Cümə günü, 09 oktyabr 2026
     

Ədəbi tənqid janrımız tənqid olunası gündədir…

Image


Xeyrulla Ağayev: “Bu gün ədəbi tənqid ədəbiyyata daha çox subyektiv və məhdud prizmadan yanaşır”
Dəyanət Osmanlı: “Azərbaycanda ədəbi tənqid hələ də öz missiyası barədə tərəddüd keçirir”
Qan Turalı: “Ədəbi tənqid var və onu müasir tələblərə çatdırmaq gərəkdir”
Mahmud Əyyub: “Təəssüf ki, müasir ədəbi tənqidin inkişafı ötən əsrin ədəbi tənqidinin inkişaf mərhələsindən çox geridə qalır”
Əsəd Cahangir: “Görünür, bəzilərinin təsəvvüründə Sovet dövrü tənqidçisinin obrazı hələ də yaşamaqdadır”

 

Çağdaş ədəbi tənqid varmı? Bu, müstəqillik dövründən sonra yazıçı və şairləri ən çox düşündürən sualdır. Sovet ədəbiyyatı “şinel”indən çıxan ədəbiyyatımız yeniliklərlə qarşılaşdıqda, təbii ki, onun qarşısında “yeni dünya”ya adaptasiya olunmaq çətinliyi dururdu. Bəzən deyirlər ki, Azərbaycan ədəbiyyatında yeniliyə, yeni ədəbi tərzə, yeni ədəbi mövzulara hələ keçən əsrin 80-ci illərindən meyllər olub.

Bu həqiqətdən kənar fikir deyil, amma eyni zamanda da bütün şair və yazıçılara aid edilmir. Beş-on yazıçı, şairin yaradıcılığında yenilik rüşeymləri vardısa, geridə qalanların yeniliyə, müstəqil ədəbiyyata, müstəqil fikrə adaptasiyası hələ də tam başa çatmayıb. Bura yeni ədəbi nəsil aid deyil. Bu da başqa məsələ ki, çağdaş gənc ədəbi nəslin də öz problemləri var.

Son illər həm mətbuatda, həm sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri çağdaş ədəbi tənqidlə bağlıdır. Bir qisim şair və yazıçı, əvvəlki illərdə olduğu kimi, iddia edirlər ki, Azərbaycan ədəbiyyatı yaranır, amma ədəbiyyatı nizamlamaq üçün ədəbi tənqid yoxdur. Onlar hesab edirlər ki, ədəbi tənqidin yerini “ədəbi tərif” tutub, bu da tam olaraq ədəbiyyatın mənzərəsini əks etdirmir. Bu məsələ də aktualdır ki, bəzilərinin yazdığına, bildirdiyinə görə, müasir ədəbi tənqidçilərin gözü yalnız bir qrup şair-yazıçını görür, qələmləri də onlardan yazır. Bu da şair və yazıçıların 80-90 faizinin yaradıcılığının, ədəbiyyat nümunələrinin tənqidçi qələmindən kənar qalmasına səbəb olur. Ədəbi tənqid haqqında çox ciddi iradlar səsləndirilir. Bir sözlə, ədəbi tənqidin özü yazıçı və şairlər tərəfindən “atəş”ə tutulur... Bəzən yazıçı və şairlərin səsinə ədəbiyyatşünaslar da səs verirlər.

Azərbaycan ədəbi tənqidinin səviyyəsi sizi qane edirmi? Sorğuda iştirak edən yazarların, demək olar ki, hamısı ədəbi tənqidin olmadığını, yaxud zəiflədiyini qeyd etdilər.

Tanınmış yazıçı-jurnalist Xeyrulla Ağayev bizimlə söhbətində mövcud ədəbi tənqiddən narazı qaldığını gizlətmədi: “Məni, birmənalı olaraq, qane etmir. Bu gün ədəbi tənqid ədəbiyyata daha çox subyektiv və məhdud prizmadan yanaşır. Çünki sənət əsərləri ilə bağlı dərin ədəbi, elmi-fəlsəfi təhlil yoxdur, peşəkar tənqidçilərimiz azdır, əksər “tənqidçilərimiz” “bəy tərifi” ilə məşğul olurlar. Onlar müasir şair və yazıçılara şəxsi münasibətlər zəminində yanaşırlar”.

Şair Dəyanət Osmanlı da ədəbi tənqidin səviyyəsindən razı olmadığını bildirdi. Onun sözlərinə görə, müasir ədəbi tənqid özünü göstərə bilmir: “Azərbaycanda ədəbi tənqid hələ də öz missiyası barədə tərəddüd keçirir. Çünki bu, ədəbi-bədii fəaliyyət olaraq yalnız oxu vərdişləri əsasında və yazmaq cəhdində sonuncu şanslardan birini dəyərləndirmə əmsalıdır. Bu gün ədəbi tənqiddə və ədəbi-ictimai sferada nə mahiyyət, nə də görünüş etibarilə ədəbiyyata və müəlliflərə münasibətdə səmimiyyət, ciddilik görünmür. Tənqidçi (nə yazsa belə) yenə də şifahi bir obrazdır. Tənqidçi obrazı o dərəcədə süni şəkildə aktuallaşdırılıb ki, ancaq hər hansı ədəbi prosedur qaydalara görə xatırlanır. Bunlar ədəbiyyata bir iş yeri kimi baxırlar. Ya tərif, ya danlamaq, ya da görməzlik. Bizdə ədəbi tənqidin missiyası bəzən ədəbiyyatdan kənarda və ona qarşı bir aqressiv fəaliyyətdir və bəzən də küt regionçuluq və şəxsi müstəvidə təzahür edir. Bu aqressiya ondan irəli gəlir ki, o müəlliflər ya poeziyada, ya da nəsrdə uğur qazana bilməyiblər. Həqiqi ədəbiyyata, üzdə olmasa belə, bir qədər qısqanc münasibətləri var. Dünya ədəbiyyat tarixində qalan hər bir yazıçı tənqidə həssas durumda olsa belə, tarixdə yaşamaq üçün intellektual oxucudan (və ədəbi-ideolojidən ) başqa heç kimdən zəmanət almayıb. Tənqidçinin sənətə münasibəti fərdilikdən kənar olmalıdır. Öz yazılarına bədii yaradıcılıq növü kimi yanaşmalıdır.

Eyni zamanda, tənqid heç zaman elm olmayıb və olmayacaq. Onu ədəbiyyatşünaslıqla qarışdırmaq düzgün deyil. Tənqid ədəbiyyata yol göstərmək iddiasından əl çəkməlidir”.

Yazıçı Qan Turalı isə qeyd etdi ki, bu gün ədəbi tənqid var: “Ədəbi tənqidin olmaması barədə fikirləri mən çox qeyri-ciddi qarşılayıram. Ədəbi tənqid özü-özlüyündə müstəqil bir şey deyil, adından da göründüyü kimi, o ədəbi prosesin, ədəbiyyatın tənqididir. Əlbəttə, ədəbiyyatda olan təlatümlər ora da sirayət edir. İdeya xaosu, ədəbi meyarların itməsi, ədəbiyyatın arxa plana çəkilməsi kimi amillər ədəbi tənqidə də təsir edir. Bununla belə, Azərbaycanda ədəbi tənqid, onun görkəmli simaları mövcuddur, yazılar yazılır, müzakirələr aparılır. Düşünürəm ki, Azərbaycan tənqidində yeniləşmə meylləri, quru akademizmdən uzaqlaşma meyllərini inkişaf etdirmək lazımdır. Tənqid yaradıcı peşədir, buna görə də tənqidçilər populyar olmalıdır, onlar Akademiyanın soyuq dəhlizlərinə ilişib qalmamalıdırlar, hər yeni roman, eləcə də film, tamaşa haqqında insanlar onların rəyini öyrənməyə can atmalıdırlar. Təəssüf ki, bu sahədə problemlər var. Tənqid ictimaiyyətdən gen düşüb. Buna görə də zamanın ruhunu əks etdirən məqalələr, esselər yazılmalıdır. Bu problemlər və sadalamağa macal tapmadığımız başqa problemlər mövcuddur. Lakin bu problemlər belə tənqidin yoxluğu demək deyil. Ədəbi tənqid var və onu müasir tələblərə çatdırmaq gərəkdir”.

Gənc tədqiqatçı Mahmud Əyyubun fikrincə isə, müasir ədəbi tənqid elə də güclü deyil: “Təəssüf ki, müasir ədəbi tənqidin inkişafı ötən əsrin ədəbi tənqidinin inkişaf mərhələsindən çox geridə qalır. Bu gün ədəbi tənqid sahəsində olduqca boşluq var. Bu özünü daha çox peşəkar tənqidçilərin yetişməməsində göstərir. Ədəbi tənqid sahəsində hazırda tanınan alim Vaqif Yusiflidir ki, o da təkbaşına bütöv Azərbaycan ədəbiyyatının tənqidi qeydlərini apara bilməz. Bu gün ədəbi tənqid daha çox yazıçı və şairlərin tanıdılması, təbliği sahəsində özünü büruzə verir. Yəni onların yaradıcılığının real tənqidindən söhbət getmir”.

M.Əyyub hesab edir ki, bu gün ədəbi tənqidin zəifliyi özünü daha çox nəsrə münasibətdə göstərir. Onun sözlərinə görə, bu sahədə boşluq var: “Hazırda bu sahədə olan boşluğu daha çox nəsr əsərlərində görürəm. Çünki mətbuatda nəsr əsərlərinin ədəbi tənqidi ilə bağlı yazılara çox az rast gəlirik. Ancaq poeziyanı götürsək, bu sahədə çoxlu yazılar çap olunur. Bunu bir tərəfdən təbii qarşılamaq olar ki, oxucu auditoriyası daha çox poeziyanı xoşlayır. Ancaq nəsr əsərləri haqqında ədəbi tənqidi yazılar və dissertasiyalar yazılsa, daha yaxşı olardı. Bu gün ədəbiyyatımızın bu sahəsində bir durğunluq hökm sürür”.

Tanınmış ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir “Bakı-Xəbər”ə açıqlamasında ədəbi tənqidlə bağlı səsləndirilən iradların həqiqəti əks etdirmədiyini bildirdi. Onun sözlərinə görə, çağdaş ədəbi tənqid yeni formatdadır və onun Sovet dövrü ədəbi tənqidini təqlid etməsi mümkün deyil: “Xalqın belə bir sözü var: “Axsaq atın da kor nalbəndi olur”. Yəni ədəbi tənqid ədəbiyyat materialı əsasında yaranır. Yaxşı, keyfiyyətli ədəbiyyat materialı olmalıdır ki, onun əsasında da yaxşı tənqid yaransın. Çünki tənqidçi havadan yazmır, bədii materiala əsaslanıb yazır. Əgər dərzinin yaxşı parçası yoxdursa, o necə gözəl libas tikə bilər? Yaxud aşpazın əlinin altındakı məhsullar keyfiyyətsizdirsə, ondan necə ləziz yemək hazırlaya bilər, o nə qədər məharətli olsa da, bu mümkün deyil. Tənqid də elədir. Bədii material tənqidçinin yaradıcılıq mətbəxindəki ilkin materiallardır ki, o onların əsasında öz mətnini, materialını yaradır. Bir neçə il əvvəl xalq yazıçısı Elçinin “Baş” romanı dərc olundu. Mən bu əsərin əsasında “Başlanğıc” adlı bir məqalə yazdım. Təvazökarlıqdan kənar olsa da deyim ki, bu məqalə ədəbi ictimaiyyət və oxucular tərəfindən pis qarşılanmadı. Mənim istər romandan, istərsə də məqaləmdən çox xoşum gəldi. Əgər “Baş” romanı kimi güclü əsər olmasaydı, o məqaləni yaza bilərdimmi? Niyə başqa əsər haqqında da bu cür həvəslə yaza, bu cür zövq ala-ala bir məhsul meydana çıxara bilmirəm. Çünki ortalıqda keyfiyyətli ədəbi məhsul olmalıdır. Mən əsəri oxuyanda hiss edirəm ki, bu mənə yaxşı material verə bilər. Əsər zəif olanda ondan hansısa bir təhlili mətn meydana gətirmək olmur. Ona görə də “ədəbi tənqid yoxdur” deyə qınaq göstərən şair və yazıçılardırsa, ilk növbədə öz yaradıcılıqlarının zəif olduğunu dolayısı ilə etiraf edirlər”.

Ə.Cahangir digər bir tərəfdən də bildirdi ki, “ədəbi tənqid yoxdur” deyənlərin çoxu bu sahəyə Sovet dövrü düşüncəsi ilə yanaşanlardır. Bir çox yazıçı və şairə elə gəlir ki, tənqidçi yazarı “asıb kəsməlidir”: “Sovet dövründə belə idi. Tənqidçiyə Mərkəzi Komitədən sifariş verilirdi ki, filankəsi tənqid etmək lazımdır. Onunla bağlı məqalələr yazılırdı. O məqalə əsasında o şair, yazıçı haqqında hökm çıxarılırdı. Onu gözümçıxdıya salır, işdən uzaqlaşdırır, həbs edirdilər. Bu gün isə tənqidçinin o səlahiyyətləri yoxdur. Tənqidçinin bu gün vəzifəsi fərqlidir. Biz, sadəcə, qələm adamıyıq. Hazırda tənqidçinin, Sovet dövründə olduğu kimi, inzibati səlahiyyəti  yoxdur. Yəni o dövrdə tənqidçi inzibatçı idi. O, Kommunist Partiyasının sadiq qələm adamı idi. O yazarkən Mərkəzi Komitənin plenumlarının qərarlarından çıxış edərək yazırdı. Tənqidçi əsas ideoloji istiqaməti ona uyğunlaşdırırdı. İndi belə şey yoxdur. Biz müstəqil ölkənin vətəndaşlarıyıq, söz azadlığı, vicdan azadlığı var. Dünya standartlarına uyğun sosial-siyasi həyat qaydalarımız var. Tənqidçi də həyatın bir sahəsində oturub öz işi ilə məşğul olan bir qələm adamıdır. Görünür, bəzilərinin təsəvvüründə Sovet dövrü tənqidçisinin obrazı hələ də yaşamaqdadır. Dünya ədəbiyyatının özündə də tənqidçinin istiqaməti dəyişir. Məsələn, keçmiş dövrlərdə tənqidçi sırf kritika ilə məşğul idi. Bu gün isə tənqidçi sadəcə bir kritik deyil, o həm də yazıçıdır, filosofdur, şairdir, alimdir, texniki elmləri bilən adamdır. Yəni o hərtərəfli bilikləri özündə ehtiva edə bilir. Bu gün deyərdim ki, tənqidin ən dəbdə olan janrı məqalə yox, essedir. Çünki bu bir qədər sintez janrıdır. O bir sıra sahələri özündə birləşdirir. Hesab edirəm ki, “tənqid yoxdur” deyənlər bu məsələyə istər elmi, istərsə də sosial-siyasi baxımdan bir az köhnə standartlarla yanaşırlar. Hər dövrün öz tələbi var, öz tənqidi var və öz tənqidçisi var”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ