Cümə günü, 09 oktyabr 2026
     

Zədələnmiş sənədlərin əvvəlki halına qaytarılması Azərbaycanda unikal fəaliyyət sahələrindən biri imiş… - FOTO

Image


Bərpaçılıq sənəti olduqca maraqlıdır. Hər əşyaya, maddi mədəniyyət nümunəsinə xüsusi qayğı və diqqətlə yanaşan bərpaçılar elə qeyri-adi işlər görürlər ki, adam heyran qalır. Azərbaycanda bərpaçılıq sənəti olduqca yüksək səviyyədə həyata keçirilir. Biz onların işini, zəhmətini bərpaçılarla müsahibələr zamanı görmüşük.

Xalçanın, palazların, qədim geyimlərin, əşyaların və s. bərpa edildiyini çox görmüşük. Amma sənədlərin zədələrinin bərpa edilməsi o qədər də ağlabatan olmadığı üçün, onların yenidən əvvəlki vəziyyətə gəlməsi maraq doğurur. Bu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Bərpa  Mərkəzində (MSXƏBM) həyata keçirilir. Mərkəzin elmi-tədqiqat laboratoriyasının şöbə müdiri, qrafika üzrə bərpaçı-rəssam Ülviyyə Şirinova bildirir ki, sənədlərin bərpası üçün qrafik üzrə bərpaçı-rəssamlar böyük zəhmət sərf edirlər: “Sənədlər həyatı boyunca müxtəlif kağız və mətn zədələri alır. Əsasən bu zədələr sənədlərin istifadəsi zamanı əmələ gəlir, belə ki, kağız köhnəlir, çirklənir, künclərdə yağ ləkələri əmələ gəlir və vərəqin kənarları cırılır. Bu zədələr tədricən genişlənir, nəticədə kağız və mətn hissələrinin məhv olmasına gətirib çıxarır. Sənədlərin fiziki vəziyyəti onların saxlanma şəraitindən asılıdır. Günəş şüalarının uzunmüddətli təsirindən kağız saralır, kövrəkləşir və mətn solur. Qeyd edək ki, sənədlər daha çox nəm və havası dəyişdirilməyən məkanlarda saxlandıqda zədələnir. Bu kimi məkanlarda saxlanma-qorunma sənədlərin nəmləşməsınə, kağızda ləkələrin əmələ gəlməsinə və mətnin müəyyən yerlərinin solmasına, ən təhlükəli hallarda isə kif göbələklərinin əmələ gəlməsinə səbəb olur. Hüceyrəzədələyici göbələklər kağızı zədələyir - cücərir və kağızların yapışmasına səbəb olur. Göbələklər ləkə ifraz edir, mətnin üzərini örtür, mətnin oxunuşu çətinləşir və əksər hallarda isə mümkünsüz olur. Bundan əlavə, üzvü turşular göbələklərin həyat məhsuludur. Bunlar kağızı zədələyir, onu köhnəldir və sözün əsl mənasında, əl vurduqda kağız ovulur. Kif göbələkləri ilə zədələnmiş sənədlər bərpadan əvvəl mütləq dezinfeksiyadan keçməlidir. Onu da qeyd edek ki, sənədlərin məhv olması yalnız xarici səbəblərdən deyil, hətta hazırlandığı materialdan da asılı olur”.

Ü.Şirinova qeyd edir ki, XX əsrin birinci yarısında sulfat sellülozasından istehsal olunan ucuz növ kağızların tərkibində sulfat qrupları var ki, bunlar da oksidləşmənin mənbəyi kimi kağıza təsir edir: “Bu oksidləşmənin nəticəsində vərəqin üzərində kiçik ləkələr əmələ gəlir və yaxud bütövlükdə vərəqin turşululuğunun artmasına səbəb olur: nəticədə kağız saralır, möhkəmliliyini, sınmaya davamlılığını itirir ki, bu da sənədin dağılmasına gətirib çıxarır. XX əsrin əvvəllərində mürəkkəblərin və qələmlərin boyalarını rəngli anilin boyalardan alırdılar. Anilin rənglər asanlıqla suda yayılır və işıqda solur. Bu səbəbə XX əsrin birinci yarısının sənədlərində çox zamanlar mətnin qüsurlarına rast gəlmək olur. Eyni dövrün sənədləri bir istehsal texnologiyasına aid olduğuna görə, eyni qüsurlara malikdirlər. Fərq yalnız dəymiş zədənin dərəcəsindən və sənədlərin saxlanma şəraitindən asılıdır. Zədələnmiş sənədlər bərpa və bəzən xüsusi saxlanma şəraiti tələb edir. Bildiyimiz kimi, bərpa çox zəhmət, müddət və maliyyə tələb edən işdir.Buna görə də bərpa işini planlaşdıraraq onun mürəkkəblik dərəcəsini nəzərə almaq lazımdır. Müəyyən dərəcədə bərpa işinin müvəffəqiyyəti bundan da asılıdır”.

Ü.Şirinova qeyd edir ki, adları sadalanan bir sıra proseslər sənədlərin bərpası zamanı işin tərkibinə daxildir. O deyir ki, bərpaçı-rəssam sənədlərin bərpadan əvvəl vəziyyətini - zədələrin dərəcəsini, görünüşünü, saxlanma vəziyyətini təyin edərək yazılı surətdə təsvir edir, eksponatların fotoşəkilləri çəkilir: “Bərpa tədbirlərinin planı Mərkəzin Elmi Bərpa Şurasında təsdiqləndikdən dərhal sonra bərpa prosesləri başlayir. Eksponatlar tozdan mexaniki üsulla təmizlənir, xüsusi dezkamerada kimyəvi dezinfeksiyaya uğrayırlar, gərək varsa, mətn öncədən müxtəlif reaktivlərlə bərkidilir, bəzən buxar və kompreslər istifadə etmək üsulları ilə köhnə əsasdan çıxarılaraq ilıq və soyuq vannalarda yuyulur, ləkələri təmizlənir, cırılmış hissələri bərkidilir, itirilmiş hissələri tamamlanır və xüsusi kağızlarla, yapışqanlarla konservasiya edilir. Qeyd edim ki, mətnin bərpası mətnin dağılma dərəcəsindən asılıdır. İrihəcmli itkilərin bərpası nəzərə alınmır. Halbuki, müasir texnologiyalar və bərpa elminin nailiyyətləri tamamilə itirilmiş mətnin bərpasına yol verir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ