Cümə günü, 09 oktyabr 2026
     

Qoyulan tamaşalara obyektiv resenziya ənənəsi itir...

Image


Zülfiyyə Eldarqızı: “Düşünürəm ki, heç bir sənət adamı, aktyor, aktrisa, rejissor, dramaturq sağlam tənqiddən nə qaçar, nə də inciyər”
Xəyalə Rais: “Bəzən teatrşünaslar tamaşalar haqqında resenziyalar yazır, burada tənqid olursa, bu, böyük narazılığa səbəb olur”

 

Hər yeni tamaşa yeni fikir və rəylərin, polemikaların, sənət söhbətlərinin ortaya çıxmasına səbəb olmalıdır. Məlumdur ki, bu gün Azərbaycan teatrşünasları bu məsələyə elə də maraq göstərmirlər. Teatrların səhnəsində tamaşaya qoyulan yeni dramaturji əsərlərin sayı çox olsa da, onların keyfiyyəti barədə teatr tənqidçiləri, teatrşünaslar hər hansı bir resenziya ilə çıxış etmirlər. Halbuki, hər tamaşa haqqında teatrşünas rəyinə böyük ehtiyac var.

Son illər teatrlarda həm müasir dramaturqların, həm də klassik dünya və Azərbaycan dramaturqlarının əsərlərinə müraciət edilir. Hətta teatrlarların beynəlxalq əməkdaşlıq müstəvsində hazırladığı tamaşalar da az deyil. Yəni son illər xarici teatr rejissorlarının iştirakı ilə hazırlanan tamaşaların sayı da az deyil. Bu da həmin sahədə xeyli işlərin görüldüyünü deməyə əsas verir.

Azərbaycan səhnəsində tamaşaya qoyulan əsərlər haqqında teatrşünas rəylərinin olmaması nəinki ziyalıların, teatrsevərlərin, hətta sıravi tamaşaçıların da gözündən yayınmır. Yerli KİV-lərdə tamaşalar haqqında yalnız jurnalistlərin hazırladığı xəbərlər, qısa reportajlar yer alır. Bu yazılar da əsasən tərif notundadır. Bəzən, ara-sıra, teatrşünasların da yazıları gözə dəyir. Təəssüf ki, bu resenziyalarda da tərifdən başqa heç nə görmək olmur. Tənqidçilərdən soruşanda ki, nə üçün zəif tamaşa haqqında müsbət fikir bildirmisiniz? Cavab verirlər ki, onları tənqid edib həvəsdən salmaq istəmirik. Heç bu sözün yeridir? Sənət əsəri obyektiv təhlil edilməlidir ki, onun səviyyəsi müəyyən olunsun. Təəssüf ki, bu gün yeni səhnə əsərləri ilə bağlı təhlil və fikir mübadilələri arxa plana keçib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı da hesab edir ki, bu gün tamaşalar haqqında teatrşünas rəyinə çox az rast gəlinir: “Bu gün teatrşünasların teatr aləminə yaxşı mənada müdaxiləsinə böyük ehtiyac var. Mən çox istəyirəm ki, oynadığım rollar haqqında obyektiv fikirlər, rəylər olun. Təəssüf ki, bəzən görürsən ki, zəif bir tamaşa haqqında tərif dolu resenziyalar çap olundu, tirajlandı. Ancaq elə də olur ki, gözəl bir tamaşa, aktyor oyunu diqqətdən kənarda qalır. Yaşlı və orta nəsil tənqidçilər, teatrşünaslar öz sözlərini müəyyən qədər deyiblər, onlar yeri gələndə fikir bildirirlər. Çox arzu edərdim ki, gənc teatrşünasların səsini eşidək, onların tamaşalarla bağlı mövqeyini görək. Düşünürəm ki, heç bir sənət adamı, aktyor, aktrisa, rejissor, dramaturq sağlam tənqiddən nə qaçar, nə də inciyər. Çünki sağlam tənqid, ətraflı təhlil inkişafa xidmət edir. Biz ancaq təriflə məşğul olsaq, özümüzə aludə olarıq və əsl sənət yaddan çıxar. Gənc teatr tənqidçiləri bütün tamaşalara getməli və əsərləri, dramaturq, rejissor, aktyor, aktisa, rəssam və s. işini geniş təhlil etməlidirlər. Sağlam təhlil etmək qabiliyyəti olan gənc teatr tənqidçilərinin meydanda olması vacibdir. Çünki onlar sənətə yeni gözlə, yeni düşüncə ilə yanaşa bilərlər”. 

Teatrşünas Xəyalə Rais bizimlə söhbətində bildirdi ki, hazırda teatrlarda səhnəyə qoyulan tamaşalara ekspert rəylərinin ifadə olunmaması müxtəlif səbəblərlə bağlıdır. O hesab edir ki, əvvəllər sənətlə şəxsi münasibətlər qarışdırılmırdı. Yəni sənət öz yerində, şəxsi münasibətlər də öz yerində idi. Onun sözlərinə görə, indi hansısa bir rejissorun tamaşasını tənqid etmək, aktyor, aktrisa oyununa tənqidi yanaşmaq böyük söz-söhbətə, intriqalara yol açar: “Çox ciddi məsələyə toxunmusunuz. Bu gün teatrlar haqqında, səhnəyə qoyulan tamaşalar barədə obyektiv fikir söyləmək olmur. Bunun da səbəbləri çoxdur. Birinci səbəb odur ki, bu gün çoxları özünü “dahi” sayır və başqalarının fikirləri ilə razılaşmaq istəmirlər. Bu, rejissorlarda, aktyor və aktrisalarda da var. Onlar elə bilirlər ki, dedikləri qanun olmalıdır. Ancaq belə deyil. Son illər qoyulan tamaşalar arasında həqiqətən də uğurlu olanları da,  tamaşa xatirinə qoyulanlar da az deyil. Yaxşı tamaşaların da təhlilində obyektivlik yoxdur. Tənqidçilər ya tərif edirlər, ya da susurlar. Kiminsə tamaşasını tənqid etsən, burada şəxsi qərəz axtaracaq. Deyəcək ki, sən mənim tamaşamı paxıllıqdan tənqid etmisən, yaxud filankəsin sifarişi ilə mənim işimə kölgə salmaq məqsədi güdürsən. Bu faktdır. Obyektiv təhlilə rejissorlar, aktyor və aktrisalar psixoloji cəhətdən hazır olmalıdırlar. Bu vacibdir. Bir tamaşa haqqında obyektiv fikrin meydanda olması o tamaşanın gələcək uğuru deməkdir. Bir aktyora ki, deyəndə siz filan obrazın xarakterini tam olaraq aça bilmədiniz, sizin dublyorunuz daha yaxşı oynadı, başlayır səninlə düşmənçilik etməyə. Bizim teatrlar tənqidə, obyektiv münasibətə hələ açıq deyil”.

X.Rais qeyd etdi ki, Sovet dövründə Azərbaycan teatrı özünün ən yaddaqalan dövrünü yaşayıb və bu illərdə teatrın inkişafına teatrşünaslar, teatr tənqidçiləri böyük təkan veriblər: “Bu gün istənilən teatr tənqidçisi tamaşalara baxıb obyektiv resenziya yazmaqda çətinlik çəkir. Çünki onun resenziyasının özü böyük tənqidlə qarşılanar. Halbuki, Sovet dövründə teatr tənqidçilərinin nüfuzu, sözü, bir cümləsi belə rejissor, dramaturq, aktyor, aktrisa üçün qanun idi. O tənqidçilər əsərlərə sırf peşəkarlıq nöqteyi-nəzərindən yanaşır, əsərləri lazımi səviyyədə təhlil edirdilər. O illərdə tamaşa müəllifləri özləri istəyirdilər ki, tamaşa haqqında tənqidçi öz fikrini desin, yazsın. Teatr canlı sənətdir, istənilən vaxt yol verilən nöqsanları aradan qaldırmaq mümkündür. Bu kino deyil ki, çəkildikdən sonra dəyişmək olmur. Bizim bu gün peşəkar teatrşünaslarımız, tənqidçilərimiz var, amma onlar biliklərini nəzəriyyə şəklində tələbələrə öyrədirlər. Bəzən teatrşünaslar tamaşalar haqqında resenziyalar yazır, burada tənqid olursa, bu, böyük narazılığa səbəb olur”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ