Cümə günü, 09 oktyabr 2026
     

Basqalın unikal sənət inciləri dünya muzeylərində…

Image


Tahir Şahbazov:”Təəssüf ki, müəyyən səbəblərdən biz xarici muzeylərdə işləyə bilmədik”

 

Azərbaycan mədəniyyətinin bənzərsiz sənət incilərinin sorağı bütün dünyaya yayılıb. Qədim sənətkarlıq mərkəzi və şəhər mədəniyyətinin intişar tapdığı İsmayıllı rayonun Basqal kəndində əsrlər əvvəl yaradılan sənətkarlıq nümunələri dünya muzeylərində özünəməxsus yer tutur. Xalqımızın tarixi-etnoqrafik yaddaşının formalaşmasında Basqal sənətkarlarının, ipəkçilərinin, kəlağayı istehsalçılarının, dulusçularının, miskərlərinin xüsusi əməyi var.

Basqal özü Azərbaycan etnoqrafiyasının ünvanlarından biri kimi hələ qədim və orta əsrlərdə, eləcə də sonrakı mərhələlərdə tacirlərin, səyyahların, bilik adamlarının gəliş-gediş, ticarət yeri olub.

Etnoqraflar Tofiq Babayev və Tahir Şahbazov Basqalın etnoqrafiq mədəniyyətini əks etdirən, dünya muzeylərini bəzəyən basqallı sənətkarların yaratdıqları sənət incilərinin araşdırlıb üzə çıxarılması ilə bağlı maraqlı tədqiqat işi ərsəyə gətiriblər. Sözügedən tədqiqat Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində həyata keçirilib və onların həmmüəllifliyi ilə nəşr olunab “Basqal” tarixi-etnoqrafik tədqiqatın təqdimatı keçirilib.

Basqalla bağlı tədqiqatın həmmüəllifi, tarix üzrə fəlsəfə doktoru, tanınan etnoqraf Tahir Şahbazov bizimlə söhbətində tədqiqat işinin ərsəyə gəlməsi zərurətini belə izah edir: “Bu tədqiqata başlamağımız tam təsadüfi oldu. Turist kimi Basqala getmişdik. Oradakı kəlağayı sexini gördük, çox xoşumuza gəldi. Bir etnoqraf kimi qəsəbənin  küçələrini gördük. Bu bizə orta əsr şəhər mədəniyyətini xatırlatdı. Çünki daş döşənmiş küçələr, bir-birinin üstündə yerləşən evlər kənardan baxanda adama bir amfiteatrı xatırladır. Orada olarkən bizə məlumat verdilər ki, Basqalda 20-dən artıq tarixi abidə var. Kişik bir qəsəbədə bu qədər tarixi abidənin olması, eləcə də yaşı 600-dən çox olan çinar ağacı bizi çox təəccübləndirdi. Eyni zamanda da burada 10-dan artıq 17-18-ci əsrə aid tarixi bulaqlar var, sakinlər bu gün də o bulaqlardan istifadə edirlər. Ancaq hələ də heç kəs o bulaqların neçə tikilməsi sirrini bilmir. Bura həm də turizm üçün çox əlverişli bir məkandır. Bütün bunları gördükdən sonra belə qərara gəldik ki, Basqalla bağlı bir layihə təqdim edək. Bu həm turizm, həm tarixilik baxımından bizi çox cəlb etdi. Basqallılar heç vaxt əkinçiliklə, maldarlıqla, bağçılıqla məşğul olmayıblar. Burada əsrlər boyu şəhər mühiti olub. Əhali ancaq sənətkarlıqla və ticarətlə məşğul olublar. Basqalda elə bir ev olmayıb ki, onun birinci mərtəbəsi kəlağayı, ipək karxanası olmasın. Bütün bu kimi məlumatlar bizi Basqalın üzərində dayanmağa vadar etdi”.

Dünya muzeylərində yaşayan, qorunan Basqal inciləri barədə araşdırmalara gəlincə, T.Şahbazov bildirdi ki, müəyyən çətinliklərə görə tədqiqat işi ilə bağlı xarici ölkə muzeylərinə gedib araşdırma apara bilməyiblər. Basqal eksponatları haqqında yazarkən əsasən tarixi mənbələrə, sənədlərə istinad ediblər: “Təəssüf ki, müəyyən səbəblərdən biz xarici muzeylərdə işləyə bilmədik. Yəni biz xarici muzeylərdə tədqiqat aparmamışıq, o məlumatları mənbələrə istinadən vermişik. Yəni 18-19-cu əsrin arxiv sənədlərində, tarixi qaynaqlarda olan məlumatlar əsasında bu tədqiqatı ortaya qoymuşuq. Məlum oldu ki, Venesiya, Fransa, Hindistan, Türkiyə və s. ölkələrin muzeylərində Basqal inciləri var. Deyim ki, vaxtilə Basqalın Venesiya, Hindistanla sıx ticarət əlaqələri olub. Hətta boyaqçılar boyaq üçün lazım olan boyaqları Hindistandan alıb gətiriblər. Tiflisdə basqallıların ipək karxanaları fəaliyyət göstərib. Türkiyənin Bursa şəhəri ilə Basqal arasında sıx əlaqələr mövcud imiş. Bilirsiniz ki, Bursa orta əsrlərin ən iri ipəkçilik mərkəzlərindən biri olub. Eyni zamanda da Basqalın  Rusiyanın İvanova şəhəri, Nijni-Novqorod yarmarkası ilə də sıx əlaqələri varmış. Xarici muzeylərdə qorunan eksponatların sayına gəlincə, tam dəqiqləşdirə bilmədik. Onu deyə bilərəm ki, bu eksponatların sayı çoxdur”.

Bu tədqiqat işi layihəsinin Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdiyini deyən T.Şahbazov bildirdi ki, Basqal qədim bir şəhər olmasına baxmayaraq, hələ orada arxeoloji tədqiqat işi aparılmayıb: “Azərbaycanda bir neçə qəsəbə var ki, onlar çox unikaldır və tarixilik baxımından heç də tarixi şəhərlərimizdən geri qalmırlar. Basqal da elə qəsəbələrdəndir. Basqalın yenidən tam olaraq öyrənilməsinə ehtiyac var. Təəssüflər olsun ki, belə unikal bir qəsəbədə hələ arxeoloji qazıntı işləri aparılmayıb. Yəni Basqalın tarixini öyrənmək üçün orada ilk növbədə arxeoloji qazıntı işlərinin həyata keçirilməsi lazımdır. Kitabımızın təqdimatı zamanı Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirdi ki, mütləq gələn il Basqala arxeoloji ekspedisiya göndəriləcək. Bu çox vacib işdir”.  

Bu gün basqallıların dədə-baba sənətləri ilə məşğul olub-olmadığına gəlincə, T.Şahbazov bildirdi ki, onlar sənətkarlığa elə də maraq göstərmirlər : “Demək olar ki, orada hazırda sənətkarlıq yox dərəcəsindədir”.

O qeyd etdi ki, qəsəbə ərazisində kəlağayı sexi açılıb və bu sexin məqsədi kəlağayı sənətini Basqalda yenidən inkişaf etdirməkdir. Bu sexdə kəlağayının qədim ənənəvi üsulla hazırlandığını vurğulan T.Şahbazov hesab edir ki, Basqalda qədim sənət növləri yenidən inkişaf etdirilməlidir. 

Məlumat üçün qeyd edək ki, Basqal 1989-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan edilib. Basqal özünün plan-məkan quruluşu, memarlıq xüsusiyyətləri, tarixi abidələri, sənətkarlıq ənənələri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini günümüzə qədər çatdıran unikal yaşayış məskənlərimizdən biridir. Faktdır ki, Basqal tarixən ipək məmulatı istehsalı, xüsusilə də kəlağayıçılıq sənəti ilə daha çox tanınıb. Basqallı ustaların nəfis şəkildə hazırladıqları kəlağayılara hələ uzaq keçmişdə Şərq və Avropa ölkələrində böyük maraq olub və bu nadir sənət inciləri Azərbaycanın iqtisadi və ticarət əlaqələrində mühüm rol oynayıb. Onlar zaman-zaman müxtəlif beynəlxalq sərgilərin mükafatçısı olmuş və bu günə qədər dünyanın ən məşhur muzeylərinin dəyərli eksponatları kimi çıxış etməkdədir. Təsadüfi deyil ki, Basqal kəlağayısının simasında Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ