Cümə günü, 09 oktyabr 2026
     

“Köçəri” hara, ermənilər hara...

Image


Aliyə Ramazanova: “Mən bir rəqs ustası kimi bu hala kəskin etirazımı bildirirəm”
Məhərrəm Qasımlı: “Köçəri” rəqsinin ermənilərlə, onların həyat tərzi ilə heç bir bağlılığı yoxdur”

 

Azərbaycan mədəniyyətinin ayrı-ayrı sahələrinə qarşı zaman-zaman erməni təcavüzü olub. Bədnam qonşularımız torpaqlarımızda yurd-yuva salandan sonra mədəniyyətimizə, xalq mahnılarımıza, rəqslərimizə, musiqi alətlərimizə, geyimlərimizə, mətbəximizə də sahiblənməyə çalışıblar. Azərbaycan mədəniyyəti xalqımızın ruhunu əks etdirir. Rəqslərimiz, mahnılarımız, musiqi alətlərimiz xalqımızın ruhu ilə sıx bağlıdır.

Bu fakt olsa da, saxtakarlıqda heç bir sərhəd tanımayan ermənilər rəqslərimizi mənimsəməyə cəhd edirlər. Ermənilərin uydurmaları və erməni lobbisinin “əsaslandırması” nəticəsində hətta xalqımızın qədim rəqslərindən olan “Köçəri” rəqsi (“Köçəri yallısı”) dekabrın 6-da erməni rəqsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həqiqətən də bu, erməni saxtakarlığının nəticəsidir. Sözsüz ki, Azərbaycan xalqının mənəvi dünyası ilə sıx əlaqədə olan bu rəqsin “erməni rəqsi” kimi UNESCO-ya salınması böyük yanlışlıqdır.

Onu da vurğulayaq ki, baş verən olayla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində ermənilərin saxtakarlıq yolu ilə Azərbaycan rəqsini mənimsədiyini qeyd edib: “Köçəri” sözünün erməni dilindən hərfi tərcüməsi çox maraqlıdır. “Google”un tərcümə xidməti bununla bağlı heç bir nəticə göstərmir... Erməni portalları “Köçəri”nin erməni rəqsi olduğunu yazırlar. Türk dilində “köçəri” sözü köçmək felindən yaranıb və “bir yerdən başqa yerə köçmək” deməkdir”, - deyə o bildirib”.

“Köçəri” rəqsinin erməni rəqsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini ölkənin rəqs ustadları, folklorçu alimləri kəskin tənqid edirlər. Onların fikirlərinə keçməzdən əvvəl onu qeyd edək ki, 2015-ci ildə Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov Azərbaycanın milli rəqsləri ilə bağlı geniş arayış tərtib edərək yayıb. Həmin arayışda qeyd edilirdi ki, “Köçəri” xalq rəqsinin ermənilər tərəfindən özününküləşdirilməsi doğru deyil, bu rəqs Azərbaycanın milli rəqsidir: “Ermənistan mədəniyyət naziri Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi Qeyri-maddi irs siyahısına daxil edilməsi üçün UNESCO qarşısında məsələ qaldırıb. Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər. Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin ermənilər tərəfindən özününküləşdirilməsi onların ilk cəhdi deyil. Belə cəhdlərdən biri kimi “Eurovision-2011” mahnı müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman “Köçəri” rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi dərhal araşdırmalara başlamış, “Köçəri” rəqsinin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən və “Köçəri” sözünün etimiologiyasını açıqlayan arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılmış və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib”.

2 il əvvəl hazırlanan arayışda erməni saxtakarlığını ifşa edən tutarlı faktlar yer alıb. Amma bu, ermənilərin “Köçəri”ni mənimsəməsinin qarşısını ala bilməyib. Ermənilər artıq “Köçəri” rəqsini öz adlarına rəsmiləşdiriblər.

Bu hadisəni təəssüflə qarşılayan Əməkdar artist Aliyə Ramazanova bizimlə söhbətində ermənilərin bu addımını kəskin pislədi. Əməkdar artisitin sözlərinə görə, “Köçəri” rəqsi Azərbaycan xalqının qədim ənənəvi rəqslərindən biri kimi mədəniyyətimizdə xüsusi yer tutur: “Bu rəqs xalqımızın ruhunu özündə ifadə edir. Necə ola bilib ki, bizim belə möhtəşəm rəqsimizə ermənilər bu şəkildə yiyələniblər? Mən bir rəqs ustası kimi bu hala kəskin etirazımı bildirirəm. İnanın ki, bu rəqslə ermənilərin heç bir əlaqəsi yoxdur. “Köçəri”ni bizim ustadlarımız çox gözəl ifa edərdilər. Ermənilərin öz mədəniyyəti olmadığından, həmişə bizim mədəniyyətə əl uzadıblar. Bilirsiniz ki, bizim babalarımız köçəri, elat həyatı yaşayıblar, dağdan arana, arandan dağa köç ediblər. Bu rəqsin konkret tarixi və mənası var. Deyim ki, “Köçəri” rəqsi “Yallı” rəqsinin bir növü olduğundan, onun yaranma tarixi “Yallı”nın tarixi qədər hesab oluna bilər. Yəni lap qədimdir. Bu rəqs Qərbi Azərbaycanda (indiki Ermənistan), azərbaycanlılar tərəfindən hər zaman ifa olunurdu, qədim tarixə malik Naxçıvan diyarının Şərur, Sədərək, Kəngərli, Culfa və Şahbuz rayonlarının folklor kollektivləri tərəfindən repertuara daxil edilərək nümayiş olunmaqla, toy şənliklərinə xüsusi rövnəq verir. Xüsusən Naxçıvanda el şənliklərində geniş ifa edilir. Rəqsin adından göründüyü kimi, onun yaradıcıları köçərilərdir. Eyni zamanda, Azərbaycan xalqının sevimli rəqsləri silsiləsinə daxildir. Asta və sürətli hissələrdən ibarət olan “Köçəri” rəqsi üçvariantlıdır. Kişilərin və qadınların ya ardıcıl olaraq, ya da bir qadın, bir kişi vəziyyəti ilə düzülüşündə yallıbaşı əlinə çubuq alır. Bu çubuq ifaçıları cəzalandırmaq üçün yox, əslində, rəqs xarakterlidir. Hətta belə bir şeir də var:

“Köçəri” çal, köçən mənəm,

Yurd yerindən pərən-pərən.

Çal, gora gedən qız mənəm,

Özüm oynayım, oynayım”.

A.Ramazanova bildirdi ki, ermənilərin “Köçəri” rəqsinə iddiasının qarşısının alınması üçün Azərbaycan tərəfi həmişə mübarizə aparıb, lakin düşmənin tərəfdarları çox olduğundan, onlar bu rəqsi öz adlarına UNESCO-dan keçirməyə nail olublar. Bu hadisə məni çox mütəssir etdi. Amma bir məsələ də var ki, gec-tez ədalət zəfər çalacaq. Biz də rahat oturmalı deyilik, ermənilərin bu çirkin addımı ilə bağlı dünya rəqs usatalarını, UNESCO-nu və digər beynəlxalq qurumları məlumatlandırmalıyıq”.

Tanınmış folklorşünas-alim, professor Məhərrəm Qasımlı da ermənilərin rəqsimizi mənimsəməsini narazılıqla qarşıladı. Professor Qasımlının sözlərinə görə, bu, ermənilərin apardığı məkrli siyasətin, onların təcavüzkar xislətinin göstəricisidir: “Bu rəqs birliyi, bərabərliyi, həmrəyliyi ifadə edir. Adındanda da göründüyü kimi, bu, türklərin, türkmanların rəqsidir. Bu necə erməni rəqsi ola bilər? Bu tamamilə biz türklərin həyat tərzini, daim at üstə olan babalarımızın ruhunu ifadə edir. Bu rəqsin “erməni rəqsi” kimi qeydiyyata alınmasına müsbət yanaşmıram, buna kəskin etirazımı bildirirəm. “Köçəri” “Yallı” rəqs qrupuna aiddir və “Yallı” rəqsi də biz türklərə mənsubdur. Ermənilərin bu rəqsi öz adlarına UNESCO-ya salmasının heç bir əsası yoxdur. Rəqsin mahiyyətinə varsaq görərik ki, ermənilərin həyat tərzində atın heç bir rolu yoxdur. Odur ki, bu rəqsin onlara aidiyyəti yoxdur. Hətta onlar bu rəqsi ifa etsələr belə, bu onlarda tam olaraq ifadə olunmur, oluna da bilməz. Çünki “Köçəri” rəqsinin ermənilərlə, onların həyat tərzi ilə heç bir bağlılığı yoxdur. Onların atdığı bu addıma münasibətim mənfidir. “Köçəri”nin erməni rəqsi kimi UNESCO-ya salınması erməni saxtakaralığı nəticəsində baş verib. Ermənilər hiyləni, məkri yaxşı bacarırlar. Onlar dəfələrlə bizə aid olan musiqi alətlərini, musiqiləri, mətbəx nümunələrimizi öz adlarına UNESCO-ya daxil etməyə cəhd ediblər, lakin buna nail ola bilməyiblər. Çox təəssüf ki, “Köçəri” ilə bağlı belə bir hal yaşanıb”.

M.Qasımlı, bununla belə, erməni yalanının, saxtakarlığının ifşa edilməsilə bağlı mübarizəmizi davam etdirməli olduğumuzu bildirdi. O hesab edir ki, beynəlxalq aləmdə milli rəqslərimizi daha çox təbliğ edib yaymalıyıq ki, ermənilərin siyasəti alt-üst olsun.

İradə SARIYEVA  



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ