Cümə günü, 09 oktyabr 2026
     

Elmi-kütləvi filmlər çəkilişində hansı problemlər var…

Image


Aydın Kazımzadə: “Elmi-kütləvi janrda filmlər çəkmək lazımdır”
Yusif Şeyxov: “Nazirliyin xətti ilə sonuncu elmi-kütləvi film keçən əsrin 80-ci illərinin ortalarında çəkilib”
Zülfiyyə Eldarqızı: “Elmimizin yeni nailiyyətləri elmi-kütləvi kinoda ifadə olunmalıdır”
Təranə Əlizadə: “Elmi-kütləvi kino janrı Sovet dövründə daha maraqlı və populyar idi”
Aysel İbrahimova: “Yeni formatdan istifadə edib daha məzmunlu filmlər çəkmək tam mümkündür”

 

İnsanların alt şüuruna, daxili dünyasına ədəbiyyatdan, teatrdan, təsviri incəsənətdən, musiqidən də daha tez, dinamik formada kino təsir edə bilir. Kinonun gücü insanlara təsir etməyindədir. Kino ancaq bədii janrı ifadə etmir, onun ən müxtəlif qolları var. Bu qolların da hər biri əhəmiyyətlidir, vacibdir.

Sovet ideologiyası xalqımızın tarixinə, milli maraqlarına zərbələr vursa da, bu illərdə kino sahəsinin inkişafında yaddaqalan işlər görüldü. Milli kinematoqraflar yetişdi. Çox maraqlıdır ki, bu illərdə sosial həyatla, müxtəlif sahələrlə, elmin ayrı-ayrı qolları ilə bağlı sənədli və elmi-kütləvi filmlər çəkilməyə başladı. Bu filmlərin sözsüz ki, cəmiyyət üçün əhəmiyyəti böyük idi. Bir növ, maarifçilik xarakteri daşıyan elmi-kütləvi kino ayrı-ayrı sferalara aid yenilikləri canlandırırdı.

Elm və texnikanın nailiyyətləri ilə geniş tamaşaçı kütləsini aydın və sadə bir dillə tanış edən elmi-kütləvi kino janrı olduqca maraqlıdır. Sənədli və bədii ifadə vasitələrinin vəhdətindən yaranan elmi-kütləvi filmlər vaxtilə dövlət xətti ilə ərsəyə gəlirdi.

“Sovet dövründə elmi-kütləvi kino sahəsinə çox böyük yer verilirdi”

Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadə bizimlə söhbətində bildirdi ki, Azərbaycan kinosu yarananda ilk dəfə xronikal kinosüjetlər çəkilib, ötən illər ərzində kino sənətinin sənədli və elmi-kütləvi kino növü xeyli inkişaf edib, tamaşaçılar arasında həmişə populyar olub: “Sovet dövründə elmi-kütləvi kino sahəsinə çox böyük yer verilirdi. Elm sahəsində olan yeniliklər, yaxud digər sahələrlə bağlı maarifçilik mövqeyində çəkilən bu filmlər maraq doğururdu. Ümumiyyətlə, elmi-kütləvi filmlərin xarakteri maarifçilikdir. Sovet illərində idman həyatı ilə bağlı, rəssamlıqla, ədəbiyyatla, sosial həyatla, fabrik və zavodlarla əlaqədar bu cür filmlər çəkilirdi. Bu gün, bildiyim qədər, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə elmi-kütləvi filmlər çəkilmir.  Hazırda da elmi-kütləvi janrda filmlər çəkmək lazımdır. Çünki bu gün mövzu da çoxdur, nailiyyətlərimiz də az deyil. Milli bayramlarımızla, eləcə də turizmlə, elmlə bağlı maraqlı elmi-kütləvi filmlər çəkmək mümükündür”.

Kinoşünas hesab edir ki, bu janrda çəkilən filmlərin cəmiyyətə, tamaşaçıya faydası var. O qeyd edir ki, gənc kinematoqrafları bu sahəyə cəlb etmək mümkündür.

“Artıq bu işi televiziyalar həyata keçirir”

Mədəniyyət və Turizm Nazirliyinin kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, uzun illərdir nazirliyin xətti ilə elmi-kütləvi janrda filmlər çəkilmir: “Nazirliyin xətti ilə sonuncu elmi-kütləvi film keçən əsrin 80-ci illərinin ortalarında çəkilib. Filmin adı təxminən belə idi. “Yer kürəsinin kosmosla qarşılıqlı əlaqəsi”. O illərdə Bakıda Kosmik Tədqiqatlar Mərkəzi fəaliyyət göstərirdi. Burada SSRİ-nin kosmosa göndərdiyi peyklərin müxtəlif qurğuları hazırlanırdı. Sonuncu elmi-kütləvi film bu olub”.

Y.Şeyxov qeyd etdi ki, elmi-kütləvi janr elmin və digər sahələrin təbliği ilə bağlı olduğu üçün, maraqlı janrdır. Onun sözlərinə görə, artıq elmi-kütləvi kino janrı televiziyanın yaradıcılıq sahəsinə aiddir: “Son illər elmi-kütləvi kino televiziya janrına çevrilib. Bu da təsadüfi deyil. Yeni elmi ideyalar, nailiyyətlər kino vasitəsilə təbliğ edilir. Artıq bu işi televiziyalar həyata keçirir. Keçən əsrin 90-cı illərində fəaliyyət göstərən “Azərvideo” yayım tərəfindən də kütləvi filmlər çəkilməmişdi. Elə o vaxtdan bu vaxta qədər elmi-kütləvi film janrı televiziya sahəsidir”.

“Heç kinematoqrafda bu janr haqqında danışan, film çəkən yoxdur”

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı isə hesab edir ki, bu janra həm televiziyalar, həm də özəl prodakşnlar böyük diqqət göstərməlidirlər. Müasir Azərbaycanda elmin müxtəlif sahələrinin inkişaf etdiyini deyən Z.Eldarqızı bildirir ki, hazırda elmi-kütləvi filmlərin yaranması üçün daha münbit şərait var: “Elmi-kütləvi filmlər mövzusunun gündəmə gətirilməsi olduqca müsbət bir haldır. Demək olar ki, bu janr uzun illərdir unudulub. Heç kinematoqrafda bu janr haqqında danışan, film çəkən yoxdur. İndi televiziyalar bu sahədə nə isə etmək istəyirlər. Bəzi televiziyaların çəkdiyi elmi-kütləvi filmlərə baxmışam. Deyim ki, televiziya televiziyadır, kino isə kinodur. Elmi-kütləvi kinonu dirçəltmək lazımdır. Bəzən deyirlər ki, bu janr Sovet dövründən qalıb, məqsədi sovet elmini təbliğ etmək idi. O illərdə bu filmlər bir informasiya mənbəyi idi. Elmin nailiyyətlərini, alimlərimizin ixtiralarını, elmin sənayedə tətbiqini təbliğ edirdi. Bu gün Azərbaycan müstəqil dövlətdir. Elmimiz yeni strategiya əsasında inkişaf edir, elmin inkişafı ilə bağlı müasir konsepsiyalar mövcuddur. Elmimizin yeni nailiyyətləri elmi-kütləvi kinoda ifadə olunmalıdır. Məncə, rejissorlar bu işə maraq göstərsə yaxşı olar. Sosial-mənəvi həyatın elə tərəfləri var ki, onların elmi izahı yeni tapılıb. Bunları da elmi-kütləvi kinoya gətirmək olar. Müasir texnologiyanın inkişafı ilə bağlı təzə tendensiyalar mövcuddur. Nə üçün onlar təbliğ edilməsin? Bu gün cəmiyyətimizin müxtəlif sahələrlə bağlı sağlam maariflənməsinə ehtiyac var. Televiziyalar, özəl prodakşnlar gözləyirlər ki, hansısa bir ödənişli reklam layihələri olsun, onu çəskinlər. Amma bu işdə şəxsi təşəbbüslər olmalıdır”.

Z.Eldarqızı hesab edir ki, bu gün elmin, mədəniyyətin, səhiyyənin, dinin elmi cəhətdən yeniliklərini filmlərə çevirmək böyük maarifçilik işi olardı.

“Ola bilsin kimlərsə onun bir janr kimi dirçəlməsini…”

Sənətşünas Təranə Əlizadə isə həmkarlarından fərqli düşünür. O hesab edir ki, bu gün elmi-kütləvi filmlərin çəkilməsinə elə də güclü ehtiyac yoxdur: “Elmi-kütləvi kino janrı Sovet dövründə daha maraqlı və populyar idi. Bunun da əsas səbəblərindən biri o idi ki, bu janr özündə böyük informasiya yükü daşıyırdı. O vaxt indiki kimi informasiya bolluğu yox idi və elmə, elmin sənayedə tətbiqinə ictimaiyyət yaxından bələd ola bilmirdi. Ona görə də bu janrda filmlər çəkilir və onun kütləvi nümayişi həyata keçirilirdi. Elmi-kütləvi filmlər insanların informasiya aldığı ünvanlardan biri idi. Sovet illərində bu janrın tələblərinə uyğun gələn filmlər çox çəkilib. Bu gün informasiya azadlığında, internet əsrində yaşayırıq. İnsanlar hansı mövzu ilə bağlı məlumat almaq istəyirlərsə, internet onların dərhal köməyinə yetir. Elmin, demək olar ki, bütün sahələri ilə bağlı internet məkanında geniş informasiya var. Bu halda, elmi-kütləvi filmə kim baxacaq ki? Ola bilsin ki, kimlərsə onun bir janr kimi dirçəlməsini, inkişafını istəyir, onda bu işə rejissorlar maraq göstərməlidirlər. Sizə bir söz də deyim ki, bu gün Azərbaycanda müəyyən peşəkarları çıxmaq şərti ilə, güclü ssenaristlər yoxdur. Güclü ssenaristlər olsalar, onlar elmi-kütləvi janrda çox maraqlı film ssenariləri yaza bilərlər ki, tamaşaçı üçün cəlbedici olsun”.

“Elmi-kütləvi kino janrı inkişaf etdirilməlidir”

Kinoşünas Aysel İbrahimovanın fikrincə isə Kinematoqrafiya haqqında yeni qanunda kinonun yaradıcılıq istiqamətlərindən biri kimi elmi-kütləvi kinonun inkişaf etdirilməsi məsələsi də əksini tapır: “Elmi-kütləvi kino janrı inkişaf etdirilməlidir. Vaxtilə kütləvi kino, kütləvi ədəbiyyat janrlarının işi oxucuları, tamaşaçıları maarifləndirmək idi. Bu gün də sözügedən sahələr dirçəldilməlidir. Biz maarifçilik işini, elmin təbliğini internetin öhdəsinə buraxmamalıyıq. Bunun nəticəsi yaxşı olmaz. Kinonun elmi-kütləvi janrı ona görə dirçəlməlidir ki, buna ehtiyac var. Elə birinci internetin, sosial şəbəkələrin funksiyası, xeyirli və zərərli tərəfləri haqqında maraqlı film çəkmək olar. Bilirsiniz ki, Sovet dövründə tamam başqa tələblər vardı. Nə gizlədək, o dövrdə ssenaristlər də, rejissorlar da savadlı idilər. Hətta bu işə elm adamları da cəlb edilirdi ki, mükəmməl ssenari yaransın. Ancaq indi rejissorların da, ssenaristlərin də çoxu savadsızdır, savadsız olduqları üçün də mücərrəd nələrsə çəkməyə can atırlar. Mücərrədlik isə sənəti irəli aparmır. Düşünürəm ki, yeni nəsil kinorejissorlar və ssenaristlərin müəyyən bir qismini bu sahədə ixtisaslaşdırmaq lazımdır. Elmi bilən ssenaristlər bu sahədə işlər görə bilərlər. İnternet bizə heç də həmişə doğru informasiya vermir. Amma sənədlər, faktlar əsasında çəkilən kino daha mükəmməl, səhih, obyektiv informasiya ötürmək gücündədir. Hazırda Rusiyada bu janrın inkişafına xüsusi diqqət yetirilir. Kino şirkətləri bu janrda filmlər çəkib televiziyalara satırlar. Bizdə bu gün elmi-kütləvi janrda televiziyalar işləyir. O işlər də çox vaxt kino təsiri yaratmır, elə bilirsən ki, proqrama baxırsan. Kino və televiziya vizual sahə olsalar da, fərqli cəhətləri də çoxdur. Kino elmdən qaçmamalıdır, əksinə, elmə daha yaxın olmalıdır ki, dövlətə, xalqa fayda versin. Demirəm ki, elmi-kütləvi fimlər Sovet dövrü tərzindəki kimi çəkilsin. Yeni formatdan istifadə edib daha məzmunlu filmlər çəkmək tam mümkündür. Deyim ki, bu sahədə təcrübə də var. Sadəcə, o təcrübəni daha da təkmilləşdirib istehsalata cəlb etmək lazımdır”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ