Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan sənətkarlıq və milli mətbəx yarmarkası…

Image


Ənvər Çingizoğlu: “Bu, xalqımızın qədim sənət növlərinin və mətbəxinin yaşaması, təbliği deməkdir”
Güllü Məmmədova: “Bir neçə ildir dövlət dəstəyi ilə müxtəlif bayramlar ərəfəsində xalq sənətkarlığı, eləcə də milli kulinariya ilə bağlı festival və yarmarkalar təşkil edilir”

 

Azərbaycanın folklor və sənətkarlıq ünvanlarından biri olan İsmayıllıda sənətkarlıq və milli mətbəx yarmarkası təşkil olunub. 4 gün davam edən yarmarkada Azərbaycan sənətkarları, kulinarlar öz əl bacarıqlarını təqdim ediblər. Qədim tarixə, zəngin mədəni irsə, çoxəsrlik ənənələrə malik İsmayıllı rayonunda belə bir yarmarka-festivalın  təşkil edilməsi həqiqətən də bir sıra göstəricilərinə görə çox maraqlıdır.

Qeyd edək ki, yarmarka Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı Rayon Regional İdarəsinin təşkilatçılığı ilə keçirilib. İsmayıllı şəhərindəki Turist Mərkəzində təşkil edilən sənətkarlıq, folklor və milli mətbəx yarmarkasına yerli sakinlərlə yanaşı, turistlərin də cəlb edilməsi Azərbaycan sənətkarlarının, kulinarlarının təbliği deməkdir. Yarmarka keçirildiyi müddətdə yerli sakinlər və turistlər 6 gün ərzində milli folklor nümunələrini dinləyib, Şirvan aşpazlarının bişirdikləri təamlardan dadıb, dulusçuların, papaqçıların, misgərlərin əl işləri ilə tanış olublar. Yarmarkada İsmayıllı ilə yanaşı, Qobustan, Şamaxı, Ağsu və Qəbələ rayonundan gələn sənətkarlar da əl işlərini nümayiş etdiriblər.

Vaxtaşırı olaraq Azərbaycanın müxtəlif bölgələrində folklor festivallarının keçirilməsi, eləcə də sənətkarların, aşpazların əl işlərinin yarmarkalarda təqdim edilməsi Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin, yaşam tərzinin nümayiş etdirilməsi amalına xidmət edir. Məlum olduğu kimi, İsmayıllı, o cümlədən də onun qonşuluğunda yerləşən rayonlarda sənətkarlığın müxtəlif növləri yüksək şəkildə inkişaf edib. Bu gün də həmin bölgələrdə xalq sənətinin yaşaması, bu sənət növlərinin gənc sənətkarlar tərəfindən gələcəyə daşınması müsbət haldır. İsmayıllıya xas olan kəlağayı sənəti, misgərlik, eləcə də digər xalq sənəti sahələrini itib-batmağa qoymayan sənətkarların əl işlərinin yarmarkaya çıxarılması onlara həm maddi, həm də mənəvi cəhətdən dəstəkdir.

Etnoqraf-jurnalist Ənvər Çingizoğlunun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi Azərbaycan xalqının tükənməz xalq sənəti növlərini təbliğ etmək, eyni zamanda da bu sənəti yaşadan sənətkarlara stimul verməkdir. İsmayıllının qədim sənətkarlıq məkanlarından olduğunu vurğulayan etnoqraf bildirdi ki, İsmayıllı başqa rayonlarımızdan fərqli olaraq daha qədim dövrlərdən səyyahların, tacirlərin marağında olub: “İsmayıllı qədim sənətkarlıq, folklor və ticarət şəhərlərimizdən biri olub. Tarixə nəzər salsaq görərik ki, hələ qədim və orta əsrlərdə dünyanın bir sıra ölkələri ilə İsmayıllı arasında ticari, mədəni əlaqələr mövcud olub. İsmayıllı sənətkarlarının əl işləri uzun əsrlərdir dünyaya məlumdur. Onu da vurğulayım ki, keçən əsrlərə qədər ətraf rayonlarda yaşayıb işləyən sənətkarlar da öz əl işlərini İsmayıllı bazarına çıxarırdılar. Çünki bura daim tacirlər, səyyahlar gəlirdilər. İsmayıllı bu baxımdan bölgədə fərqlənirdi. Ən qədim kəlağayı karxanalarının bir çoxunun da İsmayıllıda yerləşdiyi məlumdur. Bu gün o karxanaların az hissəsi sex şəklində işləyir. Bütövlükdə, tarixən İsmayıllı folklorumuzun, etnoqrafiyamızın, sənətkarlığımızın, şəhərsalma mədəniyyətimizin gerçək ünvanlarından biri olub. Bu gün isə İsmayıllı yeni-yeni tədbirlərə evsahibliyi edir. Burada keçirilən sənətkarlıq, kulinariya yarmarkasını çox yüksək dəyərləndirirəm. Bu, xalqımızın qədim sənət növlərinin və mətbəxinin yaşaması, təbliği deməkdir.  Bu tədbirlərin əhəmiyyəti həm də ondadır ki, bura çoxlu turist maraq göstərir. Azərbaycan mədəniyyəti bütün göstəriciləri ilə turistləri cəlb edir. Turistlər həm İsmayıllı təbiətinin gözəlliyindən zövq alır, həm sənətkarlıq nümunələri ilə tanış olur, onları alır, həm də Azərbaycan mətbəxinin ləziz təamlarını dadırlar. Burada təqdim edilən sənətkarlıq nümunələrinin hər biri turistləri cəlb edir. Çünki bizim sənətkarların əl işləri həqiqətən də çox maraqlı və unikaldır. Bilirsiniz ki, bədnam qonşularımız Azərbaycan mətbəxinə də əl uzadırlar. Ancaq turistlər Azərbaycan mətbəxinə aid xörəkləri, şirniyyatları burada daddıqdan sonra xaricdə gedib bu yeməklərdən danışacaqlar ki, filan xörək ermənilərin yox, azərbaycanlılarındır. Bu, Azərbaycan kulinariyasının xaricdə təbliğ edilməsinə böyük dəstəkdir”.

Ə.Çingizoğlu qeyd etdi ki, bu yarmarkaların özəl cəhəti həm də ondadır ki, onlar həm də festival formatında keçirilir. Bu yarmarkalarda folklor nümunələrinin, səhnəciklərin, Azərbaycan musiqisinin də təqdim edildiyini vurğulayan etnoqraf qeyd edir ki, bu da turistlərə müsbət təsir göstərir. Azərbaycan sənətkarlığının çoxşaxəli olduğunu deyən Ə.Çingizoğlu hesab edir ki, belə tədbirlər bütün rayonları əhatə etməlidir. O qeyd edir ki, burada məqsədlərdən biri turistlərin diqqətini mədəniyyətimizə, folklorumuza, sənətkarlıq nümunələrimizə cəlb edib onları əcnəbilərə tanıtmaqdırsa, digər tərəfdən, məqsəd bu örnəkləri gənc nəslə sevdirməkdir: “Belə tədbirlər çox keçirilməlidir ki, gənclərin də diqqətini öz dəyərlərimizə yönəldək. Gənc nəsil öz dəyərlərimizi sevməlidir ki, onları gələcək nəslə lazımi səviyyədə, itkisiz ötürə bilsin”.

Folklorşünas-etnoqraf Güllü Məmmədovanın sözlərinə görə isə bu tədbirlərin keçirilməsi əsasən sənətkarların əl işlərini nümayiş etdirmək və onlara maddi stimul vermək məqsədi daşıyır: “Bilirsiniz ki, Azərbaycanın bölgələrində sənətkarlığın çeşidli növləri inkişaf edir. Bu gün xalçaçılıq, papaqçılıq, misgərlik, dulusçuluq, tikmə, toxuculuq, həsirsalma və s. sənət növlərini yaşadan sənətkarlar öz əl işlərini satmaq üçün müxtəlif festival və yarmarkalara qatılırlar. Bu çox müsbət haldır. Ümumiyyətlə, bu o deməkdir ki, dövlətin mədəniyyət siyasətində sənətkarlığın inkişafına xüsusi diqqət yetirilir. Bölgələrdə ekspedisiyalarda olanda bəzən sənətkarlar giley edirlər ki, düzəltdikləri sənət nümunələrini sata bilmirlər, yaxud onlardan bu nümunələri ucuz qiymətə almaq istəyirlər. Bir vaxtlar sənətkarların vəziyyəti ağır idi. Son illər dövlət sənətkarlara əməlli-başlı stimul verir, onların əmək nümunələrini müxtəlif yollarla qiymətləndirməyə çalışır. Bir neçə ildir  dövlət dəstəyi ilə müxtəlif bayramlar ərəfəsində xalq sənətkarlığı, eləcə də milli kulinariya ilə bağlı festival və yarmarkalar təşkil edilir. Bu, sənətkarlara böyük kömək olur, həm maddi gəlir əldə edirlər, həm də mənəvi cəhətdən güc alırlar”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ