Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan xalqı yüz illər boyu yaratdı, UNESCO tanıdı…

Image


Musa Nəbioğlu: “Ən son kamançanın və milli mətbəximizin gözəl nümunəsi olan dolmanın da bu siyahıda yer alaraq Azərbaycan xalqına məxsusluğunun təsdiq olunması…”
Fariz Xəlilli: “Hesab edirəm ki, qısa zaman ərzində bu qədər işlərin görülməsi Azərbaycanın mövqeyinin nümayişidir”

 

Azərbaycanın mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, abidələrinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması sahəsində indiyə qədər xeyli iş görülüb. Yalnız son bir neçə ay ərzində bir necə nümunəmiz UNESCO-ya daxil edilib. Noyabrın əvvəlində  Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib. Bir neçə gün əvvəl isə Azərbaycan mətbəxinin şah nümunələrindən biri olan dolma UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb.

7 dekabrda isə Azərbaycan və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Yaxın aylarda baş verən bu hadisələr, əslində, Azərbaycan mədəniyyətinin dünyada daha böyük səviyyədə tanıdılması deməkdir. Ekspertlər hesab edirlər ki, son illər Azərbaycan və UNESCO arasında əməkdaşlıq daha geniş vüsət alıb və bu da dövlətimizin dünyada yerinin göstəricisidir. 

Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu son bir neçə ayda xalqımızın maddi-mədəni dəyərlərinin UNESCO-ya salınmasını şərh edərkən bildirdi ki, qədim mədəniyyətə malik olan Azərbaycan xalqının mədəniyyət nümunələri öz unikallığına görə dünyada seçilir: “Ölkəmizin müstəqilliyi dövründə nail olduğumuz ən böyük uğurlardan biri də milli-mənəvi dəyərlərimizə, sözün əsl mənasında, sahib çıxmağımız, mədəniyyətimizi və incəsənətimizi, qədim xalq sənətkarlığını dünya miqyasında tanıtmaq, onların Azərbaycan xalqının milli mədəni irsi kimi dünya çapında təsdiqinə nail olmağımızdır. Bu haqda danışarkən isə böyük minnətdarlıq hissi ilə ilk yada düşən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva olur. Çünki məhz onun böyük fədakarlığı sayəsində son illərdə muğam, aşıq sənəti, xalça, kələğayı və s. UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilərək dünya mədəniyyəti inciləri sırasında öz halal haqqını aldı.

Son illərdə bu sahədə daha böyük uğurlar əldə olunub. Ən son kamançanın və milli mətbəximizin gözəl nümunəsi olan dolmanın da bu siyahıda yer alaraq Azərbaycan xalqına məxsusluğunun təsdiq olunması isə çox mühüm bir hadisə, zaman-zaman torpaqlarımızla yanaşı, həm də mədəni sərvətlərimizə yiyələnməyə çalışan, həyasızcasına kamança, dolma və s. bizimdir deyən ermənilərə beynəlxalq aləmdə onları rüsvay edən tutarlı bir cavabdır”.

“Miras” İctimai Birliyinin sədri, tarixçi-alim Fariz Xəlilli də “Bakı-Xəbər”ə bildirdi ki, dalbadal belə xoş hadisənin baş verməsi təqdirəlayiqdir: “Hesab edirəm ki, qısa zaman ərzində bu qədər işlərin görülməsi Azərbaycanın mövqeyinin nümayişidir. Bu həm dövlətçilik, həm ictimai həmrəylik, həm də elmi baxımdan böyük əhəmiyyətə malikdir, böyük örnəkdir. Sözsüz ki, bu təkliflər bir qrup insan tərəfindən deyil, bir çox elmi və mədəni təşkilatların, qurumların birgə əməyi, səyi nəticəsində ortaya çıxır. Azərbaycanın istər maddi-mədəni, istərsə də qeyri-maddi mədəni irs nümunələrinin layiqli yerini tutması vacibdir. Biz bunu görürük. Son günlərdə istər milli kulinariya ilə, istərsə də musiqi alətimizlə bağlı müsbət qərarlar qəbul edildi. Bilirsiniz ki, Azərbaycan milli mətbəxinə aid olan dolmaya bədnam qonşularımız iddialı idilər, lakin arzularına çata bilmədilər. Aydın məsələdir ki, onlar hər zaman bizim maddi irs nümunələrimizi oğurlamağa və öz adlarına çıxmağa çalışırlar. “Köçəri” rəqsi ilə bağlı məsələ məni bir tədqiqatçı, bir vətəndaş kimi çox incitdi. Onlar bu rəqsi öz adlarına çıxarkən də onların əsl sifəti göründü. Onlar öz niyyətlərindən əl çəkmirlər. İndiyə qədər istər dolmaya, istər çövkan oyununa, istər tar-kamançaya, saza iddialı olublar. Amma adlarını qeyd etdiyim nümunələr Azərbaycan xalqının dəyərləridir və bu adla da UNESCO-da təsdiqlənib. Qeyd etmək istəyirəm ki, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban xanımın da bu məsələdə çox böyük əməyi var. Biz onun fəaliyyətini, zəhmətini yüksək qiymətləndiririk. Bu sadə işlər deyil. Buna dövlət yanaşması da var. Qeyri-maddi mədəni irslə bağlı görülən işlər bizi çox sevindirir. Ancaq çox istərdim ki, digər maddi-mədəni abidələrimiz də Ümumdünya irs siyahısına salınsın. Çünki indiyə qədər bizim cəmi iki abidəmiz - Qız Qalası və Qobustan qeydiyyatdan keçib. Halbuki, Azərbaycanın bir sıra mədəni-maddi irs abidələri var ki, onlar nəinki UNESCO-nun Reprezentativ siyahısına, eləcə də birbaşa Ümumdünya irs siyahısına düşməlidirlər. Şəki salındı. Bu öz yerində. Ancaq biz istərdik ki, şəhərlərimiz, abidələrimiz ümumdünya irs abidəsi kimi qəbul edilsin, təsdiqlənsin. Bilirsiniz ki, mən bu yaxınlarda “Şamaxı şəhəri qoruq olsun” deyə bir kampaniya başlamışdım. Məqsədim də o idi ki, yaxın gələcəkdə bizim o abidələrimiz UNESCO-nun Ümumdünya irs siyahısına düşsün”.

Birlik sədri bildirir ki, Şamaxı, Naxçıvan, Gəncə, digər şəhərlərimiz UNESCO-nun Ümumdünya irs siyahısına düşməlidir. O deyir ki, bu sahədə dövlət səviyyəsində işlər görülüb. Azərbaycan xalqının yazılı irsi də UNESCO-ya salınmalıdır. “Biz yazılı irsimizin UNESCO-ya salınması üçün bir qədər aktivliyimizi artırmalıyıq. Çünki bu qurumun yazılı irsində Əlyazmalar İnstitutundan cəmi bir nominasiya üzrə 3 əlyazmamız yer alıb. Bizim çox böyük əlyazma irsimiz var. Yazılı irs də sənədləşdirilməli və UNESCO-nun siyahısında öz yerini tapmalıdır. Məsələn, Nizami Gəncəvinin “Xəmsə”si UNESCO-da İranın irsi kimi qəbul olunub. Bu yaxınlarda bir tədbirdə çıxışım zamanı UNESCO-nun Azərbaycandakı və xaricdəki nümayəndələrinə üzümü titaraq bu barədə fikrimi dedim. Eşitmişəm ki, İran indi də Xəqaninin bədii irsini, əlyazmalarını öz adlarına UNESCO-ya daxil etmək istəyir. Bu gün qüvvələrimizi elm, mədəniyyət, qeyri-maddi, maddi və yazılı irslə bağlı məsələlərdə səfərbər etməliyik. Bu sahədə işlər görməliyik ki, bizə aid olan maddi və qeyri-maddi irs nümunələri başqa xalqın, dövlətin adı ilə təqdim edilə bilməsin. Bu məsələdə hamını aktiv olmağa, həmrəy olmağa çağırıram.

Son aylar UNESCO-da qazandığımız uğurlara görə bütün Azərbaycan xalqını təbrik edir, bu işdə əziyyəti olan insanlara minnətdarlıq edirəm. Doğrudan da bu böyük işdir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ