Cümə günü, 09 oktyabr 2026
     

Gözdən əlillər üçün səsli ədəbiyyat nümunələri Azərbaycan praktikasında...

Image


Giya Paçxataşvili: “Son illər kütləvi olmasa da, audiokitablar hazırlanır. Yazıçı və şairlərin əsərləri aktyorların ifasında lentə alınır və audiokitab kimi gözdən əlillərə təqdim edilir”
Zülfiyyə Eldarqızı: “Onlar üçün hazırlanan səsli ədəbiyyatı elə adam oxumalıdır ki, onun səsi həlim, mehriban, sakitləşdirici olsun”

 

Gözdən əlilliyi olan insanlar cəmiyyətin həssas təbəqəsi sayılsa da, onlar özlərini normal insanlardan fərqləndirmək istəmirlər. Bu da çox normal yanaşmadır. Vaxtilə gözdən əlil olan insanların bədii ədəbiyyatla, mətbuatla tanışlıqları üçün onların istifadə etdiyi Brayl əlifbası ilə kitablar, qəzet, jurnal, almanax nəşr edilərdi. Bu da gözdən əlil insanların bədii ədəbiyyatla, mətbuatla yaxından tanış olmasına şərait yaradırdı.

Məlumatlara görə, son illər Brayl əlifbası ilə bədii ədəbiyyatın, bədii nümunələrin nəşrinin səngiməsi  onların kitabdan qismən də olsa uzaqlaşmasına səbəb oldu. Bilirik ki, Azərbaycanda fiziki əlilliyi olan insanlara xüsusi qayğı var, onların təhsili, intellektual səviyyəsinin yüksəldilməsi üçün işlər görülür. Ümumiyyətlə, günün tələblərinə uyğun olaraq, eyni zamanda da müasir texnologiyanın imkanlarını nəzərə alaraq, gözdən əlillər üçün ədəbiyyat nümunələrinin yeni formatda təqdim edilməsi zərurəti aktuallaşıb. Hələ bir neçə il əvvəl Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə “Danışan kitabxana” layihəsi həyata keçirildi. Bu layihə çərçivəsində Azərbaycan şair-yazıçılarının, eləcə də xarici müəlliflərin şeir və nəsr nümunələri aktyorların ifasında audiolentə köçürülərək gözdən əlillər üçün olan kitabxanaya təqdim edilmişdi. Bu olduqca maraqlı bir məsələ idi.

Ekspertlər bildirirlər ki, gözdən əlillər üçün həyata keçirilən bu iş onların bədii, estetik zövqünün formalaşmasında, xüsusən də gənc nəslin ədəbiyyata marağının artmasında az rol oynamır. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Milli Kitabxana gözdən əlillər üçün bu istiqamətdə layihələrini davam etdirirlər. 

Milli Kitabxananın elektron nəşrlərindən birində yer alan məlumata görə, xüsusi qayğıya ehtiyacı olan insanların informasiya tələbatlarının tam və operativ təmin edilməsi üçün onların istifadəsinə

yararlı olan fondların olması da zəruridir: “İstənilən kitabxanada kitab fondlarını komplektləşdirərkən görmə qabiliyyəti olmayan və zəif görən oxucu qruplarının istifadəsi üçün danışan kitablara (audiokitablara), Brayl əlifbalı kitablara, böyük şriftli nəşrlərə, eşitmə qabiliyyətini itirmiş və zəif eşidən oxuculara isə subtitrli (kinofilm kadrlarının altında olan yazı) videolara və digər sənədlərə üstünlük verilməlidir”.

Bildiyimiz qədər, artıq Bakıda bir neçə müstəqil səsyazma studiyasında gözdən əlillər üçün audiokitablar hazırlanır. Bu audiokitabların gözdən əlillər üçün vacib olduğunu deyən şair-jurnalist Giya Paçxataşvilinin sözlərinə görə, onun kimi görmə qabiliyyəti zəif olan insanlar xüsusi cihaz, eynək vasitəsilə nəşrlərlə tanış ola bilirlər, ancaq tam görməyənlərin Brayl əlifbasında nəşr olunmayan kitabla tanış olması mümkün deyil: ”Son illər kütləvi olmasa da, audiokitablar hazırlanır. Yazıçı və şairlərin əsərləri aktyorların ifasında lentə alınır və audiokitab kimi gözdən əlillərə təqdim edilir. Sovet dövründə gözdən əlillərin mətbuatı vardı, onlar üçün Brayl əlifbası ilə kitablar, almanaxlar dərc edilirdi və s. Bu gün də bu işlər davam etdirilməlidir. Bilirsiniz ki, artıq bu yöndə bir sıra işlər görülüb. Çox arzu edərdik ki, yalnız yerli bədii ədəbiyyat deyil, xarici ədəbiyyat nümunələrindən də audiokitab hazırlansın. Bunun da əhəmiyyəti böyükdür. Məqsədəuyğundur ki, studiyalar tərəfindən hazırlanan audiokitablar satışda da olsun. İstəyən adam istədiyi audiokitabı alıb dinləsin”.

Gözdən əlillər üçün audiokitab yazılışında iştirak edən aktrisa, bədii qiraətçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının bildirdiyinə görə, audiokitablar gözdən əlilliyi olan insanlar üçün böyük dayaq rolunu oynayır. O qeyd etdi ki, gözdən əlilliyi olan insanlar ədəbiyyata, sözə hədsiz dərəcədə həssas olduğu üçün, səsli kitabları dinləməyi sevirlər: “Mən belə kitabların yazılışında iştirak edirəm. Bir məqamı da deyim ki, gözdən əlillərin hiss və duyğularına yaxından bələdəm. Mənim iki əmim oğlu gözdən əlildir və uşaqlığım onlarla birgə keçib. Odur ki, bu mövzu mənə tanışdır və ona həssas yanaşıram. Bilirsiniz ki, onlar hədsiz dərəcədə əsəbi və narahat olurlar. Ona görə də onlar üçün hazırlanan səsli ədəbiyyatı elə adam oxumalıdır ki, onun səsi həlim, mehriban, sakitləşdirici olsun. Səsi qıcıq yaradan aktyoru, yaxud aktrisanı bu işə yaxın qoymaq olmaz. Bu baxımdan ki, onların oxuduqları mətnlər gözdən əlillərin əsəblərini sığallamaq əvəzinə, onları yorar, daha da qıcıqlandırıb əsəbləşdirər. İndiyə qədər görülən işləri təqdir edirəm. Çünki gözdən əlillər üçün audiokitabların əhəmiyyəti böyükdür. Biz bununla onlara stimul, ürək-dirək veririk ki, həyatlarına davam etsinlər. Hesab edirəm ki, audiokitablarda yer alan əsərlərin sayı daha da çoxalmalıdır. Əvvəllər belə idi ki, audiokitablara ehtiyac yox idi. Bu ondan irəli gəlirdi ki, tez-tez radioda bədii əsərlər oxunur, radiotamaşalar təqdim edilir, poeziya nümunələri səslənirdi. Bu bədii proqramlar onların tələbatını ödəyirdi. Ancaq bu gün dövr dəyişib və tələblər fərqlidir. Bu baxımdan indi audiokitablara ehtiyac yaranıb. Yeri gəlmişkən, onu da deyim ki, bir neçə il əvvəl görkəmli sənətkarımız, Xalq artisti Rasim Balayev və başqaları radioların sifarişi ilə “Qurani-Kərim”dən ayələr yazdırırdılar, indi səhv etmirəmsə, onlar da audiokitab şəklində gözdən əlillərə təqdim edilir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ