Cümə günü, 09 oktyabr 2026
     

Daha bir Qarabağ filmi beynəlxalq mükafat aldı…

Image


Xəyalə Rais: “Heç olmasa mükafat alan filmlərimizə xaricdə baxış təşkil edilsin”

 

Azərbaycanda istehsal edilən filmlər son illər ardıcıl olaraq nüfuzlu beynəlxaq film festivallarında yüksək mükafatlara layiq görülürlər. Bu da o anlam daşıyır ki, artıq Azərbaycan kinosu üçün dünyaya pəncərə açılıb. Uzun illər dar, məhdud çərçivədə qalmağa məhkum edilən milli kinomuzun dünyaya çıxışını izləmək həqiqətən də müsbət hisslər doğurur.

Bu gün Azərbaycan kinosu dövlət dəstəyi sayəsində inkişaf edir. İnkişafın nəticəsi olaraq  yeni filmlər meydana gəlir. Hazırda həm “Azərbaycanfilm” kinostudiyası, həm də müstəqil prodakşnlar tərəfindən yeni filmlər çəkilir. İstehsal edilən filmlər müxtəlif beynəlxalq festival və müsabiqələrdə iştirak edirlər. Gerçək görünən budur ki, filmlərimizin mövzusu, rejissor yanaşması, aktyor ifaçılığı artıq dünya tamaşaçısının da diqqətini çəkməkdədir.

Dekabrın 21-də “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilən, rejissoru Amil Məmiyev olan “Qara bağ” filmi Türkiyədə keçirilən Hak-iş Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı film” nominasiyasının qalibi olub. Filmin baş qəhrəmanı Elxan Abbasov da festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Xatırladaq ki, film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüsseri Arif Səfərov, prodüsseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırıblar.

Qeyd etdiyimiz kimi, indiyə qədər bir neçə filmimiz beynəlxalq ödülə layiq görülüb.

Bir müddət əvvəl rejissor və kinossenarist İlqar Nəcəfin “Nar bağı” bədii filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Filmdə rol alan  Qurban İsmayılov “Ən yaxşı kişi rolu” mükafatına, film isə “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb.

“Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal ediblər.

Bu filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüsseri Akif Əliyev, prodüsserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

Bu günlərdə rejissor və ssenarist Şamil Əliyevin çəkdiyi “Çölçü” filmi Beynəlxalq Kult Filmlər Festivalının “Qızıl tülkü” mükafatını qazanıb.

Xaricdə mükafat alan filmlərin sırasında tanınmış kinorejissor Oqtay Mirqasımovun “Keçmişdən  məktublar” filmi Tiflisdə keçirilən “Müqəddəs Andrey” onuncu beynəlxalq kinofestivalının baş mükafatına layiq görülüb. Qeyd edək ki, O.Mirqasımovun filmi haqqında festivalın təşkilatçısı, kinorejissor, professor Qeorgi Qelaşvili bizim mətbuata müsahibəsində deyib ki, islam dininə ibadət edən rejissorun filmi ilk dəfədir xristian dini liderinin adı ilə bağlı keçirilən festivala dəvət olunub: “Oqtay Mirqasımovun filmində bütün dinlərin vəhdətinin tərənnüm olunması bizi bu addımı atmağa vadar edib. Filmin əsas süjet xəttini əsl tolerantlıq, dinindən, millətindən və əqidəsindən asılı olmayaraq, insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir. Bu da Gürcüstan, Polşa, Ukrayna və Baltik regionu ölkələrindən olan münsiflərin diqqətindən yayınmayıb. O.Mirqasımovun filmi baş mükafatla yanaşı, üç nominasiyada da qalib gəlib”.

Azərbaycan istehsalı olan “Sonuncu” filmi İzmir Beynəlxalq Qısametrajlı Film Festivalında “Ən yaxşı xarici film” nominasiyasında mükafata layiq görülüb. Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası və “Buta film” prodakşn şirkətinin birgə istehsalı olan "Sonuncu" qisametrajlı filmi Böyük Vətən Müharibəsi veteranı haqqındadır. Filmin süjetinə əsasən axırıncı müharibə veteranı Azərbaycanda yaşayır və durğun həyat tərzi sürür. Ekran əsərində veteran rolunu aktyor İdris Rüstəmov, gənc qonşu rolunu isə aktyor Corc Qafarov oynayıb. Film gənc prodüsserlər Mariya İvanovanın və Nəsib Piriyevin bədii kino sənətində debütüdür. Filmin çəkilişləri Şabran rayonunda aparılıb. Film Azərbaycan tarixində ilk dəfə olaraq 2014-cü ildə keçirilən 67-ci Kann Festivalının əsas müsabiqə proqramlarından birində yarışıb.

Bakı Media Mərkəzi (BMM) bu günlərdə Kann şəhərində keçirilən "The Cannes Corporate Media & TV Awards"  festivalında Azərbaycanı “Ritmik gimnastika üzrə 30-cu Avropa Çempionatı” filmi (videoçarx) ilə təmsil etmişdi. Bu film də mükafat almışdı.

Bir müddət əvvəl Azərbaycan filmi VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında azərbaycanlı rejissor Mariya İbrahimovanın “Azərbaycan: Şərqin Avropa cazibəsi” adlı filmi ən yaxşı turizm filmi mükafatına layiq görülmüşdü.

2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor Elçin Musaoğlunun dövlət sifarişi ilə çəkdiyi “Nabat” bədii filmi Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya Beynəlxalq Film Festivalında iştirak edərək “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktrisa” (Fatimə Motamed Arya) mükafatlarına layiq görülüb. Mir Cəlal Paşayevin əsərinin motivləri əsasında çəkilən “İki yad adam” filmi Çində qalib olub. “Addım” təşkilatının sifarışı ilə "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında çəkilən "İki yad adam" filmi Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “World Cultural Open Organization”un dəstəyi ilə keçirilən “Grand Asian” Film Festivalının final gecəsində nümayiş olunub və uğur qazanıb.

Rusiyanın Tula şəhərində keçirilmiş "Gülümsə, Rusiya!" festivalında Azərbaycan kinematoqrafının istehsalı olan "Qorxma, mən səninləyəm! 1919" filmi də Azərbaycan kinosuna mükafat gətirən filmlərdəndir.

Qeyd edək ki, Azərbayan kinosunu xarici ölkələrdə keçirilən festivallarda təmsil edən filmlər həm yerli, həm də əcnəbi tamaşaçılar tərəfindən maraqla qarşılanır.

Kinoşünas Xəyalə Rais bizimlə söhbətində bildirdi ki, Azərbaycan kinosunun beynəlxalq aləmə çıxması kinomuzun tanıdılmasına xidmət edir. Onun sözlərinə görə, keçmiş SSRİ vaxtı Azərbaycan kinosu ölkə sərhəddlərini aşmaqda çətinlik çəkirdi. O hesab edir ki, hazırda bu çətinliklər arxada qalıb və milli kinomuzun simasının beynəlxalq aləmdə tanıdılması reallığa çevirilib: “Uzun illərdir  Azərbaycan kinematoqrafının xaricə çıxarılması ilə bağlı məqsədyönlü işlər görülür, layihələr işlənib hazırlanır. Son illər “Azərbaycanfilm”də və özəl kino şirkətlərində istehsal edilən filmlərin xeyli hissəsi bir kino məhsulu kimi özünü doğruldur. Bilirsiniz ki, bir neçə ildir kinomuzun tanıdılması istiqamətində işlər görülür. Azərbaycan filmləri dünyanın bir sıra beynəlxalq festivallarına qatılır. Nüfuzlu xarici film festivallarında yüksək mükafatlar alan filmlərimiz çoxdur. Hesab edirəm ki, filmlərin mükafat alması öz yerində. Bundan başqa, filmlərimizi xaricdəki tamaşaçı auditoriyasına tanıtmaq və sevdirmək lazımdır. Ümumiyyətlə, bu auditoriyanı formalaşdırmaq gərəkdir. Azərbaycan kinosunun səsi dünyaya yeni-yeni yayılır. Filmlərimizin ölkəmizə gətirdiyi mükafatlardan çıxış edib deyə bilərəm ki, milli kinomuzun örnəklərini xarici mütəxəssislər, kino xadimləri dəyərləndirirlər. Çox istərdim ki, filmlərimiz xarici kinoteatrlarda da nümayiş etdirilsin. Heç olmasa mükafat alan filmlərimizə xaricdə baxış təşkil edilsin”.

X.Rais hesab edir ki, Azərbaycan filmlərinin yüksək mükafatlara nail olması bu sahədəki inkişafa təkandır və kino sahəsində çalışanlara stimul verir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ