Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Mirzə Fətəli Axundov

Image


Mirzə Fətəli Axundov 30 iyun 1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub. Atası Mirzə Məhəmmədtağı, anası Nanə xanımdır. 1814-cü ildə bu ailə atalarının vətəni olan Təbriz şəhərinin yaxınlığındakı Xamnə qəsəbəsinə köçüb.

Mirzə Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparıb. O, öz qardaşı nəvəsinin təlim və tərbiyəsi ilə şəxsən məşğul olub və onun həyatında mühüm rol oynayıb. Fətəli qısa bir zamanda Hacı Ələsgərin səyi və özünün çalışqanlığı sayəsində fars və ərəb dillərini öyrənib. Gənc Fətəli burada məntiq və fiqh elmlərinə, habelə dahi Azərbaycan şairi və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətinə də yiyələnib. Fəqət Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitməyib, bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərib.

Dövrünün müasir elmləri ilə maraqlanan Mirzə Fətəli 1833-cü ildə Şəkidə açılan rus məktəbinə daxil olub və bir il burada təhsil alıb. 1834-cü ildə o, Tiflisə gedərək, Qafqaz canişinin baş dəftərxanasında əvvəl mülki, sonralar hərbi işlər üzrə mütərcim vəzifəsində çalışıb. Mirzə Fətəli Rusiya ilə İran, Rusiya ilə Türkiyə dövlətləri arasında aparılan bir sıra mühüm diplomatik danışıqlarda fəal iştirak edib. Zaqafqaziya daxilində hökumətin bəzi vacib dövlət tədbirlərinə cəlb olunan Mirzə Fətəli dövlət xidmətində sürətlə irəliləyib. Ona 1842-ci ildə praporşik, 1846-cı ildə podporuçik, 1850-ci ildə poruçik, 1852-ci ildə ştabs-kapitan, 1854-cü ildə podpolkovnik, 1873-cü ildə isə polkovnik rütbəsi verilib, Rusiya, İran və Türkiyə dövlətləri tərəfindən bir sıra orden və medallarla təltif olunub.

Mirzə Fətəli Axundov 1842-ci ildə axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənib. Onun Tubu xanımdan 13 övladı olub ki, onlardan da yalnız ikisi – oğlu Rəşid bəy və qızı Nisə xanım uzun ömür yaşayıb, qalanları isə Mirzə Fətəli həyatda ikən vəfat edib.

Yuxarıda qeyd etdiyimiz kimi, 1873-cü ildə Mirzə Fətəliyə hərbi rütbə – polkovnik rütbəsi verilib. O zaman Qafqazın inzibati mərkəzi sayılan Tiflis Mirzə Fətəlinin dünyagörüşünə mühüm təsir edib. 1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Mirzə Fətəli sonralar Qafqaz Arxeoqrafiya komissiyasında tədqiqat işlərinə cəlb olunub.

Mirzə Fətəli Axundov bədii yaradıcılığına şeirlə başlayıb. Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır. Bu şeir fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazılıb. Şair bu şeirində daxili iztirablarını, gələcək haqqında düşüncələrini qələmə alıb. O, Şərq poeziyası ilə dərindən məşğul olub və onun xüsusiyyətlərini mənimsəyib. Bunu şairin bir sıra klassiklər haqqında yazdığı məqalələrdən, yeni ədəbiyyatın qarşısına qoyduğu tələblərdən və klassik Şərq ədəbiyyatına bəslədiyi tənqidi münasibətdən də aydın görmək mümkündür. O, bütün şeirlərində klassik poeziyanı xalq şeiri ilə bağlayıb və bu ənənəni inkişaf etdirib.

Mirzə Fətəlinin şeirlərinin əsas etibarilə fars dilində olmasına baxmayaraq, həmin əsərlərdə Azərbaycan adət-ənənələri, xalq poeziyasının xüsusiyyətləri özünü göstərir. Şairin şeirləri klassik poeziyanın məsnəvi və müxəmməs janrlarında yazılıb. Onu görkəmli bir şair kimi geniş oxucu kütləsinə tanıdan isə 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə şərq poeması”dır. Şair həmin əsəri özü rus dilinə tərcümə edib, Puşkinə olan rəğbətini və onun qatilinə nifrətini açıq-aydın ifadə edib.

Mirzə Fətəli Axundovun maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, burada çağdaş Qərb ədəbiyyatı janrlarının – dram , roman, hekayə, novella, povest, poema və s. yazılmasına güclü təsir göstərib. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatında ədəbi məktəb formalaşdırıb. Xalqın maariflənməsində, çağdaş ədəbi-mədəni, elmi dəyərlərə qovuşmasında sənətin və ədbiyyatın roluna yüksək qiymət verən Mirzə Fətəli Şərqdə ilk dəfə dram janrında əsərlər yaradıb. Onun “Təmsilat” adı altında birləşdirilimiş altı komediyası 1859-cu ildə Tiflisdə nəşr edilib.

Mirzə Fətəli 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-masəlman dünyasında dramaturgiyanın əsasını qoyub. Böyük ustad bu komediyalarla Şərq aləmində dram yazmağın nümunəsini göstərib. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli dramaturgiyasının ənənələri işığında inkişaf edib.

Mirzə Fətəli Axundov, bəzi tədqiqatçıların yanlış olaraq düşündüyü kimi, heç də rus çarizminin təbliğatçısı kimi çıxış etməyib, lazım gəldikdə üstüörtülü şəkildə Rusiya imperializminin müstəmləkə siyasətini kəskin tənqid edib. Onun “Kəmalüddövlə məktubları” (1865), “Aldanmış kəvakib” (1857) kimi nəsr əsərləri təkcə qonşu İranın tarixi keçmişini və dövlət quruluşundakı nöqsanları deyil, eyni zamanda, ədibin özünün də içərisində yaşadığı ictimai mühitin və siyasi quruluşun eyiblərini açıb göstərir.

Azərbaycan teatrı Mirzə Fətəlinin ölməz komediyaları zəminində yaranıb. 1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur “Hacı Qara” əsərinin tamaşasını qoymaqla tək Azərbaycandadeyil, bütöv türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoyub. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə şərq qadınlarının səhnə obrazları yaradılıb. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədəbiyyatsevərlik, səmimiyyət və doğruçuluq motivləri Mirzə Fətəli yaradıcılığında davam və inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir.

Mirzə Fətəli Axundov Azərbaycan ədəbiyyatının ənənələrini davam etdirərək, təkcə bir yazıçı və şair kimi deyil, həm də alim, filosof, ictimai xadim kimi çıxış edir, bütün yaradıcılığının qayəsini xalqının xoşbəxt həyatının təmin edilməsində görürdü. Ədəbiyyatı, fəlsəfəni, əlifbanı, ədəbi dili, teatrı, mətbuatı, təhsili, mədəniyyətin, demək olar ki, bütün sahələrini, ictimai düşüncənin bütün aspektlərini əhatə edən bu reform sistemi o zaman üçün qloballaşma, modernləşmə sistemi səciyyəsi daşıyıb. Realist sənət prinsipləri ədəbi estetik meyar kimi irəli sürülüb. Şəbih tamaşaları əvəzinə xalqın öz dilində Molyersayağı təmsilata üstünlük verilib. Latın əsaslı əlifba sonralar İsmayıl Qaspıralının konsepsiyalaşdırdığı “Dildə, fikirdə, işdə birlik” şüarının təməli kimi ortaya qoyulub, elmi-fəlsəfi traktatlar siyasi pamfletlər kimi səsləndirilib, yeni nəşr, satira nümunələri Avropa standartları ilə yaradılıb. Və bütün bu islahatlarla əslində Mirzə Fətəli yeni sistemin – Avropa düşüncə sisteminin bünövrəsini qoyub.

Mirzə Fətəlinin gördüyü üfüqlər olduqca aydın və işıqlı idi. O yazır:“Keçmişdə Avropada belə zənn edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün ona nəsihət etmək lazımdır, sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən təsir etmir. Buna görə də millət özü dinin maneəsizliyi sayəsində elmlərdə tərəqqi edərək birliyin faydalarını anladı və bir-biri ilə yekdil-yek cəhət olub zalimə müraciətlə dedi: “Səltənət və hökumət büsatından əl çək!”

Mirzə Fətəli elə həmin yazısında kəlmələrin elmi-qrammatik şərhindən sonra müraciətini qəti və sərt şəkildə sonuclayır: “Ey nadan, sən ki qüdrət, səy və bacarıq cəhətdən zalimdən qat-qat artıqsan, bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan və zalimin atasının goruna od vur!”

Etiraf edək ki, XIX əsrdə Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb-danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəlinin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarıblar.

Mirzə Fətəli bir ədib və şair olmaqdan çox, bir cəmiyyətçi və əməlpərvərdi. Onu yazıçılığa təhrik edən də bədii zövqündən daha artıq ictimai məfkurələri idi. O, yazılarını bir sənət adına deyil, bəlkə ictimai məfkurəsi adına yazır və öz əsərlərindən sadə bədii bir zövq deyil, həyat və cəmiyyət üçün bir nəticə gözləyirdi. O, ədəbiyyatı öz duyğularının, öz məfkurələrinin bir tərcümanı kimi tanıyır və beləliklə keçmişdən qalmış “sənət üçündür,” “onu bir neçə arif və bilicilər anlar” gedişindən ayrılıb, “sənət həyat üçündür” prinsipini irəli sürürdü.

Mirzə Fətəli ədəbiyyatı öz məfkurələrini həyata keçirmək və yaymaq üçün bir vasitə bilirdi. Buna görədir ki, onun əsərləri müntəzəm bir gedişlə həyatın bu və ya digər nöqsanlarını qabardır, bu nöqsanların aradan qaldırılmasına çalışdığı yolları göstərir. Onun ömründə tək-tək yazdığı şeirləri də yenə əlifba və bu kimi fikirlərini həyata keçirmək üçün idi. Fəqət bunlara baxmayaraq, biz Mirzə Fətəlini hər şeydən əvvəl bir ədib kimi tanımaq istərdik. Hər nə qədər ədəbiyyat onun fikirlərini yayacaq bir vasitə kimi götürülmüş olsa da, hər halda, burada Mirzə Fətəli o qədər böyük bir məharət, bir istedad göstərib ki, hər şeyi geridə buraxaraq ədəbi bir sima kimi ortaya çıxıb. O, yazdığı pyeslərdə zamanının komediya müəlliflərindən, tanınmış rus və Avropa ədiblərindən geri qalmadığı kimi, şeirlərində də Firdovsiyanə bir məharət göstərib. Bəllidir ki, Mirzə Fətəlinin mühiti köhnə feodalizmin dağıldığı, yeni ticarət burjuaziyasının törətdiyi keçmiş ənənəsinin pozulduğu, yeni Qərb mədəniyyətinin araya soxulduğu bir dövrün mücəssəməsi idi. Həyatın bir tərəfi sökülür, dağılır, o biri tərəfi başqa, tam fərqli bir biçimdə tikilirdi. Burada Mirzə Fətəli bir mühəndis kimi bu sökülən və tikilən binanın baş ucunda duraraq, amansız qələmi ilə sanki “bu sökülməlidir, bura isə belə tikilməlidir” deyir. Həm də bunları quru bir əmrlə demir: köhnə yaşayışın bütün nöqsanlarını, yaramazlığını, yeni gedişin isə bütün faydalarını irəli sürür, anladırdı. Hər şeydən əvvəl, Mirzə Fətəli köhnə Şərq dövlət üsul-idarəsinin tənqidçisi, monarxizmin amansız düşməni kimi görünür.

O, “Vəziri-xani-Sərabı” və “Aldanmış Kəvakib” adlı əsərlərində İran və onun simasında bütün Şərqin feodalizm və ayrılıqda monarxizm üsuluna elə bir zərbə endirib ki, bu mənəvi zərbə Səd ibn Vəqqasın qılıncından heç də gücsüz olmayıb. O, bütün şahların və onların vəzirlərinin nə qədər sərsəm, şüursuz, yaramaz adamlar olduğunu, xüsusilə vəzirlərin ancaq öz ciblərini doldurmaq üçün yaşadıqlarını, öz şüursuzluqlarını bir məharət sanıb fəxr etdiklərini heyrət ediləcək bir acılıqlıqla ortaya çıxarıb.      

Həyatının son illərində bir yandan zehni işlə həddindən artıq məşğul olması, digər yandan da böyük arzularını həyata keçirə bilməməsindən və ard-arda uşaqlarının vəfat etməsindən doğan kədər və məyusluq Mirzə Fətəli Axundovun səhhətinə təsir edərək vaxtından əvvəl qocalmasına və dünyadan getməsinə səbəb olub. O, 1878-ci il fevral ayının 26-da ürək xəstəliyindən vəfat edib, vəsiyyəti üzrə Tiflisdə vaxtilə Tatar qəbirstanlığı adlanan qəbirstanlıqda müəllimi Mirzə Şəfi Vazehin və qohumlarının olduğu Yemlikli Yerbatan adlanan yerdə dəfn olunub.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
Professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ