta bu filmlər ölkədən kənara da çıxarılar. Brüslini, Cekki Çanı, eləcə də digər idmançıları xaricdə özəl kino şirkətləri dünyaya tanıdıb. Bu gün hansısa bayağı mövzulardansa belə mövzulara müraciət etmək daha məqsədəmüvafiq olar.

Əslində, özəl kino şirkətləri elə sahələrə müraciət etməlidirlər ki, tamaşaçı üçün maraq kəsb etsin. “Qara komediya”, arvad paltarı geyən kişilər tamaşaçıda qıcıq yaradır. Yeniyetmə oğlanlar bu filmlərə baxarkən onlarda hansı döyüş ruhu formalaşa bilər ki? Ancaq bir idmançının həyatı haqqında film çəkilsə, onun döyüşləri filmlərdə canlandırılsa, o, yeniyetmə və gənc oğlanlar üçün böyük örnək olar. Oğlan döyüşçüyə, əzmli, mətin insana bənzəsə, daha yaxşı olmazmı? Siz bir şəhərə baxın, yeniyetmə oğlanların bir qismi bayağı filmlərin qəhrəmanlarının istifadə etdiyi jarqonlar, ifadələrlə danışırlar. Bu olduqca pis tendensiyadır. Bu kimi mövzulardan uzaqlaşmağın vaxtıdır. Elə filmlər olmalıdır ki, onlar Azərbaycan həyatını canlandırsın. O qədər maraqlı mövzular var ki, özəl kino onlara üz tutmalıdır. Yəqin ki, özəl kino şirkətləri ona görə ciddi mövzulardan qaçırlar ki, sponsor bayağı filmlər sifariş verir”.

X.Rais onu da vurğuladı ki, özəl kino şirkətləri ciddi mövzulara üz tutarsa, onlara maliyyə ayıranlar da tapılar.

Sənətşünaslıq üzrə fəlsəfə dokoru, aktrisa Zülfüyyə Eldarqızının da fikrincə, özəl kino şirkətləri dramatik mövzulara müraciət edərsə, daha çox uğur qazanarlar: “Bu gün elə mövzular, elə sahələr var ki, ora mütləq mənada müraciət edilməlidir. Doğrudur, maraqlı filmlər də çəkilir, o filmlər haqda bizim hamımızın məlumatı var. Özəl kino şirkətləri daha aktual mövzuları gündəmə gətirməlidirlər”.     

Z.Eldarqızı hesab edir ki, özəl kino şirkətləri döyüşlə, qəhrəmanlıqla, mənəvi məsələlərlə bağlı mövzulara müraciət edərsə, tamaşaçılar onlara daha böyük etimad göstərərlər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ